Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1265/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1 və onun müdafiəçisi, Bərdə Rayon Vəkil Bürosunun vəkili Mehdiyev Müşfiq Mürşüd oğlunun iştirakları ilə x xxxxxx 1951-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Birləşmiş Uşaq Xəstəxanasının Cərrahiyə şöbəsində uşaq cərrahı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə şəhəri, Zöhrabbəyov küçəsi, nömrəsiz evdə yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə xx xxxxxxx 1964-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsinin müdiri (həkim-ümumi cərrah) vəzifəsində işləmiş, ünvan 3 ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023cü il tarixli 1(104)-11/2 023 nömrəli hökmündən Məhkum1 müdafiəçisi, Bərdə Rayon Vəkil Bürosunun vəkili Mehdiyev Müşfiq Mürşüd oğlu tərəfindən və Məhkum2 müdafiəçisi, Bərdə Rayon Vəkil Bürosunun vəkili Nəsibov Cahangir Hacıbaba oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022-ci il tarixli 1(021)-6/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim Elsun Əhmədov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46-cı maddəsi tətbiq edilərək dövlət orqanlarda və yerli özünüidarə orqanlarda 1 (bir) il müddətə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum2 – əməlində Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsinin tərkibi olmadığından ona bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Gənçə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli 1(104)-11/2023 nömrəli hökmü ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), Ə.G.Abdullayev və S.B.Hüseynov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 4 aprel 2022ci il tarixli 1(021)-6/2022 saylı hökmü Məhkum2 aid hissədə ləğv edilmişdir. Məhkum2 Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmək də təqsirli bilinib, həmin Məcəllənin 46-ci maddəsi tətbiq edilərək ona dövlət orqanlarda və yerli özünüidarə orqanlarda 1 (bir) il müddətə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrumetmə əlavə cəzası təyin edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, 5 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə gətirilən 2015-ci il təvəllüdlü X26 barəsində “Kəskin qarın” diaqnozu müəyyənləşdirdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvv ədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim-ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasə n ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, bunun üçün müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda, onun təklifi ilə düzgün taktika hesab edilməyən Zərərçəkmiş şəxsnın şöbə müdiri Məhkum2 tərəfindən digər xəstəxanaya göndərilməsi qərarı qəbul edilərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib intoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-d a Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə etdirməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək 05 avqust 2020ci ildə saat 24:00-da X14 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, 5 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə gətirilən 2015 -ci il təvəllüdlü X26 barəsində müalicə həkimi Məhkum1 tərəfindən “Kəskin qarın” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndində göstərilən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda xəstəxananın həkim cərrahı Məhkum1 təklifi ilə düzgün taktika hesab edilməyən Zərərçəkmiş şəxsnın digər xəstəxanaya göndərilməsi qərarını qəbul e dərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib intoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə etdirməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək 05 avqust saat 24:00-da X14 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tər əfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının barəsində olan 1 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum1 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Məhkum1 1975-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasında uşaq cərrahı vəzifəsində işləyir. Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən təxminən 15-20 ildir ki, travmatoloji xəstələrə yalnız həkim travmatoloqlar tərəfindən baxılması əmrləşdirilib. Onun vəzifəsi 18 yaşadək uşaqlarda planlı və təcili əməliyyatlar etməkdən ibarətdir. Bu müddət ərzində, yəni 04 avqust 2020-ci il tarixdə 14:30-dək işdə olmuş, sonra evə getmiş və 05 avqust 2020-ci il tarixdə səhər saat 09:00-da o, işdə olduğu zaman digər xəstələri tibbi müayinə eləyib. Həmin günü təxminən saat 11 radələrində adını xatırlamadığı bir nəfər şəxs qucağında qız uşağı ilə birlikdə və yanında iki nəfər qadınla onun qəbul otağına daxil olaraq “xəstəmiz ölür, təcili buna bax” demişlər və xəstəni tapçanın üstünə qoyublar. O uşağın ağır vəziyyətdə olduğunu görüb və uşağın qohumlarından uşaq barədə soruşub, sonuncular da ona dünən, yəni 04 avqust 2020-ci il tarixdə axşam saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasına gəldiklərini və uşağın USM müayinəsindən keçirildiyini və sistem olunduğunu bildirib və uşağın USM müayinəsindən təmiz çıxdığını gördükləri üçün heç bir həkimin sözünə əməl etməyərək uşağı evə aparıblar. Həmçinin, həmin gün xəstəyə mərhum travmatoloq X10 həkim baxıb və uşağın xəstəxanada qalma sını uşağın valideyinlərinə bildirib. O da tibb bacısına dərhal uşağı bir daha USM-dən keçirməsini, qan analizini götürməsini, qarın boşluğuna rentgen olunmasını, sonra xəstəlik tarixçəsi açaraq uşağa kəskin qarın diaqnozu qoyulmasını və diaqnoz əsasında müayinəyə başlamasını bildirib. Sona qədər bu diaqnozla xəstəni müalicə etmək üçün diaqnozu aydınlaşdırmaq lazım olduğu üçün, bunun ümumi diaqnoz olduğunu, həmçinin xəstəxanada KT və endoskopik laporoskopiya müayinəsi olmadığı üçün, yeganə yol yalnız qarın boşluğunu açıb baxmaq gərəkli olması barədə uşağın valideynlərinə başa salıb və onların qərarını soruşub, valideynlərdən biri kiməsə zəng edib və valideyinə təcili Bakı şəhərinə uşağın aparılması və onunla danışmaq istədiyini bildirib. O da bu dəqiqə onun vaxtı olmadığını, həkim deyilsə, onunla nə üçün danışmalı olduğunu soruşub, xəstə can verdiyi üçün o həmin şəxslə telefon əlaqəsi saxlamayıb və ölkədə “Koronavirus” infeksiyasının yayılması səbəbindən Bakı şəhərində heç bir xəstəxananın xəstə qəbul etmədiyi, yalnız Mirqasımov adına Respublika Kliniki Xəstəxanası xəstə qəbul etdiyi üçün bu barədə baş həkimə məlumat verməyi düşünüb. O ilk olaraq uşağa çılpaq vəziyyətdə baxmış və qarın nahiyyəsində heç bir iz görməmiş, amma buna baxmayaraq uşağı müayinə etmişdir. Bundan sonra uşağı sistemdən keçirmiş, ilk olaraq bədəninə narkotik vurulmuş, sonra venadaxilinə infuziya başlanmış, uşağa “Natriy Xlor, Albomen 10%100qr, Analgin, Dimedrol, Omnopon, Poliqlikin, Qlukoza, Vikasol, Vitamin C, Qeksametazon” yeridilmişdir. Bütün bunların uşağa yeridilməsinə baxmayaq uşağın vəziyyətinin düzəlmədiyini görmüşdür. O da xəstənin şok vəziyyətindən çıxmadığını görüb bunun küt travma olduğunu düşünmüş və günəş kələfində qansızma hesab etmiş, vəziyyətinin pisləşməyə doğru getdiyini və öləcəyini görüb, bu barədə valideyinlərinə bildirmişdir. Həmçinin parenximatoz və boşluluq orqanlarının zədələnməsinin diaqnostik əlamətlərinin olmadığını görüb valideyinlərinə uşağın vəziyyətinin ağır olduğunu, lakin hansı səbəbdən ağır olduğu ona aydın olmadığını bildirmişdir. Çünki xəstə göyərmiş və ağır şok vəziyyətində olmuşdur. Bundan sonra valideyinlər ona əgər belədirsə, onlar uşağı Bakı şəhərinə aparsınlar demişlər. O da “aparmaq istəyirsinizsə aparın, mən əlimdən gələni etdim, uşağın vəziyyəti düzəlmir” və daha ixtisaslı yardım göstərilməsi üçün eyni zamanda uşaq anestezioloqunun, reanima toloqunun və intensiv terapiya şöbəsinin həkimlərinin olmasını nəzərə alaraq Bakı şəhərinə getməsinə o özü də qərar vermişdir. Bundan sonra o, birbaşa Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Nizami Mehdizadəyə məlumat vermiş, sonuncu da ona “əgər xəstəni şokdan çıxara bilmirsinizsə, onu ləngitməyin təcili uşağı Bakı şəhərinə təxliyə edək” bildirmişdir. Ona görə baş həkim özü TƏBİB-ə zəng etmiş və onların iştirakı ilə Respublika Kliniki Xəstəxanasında xəstə üçün yer ayrılmasını xahiş etmişdir. Xəstəni konsultasiya etmək üçün o, Bərdə Rayon Mərkəzi Xəstəxanansında cərrahiyə şöbəsinin müdiri Məhkum2 və anestezioloq X12 da bu barədə bildirmişdir. Sonuncular da ona “bu xəstə burdan sağ çıxası deyil, ona görə Bakı şəhərinə təxliyə edin” demişdir. Günorta saat 2-3 radələrində o, uşağı Ba kı şəhərinə göndərmək üçün xəstəyə epikriz yazmış, maşın hazırlamış, yanına təcili tibbi yardımın həkimini qoşaraq təcili Bakı şəhərinə yola salmışdır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il il tarixli hökmünün X8 aid hissədə ləğv edilməsi və onun barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Məhkum2 Bərdə Rayon Mərkəzi Xəstəxanansında cərrahiyə şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına dair hər hansı bir əmr və ya göstəriş olmadığı halda, onun guya həmin vəzifədə işləyərkən səhlənkarlıq etməsinə dair əsassız nəticəyə gəlinmiş və ona CM-in 314.2-ci maddəsi ilə ittiham elan edilərək məhkum olunmuşdur. Bu ndan başqa, xəstə X14 Bakı şəhərinə təxliyə edilməsinə dair qərarı müalicə həkimi Məhkum1la xəstəxananın baş həkimi qəbul etmələrinə baxmayaraq ibtidai araşdırma orqanının və apelyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin qərarın Məhkum2 tərəfindən qəbul edilməsi nəticəsinə gəlmişlər. Halbuki, müalicə həkimi Məhkum1 Məhkum2 heç bir tabeçiliyi olmamışdır. X49 xəstəxanaya qəbul olunması Məhkum2 tərəfindən həyata keçirilməmiş, həmin xəstədən onun xəbəri olmamış, o, xəstəni müayinə etməmiş və hər hansı bir məsləhət verməmişdir. Xəstənin təxliyə edilməsinə xəstəxananın baş həkimi qərar vermiş, bununla əlaqədar baş həkim Məhkum2 hər hansı bir fikir soruşmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs da bildirmişdir ki, birinci gün xəstəxanaya aparıldıqda ona uşağın xəstəxa nada saxlanılmasının zəruri olduğu bildirilmiş, lakin onun evdə digər uşağının olması səbəbindən məcbur olub Zərərçəkmiş şəxsnı özü ilə aparmışdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, o, Məhkum2 tanımır və onun uşağına Məhkum2 baxmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxılması barədə Məhkum1 və müdafiəçi M.Mehdiyevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini təmin edilməməl i, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməli, apellyasiya məhkəməsinin hökmü Məhkum2 məhkum edilməsinə aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, ba şqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini və onların barələrində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi əsasən “Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmi ş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə ilkin olaraq qeyd edir ki, faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum1 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə ibtidai araşdırma orqanı tərəfindən və məhkəmələrdə tədqiq olunmuş sənədlərə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutl arın qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən hallarla razılaş mayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi Məhkum1 aid hissədə işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 müdafiəçisinin kassasiya şikayətində irəli sürdükləri dəlilləri işə baxan apellyasiya instansiya məhkəməsi ətraflı araşdırmaqla Məhkum1 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham olunduğu cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etm əsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum1 özünü ona elan edilmiş ittihamlarda təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və şahidlər Şahid2, X27, X32 və X6 ifadələri, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 5 avqust 2020-ci il tarixli 53/MEŞ saylı rəyi, komisyon məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2021-ci il tarixli KEŞ-590 saylı rəyi, təkrar komisyon məhkəmətibbi ekspertizasının 6 aprel 2021-ci il tarixli 154 saylı rəyi, komisyon məhkəmə-tibbi ekspertizasının 26 may 2021-ci il tarixli 251 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 22 noyabr 2021-ci il tarixli 403/MEŞ saylı rəyi, əlav ə təkrar məhkəmə-tibb ekspertizasının 17 yanvar 2023-ci il tarixli, 885 saylı rəyi, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibb Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 3 fevral 2022-ci il tarixli 151 saylı məktubu, İnsan Resursları Şöbəsində işləyən X39 tərəfindən 05 fevral 2022-ci il tarixli məlumatı, habelə toplanmış digər sübutlarla Məhkum1 təqsiri tam sübuta yetirilmişdir. Beləliklə, baxılan işdə Məhkum1 barəsində Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin hökmünün adı çəkilən məhkuma aid hissədə ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilərkən kifayət qədər araşdırma aparmadan və mötəbər sübutlara əsaslanmadan yekun nəticəyə gəlmişdir. Belə ki: Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki Məhkum2mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təq sirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhk əmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dek abr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələ rində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara ri ayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübut a yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum2 ittiham edildiyi CMin 314.2-ci maddəsinin yuxarıda istinad olunan dispozisiyasından görünür ki, təqsirləndirilən şəxsin əməlində aşağıdakı əlamətlərin olması zəruridir: -təqsirləndirilən şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; -fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması; -sadalanan əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması; təqsirləndirilən şəxsin törətdiyi əməllə baş vermiş nəticə arasında səbəbli əlaqənin olm ası. İbtidai istintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, 5 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə gətirilən 2015-ci il təvəllüdlü X26 barəsində müalicə həkimi Məhkum1 tərəfindən “Kəskin qarın” diaqnozu müəyyənləşdirildikdən sonra işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda xəstəxananın həkim cərrahı Məhkum1 təklifi ilə düzgün taktika hesab edilməyən Zərərçəkmiş şəxsnın digər x əstəxanaya göndərilməsi qərarını qəbul edərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib intoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə etdirməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək 05 avqust saat 24:00-da X14 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsinin tərkibi olmaması əsası ilə bəraət verilərkən gəlinən nəticə aşağıdakı kimi əsaslandırılmışdır: “İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda qeyd edilir ki, “Məhkum2 05 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə gətirilən 2015-ci il təvəllüdlü X26 barəsində müalicə həkimi Məhkum1 tərəfindən “Kəskin qarın” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzər də tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndində göstərilən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və l aqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda xəstəxananın həkim cərrahı Məhkum1 təklifi ilə düzgün taktika hesab edilməyən Zərərçəkmiş şəxsnın digər xəstəxanaya göndərilməsi qərarını qəbul edərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib intoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyyə etdirməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji p rosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək 05 avqust saat 24:00-da X14 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir.” Halbuki, ittiham aktında irəli sürülmüş ittiham iş materiallarında olan sübutlarla, ziddiyyətli sübutlarla, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin, ekspertizanın və verilmiş sorğular üzrə alınmış ziddiyyətli cavablarla təsdiqini tapmır. Birinci olaraq məhkəmə ona fikir verməyi zəruri hesab edir ki, verilmiş ittihamda ibtidai istintaq orqanı Məhkum2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 s entyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndində göstərilən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmə li və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etmədiyini əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, verilmiş ittiham aktının özü belə ziddiyətlidir. Çünki mərhum X14 müalicə həkimi Məhkum1 olmuş, ziddiyyətli sübutlara və şifahi mülahizələrə əsasən həmin “Şöbənin rəisi” Məhkum2 olmuşdur. Belə olan halda, istintaq orqanı tərəfindən Məhkum2 verilən ittiham vəzifəli şəxs qismində verilməli idi ki, bu da istintaq orqanının istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümun əvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndi deyil, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın “Şöbə (bölmə) müdirinin nümunəvi vəzifə TƏLİMATİ”na istinad etməli idi. Belə ki, həmin Təlimatda Şöbə müdiri vəzifəsi üçün aşağıdakı tələblər müəyyən edilmişdir: Ümumi müddəalar: Bu vəzifə təlimatı şöbə (bölmə) müdirinin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.
2. Şöbə (bölmə) müdiri vəzifəsinə ali tibbi təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı olan şəxs təyin edilir.
3. Şöbə (bölmə) müdiri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq yuxarı səhiyyə idarəetmə orqanının razılığı əsasında tibb təşkilatı rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4. Şöbə (bölmə) müdiri bilavasitə tibb təşkilatının rəhbərinə və ya onun müavininə tabe olur.
5. Şöbə (bölmə) müdiri aşağıdakıları bilməlidir: 5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə və əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində tətbiq olunan qanun və digər normativ hüquqi aktlarını; 5.2. müvafiq peşəkar fəaliyyət istiqaməti üzrə normativ və metodik sənədləri; 5.3. əməyin təşkili prinsiplərini; 5.4. tibb təşkilatının plan-iqtisad və maliyyə fəaliyyətinin əsaslarını; 5.5. təsərrüfat və əmək m üqavilələrinin icrası qaydasını; 5.6. əhalinin gigiyenik təlim və tərbiyəsinin təşkilinin forma və metodlarını; 5.7. ilkin uçothesabat sənədləşdirməsinin aparılması qaydasını; 5.8. etik davranış qaydalarının, tibbi etikanı; peşəkar ünsiyyət psixologiyasını; 5.9. əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir. Vəzifə öhdəlikləri:
1. Şöbə (bölmə) müdiri şöbənin (bölmənin), funksiya və vəzifələrinə uyğun olaraq, fəaliyyətinə rəhbərliyi həyata keçirir.
2. Müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübəni tətbiq etmək.
3. Şöbədə (bölmədə) müalicədiaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və me todlarını təkmilləşdirmək.
4. Tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə yetirmək.
5. Əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək.
6. İşin forma və metodlarını, şöbənin fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin edir
7. Səhiyyə müəssisəsinin digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya edir, onların qarşılıqlı əlaqəsini təmin edir.
8. Şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirir.
9. Tibb müəssisəsinin növbətçilik cədvəlinin tərti batında aidiyyəti üzrə iştirak edir.
10. Şöbənin (bölmənin) işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət etməsini təmin edir.
11. Şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür.
12. Şöbənin (bölmənin) iş planını işləyib hazırlayır, onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
13. Şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil edir, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim edir.
14. Tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarəti həyata keçirir.
15. Şöbənin (bölmənin) işçilərinin peşə hazırlığının artırılmasına imkan yaradır.
16. Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
17. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. Şöbə müdirinin hüquqları: 1. şöbənin (bölmənin) işçiləri üçün icrası məcburi olan tapşırıqlar vermək; 2. şöbənin (bölmənin) kadrlarının seçilməsi və yerləşdirilməsində iştirak etmək; 3. şöbənin (bölmənin) işçilərinin həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək; 4. şöbənin (bölmənin) fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər vermək; 5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək; 6. şöbənin (bölmənin) işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda və müşavirələrdə iştirak etmək; 7. müəyyən ol unmuş qaydada ixtisas dərəcəsi almaq. Şöbə (bölmə) müdiri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. Şöbə (bölmə) müdirinin məsuliyyəti: 1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; 2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların müvafiq qaydada yerinə yetirilməsinə; 3. maddi-texniki və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə edilməsinə; 4. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; 5. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına; 6. şöbənin (bölmənin)fəaliyyəti barədə statistik və digər informasiyanın müəyyən olu nmuş qaydada təqdim edilməsinə; 7.şöbənin(bölmənin) işçiləri tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; 8. fövqəladə hallar şəraitində şöbənin işə hazırlığına görə məsuliyyət daşıyır. Şöbə (bölmə) müdiri əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Göründüyü kimi, verilmiş ittiham aktında Məhkum2 “Şöbə müdiri” kimi qeyd edilsə də, ona istinad edilən əməl üzrə o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtis aslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın tələblərini pozmasında ittiham edilir ki, ibtidai istintaq orqanı burada yanlışlığa yol vermişdir. Çünki ibtidai istintaqın mövqeyinə görə Məhkum2 hazırki cinayət işi üzrə vəzifəli şəxs olan xüsusi subyektdir, lakin ona həkim təlimatının tələblərinin pozulması ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə bu halı onunla qiymətləndirir ki, faktiki halda Məhkum2 “Şöbə müdiri” vəzifəsində çalışan vəzifəli şəxs kimi ittiham irəli sürülməsi üçün qeyd edilən şəxsin rəsmi qaydada həmin vəzifəni tutmalı olması zəruri idi. Lakin iş materiallarında olan sübutlarla da müəyyən edilir ki, Məhkum2 hadisə baş verən zaman, yəni 05 avqust 2020-ci il tarixdə rəsmi olaraq şöbə müdiri vəzifəsində işləməmişdir. Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik Hüququ Şəxsin İdarə Heyətinin 23 dekabr 2020ci il tarixli 9 saylı protokolu ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in strukturu təsdiq edilmişdir. 05 yanvar 2021-ci il tarixdən 08 saylı əmrlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərahiyyə şöbəsinin struktur vahidləri təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq çarpayı sayı 50 olan cərrahiyə şöbəsinə Məhkum2 Səttar oğlu şöbə müdiri təyin edilmişdir. 05 avqust 2020-ci il tarixdə baş vermiş hadisə zamanı daxil olmaqla Bərdə Birləşmiş Uşaq Xəstəxanasının cərrahiyyə şöbəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsi İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə birləşdirilmişdir. Lakin Bərdə Rayon Mərkəzi Xəst əxanasının ştatı və strukturu 05 yanvar 2021-ci il tarixli 08 saylı əmri ilə rəsmiləşdirilmişdir. Bundan başqa, məhkəmə Məhkum2 Səttar oğluna irəli sürülən ittihamı ona görə əsassız hesab edir ki, iş materiallarında onun hər hansısa bir formada məlumatlı olması öz təsdiqini tapmır. Təqsirləndirilən Məhkum1 istintaqda və məhkəmədə verdiyi ziddiyyətli ifadələrində qeyd etmişdir ki, baş həkimdən mərhum X14 Bakıya göndərilməsi barədə göndəriş almış və bu barədə “Şöbə müdiri” kimi tanıdığı Məhkum2 məlumat verməmişdir. Daha sonra Məhkum1 ifadəsinə düzəliş edərək məhkəmə iclas zalında qeyd etmişdir ki, X54 və Məhkum2 ilə konsilium etmişdir. Lakin sonradan bu ifadəsini də dəyişərək Məhkum2 koridorda görən zaman onu mərhum xəstə X14 yanına aparmış və mövcud vəziyyət barədə onu məlumatlandırmışdır. Lakin qeyd edilən hallar məhkəmə iclas zalında nəinki öz təsdiqini qismən tapdı, əksinə olaraq tamamilə təkzib edildi. Həmin təkzib edici hallar: birinci hal ondan ibarətdir ki, X54 ifadəsində və eləcə də məhkəmə istintaqı zamanı çarpaz dindirilmə zamanı Məhkum1 üzünə də qeyd etdi ki, Məhkum1həkim onu palataya çağıran zaman və ondan məsləhət alan zaman Məhkum2 orada olmamış və o da öz növbəsində Məhkum1 onun ixtisası olmadığından bir söz deyə bilməyəcəyini demişdir. İkinci hal ondan ibarətdir ki, eyni faktı Məhkum2 da öz ifadəsində və eləcə də məhkəmə istintaqı zamanı çarpaz dindirilmə zamanı Məhkum1 üzünə də qeyd etdi ki, Məhkum1həkim onunla heç bir məsləhətləşmə aparmamış, həmin xəstənin kimliyi barədə məlumatı olmamış, baş həkimdən göndəriş alıb xəstəni artıq xərəkdə xəstəxanadan çıxara n zaman onu dəhlizdə görmüş və ağır xəstənin Bakıya göndərilməsi barədə söz demişdir. Üçüncü hal ondan ibarətdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs da verdiyi ifadələrində Məhkum2 mərhum qızının yanında görməmiş, sonuncu onun qızının müalicəsində ümumiyyətlə iştirak etməmişdir. Onun şikayəti yalnız Məhkum1dır. Lakin ibtidai istintaq orqanı tərəfindən mərhum X14 Bakıya göndərilməsi barədə göndərişin Məhkum1 bilavasitə xəstəxananın direktoruna müraciət etməsi və direktordan həmin göndərişin alması faktı müəyyən edilsə də, ittiham aktında hansı səbəbdən həmin göndərişin Məhkum2 tərəfindən verilməsi halının israrla qeyd edilməsi faktı məhkəmə üçün qeyri-müəyyən olaraq qalmaqdadır. Məhz qeyd edilən həmin hal işi araşdırmadan sadəcə istintaq orqanının gəldiyi nəticələrə əsas lanan ekspertiza rəylərinə olduğu kimi köçürülmüşdür. Məhkəmə bir daha qeyd edir ki, həmin göndəriş Məhkum2 tərəfindən deyil, həmin dövrdə xəstəxananın direktoru vəzifəsində işləyən X27 tərəfindən verilmişdir. Bundan başqa, ziddiyyətli hallardan biri də ondan ibarətdir ki, əgər Məhkum2 həqiqətən də “şöbə müdiri” idisə, o zaman İcbari Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in möhürü ilə 05 avqust 2020-ci il tarixdə saat 11:30-da X14 adına ******* saylı açılaraq təsdiq edilən xəstəlik tarixçəsində onun imzası mövcud olmalı idi. Bu halda Məhkum2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilə rin nümunəvi vəzifə təlimatları”nın “Şöbə (bölmə) müdirinin nümunəvi vəzifə TƏLİMATİ”da qeyd edilən şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirməməsi məsələsi müzakirə edilə bilərdi. Lakin iş materiallarından toplanmış sübutlardan da müəyyən olunur ki, Məhkum2 mərhum X10 xəbəri olmamış, onun adına açılmış xəstəlik tarixçəsini əgər şöbə müdiri idisə imzalamalı olduğu halda ümumiyyətlə imza etməmiş, mərhumun barəsində həyata keçirilən tədbirlər barədə ümumiyyətlə məlumatlandırılmamışdır. Bütün bunların hamısı iş materialları ilə təsdiq edilir ki, təqsirləndirilən şəxs Məhkum1 tərəfindən icra edilmiş və sonda “şöbə müdiri” adlandırdığı Məhkum2 məruzə etmədən birbaşa b aş həkimə müraciət edərək baş həkimin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində dediyi kimi “şəxsi əlaqələri” vəsatəsilə mərhum xəstəni Bərdə şəhərindən Bakı şəhərinə təcili tibbi yardım maşını vasitəsilə göndərmişdir. Yuxarıda qeyd edilən hallar hazırki Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru vəzifəsində işləyən X21 ifadəsində də öz təsdiqini tapmışdır. Belə ki, ifadəsində konkret səsləndirdiyi fikirlər aşağıdakı kimi olmuşdur: “......Bərdə Rayon Mərkəzi Xəstəxanasında 10 aydır ki çalışır, sənədləşmə işləri çox problemli olubdur. Uşaq xəstəxanası ləğv olunub, uşaq cərrahiyyəsi köçürülüb cərrahiyyənin içərisinə və həmənki rəhbərlik tərəfindən heç bir əmrlə əmrləşdirilməyib..... İndi bir problem var cərrahiyə şöbəsinin müdiri keçmiş ştat, yəni strukturla həm d ə bu rayonun baş cərrahı sayılır. Baş mütəxəssis sayılır. İş orasındadır ki, bu barədə də əmr yoxdur, əslində olmalı idi...... Konsiliuma gəldikdə isə, konsilium əmrsiz olur. Orda 2-3 variant var cərrahiyə xəstələr üçün və ya ağır xəstələr üçün orda əmrə ehtiyac yoxdur. Baş mütəxəssis onun üçün lazımdır. Həmin müddətdə həmin bölgədə kim sayılırsa o dövriyə girir, deyir ki, bu xəstənin vəziyyəti düzəlmir. Onda bir neçə mütəxəssis toplanır və onlar bərabər konsilium keçirir. O konsilium artıq əmr kimi sayılır. Amma, əgər planlı bir xəstədi gəlibdir əməliyyat olunmalıdır, bu hallarda xüsusi əmr imzalanır ki, bu halı dəyərləndirmək üçün konsilium olsun. Amma konsilium qərarını verir baş mütəxəssis. Əməliyyat istər təcili olsun, istər planlı olsun şöbə müdirinin xəbəri olur. Şöbə müdiri qərar v erir hansı həkim əməliyyatı aparacaq, anastezioloq kim olacaq. Konsiliumun başlanğıcında yazılar konsilium, yekunda rezüme yazılır və altında kimlər iştirak ediblərsə, mütləq imza atırlar.....” Göründüyü kimi şahid X21 vermiş olduğu ifadədə səsləndirdiyi fikirlərdə də konkret hər bir halın rəsmi əmrlə olması zəruriyyəti qeyd edilib. Əmr olmadığı təqdirdə də daxili qərar və ya aktla rəsmiləşdirilməli olması məsələsi ön plana çəkilsə də, Məhkum2 tərəfindən heç bir sənədləşmənin aparılmamasını məhkəmə onun işinə vicdansız və laqeyd münasibət bəsləməsindən deyil, sadəcə olaraq konkret və rəsmi şəkildə “şöbə müdiri” vəzifəsini tutmaması və bu səbəbdən də həkimlər tərəfindən müayinə edilən xəstələr barədə ona məlumatların verilməsində görür. Həmin məlumatların verilməsi üçün də hər hansısa bir rəsmi və hüquqi əsasın mövcud olmamasını da məhkəmə xüsusi olaraq vurğulayır. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspert rəyləri və sorğular nəticəsində əldə edilmiş cavablar bir-biriləri ilə ziddiyyət təşkil edir, ekspertiza rəylərində isə ümumiyyətlə gəlinən nəticələr əsaslandırılmamışdır. Həmin ziddiyyətlər aşağıdakılardan ibarətdir: 1.Cinayət işinə əlavə edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli 154 saylı rəyində göstərilmişdir ki, “....X26 05 avqust 2020-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan sonra, sonra, xəstənin vəziyyətini nəzərə alaraq konsilium təşkil olunmalı, diaqnoz müəyyənləşdirilərək zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı üçün hazırlıq tədbirləri görülməli idi. Buna məsul şəxslər həkimcərrah Məhkum1 və şöbə müdiridir. X22 Bərdə RMX-a istər ilkin, istərsə də təkrari müraciətlər zamanı tibbi yardım düzgün istiqamətdə təşkil olunmuş olsaydı, ölümünün qarşısının alınması imkanı çox olardı. Buna məsul şəxslər növbətçi həkim, təkrar baxışı aparan həkim cərrah və şöbə müdiridir. X25 Bakı şəhəri Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ağır şok, koma və aqonal vəziyyətdə daxil olmuş, bu baxımdan göstərilmiş müvafiq tibbi yardımlara baxmayaraq müsbət dinamika əldə olunmamışdır.” Bu rəy verilərkən şöbə müdiri ilə bağlı gəlinən nəticələr konkret olaraq hansı rəsmi sənədə əsaslanması qeyd edilməmişdir. 2.Cinayət işinə əlavə edilmiş əlavə komisyon məhkəmə-tibb ekspertizasının 26 may 2021-ci il tarixli, 251 saylı rəyində göst ərilmişdir ki, “....X26 05 avqust 2020-ci il tarixdə saat 11:30-da təkrar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və ona “Kəskin qarın” diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, xəstənin digər xəstəxanaya göndərilməsi qərar verilmişdir. Bu qərarın şöbə müdiri Məhkum2 tərəfindən verilməsi düzgün taktika hesab edilmir. Nəzərə almaq lazımdır ki, xəstə barəsində məlumatın verilməsi müalicə həkimi tərəfindən bildirilmiş, bunun üçün müvafiq konsilium təşkil olunmalı və zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı idi. Buna məsul şəxslər həkim ümumi cərrah Məhkum1 və şöbə müdiridir. Xəstənin müalicəsinin düzgün təşkil olunmaması ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Buna məsul şəxslər ilkin olaraq müalic ə həkimi ümumi cərrah Məhkum1 və şöbə müdiri Məhkum2dur. Hər iki həkim Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinin tələblərinə əməl etməmişlər.....” Bu rəydə mərhum X15 əməliyyat olunmadan Bərdə şəhərindən Bakı şəhərinə göndərilməsi barədə qərarın məhz Məhkum2 tərəfindən qəbul edilməsi hansı rəsmi sənədlə təsdiqlənməsi və həmin sənədə əsasən belə rəyə gəlinməsini ekspertlər ümumiyyətlə əsaslandırmamış və mülahizə əsasında rəy verməklə kifayətlənmişlər. Hətta məhkəmə istintaqı zamanı dindirilmiş ekspert X11 ifadəsində göstərmişdir ki, “..bu işlə bağlı baş vermiş hadisə ilə bağlı cavabdeh şəxslərin bir başa əlaqə olduqları üçün rəydə onların adları çəkilib. Ora cərrahiyə üzrə müraciət edən hər bir xəstənin taleyi barədə şöbə müdirinin məlumatı olm alıdır. Ondan sonraki proseslər, təyinatı üzrə öz təsdiqini və ya öz nəticəsini tapmalıdır. Ona görə məsuliyyəti var. Əmr olmasa da var. Cinayət işinin iş materiallarında o məlumat var ki, həmin həkimin ora şifahi olaraq təzə qurum yarananda ora onun təyinatı verilib, yəni cərrahiyə xırda korpus cərahiyyə üzrə olan sayılır uşaq (pediatrik) cərrahiyələr, o isə mütləq qaydada birləşdirilib ora. Bu birləşmələr baş verib, sonra əmrləşdirilib. Həm işin içində, həm həmin xəstəxananın rəhbərliyi tərəfindən məlumatlar ordan götürülüb. O xəstəxanada müalicə işləri üzrə həm şöbə müdiri, həm müalicə işi üzrə müavin onlar cavabdehdilər. Hərəsinin özünə uyğun cavabdehliyi var....” Lakin verilən suallara konkret dəlillərlə cavab vermək əvəzinə rəydə yazılanları təkrar edərək şifahi əmrə əsaslanmış və is tintaq orqanının mövqeyini dəstəkləmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, ekspert ifadəsində konkret sənədlərə və iş materiallarına istinad etməmiş, vəzifə təlimatına toxunmamışdır. Əgər belə olmuş olsaydı, ekspertlər rəydə X14 Bakı şəhərinə göndərilməsi barədə qərarın məhz Məhkum2 tərəfindən qəbul edilmədiyini müəyyən etmiş olardılar. 3.Cinayət işinə əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdən daxil olmuş 13 aprel 2021-ci il tarixli 1/57 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum1 01 oktyabr 1978-ci il tarixdə Birləşmiş Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinə uşaq cərrahı vəzifəsinə qəbul edilmiş və 09 aprel 2021-ci il tarixdə onunla əmək müqaviləsi müvəqqəti bağlanılaraq Azərbaycan Respublikasının TƏBİB publik hüquqi şəxsin tabeliyində ola n “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Cərrahiyyə şöbəsində həkim cərrah vəzifəsində həmin tarixdən işə başlamışdır. Məhkum2 24 avqust 1987-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin müdiri (həkim-ümumi cərrah) vəzifəsinə işə qəbul edilmiş və hal hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsində şöbə müdiri vəzifəsində işləyir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 403/MEŞ saylı 22 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, “....Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik Hüququ Şəxsin İdarə Heyətinin 23 dekabr 2020-ci il tarixli 9 saylı protokolu ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in strukturu təsdiq edilmişdir. 05 yanvar 2021-ci il tarixdən 08 saylı əmrlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin struktur vahidləri təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq çarpayı sayı 50 olan cərrahiyə şöbəsinə Məhkum2 Səttar oğlu şöbə müdiri təyin edilmişdir. 05 avqust 2020-ci il tarixdə baş vermiş hadisə zamanı daxil olmaqla Bərdə Birləşmiş Uşaq Xəstəxanasının cərrahiyyə şöbəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsi İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə birləşdirilmişdir. Lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasının ştatı və strukturu 05 yanvar 2021-ci il tarixli 08 saylı əmri ilə rəsmiləşdirilmişdir.....” 4.Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibb Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 03 fevral 2022-ci il tarixli 151 saylı məktubdan görünür ki, 05 avqust 2020-ci il tarixə struktur quruluşu və ştat vahidlərinə əsasən Bərdə Uşaq Xəstəxanasının tərkibində və tabeliyində olmuşdur. Bərdə Uşaq Xəstəxanasında həkim-cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkimi Məhkum2 tabeçiliyi olmamışdır. 5.Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibb Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 09 fevral 2022-ci il tarixli 184 saylı məktubdan görünür ki, “5 avqust 2020-ci il tarixində struktur quruluşu və ştat cədvəlinə əsasən Bərdə Birləşmiş Uş aq Xəstəxanasının tərkibində və tabeliyində olmuşdur. Ancaq bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının keçmiş müdiriyyəti tərəfindən hər hansı rəsmi əmr, sərəncam, göstəriş verilməmişdir və mövcud qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Bərdə Birləşmiş Uşaq Xəstəxanasında həkim-cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Məhkum2 tabeçiliyi olmuşdur. Amma bu barədə də Bərdə Rayon Mərkəzi Xəstəxanasının sadiq rəhbərliyi tərəfindən rəsmi əmr göstəriş verilməmişdir......” 6.Cinayət işinə əlavə edilmiş İnsan Resursları Şöbəsində işləyən X39 tərəfindən 05 fevral 2022-ci il tarixli məlumatdan görünür ki, 05 avqust 2020-ci il tarixdə struktur quruluşu və ştat cədvəlinə əsasən Bərdə Birləşmiş Uşaq Xəstəxanası Bərdə rayon Mərkəzi Xəst əxanasının tərkibində tabeliyində olmuşdur. Ancaq müdiriyyət tərəfindən bu barədə hər hansı əmr, sərəncam verilməmişdir. Bərdə rayon Birləşmiş Uşaq Xəstəxanasında həkim cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə rayon Mərkəzi Xəstəxanası Cərrahiyyə Şöbəsinin Şöbə müdiri, Məhkum2 tabeliyində olmuşdur, ancaq bu barədə rəhbərlik tərəfindən heç bir əmr olmayıb. 7.İttiham aktında Məhkum2 şifahi göstəriş əsasında “şöbə müdiri” vəzifəsinə təyin edilməsi qeyd edilmiş olsa da, həmin göstərişin kim tərəfindən verilməsi, nə zaman verilməsi, həmin vəzifəli şəxsin adı, soyadı və vəzifəsi, həmin göstərişi vermək səlahiyyətinin olub-olmaması faktları ümumiyyətlə araşdırılmamış və heç bir rəsmi sübutla təsdiqini tapmamışdır. Beləliklə, yuxarıda sadalanan sübutlara məcmu halında qiymət verən məhkəmə belə h esab edir ki, Bərdə Uşaq Xəstəxansında həkim-cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə RMX-nın Cərrahiyyə Şöbəsinin həkimi Məhkum2 tabeçiliyi olmamış, mərhum X14 ölümü ilə Məhkum2 əməli arasında səbəbli əlaqə olmadığından sonuncunun əməlində Azərbaycan Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkibi yoxdur.... Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Plenum qərarının hüquqi mövqeyinə görə “.......göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habel ə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. İstənilən dövrdə, idarəetmə formasından və quruluşundan asılı olmayaraq dövlət vəzifəli şəxslərə öz xidməti öhdəliklərini icra etməyə dair xüsusi tələblər irəli sürür. Belə şəxslər tərəfindən həmin tələblərin pozulması müəyyən məsuliyyətə səbəb olur. Bu tamamilə başa düşüləndir və hakimiyyətin buna hüququ vardır. İctimai münasibətlərin normal tənzimlənməsi dövlətin cəmiyyət həyatının müxtəlif sahələrində iştirak etmək, əhalinin fəaliyyətinin ən müxtəlif aspektlərinin təşkilini həyata keçirmək və onlara nəzarət etmək zərurətini yaradır. Bununla da dövlət tərəfindən səlahiyyətli orqanlar vasitəsilə ictimai hakimiyyət in həyata keçirilməsi zamanı yaranan münasibətlərin müxtəlifliyi şərtləndirilir. Qüvvədə olan cinayət qanunvericiliyi bilavasitə dövlət hakimiyyətinin funksiyalarını həyata keçirən və dövlətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində iştirak edən şəxslərin məsuliyyətini bütün digər kateqoriya idarəedənlərdən fərqləndirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən fəslinin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə ye tirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür. Yeni redaksiyaya görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin Məcəllənin 33-cü (korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər) fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: - hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qullu qçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; - dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; - xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; - beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqo riyaya bölmək olar: - hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Hakimiyyət nümayəndəsinin funksiyasının və fəaliyyətinin xarakteri onun təmsil etdiyi orqanın qarşısında duran vəzifələrlə müəyyən olunur. Hakimiyyət nümayəndəsinin fəaliyyəti onun inzibati tabeçiliyində olan və ya olmayan qeyri-müəyyən həddə şəxslərin dairəsi ilə qarşılıqlı əlaqə üzərində qurulur. Təşkilati-sərəncamv erici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən ed ildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Xüsusi səlahiyyətləri buna hüququ olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər......” Lakin iş materiallarından da görünür ki, Məhkum2 şöbə müdiri vəzifəsinə təyin edi lməsi ilə bağlı Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt, eləcə də şöbə müdiri vəzifəsinin ona həvalə edilməsi ilə bağlı qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilmə halları mövcud deyildir.” Apellyasiya instansiya məhkəməsi Məhkum2 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək onu Azərbaycan Respublikası CMnin 314.2-ci maddəsi ilə təqsirli hesab edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “....birinci instansiya məhkəməsi Məhkum2 əməlinin hüquqi tövsifi nəticəsinə gələrkən onun Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Şəxsində rəsmi olaraq şöbə müdiri vəzifəsində işləməməsini, bu barəd ə hər hansı rəsmi sənədin mövcud olmamasını, odur ki, Məhkum2 ona istinad edilən cinayətin subyekti olmamasını əsas götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 9 sentyabr 2013-cü il tarixli plenum qərarında göstərilmişdir ki, vergiləri ödəməkdən yayınan şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəxsi də ola bilər. Burada əsas meyar, məsul işçilərin hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərcləri nin) və vergitutma obyektlərinin uçotunun aparılmasına, qanunla müəyyən edilmiş vergilərin, habelə hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsinə, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim edilməsinə, vergi ödəyicisinin digər vəzifələrini üzərinə götürməklə onun adından sahibkarlıq fəaliyyətinin faktiki həyata keçirilməsinə, vergi əməliyyatları aparmaqla vergi ödəyicisinin fəaliyyətinə və vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsinə görə cavabdeh olmasıdır. Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməs i hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergiləri ödəməkdən yayınma cinayətinin subyektləri sırasına vergi ödəyicisi olan hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxs (faktiki rəhbər) də aid edilməlidir.... Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda formalaşdırdığı hüquqi mövqedən yanaşaraq qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum2 əməlinə hüquqi qiymət vermək üçün əsas meyar onun m əhz cinayət hadisəsinin baş verdiyi dövrdə Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Şəxsində şöbə müdiri vəzifəsini faktiki olaraq yerinə yetirib-yetirməməsi məsələsinin müəyyən edilməsidir. Bunun üçün hazırki iş üzrə həm ibtidai araşdırma zamanı, həm də məhkəmə araşdırması zamanı toplanmış və cinayət işinin materiallarına əlavə edilmiş mövcud sübutlar qarşılıqlı tədqiq və təhlil edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində adını xatırlamadığı bir nəfər şəxs qucağında qız uşağı ilə birlikdə və yanında iki nəfər qadınla onun qəbul otağına daxil olaraq “xəstəmiz ölür, təcili buna bax” demişlər və xə stəni tapçanın üstünə qoymuşlar. O uşağın ağır vəziyyətdə olduğunu görmüş və uşağın qohumlarından uşaq barədə soruşmuş, sonuncular da ona dünən, yəni xx.xx.2020-ci il tarixdə axşam saatlarında Bərdə RMX-yə gəldiklərini və uşağın USM müayinəsindən keçirildiyini və sistem olunduğunu bildirmişlər və uşağın USM müayinəsindən təmiz çıxdığını gördükləri üçün heç bir həkimin sözünə əməl etməyərək uşağı evə aparmışlar. Həmçinin, o bildirmişdir ki, həmin gün xəstəyə mərhum travmatoloq X10 həkim baxmış və uşağın xəstəxanada qalmasını uşağın valideyinlərinə bildirmişdir.O da tibb bacısına dərhal uşağı bir daha USM-dən keçirməsini, qan analizini götürməsini, qarın boşluğuna rentgen olunmasını, sonra xəstəlik tarixçəsi açaraq uşağa kəskin qarın diaqnozu qoyulmasını və diaqnoz əsasında müayinəyə başla masını bildirmişdir. Sona qədər bu diaqnozla xəstəni müalicə etmək üçün diaqnozu aydınlaşdırmaq lazım olduğu üçün, bunun ümumi diaqnoz olduğunu, həmçinin Xəstəxanada KT və endoskopik laporoskopiya müayinəsi olmadığı üçün, yeganə yol yalnız qarın boşluğunu açıb baxmaq gərəkli olması barədə uşağın valideyinlərinə başa salmış və onların qərarını soruşmuş, valideyinlərdən biri kiməsə zəng etmiş və valideynə təcili Bakı şəhərinə uşağın aparılması və onunla danışmaq istədiyini bildirmişdir. O da bu dəqiqə onun vaxtı olmadığını, həkim deyilsə, onunla nə üçün danışmalı olduğunu soruşmuş, xəstə can verdiyi üçün o həmin şəxslə telefon əlaqəsi saxlamamış və ölkədə “Koronavirus” infeksiyasının yayılması səbəbindən Bakı şəhərində heç bir xəstəxananın xəstə qəbul etmədiyi, yalnız Mirqasımov adına Respub lika Kliniki Xəstəxanasının xəstə qəbul etdiyi üçün bu barədə baş həkimə məlumat verməyi düşünmüşdür. O ilk olaraq uşağa çılpaq vəziyyətdə baxmış və qarın nahiyyəsində heç bir iz (qançır, göyərti və s.) görməmiş, amma buna baxmayaraq uşağı müayinə etmişdir. Bundan sonra uşağı sistemdən keçirmiş, ilk olaraq bədəninə narkotik vurulmuş, sonra venadaxilinə infuziya başlanmış, uşağa “Natriy Xlor, Albomen 10%-100qr, Analgin, Dimedrol, Omnopon, Poliqlikin, Qlukoza, Vikasol, Vitamin C, Qeksametazon” yeridilmişdir. Bütün bunların uşağa yeridilməsinə baxmayaq uşağın vəziyyətinin düzəlmədiyini görmüşdür. O da xəstə şok vəziyyətindən çıxmadığını görüb bunun küt travma olduğunu düşünmüş və günəş kələfində qansızma hesab etmiş, vəziyyətinin pisləşməyə doğru getdiyini və öləcəyini görüb, bu barədə valide ynlərinə bildirmişdir. Həmçinin Parenximatoz və boşluluq orqanlarının zədələnməsinin diaqnostik əlamətlərinin olmadığını görüb valideynlərinə uşağın vəziyyətinin ağır olduğunu, lakin hansı səbəbdən ağır olduğu ona aydın olmadığını bildirmişdir. Çünki xəstə göyərmiş və ağır şok vəziyyətində olmuşdur. Bundan sonra valideyinlər ona əgər belədirsə, onlar uşağı Bakı şəhərinə aparsınlar demişlər. O da “aparmaq istəyirsinizsə aparın, mən əlimdən gələni etdim, uşağın vəziyyəti düzəlmir” və daha ixtisaslı yardım göstərilməsi üçün eyni zamanda uşaq anestezioloqunun, reanimatoloqunun və intensiv terapiya şöbəsinin həkimlərinin olmasını nəzərə alaraq Bakı şəhərinə getməsinə o özü də qərar vermişdir. Bundan sonra o birbaşa Bərdə RMX-nın baş direktoru Nizami Mehdizadəyə məlumat vermiş, sonuncu da ona “ə gər xəstəni şokdan çıxara bilmirsinizsə onu ləngitməyin təcili uşağı Bakı şəhərinə təxliyə edək” bildirmişdir. Ona görə baş həkim özü TƏBİB-ə zəng etmiş və onların iştirakı ilə Respublika Kliniki Xəstəxanasında xəstə üçün yer ayrılmasını xahiş etmişdir. Xəstəni konsultasiya etmək üçün o, Bərdə RMX-da cərrahiyə şöbəsinin müdiri Məhkum2 və anestezioloq X12 da bu barədə bildirmişdir. Sonuncular da ona “bu xəstə burdan sağ çıxası deyil, ona görə Bakı şəhərinə təxliyə edin” demişdir. Günorta saat 2-3 radələrində o uşağı Bakı şəhərinə göndərmək üçün xəstəyə epikriz yazmış, maşın hazırlamış, yanına təcili tibbi yardımın həkimini qoşaraq təcili Bakı şəhərinə yola salmışdır. Məhkum1 daha sonra ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli 251 saylı rəydə “Xəstənin müayinə və müalicəsinin təş kili tam həcmdə olmaması Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinin pozulması kimi qiymətləndirilir” qeyd edilmişdir. Rəyin bu hissəsi ilə ekspertin buna münasibət bildirə bilmədiyini qeyd edərək razı olmadığını bildirmişdir. Həmçinin həmin rəydə “Nəzərə almaq lazımdır ki, xəstə barəsində məlumatın verilməsi müalicə həkimi tərəfindən bildirilmiş, bunun üçün müvafiq konsilium təşkil olunmalı və zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması cərrahiyyə əməliyyatı icra olunmalı idi” qeyd edilmişdir. Rəyin bu hissəsi ilə də razı olmadığını bildirərək, konsilium anestezioloq X12, şöbə müdiri Məhkum2 və onun iştirakı ilə təşkil olunmuş, valideyinlər diaqnostik laparotomiya olunmasına etiraz etdikləri üçün xəstənin Bakı şəhərinə g öndərilməsi rəsmiləşdirildiyini, həmçinin xəstəyə zəruri müayinələr aparıldığını bildirmişdir. Birinci instansiya məhkəməsində Məhkum2 Azərbaycan Respublikası CM-nin 314.2ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, X14 Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Cərrahiyyə Şöbəsinə daxil olması və orada ona həkim-cərrah Məhkum1 tərəfindən tibbi yardım göstərildikdən sonra Bakı şəhəri Mirqasımov adına Kliniki Tibbi Mərkəzə göndərilməsi, orada Zərərçəkmiş şəxsnın ölməsi barədə ilk dəfə təkrar komisyon məhkəmə-tibbi ekspertizasinın rəyi ilə tanış olan zaman bilmişdir.Bundan sonra o, Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə həkim-cərrah işləyən Məhkum1 xəstə Zərərçəkmiş şəxs ilə maraqlanıb soruşmuş və həmin vaxt s onuncu ona həmin xəstəyə tibbi yardım göstərildikdən sonra valideynləri tərəfindən uşağın Bərdə RMX PB-də əməliyyat olunmasına etiraz etdikləri üçün xəstəni Bakı şəhərinə apardıqlarını bilmişdir... Məhkum2 daha sonra ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə səhər saat 09:00-dan saat 16:00-dək işdə olmuşdur. Komisyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə tanış olduqdan sonra, həmin rəyin nəticələri ilə razı olduğunu bildirmiş, müalicə həkimi xəstənin valideyinə xəstə əməliyyat olunacağı təqdirdə əməliyyat stolunda ölə biləcəyini bildirdikdə, əgər valideyn xəstənin həmin həkim tərəfindən əməliyyat olunmasına etiraz edərsə, bu halda müalicə həkimi həmin valideyndən iltizamnamə almalı və bunu xəstəlik tarixçəsinə əlavə etməlidir, həmçinin onun X14 adına Bərdə RMX-da tərtib olun muş xəstəlik tarixçəsində müalicə həkiminin ondan hər hansı bir məsləhət aldığı halda o həmin xəstəlik tarixçəsinə xəstə barədə müayinənin nəticələrini və məsləhətlərini qeyd edərək həmin kağızın sonunda imza etməli olduğunu, əgər həmin xəstəlik tarixçəsində onun imzası yoxdursa, demək ki, o həmin xəstə ilə bağlı hər hansı bir fikir bildirməmiş, Zərərçəkmiş şəxs adlı xəstəni tanımadığını və həmin xəstəni xatırlamadığını, çünki onun idarə etdiyi şöbəyə həmin xəstənin daxil olmadığını və həmin xəstə onların şöbəsinin palatasında yatmadığını, ola bilsin ki, Məhkum1 həmin xəstəni pediatriya şöbəsində qəbul etdiyini və ondan şifahi qaydada həmin xəstə ilə bağlı məsləhət aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə o evdə 6 aylıq uşağına baxdığı zaman, qızı Zərərçəkmiş şəxsnın ağlaması səsini eşitdiyi üçün dərhal çölə çıxmış, onun ayaq yolu yerləşən yerdə kafelin üzərində başı aşağı çöməlmiş vəziyyətdə qarnını tutub ağladığını görmüş və ondan nə üçün ağladığını soruşmuş, sonuncu da ona qarnının ağrıdığını, nərdivan sürüşdüyü üçün həmin nərdivandan yıxıldığını bildirmişdir. O da dərhal yoldaşı X11ə zəng edib dərhal evə gəlməsini və uşağının ağladığını bildirmişdir. Yoldaşı X11 dərhal evə gəlmiş və o əri ilə birlikdə qızı Zərərçəkmiş şəxsü Bərdə RMX-yə aparmışdır. Onlar Bərdə RMX-nın Uşaq Xəstəxanası korpusuna getmişlər, orada adlarını xatırlamadığı tibb bacıları onları “Acil” adlanan korpusa göndərmişlər. Oraya getdikdə növbətçi hissədə oturan xanım a uşağı göstərmişlər və hansı həkimin yanına yaxınlaşmalı olduqlarını soruşmuşlar. Növbətçi hissədə olan xanım onlara hal hazırda növbədə cərrah həkim Məhkum1 olduğunu bildirmiş və dərhal həmin həkimə zəng edərək onları qəbul etməyini Məhkum1 bildirmişlər. Məhkum1həkim telefonda “uşaq Ultrasəs müayinəsindən keçirildikdən sonra mənə həmin müayinən cavabı deyilsin” bildirmişdir. Növbətçi həkim ultrasonoloqa zəng etmiş və həmin həkim iş yerində olmadığı üçün xəstəxanaya Zərərçəkmiş şəxsü müayinədən keçirilməsi üçün çağırılmışdır. Adını sonradan bildiyi həkim İlahə gəlmiş və onları sonuncunun yanına göndərmişlər. O bibisi Gültəkinlə birlikdə İlahə həkimin otağına daxil olmuş və Zərərçəkmiş şəxsnı o müayinədən keçirdərək uşağın qarnında heç nəyin olmadığını bildirmişdir. O da həkimdən “Bəs uşağ qusur axı bu nədəndi?” soruşmuş, sonuncu da ona “sistem keçirilsin düzələcək” bildirmişdir. O uşağı ilə birlikdə otaqdan çıxandan sonra onlar yenə növbətçi həkimin yanına getmişlər. Növbətçi həkimə USM-nin cavabını vermiş və Namiq həkim oturduğu otaqda olan digər adını xatırlamadığı tibb bacısı Zərərçəkmiş şəxsə sistem keçirmiş və bir neçə sistem uşağına vurulandan sonra onlara uşağın yaxşı olduğunu və düzələcəyini, uşağın xəstəxanada qalmasını məsləhət etmişlər. O da tibb bacısına uşağın vəziyyəti yaxşıdırsa evə aparmağını bildirmiş, sonuncular da uşaqda ciddi problemin olmadığını bildirəndən sonra o yoldaşı ilə uşağı evə aparmışdır. Zərərçəkmiş şəxsü evə aparsalar da sonuncu onlara qarnının ağrıdığını demişdir. Zərərçəkmiş şəxs evə gələn kimi uzanmış, heç nə yeməmiş və gecə saat 01 radə lərində ayağa duraraq su içmək istədiyini bildirmişdir. O da uşağa bir iki udumluq su vermiş, sonuncu da içmiş sonra yatmağa getmişdir. Növbəti gün səhər saat 08 radələrində Zərərçəkmiş şəxs yerindən duraraq qaytarmağa başlamış, qaytardıqdan sonra su içmək istədiyini bildirmişdir. O uşağa bir az su vermiş və əmisi oğlu Ramizin evinə aparmışdır. Ramiz də onlara uşağın vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya aparmağını bildirmiş və yoldaşı Günayla birlikdə Bərdə RMX-yə getmişdir. Onlar xəstəxanaya daxil olan kimi uşağı Məhkum1 olduğu otağa aparmışlar. Uşaq əmisi qızı Günayın qucağında həkimə yaxınlaşaraq “Nolar uşağa bax gör niyə qusur” demiş, Məhkum1 da ona “Görmürsən başqa uşağa baxıram, gözlə” demişdir. Sonra Məhkum1həkim onlara Zərərçəkmiş şəxsü aparıb otaqda olan tapçaya uzandırmağ ını bildirmişdir. Bir neçə dəqiqə sonra uşaq Məhkum1həkimin yanında qusmağa başlamış, o həkimə “bax gör uşaq yenə də qusur” demişdir. Məhkum1 uşağa baxan kimi onlara “uşaq şokdadır, uşağı götürün USM olunsun, USM-nin cavabına baxaq sonra əlimizdən gələni edək” demişdir. O, Zərərçəkmiş şəxsü aparıb USM-dən keçirmiş və cavabını gətirib həkimə təqdim etmiş, Məhkum1həkim cavaba baxan kimi “uşağı aparın uzandırın, sistem eləsinlər, mən sünnət əməliyyatına gedirəm” demişdir. Onlar da Zərərçəkmiş şəxsü 3-cü mərtəbədə yerləşən palataya yerləşdirmişlər. Bundan iki saat sonra Məhkum1həkim palataya gəlmiş və “uşaq sistem vurulandan sonra elə bil ki biraz yaxşılaşıb, buna biraz da sistem vurun mənim bir əməliyyatımda var ora gedim gəlirəm” demişdir. Palatada olan tibb bacıları bir daha uşağa sistem vu rmuşlar və bu təxminən iki saat müddətində davam etmişdir. Həmin müddət ərzində uşağın vəziyyətinin yaxşı olmadığını gördükləri üçün, əmisi oğlu Ramiz Məhkum1 oturduğu kabinetə getmiş və “uşağın vəziyyəti yaxşı deyil, gəl bax gör nə edə bilirsən” demişdir. O da gələrək Zərərçəkmiş şəxsə baxmış və “uşağın vəziyyəti yaxşı deyil, mən burda onun qarnını aça bilmərəm, xəstəxanada elə bir şərait yoxdur onu əməliyyat etməyə, ən yaxşı yer Bakı şəhəridir” demişdir. O da “həkim indi bəs bunu bizə niyə deyirsən? bunu bayaqdan denən biz də uşağı aparaq” demişdir. Çünki onun əri X11 səhər uşağı Məhkum1həkimə göstərəndə Bakı şəhərinə əməliyyat olunması üçün aparmaq istədiyini bildirmiş, Məhkum1həkim isə “qoy mən baxım ilk öncə, günorta sizə hə yox deyərəm” demişdir. O da sonuncu ilə razılaşmışdır. Amma artıq bir neçə saat gözlətdikdən sonra və uşağına dayanmadan sistem köçürüb sonra Məhkum1uşağı ən yaxşısı Bakı şəhərinə aparmağını bildirdikdə artıq sonuncunun onları aldatdığını başa düşmüşlər və dərhal Zərərçəkmiş şəxsü öz şəxsi avtomobilləri ilə Bakı şəhərinə aparmağa qərara almışlar. Lakin həmin vaxt ölkədə “Koronavirus” infeksiyasının yayılması səbəbindən rayonlararası giriş-çıxış məhdudlaşdığından onların Bakıya girişi yalnız xəstəxananın verdiyi göndəriş əsasında həyata keçə bilərmiş. Bu səbəbdən təxminən 3 saat ərzində onların Bakı şəhərinə gedişinin rəsmiləşdirilməsini və təcili tibbi yardım avtomobilini gözləmişlər. Sonda o, əri ilə birlikdə xəstəxananın baş həkiminin qəbuluna düşmüş, sonuncu da Məhkum1la tez-tez telefon əlaqəsi saxlamış və onları Bakı şəhərində Mirqasımov adına Kliniki Tibbi Mərkəzə getmələri üçün göndəriş yazıb vermişdir. Həmçinin Məhkum1 ərinə resept yazaraq dərman almasını və ona gətirməsini demişdir. Əri X11 də dərhal aptekə gedərək adını xatırlmadığı dərmanı almış və Məhkum1həkimə təqdim etmiş, sonuncu da həmin iynəni uşağa yeridəndən sonra, uşaq tamamilə özündən getmiş və uşağın yalnız nəfəsi gəldiyini görmüşdür. Təxminən saat 5 radələrində Təcili Tibbi Yarım avtomobili xəstəxananın həyətinə daxil olmuş və uşağı əri, əmisi və tibb bacılarının köməkliyi ilə avtomobilə mindirmiş və Bakı şəhərinə yola düşmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs özündə olmamış, halsız vəziyyətdə olmuşdur. Onlar Bakı şəhərində Mirqasımov adına Kliniki Tibbi Mərkəzə saat 8 radələrində çatmışlar.Orada adını xatırlamadığı həkim qaynatasına yaxınlaşaraq “bu uşağı niyə b u vəziyyətə salmısınız? Bu ölü vəziyyətindədir” demiş, qaynatası da həkimə o Bakı şəhərində olmuş, uşağa Bərdə rayonunda həkim tərəfindən baxıldığını və buraya göndərildiyini bildirmişdir. Həkim də “burda nə var ki uşağın qarnını açıb baxmağa, həkim niyə bu vaxta kimi özü uşağın qarnını açmayıb” demişdir. Sonra uşağı tomoqrafiyadan keçirmişlər və 3-cü mərtəbədə yerləşən əməliyyat otağına qaldırmışlar, orada uşağa narkoz verilmiş və uşaq əməlliyyat stolunda xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində keçinmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 оğlu, Şahid1 və Şahid3 оğlu zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsində əlavə şahid qism ində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb, tarixi yadında qalmadığı bir vaxtda Məhkum1həkim ona məruzə edərək bildirdi ki, ağır xəstə var, təcili olaraq ixtisaslaşdırılmış xəstəxanaya göndərilməlidir. O da dərhal Bakı şəhərində olan ixtisaslaşdırılmış xəstəxananlarla öz şəxsi əlaqələri vasitəsi ilə əlaqə saxlayaraq xəstə üçün yer almış, sonra göstəriş verib, xəstəni təcili tibbi yardımla Bakı şəhərinə yola salınmasına dair göstəriş vermiş, İcbari Tibbi Sığortaya keçdikdən sonra bir çox struktur dəyişikliklər baş vermişdir. Bir çox şöbələr birləşdirilmiş, həmin şöbə Məhkum2həkimə həvalə olunmuş, struktur dəyişikliyi heç bir sənəd üzərində olmamışdır. Sadəcə Məhkum2həkimə həvalə edildi ki, şöbə başsız qalmasın. Məhkum1h əkim ixtisaslı və peşəkar həkimdir. Məhkum1həkim Məhkum2həkimin şöbəsinin əməkdaşı olmuş, lakin qeyri-rəsmi şəkildə. Çünki xəstəxanalar birləşdirildiyindən hələ dəqiq heç nə məlum deyildi. Məhkum1həkim uşağı Bakıya göndərməklə bağlı ona müraciət etmişdi, çünki bu yalnız ona məxsus olan səlahiyyət idi. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında 10 aydır ki, çalışır. Sənədləşmə işləri çox problemli olubdur. Uşaq xəstəxanası ləğv olunub, uşaq cərrahiyəsi köçürülüb cərrahiyənin içərisinə və həmənki rəhbərlik tərəfindən heç bir əmrlə əmrləşdirilməyib. O üzdən məktub gələndə, o, məcburən rəsmi sənədlər əsasında cavab verib. Heç bir rəsmi sənəd tapa bilmir, amma bütün xəstələr həmin cərrahiyə şöbəsinin içəris ində qəbul olunur, bütün xəstələrin əməliyyatı orada icra olunur, sərfiyyat orada olunur. Sənədlər üzərində tabeçilik bir başa yenə də tapa bilmir. İşin prossesində bütün məsələlər icra olunub. Dolayısı ilə ya rəhbərlik əmr verməlidir, və ya şöbə daxili bir akt tərtib olunmalıydı ki, bu işlər indiyədək orada icra olunub. Onlarda ümumi şöbə də yox idi, o gələndən sonra yeni quruldu və yeni təkmilləşdi. Birinci məktubu şəxsən onun nəzarəti ilə hazırlanmışdır, digəri isə ümumi şöbə sorğu verib və əldə olan sənədlər əsasında cavab verilib. İndi bir problem var cərrahiyə şöbəsinin müdiri keçmiş ştat, yəni strukturla həm də bu rayonun baş cərrahı sayılır. Baş mütəxəssis sayılır. İş orasındadır ki, bu barədə də əmr yoxdur, əslində olmalı idi. O olduğu rəhbərlik dövründə hər ixtisas üzrə baş mütəx əssis var. Hal-hazırda onlarda həkim var o daşıyır o vəzifəni. Həmin vaxtı həkim elə baş həkim kimi, mütəxəssis kimi sayılır. Həmin vaxt bütün bu proseslər orda olunduğu üçün bir başa Məhkum2doktor məsuliyyət daşıyır. Sənədlər üstündə heç bir əsas verə bilmir. Onlara iki xəstəxananı birləşdirdilər. Diagnostika Mərkəzi Bərdə RMX birləşdi. Heç bir sənəd ala bilməyib, amma hər şeyi rəsmi aktlarla rəsmiləşdirib. Şöbə müdiri olaraq doktor məsuliyyət daşıyır. Konsilliuma gəldikdə isə, konsillium əmrsiz olur. Orda 2-3 variant var cərrahiyə xəstələr üçün və ya ağır xəstələr üçün orda əmrə ehtiyac yoxdur. Baş mütəxəssis onun üçün lazımdır. Həmin müddətdə həmin bölgədə kim sayılırsa o devriyə girir, deyir ki, bu xəstənin vəziyyəti düzəlmir. Onda bir neçə mütəxəssis toplanır və onlar bərabər konsilli um keçirir. O konsillium artıq əmr kimi sayılır. Amma, əgər planlı bir xəstədi gəlibdir əməliyyat olunmalıdır, bu hallarda xüsusi əmr imzalanır ki, bu halı dəyərləndirmək üçün konsillium olsun. Amma konsillium qərarını verir baş mütəxəssis. Əməliyyat istər təcili olsun, istər planlı olsun şöbə müdirinin xəbəri olur. Şöbə müdiri qərar verir hansı həkim əməliyyatı aparacaq, anestezioloq kim olacaq. Konsiliumun başlanğıcında yazıllar konsillium, yekunda rezüme yazılır və altında kimlər iştirak ediblərsə mütləq imza atıllar. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, bu işlə bağlı baş vermiş hadisə ilə bağlı cavabdeh şəxslərin bir başa əlaqə olduqları üçün rəydə onların adları çəkilib. Ora cərrahiyə üzrə müraciət edən hər bir xəstənin taley i barədə şöbə müdirinin məlumatı olmalıdır. Ondan sonraki prosseslər, təyinatı üzrə öz təsdiqini və ya öz nəticəsini tapmalıdır. Ona görə məsuliyyəti var. Əmr olmasa da var.Cinayət işinin iş materiallarında o məlumat var ki, həmin həkimin ora şifahi olaraq təzə qurum yarananda ora onun təyinatı verilib, yəni cərrahiyə xırda korpus cərrahiyyə üzrə olan sayılır uşaq (pediatrik) cərrahiyələr, o isə mütləq qaydada birləşdirilib ora. Bu birləşmələr baş verib, sonra əmrləşdirilib. Həm işin içində, həm həmin xəstəxananın rəhbərliyi tərəfindən məlumatlar ordan götürülüb. O xəstəxanada müalicə işləri üzrə həm şöbə müdiri, həm müalicə işi üzrə müavin onlar cavabderdilər. Hərəsinin özünə uyğun cavabdehliyi var. Əgər sizin xəstəxananın direktoru, başqa sahənin həkimdirsə terapevtdirsə o artıq başqa hissəsinə cavabdehdir, ancaq şöbə müdiri cərrahiyyə üzrə bir başa ora gələn xəstənin taleyi şöbə müdirinin əlindədir. Ora gələn xəstə haqqında şöbə müdirinin xəbəri olmalıdır. Şöbə müdirinə məlumat verilməlidir. Qəbul şöbəsindən başlayaraq. Təcili yardım gətirsə, ordan da bir başa deyilməlidir mütləq. Orda dəqiqələrlə ölçülən müddət ərzində uşağın müayinəsi getməyib. Ondan qabaq müayinə olunub, yola salınıb, təzdən qayıdıb. Həmin müddət ərzində bütün səhiyyə şöbəsinin başçısının burda xəbəri olmalıdır. Xəstəxananın özünə uyğun cavabdehliyi vardır. İşdə olan məhkəmə-tibb ekspertizasının 17 noyabr 2020-ci il tarixli (qeyd: məhkəmənin hökmündə rəyin tarixi səhvən 05 avqust 2020-ci il kimi yazılıb) 53/MEŞ saylı rəyində göstərilmişdir ki, X14 ölümünün bilavasitə səbəbi nazik bağırsağın posttrav matik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə, saat 24:00-da Respublika Klinik Xəstəxanasında baş vermişdir. İşdə olan komisyon məhkəmə-tibb ekspertizasının 25 yanvar 2021-ci il tarixli, KEŞ590 saylı rəyində göstərilmişdir ki, Bərdə RMX-da tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 13:00-da “Qarın boşluğunun qapalı travması” diaqnozu ilə xəstəxananın pediatriya şöbəsinə qəbul edilmişdir. Xəstəyə ultrasəs müayinəsi aparılmış (hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir), cərrahın, travmatoloqun baxışı keçirilmiş, ilkin tibbi yardımlar göstərilmiş və valideyinlərə uşağın vəziyyətinin ağırlığı bil dirilsə də, saat 19:15-də xəstəni evə aparmışlar. Lakin bu haqda hər hansı bir iltizamnamə tərtib edilməmişdir. Zərərçəkmiş şəxsya xx.xx.2020-ci il tarixdə yenidən Bərdə RMX-nın cərrahiyə şöbəsinə ağır vəziyyətdə gətirildikdən sonra aparılmış ilkin müayinə əsasında ona “Kəskin qarın?” diaqnozu təyin edilmişdir. Aparılmış ultrasəs müayinəsi zamanı qarın boşluğunda sərbəst maye (qan) 34 mm səviyyədə və qaraciyərin, bağırsaqların kəskin hipoexogenliyi və spastik vəziyyətin olduğu müəyyən edilmişdir. Aparılan tibbi yardımlardan sonra xəstənin vəziyyətində qismən yaxşılaşma müşahidə olunmuş və klinikaya uyğun olaraq xəstənin mədəaltı nahiyəsinin küt travması nəticəsində əzilməsi, günəş kələfi nahiyəsinə qansızma şübhəsilə saat 14 radələrində valideyinlərinin xahişi ilə Bakı şəhər Respublika Kli nik Xəstəxanasına göndərilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 22:25-də çox ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına gətirildikdən sonra aparılmış müvafiq müayinələr əsasında ona “Qarının küt travması. Şok İİİ-İV dərəcə. Koma” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq təcili həyati göstərişlə cərrahiyyə əməliyyatının icrasına qərar verilmiş, lakin saat 24:00-da xəstədə bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxsnın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün səbəbi “nazik bağırsağın posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası”nın olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxsnın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və i ş materiallarına əlavə edilmiş məlumatlara əsasən, ona Bərdə RMX-da göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, 0, xx.xx.2020-ci il tarixdə saat 13:00-da xəstəxanaya daxil olduqdan sonra lazımi müayinələr tam həcmdə aparılmamış (laborator, instrumental), diaqnoz tam dəqiqləşdirilmədən ilkin tibbi yardımlar göstərilmiş, xəstənin ümumi vəziyyəti düzgün qiymətləndirilməmiş, ağır vəziyyətdə olan xəstə dinamik həkim nəzarətində saxlanılmalı olduğu halda, saxlanılmamış və hər hansı bir iltizamnamə tərtib edilmədən evə buraxılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə xəstə yenidən Bərdə RMX-a gətirildikdən sonra vəziyyətinin ağırlığını nəzərə alaraq, Bakı şəhərində göndərilmədən, həyati göstərişlə təcili olaraq üzərində cərrahiyyə əməliyyatı icra edilməli idi. Bu da xəstənin vəz iyyətinin daha da ağırlaşmasına və geridönməz fəsadın yaranmasına gətirib çıxartmışdır. Qeyd olunanlar vaxtında və tam həcmdə yerinə yetirilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. Ağır vəziyyətdə olan xəstənin Bərdə RMX-dan təcili tibbi yardım maşını ilə Bakı şəhəri Respublika Klinik Xəstəxanasına göndərilməsi səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxslər xəstəxananın müalicə həkimi, şöbə müdiri və baş həkimidir. Eyni zamanda tərtib edilmiş tibbi sənədlərdə xəstənin valideyinlərinin xahişi ilə Bakı şəhərinə göndərilməsi qeyd edilsə də, bu haqda hər hansı bir iltizamnamə tərtib edilməmişdir. İşdə olan təkrar komisyon məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli, 154 saylı rəyi ndə göstərilmişdir ki, X14 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə bilavasitə səbəb nazik bağırsağın posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyasının olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxsnın ölümünə həlledici səbəb olan nazik bağırsağın perforasiyası hesabına baş vermiş peritonit xəstənin Bərdə RMX-na xx.xx.2020-ci il tarixdə müraciət etdiyi və “Qarın boşluğunun qapalı travması” diaqnozu təyin olunmasına baxmayaraq xəstəxana şəraitində nəzarətdə saxlanılmaması və dinamik müşahidənin təşkil olunmaması peritonitin ağır fəsadlarına gətirib çıxartmışdır. Buna məsul şəxs ilkin müraciətdə xəstəni müayinə edən növbətçi həkimdir. Eyni zamanda xəstənin vəziyyətinin ağırlaşması və təkrar olaraq xx.xx.2020-ci il tarixdə Bərdə RMX-da daxil olması ilə əlaqədar travmanın fəsadları müəyyən edilməsinə baxmayaraq tibbi yardım yenidən düzgün istiqamətdə təşkil olunmamış və xəstə Bakı şəhərinə təxliyyə edilmişdir. Bu da əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, X23 Bərdə RMX-da istər ilkin, istərsə də təkrari müraciətləri zamanı göstərilmiş tibbi xidmət qüsurlu olmuş, stasionar nəzarət təmin edilməmiş, tibbi yardım vaxtında və düzgün istiqamətdə aparılmamış, həmçinin zəruri olan operativ müdaxilə diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması icra edilməmişdir. Bununla da göstərilmiş qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs həkim-cərrah Mə hkum1dur. Qeyd olunanları nəzərə alaraq Bərdə RMX-da həkimlər tərəfindən göstərilmiş tibbi xidmət Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinə uyğun olmamışdır. X26 xx.xx.2020-ci il tarixdə Bərdə RMX-na müraciət etdikdən sonra ona müvafiq klinik, laborator və instrumental müayinələr aparılaraq, ilkin anemnezinə əsasən, “Qarın boşluğunun qapalı travması” mövcud olduğu üçün o, xəstəxana şəraitində nəzarətdə saxlanılmalı, dinamik müşahidə altında olmalı, həmçinin vəziyyətinə müvafiq olaraq müalicə taktikası seçilməli idi. Bununla yanaşı xəstənin vəziyyətinin ağırlaşması ilə əlaqədar o, xx.xx.2020-ci il tarixdə saat 11:30-da təkrar olaraq Bərdə RMX-na gətirilmiş və “Kəskin qarın” diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, həmçinin intoksikasiya əlamət ləri olan xəstənin digər xəstəxanaya göndərilməsi düzgün taktika hesab edilmir. X26 xx.xx.2020-ci il tarixdə Bərdə RMX-na daxil olduqdan sonra, xəstənin vəziyyətini nəzərə alaraq konsilium təşkil olunmalı, diaqnoz müəyyənləşdirilərək zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı üçün hazırlıq tədbirləri görülməli idi. Buna məsul şəxslər həkim-cərrah Məhkum1 və şöbə müdiridir. X14 Bərdə RMX-ya istər ilkin, istərsə də təkrari müraciətlər zamanı tibbi yardım düzgün istiqamətdə təşkil olunmuş olsaydı, ölümünün qarşısının alınması imkanı çox olardı. Buna məsul şəxslər növbətçi həkim, təkrar baxışı aparan həkim cərrah və şöbə müdiridir. X25 Bakı şəhəri Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ağır şok, koma və aqonal vəziyyətdə daxil olmuş, bu baxımdan göstərilmiş müvafiq tibbi yardımlara baxmayaraq müsbət dinamika əldə olunmamışdır. İşdə olan komisyon məhkəmə-tibb ekspertizasının 26 may 2021-ci il tarixli, 251 saylı rəyində göstərilmişdir ki, X7 RMX-na xx.xx.2020-ci il tarixdə müraciət etmiş və ona “Qarın boşluğunun qapalı travması” diaqnozu təyin olunmuşdur. Təyin olunmuş diaqnozla əlaqədar ultrasəs müayinəsi aparılmış və təyinat verilmişdir. Lakin xəstə xəstəxana şəraitində nəzarətdə saxlanılmamış və onun dinamik müşahidəsi təşkil olunmamışdır. Buna məsul şəxs ilkin müraciətdə xəstəni müayinə edən növbətçi həkimdir. xx.xx.2020-ci il tarixli müraciətdə xəstədə peritonit əlamətləri ultrasəs müayinəsi zamanı qeyd edilmədiyi üçün ilkin müraciətlə ölümün baş verməsi arasında bir həcmdə olmaması Səhiyyə Nazirliyinin 2012-ci il t arixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinin pozulması kimi qiymətləndirilir. X26 xx.xx.2020-ci il tarixdə saat 11:30-da təkrar olaraq Bərdə RMX-na gətirilmiş və ona “Kəskin qarın” diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, xəstənin digər xəstəxanaya göndərilməsi qərar verilmişdir. Bu qərarın şöbə müdiri Məhkum2 tərəfindən verilməsi düzgün taktika hesab edilmir. Nəzərə almaq lazımdır ki, xəstə barəsində məlumatın verilməsi müalicə həkimi tərəfindən bildirilmiş, bunun üçün müvafiq konsilium təşkil olunmalı və zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı idi. Buna məsul şəxslər həkim ümumi cərrah Məhkum1 və şöbə müdiridir. Xəstənin müalicəsinin düzgün təşkil olunmaması ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə va rdır. Buna məsul şəxslər ilkin olaraq müalicə həkimi ümumi cərrah Məhkum1 və şöbə müdiri Məhkum2dur. Hər iki həkim Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinin tələblərinə əməl etməmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 403/MEŞ saylı 22 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 2015-ci il təvəllüdlü X14 ölüm faktına dair tibbi sənədlərin təhlilinə və cinayət işi materiallarındakı məlumatlara əsaslanaraq, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik Hüququ Şəxsin İdarə Heyətinin 23 dekabr 2020-ci il tarixli 9 saylı prot okolu ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in strukturu təsdiq edilmişdir. 05 yanvar 2021-ci il tarixdən 08 saylı əmrlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərahiyyə şöbəsinin struktur vahidləri təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq çarpayı sayı 50 olan cərrahiyə şöbəsinə Məhkum2 Səttar oğlu şöbə müdiri təyin edilmişdir. 05 avqust 2020-ci il tarixdə baş vermiş hadisə zamanı daxil olmaqla Bərdə Birləşmiş Uşaq Xəstəxanasının cərrahiyyə şöbəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsi İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə birləşdirilmişdir. Lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasının ştatı və strukturu 05 yanvar 2021-ci il tarixli 08 saylı əmri ilə rəsmiləşdirilmişdir. Belə ki, İcbari Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in möhürü ilə 05 avqust 2020-ci il tarixdə, saat 11:30-da X14 adına ******* saylı xəstəlik tarixi açılmış və təsdiq edilmişdir. 2.İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə Bərdə Uşaq Xəstəxanasında həkim cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri Məhkum2 tabeçiliyi olmuşdur. 3.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrinin həkim- ümumi cərrahın nümunəvi vəzifə təlimatının öhdəliklərinə aid 7-ci bəndin “Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqqtların müayinə və müalicənin aparılması) və diaqnozun müəyyən edilməsi”; 8-ci bəndin “Mövcüd qaydalara və stand artlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq”; “Məsuliyətinə aid 24.1-ci bəndin ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi” tələbləri həkim cərrah Məhkum1 və həkim cərrah şöbə müdiri Məhkum2 tərəfindən pozulmuşdur. 4.İş materiallarında olan xəstəlik tarixlərindəki məlumatlara, xəstənin ümumi vəziyyətinə və meyitdə aşkar edilmiş morfoloji dəyişikliklərə əsasən demək olar ki, həkim cərrah Məhkum1 tərəfindən ilkin olaraq və təkrar həkim cərrah Məhkum2 tərəfindən X2 müayinəsi, müalicəsi diaqnostik və tibbi prosedurlarının düzgün təşkil edilməməsi ilə ölümü arasında səbəbli əlaqə vardır. 5.X14 Bərdə rayon Mərkə zi Xəstəxanasına 04 avqust 2020-ci il tarixdə müarciəti zamanı ona “Qarın boşluğunun qapalı travması” diaqnozu təyin edilmiş, ultrasəs müayinəsi aparılmış və təyinat verilmişdir. Lakin xəstənin mövcüd qaydalara uyğun dinamiki nəzarəti ilə əlaqədar zəruri hospitalizasiyası həyata keçirilməmişdir. Hətta ikinci dəfə xəstəxanaya gətirildikdən sonra X23 zəruri tibbi diagnostik tədbirlər və yardımlar göstərilsəydi, ölümə səbəb olan ağırlaşmanın qarşısının alınması mümkün olardı. Buna məsul şəxslər cərrahiyə şöbəsinin müdiri Məhkum2 və müalicə həkimi Söhrət Əhmədovdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibb Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 03 fevral 2022-ci il tarixli 151 sa ylı məktubdan görünür ki, 05 avqust 2020-ci il tarixə struktur quruluşu və ştat vahidlərinə əsasən Bərdə Uşaq Xəstəxanasının tərkibində və tabeliyində olmuşdur. Bərdə Uşaq Xəstəxanasında həkim-cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkimi Məhkum2 tabeçiliyi olmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibb Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi 03 fevral 2022-ci il tarixli 151 saylı məktubdan fərqli olaraq 09 fevral 2022-ci il tarixli 184 saylı məktubdan görünür ki, 05 avqust 2020-ci il tarixində struktur quruluşu və ştat cədvəlinə əsasən Bərdə Birləşmiş Uşaq Xəstəxanasının tərkibində və tabeliyində olmuşdur. Ancaq bu barədə Bərdə rayon Mərkəzi Xəstəxa nasının keçmiş müdiriyyəti tərəfindən hər hansı rəsmi əmr, sərəncam, göstəriş verilməmişdir və mövcüd qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Bərdə Birləşmiş Uşaq Xəstəxanasında həkim-cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Məhkum2 tabeçiliyi olmuşdur. Amma bu barədə də Bərdə Rayon Mərkəzi Xəstəxanasının sabiq rəhbərliyi tərəfindən rəsmi əmr göstəriş verilməmişdir. Bu işlər qeyd edilən zamanda işləmiş keçmiş Bərdə rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin şifahi göstərişləri əsasında yerinə yetirilmişdir. Qeyd edilib ki, Bərdə Rayon Məhkəməsinin sorğusunda göstərilən zaman ərəfəsində uşaq cərrahiyyə əməliyyatları Bərdə Birləşmiş Uşaq Xəstəxanasında deyil, Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində icra edilmi ş və bütün dərman sərfiyyatı da həmin şöbə tərəfindən qarşılanmışdır. Bərdə Rayon Mərkəzi Xəstəxanasının stasionar xəstələrin qəbulu jurnalında 05 avqust 2020-ci il tarixdə X14 adı qeyd edilmiş və məhz Bərdə Rayon Mərkəzi Xəstəxanasının Qəbul Şöbəsində onun adına xəstəlik tarixi açılmışdır. Məhkum2 hadisə zamanı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Cinayət işinə əlavə edilmiş İnsan Resursları Şöbəsində işləyən X39 tərəfindən 05 fevral 2022-ci il tarixli məlumatdan görünür ki, 05 avqust 2020-ci il tarixdə struktur quruluşu və ştat cədvəlinə əsasən Bərdə Birləşmiş Uşaq Xəstəxanası Bərdə rayon Mərkəzi Xəstəxanasının tərkibində tabeliyində olmuşdur. Ancaq müdiriyyət tərəfindən bu barədə hər hansı əmr, sərəncam verilməmişdir. Bərdə rayon Birləşm iş Uşaq Xəstəxanasında həkim-cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə rayon Mərkəzi Xəstəxanası Cərrahiyyə Şöbəsinin Şöbə müdiri, Məhkum2 tabeliyində olmuşdur, ancaq bu barədə rəhbərlik tərəfindən heç bir əmr olmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə ekspertizasının 17 yanvar 2023-ci il tarixli, 885 saylı rəyində göstərilmişdir ki, X7 RMX-na daxil olduqdan sonra ona lazımi müayinələr tam həcmdə aparılmamış, diaqnoz tam dəqiqləşdirilmədən ilkin tibbi yardımlar göstərilmiş, xəstənin ümumi vəziyyəti düzgün qiymətləndirilməmiş, ağır vəziyyətdə olan xəstə dinamik həkim nəzarətində saxlanılmalı olduğu halda, saxlanılmamış və hər hansı bir iltizamnamə tərtib edilmədən evə buraxılmışdır. Xəstənin ağır vəziyyətdə olmasın ı nəzər alaraq, valideyinlərin iltizamnaməsi alınmadan həyatı göstəriş əsasında zəruri olan əməliyyat icra edilməli idi. Xəstəxanada KT, endoskopik və ya laporoskopik təchizatı olmadğı halda, "Kəskin qann" diaqnozu ilə əlaqədar zəruri olan cərrahiyə əməliyyatı aparıla bilərdi. Xəstənin vəziyyəti ilə əlaqədar müalicə həkimi tərəfındən şöbə müdirinə məlumat verilir və zərurət yarandığı halda müvafiq konsilium (profıl üzrə bir neçə həkimlərin birgə baxışlan və onların qərann verilməsi) təşkil olunur. X14 Bərdə RMX-na xx.xx.2020-ci il tarixdə müraciəti zamanı ona "Qarın boşluğunun qapalı travması" diaqnozu təyin edilmişdir. Lakin xəstənin mövcud vəziyyəti ilə əlaqədar ona dinamiki nəzarət və zəruri olan hospitalizasiya həyata keçirilməmişdir. Hətta ikinci dəfə xx.xx.2020-ci il tarixdə xəstəxan aya gətirildikdən sonra ona zəruri tibbi diaqnostik tədbirlər və yardımlar göstərilsəydi ölümə səbəb olan ağırlaşmanın qarşısının alınması mümkün olardı. Buna məsul şəxslər cərrahiyyə şöbəsinin müdiri Məhkum2 və müalicə həkimi Məhkum1dur. "Nazik bağırsağın posttravmatik perforasiya"sı orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq bir sutka ərzində kliniki ağırlaşaraq, ölümə gətirib çıxara bilərdi. X23 tələb olunan operativ müdaxilə valideyinlərin iltizamnaməsi olmadan həyati göstərişlə ica olunmalı idi. Belə olan halda, xəstənin digər klinikaya köçürülməsi əks göstəriş hesab edilir. Həkimlərin konsiliumumüalicə həkimi, şöbə müdiri, anestezioloq-reanimatoloq və baş həkimin müalicə işləri üzrə müavinin iştirakı ilə aparılır. Lakin tibbi sənədlərdə bu haqda hər hansı bir qeydiyyat yoxdur və həkimlərin şifahi məsləhətləşməsi konsilium sayıla bilməz. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik Hüquqi Şəxsinin İdarə Heyətinin xx.xx.2020- ci il tarixli 9 saylı protokolu ilə "Bərdə Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in strukturu təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixdən 08 saylı əmrlə Bərdə RMX-nın Cərrahiyyə şöbəsinin sturuktur vahidləri təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq çarpayı sayı 50 olan cərrahiyyə şöbəsinə Məhkum2 Səttar oğlu şöbə müdiri təyin edilmişdir. 5 avqust 2020-ci il tarixdə baş vermiş hadisə zamanı daxil olmaqla Bərdə Birləşmiş Uşaq Xəstəxanasının cərrahiyyə şöbəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsi İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə birləşdirilmişdir. Lakin Bərdə RMX-nin ştatı və stu kturu xx.xx.2021- ci il tarixli 8 saylı əmri ilə rəsmiləşdirilmişdir. Belə ki, İcbari Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in möhürü ilə xx.xx.2020- ci il tarixdə, saat 11:30-da X14 adına ******* saylı xəstəlik tarixi açılmış və təsdiq edilmişdir. Müalicə həkimi tərəfındən xəstənin hər hansı bir digər klinkaya köçürülməsi qərar verirsə, bu qərarı sonda şöbə müdiri tərəfındən dəyişdirilə bilər. Həkim Məhkum2 xəstəlik tarixində imzasının olmaması bu tibbi sənədin tərtibatı baxımından metodoloji çatmamazlıq və 70 saylı əmrin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən yuxarıda sadalanan təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, keçirilmiş çoxsaylı ekspertiza r əyləri, üzləşdirmə protokolları, həmçinin iş materiallarında olan digər sübutlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 9 sentyabr 2013-cü il tarixli plenum qərarında qeyd edilən hüquqi mövqeyi ilə qarşılıqlı şəkildə tədqiq edildikdə müəyyən edilir ki, hər hansı rəsmi sənəd olmamasına baxmayaraq Məhkum2 05 avqust 2020-ci il tarixdə faktiki olaraq “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin cərrahiyə şöbəsinin müdiri vəzifəsində işləmiş, Məhkum1 şöbə müdiri kimi Məhkum2 tabeçiliyi olmuş, beləliklə həmin vəzifəni faktiki yerinə yetirdiyindən vəzifəli şəxs kimi CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət in subyekti olmuşdur. İş materiallarında olan komisyon məhkəmə-tibb ekspertizasının 25 yanvar 2021-ci il tarixli, KEŞ-590 saylı rəyində, təkrar komisyon məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli, 154 saylı rəyində, komisyon məhkəmə-tibb ekspertizasının 26 may 2021ci il tarixli, 251 saylı rəyində, əlavə komisyon məhkəmə-tibb ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 403 saylı rəyində və əlavə təkrar məhkəmə-tibb ekspertizasının 17 yanvar 2023-ci il tarixli, 885 saylı rəyində X14 ölümünə məsul şəxslər həkim-ümumi cərrah Məhkum1 və şöbə müdiri Məhkum2 olduğu göstərilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, qeyd edilən sübutlar Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulan cinayəti törət məsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 314.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, Məhkum2 5 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə gətirilən 2015-ci il təvəllüdlü X26 barəsində müalicə həkimi Məhkum1 tərəfindən “Kəskin qarın” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nöm rəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndində göstərilən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda xəstəxananın həkim cərrahı Məhkum1 təklifi ilə düzgün taktika hesab edilməyən Zərərçəkmiş şəxsnın digər xəstəxanaya göndərilməsi qərarını qəbul edərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib intoksikasiya əlamətlər i olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyyə etdirməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək 05 avqust saat 24:00-da X14 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci-ci maddəsi ilə tövsif edilməli, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalan dırılmalıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldiyi mübahisəsiz nəticə ondan ibarətdir ki, zərərçəkmiş şəxs X14 barəsində “Kəskin qarın” diaqnozu müəyyənləşdirdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrinin həkim- ümumi cərrahın nümunəvi vəzifə təlimatının öhdəliklərinə aid 7-ci bəndin “Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların müayinə və müalicənin aparılması) və diaqnozun müəyyən edilməsi”; 8-ci bəndin “Mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq”; “Məsuliyyətinə aid 24.1-ci bəndin ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi” tələbləri həkim cərrah Məhkum1 tərəfindən pozulmuşdur. Məhkəmə kollegiyası gəlinən həmin nəticə ilə razılaşaraq məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi tərəfindən verilən kassasiya şikayətinin dəlillərinə münasibət bildirərkən öz mövqeyini şərh etmişdir. Məhkum edilmiş şəxs Məhkum2 təqsirliliyi ilə əlaqədar sübutları təhlil edərkən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr toplanmış sübutları kifayət qədər tədqiq etməməklə yanaşı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 26 iyun 1997-ci il 360-İQ №-li Qanunun tələblərini nəzərə almamış, ümumiyyətlə həmi n Qanuna istinad etməmişlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 26-cı maddəsinə əsasən: “Tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda məsələ konsilium tərəfindən həll olunur. Konsilium mümkün olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi müdaxilənin aparılması zəruri olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin bu barədə razılığı olmalıdır.” Həmin Qanunun 27-ci maddəsinə əsasən: “Qanunve ricilikdə nəzərdə tutulan hallar (təcili və təxirəsalınmaz tibbi yardımın zəruri olduğu hallar) istisna olmaqla, vətəndaşın və ya onun qanuni nümayəndəsinin tibbi müdaxilədən imtina etmək, yaxud onun dayandırılmasını tələb etmək hüququ vardır. Tibbi müdaxilədən imtina etdikdə vətəndaşa, yaxud onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilməlidir. Tibbi müdaxilədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat vətəndaşın tibbi sənədlərində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi, eləcə də tibb işçisi tərəfindən imzalanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələri göstərilən şəxslərin həyatı üçün zəruri tibbi müdaxilədən im tina etdikdə, onların sağlamlığının qorunması üçün tibb müəssisələri məhkəməyə müraciət edə bilərlər.” Həmin Qanunun 28-ci maddəsinə əsasən: “Özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunmadan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım (tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir.” Həmin Qanunun 34-cü maddəsinə əsasən: “İxtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qey ri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.” Həmin Qanunun 51-ci maddəsində “Müalicə həkimi”nin müəyyən edilməsi,hüquqları və məsuliyyəti müəyyən edilmişdir.Qanunun tələbinə görə: “Müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərən həkimdir. Müalicə həkimi pasiyentin istəyi ilə müəssisə (bölmə) rəhbəri tərəfindən təyin edilir. Pasiyent müalicə həkiminin dəyişdirilməsini tələb etdiyi hallarda, müəssisə rəhbəri bu tələbi yerinə yetirməlidir. Müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir. Xəstənin həyatı təhlükə altında olduğu hallar və təxirəsalınmaz vəziyyətlər istisna edilməklə, digər hallarda konsilium tərəfindən verilən məsləhətlər yalnız müalicə həkimi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.” Məhkəmə kollegiyası cinayət işinin materiallarını “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələbləri ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apelyasiya instansiyası mə hkəməsi Məhkum2 zərərçəkmiş şəxs X14 digər Məhkum1 səhlənkarlığı nəticəsində ölməsi ilə nəticələnmiş hadisədə təqsirli olub-olmamasının müəyyən edilməsi məqsədilə düzgün nəticəyə gəlinməsi üçün aşağıda sadalanan xüsusatları araşdırmalı idi: 1) Məhkum2 zərərçəkmiş şəxs X14 müayinə və müalicə olunmasında iştirak edibetməməsinin kifayət qədər araşdırılmaması. Birinci instansiya məhkəməsində Məhkum2 Azərbaycan Respublikası CM-nin 314.2ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1987-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasında həkim cərrah vəzifəsində, 2007-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifəsi hal hazırda Şöbəyə rəhbərlik etməkdən, xəstələrin müayinə və müalicəsində iştirak etməkdən, ağır xəstələrin müayinəsi və müalicəsində iştirak etmək və digər həkimlərlə konsilium təşkil etməkdən, ehtiyacı olan xəstələrin digər rayon və şəhərlərdə yerləşən xəstəxanalara göndərilməsini təşkil etməkdən və digər vəzifələrdən ibarətdir. O X14 Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Cərrahiyyə Şöbəsinə daxil olması və orada ona həkim-cərrah Məhkum1 tərəfindən tibbi yardım göstərildikdən sonra Bakı şəhəri Mirqasımov adına Kliniki Tibbi Mərkəzə göndərilməsi, orada Zərərçəkmiş şəxsnın ölməsi barədə ilk dəfə təkrar komisyon məhkəmə-tibbi ekspertizasinın rəyi ilə tanış olan zaman bilmişdir. Bundan sonra o Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə həkim-cərrah işləyən Məhkum1 xəstə Zərərçəkmiş şəxs ilə maraqlanıb soruşmuş və h əmin vaxt sonuncu ona həmin xəstəyə tibbi yardım göstərildikdən sonra valideynləri tərəfindən uşağın Bərdə RMX PB-də əməliyyat olunmasına etiraz etdikləri üçün xəstəni Bakı şəhərinə apardıqlarını bilmişdir. Həmçinin onun X14 adına Bərdə RMX-da tərtib olunmuş xəstəlik tarixçəsində müalicə həkiminin ondan hər hansı bir məsləhət aldığı halda o həmin xəstəlik tarixçəsinə xəstə barədə müayinənin nəticələrini və məsləhətlərini qeyd edərək həmin kağızın sonunda imza etməli olduğunu, əgər həmin xəstəlik tarixçəsində onun imzası yoxdursa, demək ki, o həmin xəstə ilə bağlı hər hansı bir fikir bildirməmiş, Zərərçəkmiş şəxs adlı xəstəni tanımadığını və həmin xəstəni xatırlamadığını, çünki onun idarə etdiyi şöbəyə həmin xəstənin daxil olmadığını və həmin xəstə onların şöbəsinin palatasında yatmadığını, ola bilsin ki, Məhkum1 həmin xəstəni pediatriya şöbəsində qəbul etdiyini və ondan şifahi qaydada həmin xəstə ilə bağlı məsləhət aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində Məhkum1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saat 09:00 da o, işdə olduğu zaman digər xəstələri tibbi müayinə etmişdir. Həmin günü təxminən saat 11 radələrində adını xatırlamadığı bir nəfər şəxs qucağında qız uşağı ilə birlikdə və yanında iki nəfər qadınla onun qəbul otağına daxil olaraq “xəstəmiz ölür, təcili buna bax” demişlər və xəstəni tapçanın üstünə qoymuşlar. O uşağın ağır vəziyyətdə olduğunu görmüş və uşağın qohumlarından uşaq barədə soruşmuş, sonuncular da ona dünən, yəni xx.xx.2020-ci il tarixdə axşam saatlarında Bərdə RMX-yə gəldiklərini və uşağın USM müayinəsindən keçirildiyi ni və sistem olunduğunu bildirmişlər və uşağın USM müayinəsindən təmiz çıxdığını gördükləri üçün heç bir həkimin sözünə əməl etməyərək uşağı evə aparmışlar. Həmçinin o bildirmişdir ki, həmin gün xəstəyə mərhum travmatoloq X10 həkim baxmış və uşağın xəstəxanada qalmasını uşağın valideynlərinə bildirmişdir.O da tibb bacısına dərhal uşağı bir daha USM-dən keçirməsini, qan analizini götürməsini, qarın boşluğuna rentgen olunmasını, sonra xəstəlik tarixçəsi açaraq uşağa kəskin qarın diaqnozu qoyulmasını və diaqnoz əsasında müayinəyə başlamasını bildirmişdir. Sona qədər bu diaqnozla xəstəni müalicə etmək üçün diaqnozu aydınlaşdırmaq lazım olduğu üçün, bunun ümumi diaqnoz olduğunu, həmçinin Xəstəxanada KT və endoskopik laporoskopiya müayinəsi olmadığı üçün, yeganə yol yalnız qarın boşluğunu açıb b axmaq gərəkli olması barədə uşağın valideynlərinə başa salmış və onların qərarını soruşmuş, valideynlərdən biri kiməsə zəng etmiş və valideynə təcili Bakı şəhərinə uşağın aparılması və onunla danışmaq istədiyini bildirmişdir. O da bu dəqiqə onun vaxtı olmadığını, həkim deyilsə onunla nə üçün danışmalı olduğunu soruşmuş, xəstə can verdiyi üçün o həmin şəxslə telefon əlaqəsi saxlamamış və ölkədə “Koronavirus” infeksiyasının yayılması səbəbindən Bakı şəhərində heç bir xəstəxananın xəstə qəbul etmədiyi, yalnız Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının xəstə qəbul etdiyi üçün bu barədə baş həkimə məlumat verməyi düşünmüşdür. O ilk olaraq uşağa çılpaq vəziyyətdə baxmış və qarın nahiyəsində heç bir iz (qançır, göyərti və s.) iz görməmiş, amma buna baxmayaraq uşağı müayinə etmişdir. Bun dan sonra uşağı sistemdən keçirmiş, ilk olaraq bədəninə narkotik vurulmuş, sonra venadaxilinə infuziya başlanmış, uşağa “Natriy Xlor, Albomen 10%-100qr, Analgin, Dimedrol, Omnopon, Poliqlikin, Qlukoza, Vikasol, Vitamin C, Qeksametazon” yeridilmişdir. Bütün bunların uşağa yeridilməsinə baxmayaq uşağın vəziyyətinin düzəlmədiyini görmüşdür. O da, xəstə şok vəziyyətindən çıxmadığını görüb bunun küt travma olduğunu düşünmüş və günəş kələfində qansızma hesab etmiş, vəziyyətinin pisləşməyə doğru getdiyini və öləcəyini görüb, bu barədə valideynlərinə bildirmişdir. Həmçinin, Parenximatoz və boşluluq orqanlarının zədələnməsinin diaqnostik əlamətlərinin olmadığını görüb valideynlərinə uşağın vəziyyətinin ağır olduğunu, lakin hansı səbəbdən ağır olduğu ona aydın olmadığını bildirmişdir. Çünki xəstə gö yərmiş və ağır şok vəziyyətində olmuşdur. Bundan sonra valideynlər ona əgər belədirsə, onlar uşağı Bakı şəhərinə aparsınlar demişlər. O da “aparmaq istəyirsinizsə aparın, mən əlimdən gələni etdim, uşağın vəziyyəti düzəlmir” və daha ixtisaslı yardım göstərilməsi üçün eyni zamanda uşaq anestezioloqunun, reanimatoloqunun və intensiv terapiya şöbəsinin həkimlərinin olmamasını nəzərə alaraq Bakı şəhərinə getməsinə o özü də qərar vermişdir. Bundan sonra o, birbaşa Bərdə RMX-nın baş direktoru X məlumat vermiş, sonuncu da ona “əgər xəstəni şokdan çıxara bilmirsinizsə onu ləngitməyin təcili uşağı Bakı şəhərinə təxliyə edək” bildirmişdir. Ona görə baş həkim özü TƏBİB-ə zəng etmiş və onların iştirakı ilə Respublika Kliniki Xəstəxanasında xəstə üçün yer ayrılmasını xahiş etmişdir. Xəstəni konsultasiya etmək üçün o, Bərdə RMX-da cərrahiyə şöbəsinin müdiri Məhkum2 və anestezioloq X12 da bu barədə bildirmişdir. Sonuncular da ona “bu xəstə burdan sağ çıxası deyil, ona görə Bakı şəhərinə təxliyə edin” demişlər. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə o, evdə 6 aylıq uşağına baxdığı zaman, qızı Zərərçəkmiş şəxsnın ağlaması səsini eşitdiyi üçün dərhal çölə çıxmış, onun ayaq yolu yerləşən yerdə kafelin üzərində başı aşağı çöməlmiş vəziyyətdə qarnını tutub ağladığını görmüş və ondan nə üçün ağladığını soruşmuş, sonuncu da ona qarnının ağrıdığını, nərdivan sürüşdüyü üçün həmin nərdivandan yıxıldığını bildirmişdir. O da dərhal yoldaşı X11ə zəng edib dərhal evə gəlməsini və uşağının ağladığını bildirmişdir. Yoldaşı X11 dərhal evə gəlmiş və o əri ilə birlikdə qızı Zərərçəkmiş şəxsü Bərdə RMX-yə aparmışdır. Onlar Bərdə RMX-nın Uşaq Xəstəxanası korpusuna getmişlər, orada adlarını xatırlamadığı tibb bacıları onları “Acil” adlanan korpusa göndərmişlər. Oraya getdikdə növbətçi hissədə oturan xanıma uşağı göstərmişlər və hansı həkimin yanına yaxınlaşmalı olduqlarını soruşmuşlar. Növbətçi hissədə olan xanım onlara hal hazırda növbədə cərrah həkim Məhkum1 olduğunu bildirmiş və dərhal həmin həkimə zəng edərək onları qəbul etməyini Məhkum1 bildirmişlər. Məhkum1həkim telefonda “uşaq Ultrasəs müayinəsindən keçirildikdən sonra mənə həmin müayinən cavabı deyilsin” bildirmişdir. Növbətçi həkim ultrasonoloqa zəng etmiş və həmin həkim iş yerində olmadığı üçün xəstəxanaya Zərərçəkmiş şə xsü müayinədən keçirilməsi üçün çağırılmışdır. Adını sonradan bildiyi həkim İlahə gəlmiş və onları sonuncunun yanına göndərmişlər. O bibisi birlikdə İlahə həkimin otağına daxil olmuş və Zərərçəkmiş şəxsnı o müayinədən keçirdərək uşağın qarnında heç nəyin olmadığını bildirmişdir. Mən da həkimdən “Bəs uşağ qusur axı bu nədəndi?” sorumuş, sonuncu da ona “sistem keçirilsin düzələcək” bildirmişdir. O uşağı ilə birlikdə otaqdan çıxandan sonra onlar yenə növbətçi həkimin yanına getmişlər. Növbətçi həkimə USM-nin cavabını vermiş və həkim oturduğu otaqda olan digər adını xatırlamadığı tibb bacısı Zərərçəkmiş şəxsə sistem keçirmiş və bir neçə sistem uşağına vurulandan sonra onlara uşağın yaxşı olduğunu və düzələcəyini, uşağın xəstəxanada qalmasını məsləhət etmişlər. O da tibb bacısına uşağın vəziyyə ti yaxşıdırsa evə aparmağını bildirmiş, sonuncular da uşaqda ciddi problemin olmadığını bildirəndən sonra o yoldaşı ilə uşağı evə aparmışdır. Zərərçəkmiş şəxsü evə aparsalar da sonuncu onlara qarnının ağrıdığını demişdir. Zərərçəkmiş şəxs evə gələn kimi uzanmış, heç nə yeməmiş və gecə saat 01 radələrində ayağa duraraq su içmək istədiyini bildirmişdir. O da uşağa bir iki udumluq su vermiş, sonuncu da içmiş sonra yatmağa getmişdir. Növbəti gün səhər saat 08 radələrində Zərərçəkmiş şəxs yerindən duraraq qaytarmağa başlamış, qaytardıqdan sonra su içmək istədiyini bildirmişdir. O uşağa bir az su vermiş və əmisi oğlu Ramizin evinə aparmışdır. X də onlara uşağın vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya aparmağını bildirmiş və yoldaşı Günayla birlikdə Bərdə RMX-yə getmişdir. Onlar xəstəxanaya daxil olan kimi uşağı Məhkum1 olduğu otağa aparmışlar. Uşaq əmisi qızı Günayın qucağında həkimə yaxınlaşaraq “Nolar uşağa bax gör niyə qusur” demiş, Məhkum1 da ona “Görmürsən başqa uşağa baxıram, gözlə” demişdir. Sonra Məhkum1həkim onlara Zərərçəkmiş şəxsü aparıb otaqda olan tapçaya uzandırmağını bildirmişdir. Bir neçə dəqiqə sonra uşaq Məhkum1həkimin yanında qusmağa başlamış, o həkimə “bax gör uşaq yenə də qusur” demişdir. Məhkum1 uşağa baxan kimi onlara “uşaq şokdadır, uşağı götürün USM olunsun, USM-nin cavabına baxaq sonra əlimizdən gələni edək” demişdir. O, Zərərçəkmiş şəxsü aparıb USM-dən keçirmiş və cavabını gətirib həkimə təqdim etmiş, Məhkum1həkim cavaba baxan kimi “uşağı aparın uzandırın, sistem eləsinlər, mən sünnət əməliyyatına gedirəm” demişdir. Onlar da Zərərçəkmiş şəxsü 3-cü mərtəbədə yerləşən palataya yerləşdirmişlər. Bundan iki saat sonra Məhkum1həkim palataya gəlmiş və “uşaq sistem vurulandan sonra elə bil ki bir az yaxşılaşıb, buna bir az da sistem vurun mənim bir əməliyyatımda var ora gedim gəlirəm” demişdir. Palatada olan tibb bacıları bir daha uşağa sistem vurmuşlar və bu təxminən iki saat müddətində davam etmişdir. Həmin müddət ərzində uşağın vəziyyətinin yaxşı olmadığını gördükləri üçün, əmisi oğlu X Məhkum1 oturduğu kabinetə getmiş və “uşağın vəziyyəti yaxşı deyil gəl bax gör nə edə bilirsən” demişdir. O da gələrək Zərərçəkmiş şəxsə baxmış və “uşağın vəziyyəti yaxşı deyil mən burada onun qarnını aça bilmərəm, xəstəxanada elə bir şərait yoxdur onu əməliyyat etməyə, ən yaxşı yer Bakı şəhəridir” demişdir. O da “həkim indi bəs bunu bizə niyə deyirsən? bu nu bayaqdan denən biz də uşağı aparaq” demişdir. Çünki onun əri X11 səhər uşağı Məhkum1həkimə göstərəndə Bakı şəhərinə əməliyyat olunması üçün aparmaq istədiyini bildirmiş, Məhkum1həkim isə “qoy mən baxım ilk öncə, günorta sizə hə yox deyərəm” demişdir. O da sonuncu ilə razılaşmışdır. Amma artıq bir neçə saat gözlətdikdən sonra və uşağına dayanmadan sistem köçürüb sonra Məhkum1uşağı ən yaxşısı Bakı şəhərinə aparmağını bildirdikdə artıq sonuncunun onları aldatdığını başa düşmüşlər və dərhal Zərərçəkmiş şəxsü öz şəxsi avtomobilləri ilə Bakı şəhərinə aparmağa qərara almışlar. Lakin həmin vaxt ölkədə “Koronavirus” infeksiyasının yayılması səbəbindən rayonlararası giriş-çıxış məhdudlaşdığından onların Bakıya girişi yalnız xəstəxananın verdiyi göndəriş əsasında həyata keçə bilərmiş. Bu səbəbdən təxminən 3 saat ərzində onların Bakı şəhərinə gedişinin rəsmiləşdirilməsini və təcili tibbi yardım avtomobilini gözləmişlər. Sonda o əri ilə birlikdə xəstəxananın baş həkiminin qəbuluna düşmüş, sonuncu da Məhkum1la tez-tez telefon əlaqəsi saxlamış və onları Bakı şəhərində Mirqasımov adına Kliniki Tibbi Mərkəzə getmələri üçün göndəriş yazıb vermişdir. Həmçinin Məhkum1 ərinə resept yazaraq dərman almasını və ona gətirməsi demişdir. Əri X11 də dərhal Aptekə gedərək adını xatırlmadığı dərmanı almış və Məhkum1həkimə təqdim etmiş, sonuncu da həmin iynəni uşağa yeridəndən sonra, uşaq tamamilə özündən getmiş və uşağın yalnız nəfəsi gəldiyini görmüşdür. Təxminən saat 5 radələrində Təcili Tibbi Yarım avtomobili xəstəxananın həyətinə daxil olmuş və uşağı əri, əmisi və tibbi bacılarının köməkliyi ilə avtomobilə mindirmiş və Bakı şəhərinə yola düşmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs özündə olmamış, halsız vəziyyətdə olmuşdur. Onlar Bakı şəhərində Mirqasımov adına Kliniki Tibbi Mərkəzə saat 8 radələrində çatmışlar. Orada adını xatırlamadığı həkim qaynatasına yaxınlaşaraq “bu uşağı niyə bu vəziyyətə salmısınız? Bu ölü vəziyyətindədir” demiş, qaynatası da həkimə o Bakı şəhərində olmuş, uşağa Bərdə rayonunda həkim tərəfindən baxıldığını və buraya göndərildiyini bildirmişdir. Həkim də “burda nə var ki uşağın qarnını açıb baxmağa, həkim niyə bu vaxta kimi özü uşağın qarnını açmayıb” demişdir. Sonra uşağı tomoqrafiyadan keçirmişlər və 3-cü mərtəbədə yerləşən əməliyyat otağına qaldırmışlar, orada uşağa narkoz verilmiş və uşaq əməliyyat stolunda xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində keçinmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Məhkum2 tanımır və uşağına Məhkum2 baxmamışdır. X heç bir dəfə də olsun uşağının yanında görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 оğlu, Şahid1 və Şahid3 оğlu zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb, tarixi yadında qalmadığı bir vaxtda Məhkum1həkim ona məruzə edərək bildirdi ki, ağır xəstə var, təcili olaraq ixtisaslaşdırılmış xəstəxanaya göndərilməlidir. O da dərhal Bakı şəhərində olan ixtisaslaşdırılmış xəstəxananlarla öz şəxsi əlaqələri vasitə si ilə əlaqə saxlayaraq xəstə üçün yer almış, sonra göstəriş verib, xəstəni təcili tibbi yardımla Bakı şəhərinə yola salınmasına dair göstəriş vermişdir. İcbari Tibbi Sığortaya keçdikdən sonra bir çox struktur dəyişikliklər baş vermişdir. Bir çox şöbələr birləşdirilmiş, həmin şöbə Məhkum2həkimə həvalə olunmuş, struktur dəyişikliyi heç bir sənəd üzərində olmamışdır. Sadəcə Məhkum2həkimə həvalə edildi ki, şöbə başsız qalmasın. Məhkum1həkim ixtisaslı və peşəkar həkimdir. Məhkum1həkim Məhkum2həkimin şöbəsinin əməkdaşı olmuş, lakin qeyri-rəsmi şəkildə. Çünki xəstəxanalar birləşdirildiyindən hələ dəqiq heç nə məlum deyildi. Məhkum1həkim uşağı Bakıya göndərməklə bağlı ona müraciət etmişdi, çünki bu yalnız ona məxsus olan səlahiyyət idi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X 54 ifadəsində göstərmişdir ki, o, 05 avqust 2020-ci il tarixdə o, Cərrahiyə şöbəsində olan zaman Məhkum1həkim ona yaxınlaşaraq şifahi qaydada yanında ağır xəstə olduğunu və xəstəyə baxaraq fikir söyləməyini bildirmişdir. O, Məhkum1həkimlə birlikdə palataya getmiş və orada uşağa Məhkum1həkim tərəfindən yardım olunduğunu görmüşdür. O, palataya daxil olduqda Məhkum1həkim tərəfindən xəstəyə müəyyən tibbi yardımlar olunduduğunu bildirmiş və xəstəni müayinə edərək Bakı şəhərinə göndərəcəyini bildirmişdir. O həmin xəstəyə baxmış və xəstənin çox ağır vəziyyətdə olduğunu görmüşdür. Xəstənin həmin vaxtı nəbzi aşağı olduğu üçün Məhkum1həkimin uşağı əməliyyat etmək fikri olmamışdır. O uşaq reanimatoloqu olmadığı üçün bu barədə fikir söyləyə bilməyəcəyini Məhkum1həkimə demişdir. Bundan başqa, X12 ifadə sində daha sonra göstərmişdir ki, həmin xəstə barədə Məhkum1həkimlə onun arasında şifahi konsultasiya olmuş və Məhkum1həkim uşağa etdiyi yardımları demiş və o, sonuncunun fikirləri ilə razılaşaraq əgər əməliyyat lazım olarsa, xəstəni Bakı şəhərinə göndərəcəyini bildirdiyi üçün o, Məhkum1 heç bir fikir söyləməmişdir. Həmçinin də aralarında rəsmi və ya qeyri-rəsmi konsilium olmamışdır. Sadəcə ayaqüstü məsləhətləşmə olmuş və həmin zaman Məhkum2 orada görməmiş və ümumiyyətlə ayaqüstü aparılan şifahi məsləhətləşmə zamanı Məhkum2 orada olmamışdır. İş materiallarında Məhkum2 xəstə X52 Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə Məhkum2 məlumatının olması və xəstəni müayinə etməsini təsdiq edən sübut yalnız Məhkum1 ifadəsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi X Zərərçəkmiş şəxsova nın xəstəxanaya qəbul edilməsində iştirak etmiş şəxslərin dindirilməsi ilə və xəstənin müalicəsinin Məhkum1 həvalə edilməsinin prosedurunun araşdırılması ilə həmin xüsusatı sonadək araşdırmalı, yalnız bundan sonra yekun nəticəyə gəlməli idi. 2)Məhkum2 Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri vəzifəsini icra etməsi və həkim Məhkum1 onun tabeliyində olmasına dair xüsusatların kifayət qədər araşdırılmaması; Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 9 sentyabr 2013-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə istinad etməsi yanlış olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən Qərarında əks olunan hüquqi mövqe, yəni vergiləri ödəməkdən yayınma cinayətinin subyektləri sırasına vergi ödəyicisi olan hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxsin (faktiki rəhbərin) də aid edilməsi vergi hüquqpozmaların xüsusiyyətləri və Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələbləri nəzər alınmaqla müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında deyilir: “....vergiləri ödəməkdən yayınan şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəxsi də ola bilər. Bu cinayətin subyektl əri sırasına vergi və ya məcburi dövlət sosial sığorta haqları ödəyicisi olan fiziki şəxsləri, habelə hüquqi şəxslərin məsul işçilərini, yəni rəhbərini, baş mühasibini, eləcə də qanunvericiliklə və ya əmək müqaviləsi ilə mühasibat sənədlərinin tərtib edilməsi və rəsmiləşdirilməsi, müəssisənin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsi həvalə edilmiş digər şəxslərinidə aid etmək olar. Burada əsas meyar, məsul işçilərin hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına, qanunla müəyyən edilmiş vergilərin, habelə hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsinə, qanunvericilikdə müəyyən edilm iş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim edilməsinə, vergi ödəyicisinin digər vəzifələrini üzərinə götürməklə onun adından sahibkarlıq fəaliyyətinin faktiki həyata keçirilməsinə, vergi əməliyyatları aparmaqla vergi ödəyicisinin fəaliyyətinə və vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsinə görə cavabdeh olmasıdır. Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektlər i üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Göründüyü kimi, vergi qanunvericiliyinin tələbləri baxımından faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və ona görə də Konstitusiya Məhkəməsinin Plenumu öz şərhində nəzərə almışdır ki, hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Plenum qərarının hüquqi mövqeyinə görə “.......göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. İstənilən dövrdə, idarəetmə formasından və quruluşundan asılı olmayaraq dövlət vəzifəli şəxslərə öz xidməti öhdəliklərini icra etməyə dair xüsusi tələblər irəli sürür. Belə şəxslər tərəfindən həmin tələblərin pozulması müəyyən məsuliyyətə səbəb olur. Bu tamamilə başa düşüləndir və hakimiyyətin buna hüququ vardır. İctimai münasibətlərin normal tənzimlənməsi dövlətin cəmiyyət həyatının müxtəlif sahələrində iştirak etmək, əhalinin fəaliyyətinin ən müxtəlif aspektlərinin təşkilini həyata keçirmək və onlara nəzarət etmək zərurətini yaradır. Bununla da dövlət tərəfindən səlahiyyətli orqanlar vasitəsilə ictimai hakimiyyətin həyata keçirilməsi zamanı yaranan münasibətlərin müxtəlifliyi şərtləndirilir. Qüvvədə olan cinayət qanunvericiliyi bilavasitə dövlət hakimiyyətinin funksiyalarını həyata keçirən və dövlətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində iştirak edən şəxslərin məsuliyyətini bütün digər kateqoriya idarəedənlərdən fərqləndirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən fəslinin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiy yət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, kifayət qədər araşdırma aparmadan, yalnız Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 9 sentyabr 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyə istinad etməklə hər hansı bir xəstəxanada və ya digər tibb müəssisəsində şöbə müdiri vəzifəsinin heç bir əmr, yazılı və ya şifahi göstəriş olmadan faktiki icra edilməsi nəticəsinə gəlməklə şəxsin vəzifəli şəxs hesab edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi əsassızdır. Cinayət işinə əlavə edilmiş: - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibb Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 03 fevral 2022-ci il tarixli 151 saylı məktubdan görünür ki, 05 avqust 2020-ci il tarixə struktur quruluşu və ştat vahidlərinə əsasən Bərdə Uşaq Xəstəxanasının tərkibində və tabeliyində olmuşdur. Bərdə Uşaq Xəstəxanasında həkim-cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə Rayon Mərkəz i Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkimi Məhkum2 tabeçiliyi olmamışdır. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibb Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 09 fevral 2022-ci il tarixli 184 saylı məktubdan görünür ki, “5 avqust 2020-ci il tarixində struktur quruluşu və ştat cədvəlinə əsasən Bərdə Birləşmiş Uşaq Xəstəxanasının tərkibində və tabeliyində olmuşdur. Ancaq bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının keçmiş müdiriyyəti tərəfindən hər hansı rəsmi əmr, sərəncam, göstəriş verilməmişdir və mövcud qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Bərdə Birləşmiş Uşaq Xəstəxanasında həkim-cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Məhkum2 tabeçil iyi olmuşdur. Amma bu barədə də Bərdə Rayon Mərkəzi Xəstəxanasının sadiq rəhbərliyi tərəfindən rəsmi əmr göstəriş verilməmişdir......” -İnsan Resursları Şöbəsində işləyən X39 tərəfindən 05 fevral 2022-ci il tarixli məlumatdan görünür ki, 05 avqust 2020-ci il tarixdə struktur quruluşu və ştat cədvəlinə əsasən Bərdə Birləşmiş Uşaq Xəstəxanası Bərdə rayon Mərkəzi Xəstəxanasının tərkibində tabeliyində olmuşdur. Ancaq müdiriyyət tərəfindən bu barədə hər hansı əmr, sərəncam verilməmişdir. Bərdə rayon Birləşmiş Uşaq Xəstəxanasında həkim cərrah vəzifəsində işləyən Məhkum1 Bərdə rayon Mərkəzi Xəstəxanası Cərrahiyyə Şöbəsinin Şöbə müdiri, Məhkum2 tabeliyində olmuşdur, ancaq bu barədə rəhbərlik tərəfindən heç bir əmr olmayıb. Lakin həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr biri-digərini təkzib edən arayışların hansı hüquqi sənəd əsasında tərtib edildiyini araşdırmamış, hansı əsasla sübut əhəmiyyəti kəsb etdiyini müəyyən etməmişlər. 3)Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki: -İşin mübahisəsiz hallarından biri də odur ki, müalicə həkimi olan Məhkum1 xəstə Zərərçəkmiş şəxsnı müayinə etdikdən sonra birbaşa Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi X24 məruzə edərək X49 vəziyyətinin ağır olduğunu və təcili olaraq ixtisaslaşdırılmış xəstəxanaya göndərilməli olduğunu bildirmişdir. Bundan sonra baş həkim dərhal Bakı şəhərində olan ixtisaslaşdırılmış xəstəxananlarla öz şəxsi əlaqələri vasitəsi ilə əlaqə saxlayaraq xəstə üçün yer almış, sonra göstəriş verib, xəstəni təcili tibbi yardımla Bakı şəhərinə yola salınmasına dair göstəriş vermişdir. Lakin apelyasiya i nstansiya məhkəməsi tərəfindən X49 təxliyə edilməsinə dair xəstəxananın baş həkiminin göstərişi olduğu halda, həmin xəstəxananın şöbə müdirinin (konkret halda cərrahiyyə şöbəsinin müdiri işlədiyi təqdirdə Məhkum2) baş həkimin qərarını dəyişmək səlahiyyətinin olub-olmaması araşdırılmamışdır. -“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun yuxarıda istinad edilən 51-ci maddəsinin tələbinə görə “Müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir. Xəstənin həyatı təhlükə altında olduğu hallar və təxirəsalınmaz vəziyyətlər istisna edilməklə, digər hallarda konsilium tərəfindən verilən məsləhətlər yalnız müalicə h əkimi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Qanunun həmin tələbləri baxımından xəstə üzərində cərrahiyyə əməliyyatın (konkret halda Bərdə RMX-da texniki avadanlıqların və ixtisaslı uşaq anestezioloqunun və reanimotoloqunun olmamasını səbəb kimi göstərərək cərrahiyyə əməliyyatının keçirilməsini mümkünsüz hesab edən həkim Məhkum1) həyata keçirilməsini mümkünsüz hesab edən müalicə həkiminin cərrahiyyə əməliyyatı keçirməsinə göstəriş verilməsinə baş həkimin və ya şöbə müdirinin səlahiyyətli olub-olmaması aydınlaşdırmalı idi. - təyin olunmuş məhkəmə tibb ekspertizalarının rəylərindən görü nür ki, 05 avqust 2020-ci il tarixdə xəstə Zərərçəkmiş şəxs yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirildikdən sonra vəziyyətinin ağırlığını nəzərə alaraq, həyati göstərişlə təcili olaraq üzərində cərrahiyyə əməliyyatı icra edilməli idi. Təcili olaraq cərrahiyyə əməliyyatının icra edilməməsi xəstənin vəziyyətinin daha da ağırlaşmasına və geridönməz fəsadın yaranmasına gətirib çıxartmışdır. Qeyd olunanlar vaxtında və tam həcmdə yerinə yetirilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. -İş materiallarından görünür ki, həkim Məhkum1 05 avqust 2020-ci il tarixdə saat 11 radələrində xəstəxanaya daxil olmuş xəstə Zərərçəkmiş şəxsnı təxirə salınmadan deyil, başqa bir xəstə üzərində əməliyyat keçirdikdən sonra müayinə etmiş, müvafiq müalicə tədbirlərini həyata keçirmiş və yalnız 3 saatdan çox vaxt keçdikdən sonra xəstəxananın baş həkiminə və xəstənin valideynlərinə Zərərçəkmiş şəxsnın Bakıya təxliyə edilməsinin zəruri olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X49 səhhətində geridönməz fəsadın yaranması vaxtının müəyyən edilməsinin Məhkum2 təqsirliliyinin müəyyən ediməsində mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, həkim Məhkum1 tərəfindən 3 saatdan çox vaxt ərzində X49 müalicəsi ilə məşğul olmaması, başqa xəstələr üzərində cərrahiyyə əməliyyatı keçirməsi, xəstə Zərərçəkmiş şəxs ilə əlaqədar konsiliumu təşkil etməməsi, yalnız 3 saatdan çox vaxt keçdikdən sonra xəstəxananın baş həkiminə və özünün deməsinə görə Məhkum2 məlumat verməsi ekspertlərin rəyinə görə xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Ona görə də gör idönməz fəsadın yarama anının müəyyən edilməsi, yəni həkim Məhkum1 tərəfindən baş həkimə, (Məhkum1 ifadəsinə görə Məhkum2) məlumat verərkən yaranıb-yaranmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən xüsusatdır. Şərh olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, cinayət işinin Məhkum2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham olunması hissəsində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdaf iəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması əda lətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddəl ərinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiall arına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 hərəkətlərinə düzgün hüquqi qiymət verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli 1(104)-11/2023 nömrəli hökmü ona aid hissədə ləğv edilməli və iş həmin hissədə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halları qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1 və 419.10.2-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin ediməsin. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli 1(104)-11/2023 nömrəli hökmü Məhkum2 aid hissədə ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yenidən baxılması təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlansın.