Məhkəmə qərarları › İş №1(102)-1268/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1268/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1268/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və iştirakı ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 7.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 23 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılmas ı cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.CM-nin 69.3-cü maddəsinə əsasən 20 aprel 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət, 23 iyul 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək tutularaq saxlandığı 2 gün müddət, məhkəmə istintaqı zamanı 18 oktyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 1 ay 5 gün müddət, cəmi 1 ay 9 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 a y 18 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 9 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilmiş, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində s eçilmiş «həbs» qətimkan tədbiri "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkum dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə) 8 fevral 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhə ri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 1(008)-735/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum tamah məqsədi ilə 30 mart 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmov küçəsində yerləşən fərdi yaşayış evinin giriş qapısı üzərində olmuş kilidi sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla evdən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 200 manat dəyərində su qızdırıcısını, 03 ədəd ümumi dəyəri 200 manat olan səs ucaldan aparatı, 01 ədəd 450 manat dəyərində qaz sobasını, 01 ədəd 350 manat dəyərində hava təmizləyicini (aspirator), 01 ədəd lavaş bişirmək üçün 60 manat dəyərində elektrik aparatı, 02 ədəd hər bi rinin dəyəri 25 manat ümumi dəyəri 50 manat olan ağ rəngli sintifon yastıqları, 01 ədəd qırmızı rəngli arxa hissəsində «dayısından hədiyyə» sözləri yazılmış 10 manat dəyərində qabı, 01 ədəd üzərində «EM-7531» yazısı olan Almaniya istehsallı çəhrayı qara rəngli 10 manat dəyərində saç fenini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1,024 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 20 aprel 2022-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, nömrəsi z fərdi yaşayış evinin qarşısında şübhəli şəxs kimi saxlanılıb polis şöbəsinə aparılıb, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,024 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, işin apellyasiya baxışında və birinci instansiya məhkəməsində şəxsin cəzasını yüngülləşdirən eyni hallar (təqsirləndirilən şəxsin əməlini etiraf edərək səmimi peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, oğurluğa münasibətdə vurulmuş zərəri tam ödəməsi və barışıq əldə etməsi (CM-nin 59.1.13-cü maddəsi), könüllü olaraq törətdiyi oğurluq cinayəti barədə məlumat verərək təqsirini boynuna alması), cəzasını ağırlaşdıran halların isə olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin “törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmaşı”nı cəzanı yüngülləşdirən hal kimi göstərilməsi onun davranış və hərəkətlərinin adekvat qiymətləndirilməsi hesab oluna bilməz. Belə ki, saxlanıldığı ərəfədə Məhkum ərazidə xidmət aparan Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarının ona yaxınlaşdığını görüb həyəcanlı şəkildə onlardan uzaqlaşmağa cəhd etmiş və qeyri-münasib davranışlar sərgilədiyindən şəxsiyyətinin müəyyənləşdirilməsi üçün saxlanılaraq şöbəyə gətirilmiş, orada isə üzərindən məlum narkotik vasitə aşkar edilmişdir. Yəni, üzərində qanunsuz olaraq narkotik vasitə saxlayan və daşıyan bir şəxsin həmin sferada cinayətkarlığa qarşı mübarizə aparan hüqu q-mühafizə orqanına gətirildikdə törətdiyi əməli etiraf etməsi heç də səmimiliyin və etirafın göstəricisi deyildir, məqsəd həmin vəziyyətdən çıxış yolu axtarılması və bir növ özünün şəxsiyyətinin “sanki” müsbətliyinə hüquq-mühafizə orqanı əməkdaşlarını inandırmaq olmuşdur. Buna baxmayaraq, məhkəmələr həmin halı əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almışlar. Təqsirləndirilən şəxsin “könüllü olaraq oğurluq cinayəti barədə məlumat verərək təqsirini boynuna alması”nı cəzanı yüngülləşdirən hal kimi göstərilməsinə münasibətdə qeyd olunmalıdır ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə bağlı şübhəli şəxs qismində dindirilərkən ona “bundan başqa hər hansı bir cinayət törətmisinizmi?” sualına cavab olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etdiyini könüllü şəkildə bildirməsi faktı təkcə onun verdiyi məlumatla deyil, aparılmış ibtidai istintaq zamanı toplanmış digər sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidin ifadələri, əşyanın götürülməsi, tanınmaya təqdim edilməsi və ifadənin yerində yoxlanılması istintaq hərəkətləri ilə, eləcə də digər sənədlərlə öz təsdiqini tapmışdır. CM-in 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqroyasına aiddir və bu hal mübahisəsizdir. Lakin, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli xarakterinə görə bilavasitə ictimai təhlükəsizliyi qoruyan sosial münasibətlər sisteminə qəsd edən cinayətdir, əlavə olaraq əməlin ictimai təhlükəliliyi fərdin özü ilə bərabər digər cəmiyyət üzvlər inin, vaxtında düzgün tədbirlər görülməsə, bütövlükdə sosial mühitin sağlamlığının da təhlükəyə alınması ilə xarakterizə oluna bilər (yəni, şəxsin narkotik vasitə istifadəçisi olması və mütəmadi olaraq buna davam etməsi, sonradan onu başqa şəxslərə satması hallarını istisna etmir.). Məlum olduğu kimi, Məhkum əldə edərək üzərində saxladığı heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 6.8 dəfədən artıq olmuşdur. Burada, narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması törədilən cinayətin ictimai təhlükəliliyinin dərəcəsini daha da artırmış, xüsusən də şəxsin əldə etdiyi miqdarda narkotik vasitədən uzunmüddətli istifadə etməsi onun təsiri altında başqa cinayət törətməsi ehtimalına şərait yaratmışdır. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə nin şəxsi istehlak miqdarından dəfələrlə çox olması əlaməti hazırki əməlin tövsifinə təsir etməsə də, məhkəmələr bu hala şəxsə təqsirli bilindiyi maddə ilə cəza təyin edərkən cəzanın növünün müəyyən olunmasında heç bir əhəmiyyət verməmişlər. Nəzərə alınmamışdır ki, qanunvericilik özü də bu günün təcrübəsində şəxsin satış məqsədi olmadan əldə etdiyi narkotik vasitənin və ya psixotrop maddənin çəkilərindən asılı olaraq cinayət məsuliyyətinin dərəcəsini fərqləndirmiş, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə olan əməllər az ağır cinayət hesab edildiyi halda, külli miqdarda çəkiyə görə əməllər ağır cinayət kimi nəzərdə tutulmuşdur (Məhkum əldə edərək üzərində saxladığı heroinin miqdarı isə şəxsi istehlak miqdarından təxminən 7 dəfə artıq olmuşdur). Yəni, mahiyyət etibari lə, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərinin davamı olaraq qanunvericiliyə dəyişikliklər edilmiş və çəkiyə görə cəzaların məhz qanunla sərtləşdirilməsi prosesi həmin əməllərə qarşı kəskin mövqe nümayiş etdirilməsi ilə özünü büruzə vermişdir. Oğurluq cinayətinə münasibətdə isə qeyd olunmalıdır ki, maddi ziyan ödənmiş olsa belə, Məhkum bu əməli, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqia törədilən oğurluq cinayəti törədilmə üsuluna görə daha yüksək təhlükəli əməl hesab edilir. Bir baxımdan mühafizə altında olan, zərərçəkmiş şəxsin mülkiyyətinə aid hansısa fərdi yaşayış sahəsinə və ya saxlanc yerinə daxil olunması ani gedişatında hadisədən xəbərdar olan (yəni, cinayətin törədilməsini görən və ya anlayan) istənilə n şəxsin, o cümlədən zərərçəkmiş şəxsin həyat və sağlamlığına təhlükəli qəsd edən digər cinayət əməllərinin törədilməsi ilə də nəticələnə bilər. Məhz bu halları nəzərə alaraq qanunverici orqan bu cür üsulla törədilən oğurluq cinayətlərini sadə tərkib əlamətlərindən fərqləndirərək, az ağır cinayətlər kateqoriyasına aid etmiş və belə əmələ görə daha sərt cəzalar nəzərdə tutmuşdur. Bütün bunlara baxmayaraq, aşağı instansiya məhkəmələri bu hallara heç bir əhəmiyyət verməmişlər. Birmənalı aydın olur ki, Məhkum iki ayrı cinayət əməlinə görə təyin edilmiş cəzaların növü həm onun, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini də pozmuş, eyni əməllərə görə məhkum olunmuş digər şəxslərin isl ah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol açmışdır. Nəticədə isə, eyni cinayət əməlləri törətmiş və barəsində oxşar yüngülləşdirici hallar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranmışdır. Həmçinin, məhkəmələr nəzərə almamışlar ki, məhkəməyədək icraat dövründə Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozaraq istintaq orqanından gizləndiyindən barəsində axtarış elan edilərək iş üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Həmin hal məhkəmə istintaqı zamanı da təkrarlandığından məhkəmə təqsirləndirilən şəxsin barəsində olan polisin nəzarəti altına vermə qətimkan t ədbirini həbs qətimkan tədbiri ilə dəyişdirmişdir. Yəni, şəxs davamlı olaraq həm istintaq, həm də məhkəmə orqanlarından gizlənməklə ibtidai istintaqın və məhkəmə baxışının normal gedişinə mane olmuşdur (bu isə birbaşa təqsirkarın davranış və şəxsiyyətini səciyyələndirən hallardır.). Bütün bunlar məcmu halında götürüldükdə, barəsində cinayət işi olduğu haida yenidən başqa bir cinayət əməli törətmiş şəxsə ayrı-ayrılıqda və cinayətlərin məcmusuna əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzasının təyin edilməsi törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəliliyinə, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası yekun qərar qəbul edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarak terini, törədilməsi hallarını nəzərə almayaraq cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamış, nəticədə əsassız olaraq məhkum edilmiş şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Mə hkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya in stansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kass asiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısının kassasiya protestində cəzaya dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkum barəsində olan yüngülləşdirici halları əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin mə hkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlilləri əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş c əzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiy a məhkəmələri Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəal arının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bili nən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və b aş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndi). Cinayət işindən göründüyü kimi, Məhkum tərəfindən törədilmiş cinayət əməlləri mülkiyyət əleyhinə (CM-177.2.3) və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan (CM-234.1) olan cinayətlərdir. Göstərilən cinayət əməllərinin ictimai təhlükəliliyi mülkiyyətə və əhalinin sağlamlığına qəsd edilməsində ifadə olunur. Məhkəmə kassasiya protestinin Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan və təyin olunan azadlığın məhdudlaşdırılmas ı cəzasının yüngül cəza olması barədə dəlilləri ilə razılaşaraq qeyd edir ki, məhkəmələrin göstərilən məhkumun cəmiyyətdən təcrid olunmadan islah olunması barədə qənaəti qanunvericiliyin cəza təyininə dair müəyyən etdiyi tələblərə cavab vermir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzaya münasibətdə həmçinin qeyd edir ki, məhkəmələr sözügedən məhkuma təyin etdiyi cəza cinayət qanununun qeyd olunan normalarının, eləcə də Azərbaycan Respublikası Konstitusiyası və Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə cavab verməmiş, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğunluğu kifayət qədər araşdırılmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli m əhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etsə, həmin cəzanın təyin edilməsinə əsas verən halları, yəni məhkumun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkünlüyünü, məhz həmin cəzanın təyin edilməsinin məhkumun islah olunması məqsədlərinə cavab verməsini n məqsədəuyğun olmasını kifayət qədər əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmaqda haqlı olmamışdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməmiş, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamışlar. Bu baxımdan göstərilən məhkuma azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəz anın, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə aşağı instansiya məhkəmələrinin mövqeyinə dair kassasiya məhkəmə kollegiyası məhkəmələrin məhkumun cəmiyyətdən təcrid olmadan islah olunmasının mümkünlüyünə əsas olan halların mövcud olubolmadığını kifayət qədər araşdırmadığını qeyd edir. Şərh olunanlara əsasən Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının ədalətli, qanuni və əsaslı hesab edilməsi barədə məhkəmələrin qənaəti qanunvericiliyin tələblərinə uyğun olaraq tam əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericil iyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Gö stərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protesti əsaslıdır və buna görə də kassasiya protesti təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2023-cü il tarixli qərarı ləğv olunmalı və cinayət işi həmin məhkəmədə yenidən baxılması üçün təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 8 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi həmin məh

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar