Məhkəmə qərarları › İş №1(102)-1266/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1266/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1266/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Aşurova Tükəzban Cavanşir qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmü (hakimlər X15 oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) ilə xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 14 mart 2020-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserində qeydiyyata götürülməklə barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və onun müdafiəçisi Aşurova Tükəzban Cavanşir qızı ilə birlikdə həmin apellyasiya şikayətinə verdikləri əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbr ahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 01 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır Həmin qərardan məhkumun müdafiəçisi Aşurova Tükəzban Cavanşir qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o,qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə qazanc əldə etmək niyyəti ilə narkotik vasitə və psixotrop maddələrin alınıb-satılmasına dair əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2020ci ilin mart ayının əvvəlində Əjdər Hüseynovun istintaqla müəyyən edilməyən tarixdə və mənbədən əldə etdiyi, bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 576,115 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə cəmi çəkisi 7,587 qram külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, habelə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan b ükümdə təmiz çəkisi 0,119 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini ayrı-ayrı bükümlərə qablaşdıraraq bir hissəsini yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 a saylı evə, digər hissəsini isə icarə əsasında istifadəsində olan “Hyundai Elantra” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobilinə daşıyaraq saxlamış, 14 mart 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Qaradağ RPİ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkətləri nəticəsində Məhkum müvəqqəti yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9 a saylı fərdi yaşayış evinin yataq otağında masanın üzərində “Rafaello” yazısı olan şokolad qutunun içində saxladığı iki bükümdən ibarət ayrıayrılıqda çəkiləri 0,983 və 0,420 qram, ümumi təmiz çəkisi 1,403 qram, psixotrop maddə metamfetamin, evin qonaq otağının pəncərəsinin qarşısında göy rəngli “Sobranie” markalı siqaret qutusunun içərisində saxladığı 1 ədəd bükümdə 0,057 qram və həmin pəncərənin qarşısında saxladığı 0,042 qram, ümumi təmiz çəkisi 0,099 qram heroin, həmin otaqda girişdən sağ tərəfdə yerləşən dolabın üst hissəsində dəsmala bükülmüş vəziyyət olan dəmir qabın içərisində saxladığı 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 26,115 qram narkotik vasitə heroin və 8 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,867, 0,960, 0,882, 0,916, 0,882, 0,388, 0,405 və 0,884 qram, ümumi çəkiləri 6,184 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra davam edən təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkətləri nəticəsində həmin gün saat 19:50 radəl ərində icarə əsasında istifadəsində olan qara rəngli “Hyundai Elantra” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücünün qapısının əl tutacaq hissəsində olan boşluqda 1 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş 0,020 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sürücünün oturacağının alt hissəsində isə “Avromed” yazısı olan sellofan torbanın içində bir ədəd digər sellofan torbada 550 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Məhkəmə baxışları zamanı verdiyi vəsatətlər nəzərə alınmamışdır. Belə ki, Məhkum AR C M-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirsiz olduğunu təsdiq edir: xx.xx.2020-ci il tarixdə Məhkum barəsində əməliyyat axtarış tədbirlərinin qanunsuz keçirilməsi; Məhkum evindən aşkar olunmuş maddi sübut kimi tanınmış 2 ədəd mikro tərəzinin məhkəmə ekspertizasına təqdim edilməməsi; Məhkum şəxsi istifadəsi üçün əldə edərək evində saxladığı 2 bükümdən ibarət narkotik vasitə olan heroinlə nəqliyyat vasitəsindən aşkar edilmiş heroinin tərkib komponentlərinə görə fərqli olması; xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək 48 saatdan artıq müddət ərzində qanunsuz olaraq məhdudlaşdırılması; onun bədənində aşkar olunan xəsarət izlərinin məhz 14-xx.xx.2020-ci il tarixə uyğun olmasını təsdiq edən ekspertiza rəyinin mövcudluğu; istintaq orqanının qəsdən, qərəzli olaraq Məhkum qanunsuz tu tulduğu və nəqliyyat vasitəsinə qanunsuz müdaxilə edilməsini təsdiq edən videogörüntüləri gizlətməsi; həmçinin iş üzrə şahid qismində dindirilən şəxslərin ifadələrinə əsasən Məhkum qanunsuz ittiham olunması. Eyni zamanda, xx.xx.2020-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum üzərinə baxış zamanı, hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir; Məhkum yaşadığı evdə və istifadəsində olan nəqliyyat vasitəsində narkotik vasitə olub-olmaması soruşulmuş, Məhkum yaşadığı evdə narkotik vasitənin olduğunu bildirmişdir. Həmçinin məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilmiş xx.xx.2020-ci il tarixli baxış protokoluna istinad etsə də, cina yət təqibini həyata keçirən müstəntiq Qafar Qafarlının həmin istintaq hərəkətində qanunsuz və qərəzli iştirakını qeyd etməmişdir. Şahid qismində dindirilmiş X10 və X2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə istinad etsə də qərarın nəticə hissəsində düzgün hüquqi mövqe əks etdirməmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixli 233 saylı rəyə əsasən Məhkum sol gözaltı nahiyyəsində qançırın olmasının qeyd edilməsi onun həmin qançırı hər hansı digər şəraitdə ala bilməsi və yaxud da hər hansı digər şəxs tərəfindən ona yetirilməsini istisna etmir. Yuxarıda qeyd edilənlər absurd olmaqla, məhkəmə kollegiyası tərəfindən bilavasitə Azərbaycan Respublikasının cinayət prossesual qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə qərəzli mövqeyini əks etdirir. Odur ki, göstərilənləri nəz ərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu, cinayət əməlinin sübutlarla tam təstiq olunduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəl ləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) Azərbaycan Respublikası CPM-in 416. 1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur k i, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, fak tların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmə dən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir ola bir qrup şəxs tərəfindən külli miqdara satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 2 34.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi hallar faktiki olaraq iş üzrə ibtidai istintaq və məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yo xlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bundan başqa, apellyasiya məhkəmə baxışı qismən məhkəmə istintaqı aparmaqla keçirilmiş, cinayət işinin materialları yenidən araşdırılmış, iş üzrə mövcud olan sübutlara yenidən hüquqi qiymət verilmişdir. Belə ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirləri qanunsuz keçirilməsi, polislər onu n yaşadığı evə qanunsuz daxil olmaları, onun xx.xx.2020-ci il tarixdə deyil saat 17:50-də deyil, səhər 10:00-11:00 radələrində qanunsuz tutulması, ona fiziki təsir göstərilməsi, narkotik vasitənin evinə və avtomobilinə polislər tərəfindən yerləşdirilməsi barədə iddialar iş üzrə hər hansı sübutla təsdiq olunmamışdır. Həmçinin məhkum edilmiş şəxsə saxlanılan zamanı döyülməsi və ya hər hansı fiziki zor tətbiq edilməsi ilə əlaqədar apellyasiya məhkəmə kollegiyası əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum hər hansı fiziki zor tətbiq edilməmiş və bu müdafiəçinin məhkumun müdafiə üsulu kimi qiymətləndirilmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şi kayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəm ə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yo lverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarında olan (cild 1. səh. 38) “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qaradağ rayon prokurorluğunun müstəntiqi, l dərəcəli hüquqşünas A.Əhmədovun qərarına əsasən müəyyən olunur ki, 18 iyun 2020-ci il tarixdə Qaradağ RPİdən Qaradağ rayon prokurorluğuna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş Məhkum vəkili Aşurova Tükəzban Cavanşir qızı vəsatətlə müraciət edərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs qismində istintaq cəlb olunmuş Məhkum xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin polis əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılan zaman sonuncuya qarşı fiziki zor və qanuna zidd əməllər olunduğu barədə və satət vermiş, vəsatətdə Məhkum Qaradağ RPİ-nin polis əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılan zaman sonuncuya qarşı fiziki zor və qanuna zidd əməllər barədə göstərdiyi xüsusatlar sübuta yetməmiş, odur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Məhkum işgəncə, fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə kassasiya şikayətinin dəlillərə qiymət verərək qeyd edir ki, apellyasiya məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarının və Plenum Qərarlarının izahlarını düzgün nəzərə almış, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmam ışdır. Bu baxımdan da, kassasiya şikayətində göstərilənlər əsassızdır və təmin edilməməlidir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin norma da göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apell yasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ic timai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. B ütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Aşurova Tükəzban Cavanşir qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci i l tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar