Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1265/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Məhkum və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 1(106)-856/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1973-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayır.
2. X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Məhkum CM-in 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını xahiş etmişdir. O, şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Nəsrağa oğlu özünə məxsus “WhatsApp” vasitəsilə status paylaşmaqla onu təhqir etməklə, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları “WhatsApp” vasitəsi ilə yaymış, şərəf və lə yaqətini nalayiq formada qəsdən alçaltmışdır. Özü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin X1 Mərkəzinin direktoru vəzifəsində çalışır. Məhkum isə X1 Mərkəzində aparıcı hidroloq vəzifəsində çalışmışdır. Məhkum mart ayından başlayaraq bir neçə dəfə özunun sosial şəbəkə hesabında, yəni “WhatsApp”-da statusunda ünvanına təhqiramiz paylaşımlar etmişdir. Bunu görən əməkdaşlar hər dəfə bu hadisəni ondan gizlətməyə çalışsalar da, sonuncu dəfə, 27 may 2024-cu il tarixdə yenidən Məhkum “WhatsApp” sosial şəbəkəsində, statusda paylaşdığı barədə ona məlumat vermişlər. Görüntülər ona mərkəzin əməkdaşları tərəfindən təqdim edilmişdir. 27 may 2024-cu il tarixində o vaxt aparıcı hidroloq olmuş Məhkum barəsində xidməti məruzə və “WhatsApp” sosial şəbəkəsində paylaşdığı görüntülərə dair fotoşəkilləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə təqdim etmişdir. Hazırda Məhkum tutduğu vəzifəsindən azad edilmişdir. Beləliklə də, Məhkum «WhatsApp»-da onun ünvanına böhtan ataraq onu təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, o, bazar günü evdə olarkən özünə məxsus “WhatsApp”-ın statusunda foto şəkil paylaşaraq altında barəsində “RASİM MÜƏLLİM ANQİRİR.” yazmışdır. Məhkum daha sonra özünə məxsus “WhatsApp”-ın statusunda fotoşəkil paylaşaraq altında “ KİSS MY ASS RASİM”, daha sonra biədəb fotoşəkil paylaşaraq altında kinayə ilə “Rasim müəllim Qaş qabağın yerlə gedir, de görüm neyləmişəm mən. Ürəyin tuk-tuk edir de görüm neyləmişəm mən” sözlərini yazmışdır. Məhkum yuxarıda qeyd etdiyi sözləri “WhatsApp”ın statusu vasitəsi ilə paylaşmışdır. Məhkum barəsində paylaşdıqları ilə onu biabır etmək, alçaltmaq və cəmiyyətdə hörmətdən salmaq məqsədini güdmüşdür. Bununla əlaqədar o, qarşısına qoyduğu çirkin məqsədlərə qismən də olsa nail olmuşdur. Çünki həmin təhqir xarakterli məlumatlar cəmiyyətdə təsirsiz qalmamışdır. Məhkum “WhatsApp” vasitəsilə paylaşdığı fotolar və sözlər onda əsəbi vəziyyət yaratdığından səhhəti də onu narahat edir. Ona görə də xüsusi ittiham qaydasında şikayət yazmaqla aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. Məhkum “WhatsApp” vasitəsilə paylaşdığı təhqir xarakterli fotolar və sözlər cəmiyyətdə yayılmışdır. CM-in 148-ci maddəsinə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən ona qarşı törətdiyi əməl həm də xüsusi əlamətlərinə görə fərqlənir. Çünki o, onu təhqir etmişdir. Ona görə də əməlində CM-in 148-ci maddəsinin tərkibi vardır. Məhkum hansı prinsiplərə və çirkin məqsədlərə görə ona qarşı bu əməlləri törətməsi onun məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Çünki işin məhkəmə baxışı zamanı həmin halların müəyyən olunacağına şübhə etmir. Məhkum söyləyib, paylaşdıqlarının heç bir faktiki əsası yoxdur. Məhkum bilməlidir ki, yayılan məlumat əxlaqi prinsiplər,... cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat bir neçə şəxsə və yaxud qe yri-miiəyyən şəxslər dairəsinə bildirildikdə yaydmış hesab edilir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Təhqir formal tərkibli cinayətdir və başqa şəxsin şərəf və ləyaqətinin nalayiq formada alçaldığı andan başa çatmış sayılır. Hesab edir ki, Məhkum Nəsrağa oğlu CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
3. Lənkəran Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 9 avqust 2024-cü il tarixli, 1(049)-171/2024 nömrəli hökmü ilə Məhkum CM-in 148-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, onun CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin t örədilməsində təqsirsiz hesab edilməsi və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi, cəzanın icrasının Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən xüsusi ittihamçı X4, təqsirləndirilən şəxs Məhkum və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hаkimlər: X13 (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət məhkəmə tərkibində) 26 sentyabr 2024-cü il tarixli, 1(106)856/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, xüsusi ittihamçı X4 tərəfindən verilmiş apellyasiya şikayətini n qismən təmin edilməsi, Məhkum CM-in 148-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin 1(049)-171/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli hökmünün xüsusi ittihamçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi CM-in 148-ci maddəsi ilə 1500 (min bez yüz) manat məbləğində cərimə cəzası təyin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 1(049)-171/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 1(106)-856/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına və cinayət işinin faktiki hallarına istinadlar edilərək, məhkəmələr tərəfindən onun işinə qanuni və ədalətli baxılmadığını qeyd edərək göstərmişdir ki, məhkəmələr onun əməlində cinayət tərkibi olmadığı halda onu törətmədiyi cinayətdə ittiham edərək cəzalandırmışdır. Məhkəmələr hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, xüsusi ittihamçının ifadələrində ona məlumat verən şəxslərin adlarını qeyd etməsinə baxmayaraq, həmin şəxsləri şahid qismində dəvət edib ifadələrini almamışdır. Bundan əlavə Departamentdə həm yazılı, həm də şifahi izahat verərkən bildirmişdir ki, o, iki şəkil paylaşmış, birinci şəkildə filin arxa tərəfi, ikincidə isə filin iki başı görsənir, həmin şəkillərdə heç bir yazı paylaşmayıb, digər şəkillərdən isə ümumiyyətlə məlumatı yoxdur.
8. Qeyd etdiklərinə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 1(106)-856/2024 nömrəli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir
10. Qərardan xüsusi ittihamçı tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. IV.Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciət lərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instans iyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkumun müdafiəçisi kassasiya şikayətində əməlinin hüquqi tövsifini mübahisələndirsə də, təl əbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
17. Bununla belə məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 1(106)-856/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nə zərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
19. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
21. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayəti n tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
22. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləni n tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
24. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
25. Azərbaycan Respubli kası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
26. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
27. Müdafiəçinin kassasiya şikayətində Məhkum qanunsuz və əsassız olaraq məhkum edilməsinin mü bahisələndirilməsinə həsr olunmuş dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
28. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edi lmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
29. Odur ki, kassasiya kollegiyası kassasiya müraciətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (Məhkum Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə əsassız olaraq məhkum edilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və kassasiya müraciətinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kass asiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya müraciəti müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yo lverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
31. Müdafiəçinin müraciətinin dəlilləri qismində qeyd etdiyi, Məhkum münasibətdə iddia edilən cinayəti törətməsi ilə bağlı hər hansı sübutun olmaması, eyni zamanda xüsusi ittihamçının iddia etdiyi məlumatların Məhkum tərəfindən yayılmasında kütləvilik əlamətinin olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, eyni dəlillər müdafiə tərəfindən apellyasiya instansiya məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə cinayət işi materiallarında olan sübutlar, yəni məhkumun öz ifadəsi, xüsusi ittihamçının ifadəsi, şahid ifadəsi və digər sübutları əlaqəli şəkildə tədqiq edərək həmin dəlillərin özünü müdafiə xarakteri daşıması qənaətinə gəlmişdir.
32. Kassasiya kollegiyası kassasiya müraciətinin dəlilləri qismində qeyd edilən digər nüanslar, məhkum tərəfindən sadəcə iki şəkil paylaşılması, digər şəkillərdən və onların üzərinə yazılanlardan məlumatının olmaması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı məhz məhkumun ifadəsi ilə həmin şəkilləri tərəfindən “maarifləndirmə” məqsədi ilə paylaşması qeyd edilmişdir. Məhkəmə eyni zamanda kütləvilik ifadəsini təhlil edib cinayət işi materiallarında öz əksini tapan digər sübutlarla əlaqəli hesab etmişdir ki, Rasim Cahangirov ali savadlı şəxs olmaqla rəhbər vəzifəsində işləy ərək hörmət və nüfuza malikdir. Təqsirləndirlən şəxs onu ailəsini, kollektiv və rəhbərliyinin gözü qarşısında, yuxarıda qeyd olunmuş şəkilləri və yazıları statusuna qoymaqla, onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır.
33. Bu və digər hallar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya müraciətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.
34. Məhkum (ona istinad edilən cinayət tərkiblərinin subyektiv cəhətinin zəruri əlamətlərinin mövcudluğunu inkar edən) dəlilləri kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin Məhkum CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən nəticə kimi özünü göstərir.
35. Belə olan halda, Məhkum CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz.
36. Odur ki, məhkəmə kollegiyası baxılan işdə apellyasiya instansiya məhkəməsini n qərarının ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən pozuntulardan hər hansısa birini müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır.
37. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2024-cü il tarixli, 1(103)-327/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 1(106)-856/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.