Məhkəmə qərarları › İş №1(102)-1268/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1268/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1268/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 iştirakı ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmal arına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)1513/2023 nömrəli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum1 xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamışdı r.

2. Məhkum2 xx xxxxxxxx 1991-ci ildə Tərtər rayonunun Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 15, ev 84, mənzil 2-də yaşamışdır.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X5 və X2 ibarət məhkəmə tərkibində) 24 may 2023-cü il tarixli, 1(101)-144/2023 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibt idai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 fevral 2022ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmışdır.

4. Hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanun i qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmışdır. Hökmlə həmçinin maddi sübutların məsələsi də həll edilmişdir.

5. Hökmdən məhkum edilmiş şəxs Məhkum1, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət məhkəmə tərkibində) 22 noyabr 2023-cü il tarixli, 1(103)1513/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum1, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-144/2023 saylı, xx.xx.2023- cü il tarixli hökmünün məhkum edilmiş şəxs Məhkum1, onun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Həmin qərardan Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri kassasiya instansiya məhkəməsində baxılanadək, məhkumlar Məhkum2 və Məhkum1 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçiləri verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişlər. II. Hüquqi məsələlər:

8. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

9. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum2 və Məhkum1 kassasiya şikayətinin geri götürülməsi barədə verdikləri ərizələri ilə bağlı dövlət ittihamçısının çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizələr təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1513/2023 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi tərəfindən ayrı-ayrlıqda verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır.

10. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)- 1513/2023 nömrəli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın. Məhkumlar Məhkum2 və Məhkum1 ərizələri təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar