Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1269/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – “Verdiktum” Vəkil Bürosunun vəkili İmanov Xəqani Qurban oğlunun iştirakları ilə Azərbaycan Respublikası CM- nin 120.2.1 və 120.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Samir İmamverdi oğlu, hakimlər Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2mış Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs də təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham olunmuşdur, ondan ötrü ki, o, 23 dekabr 2016-cı il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 16 saylı Cəzaçəkmə müəssisəsinin yaxınlığında görüşdüyü tanışı Təqsirləndirilən şəxslə birlikdə yaşadığı evə doğru piyada gedərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, “Heydər Əliyev” adına Hava Limanından mərkəzə doğru gedən magistral yol ilə həmin istiqamətdə yola paralel olan köməkçi asfalt yolun sağ tərəfində, yol kənarında dayanmış X6 etibarnamə əsasında idarə etdi yi “Cherry” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçən zaman həmin avtomobilin arxa oturacağında X3 və X9 oturduqlarını görüb həmin yerdən təxminən 50 metr aralandıqdan sonra sonuncuların avtomobildən düşüb yaxınlıqdakı ağaclıq sahəyə doğru getdiklərini, habelə bir qədər yaxına gəldikdə X3 və X9un qarşı-qarşıya səmimi dayandıqlarını görmüş, sonuncular onun və Təqsirləndirilən şəxs gəlməsindən narahat olub yol kənarında dayanmış vəziyyətdə olan avtomobilə doğru qaçıb avtomobilə oturaraq hadisə yerindən uzaqlaşmağa çalışdıqda Təqsirləndirilən şəxs X9 yaxınlaşıb avtomobildən düşməsini tələb edərək həmin avtomobilin arxa hissəsində mübahisəyə təhrik edib əvvəlcə yumruqla sifət nahiyəsinə bir zərbə vurmuş, daha sonra sonuncu Təqsirləndirilən şəxs əlindən çıxaraq ağac lıq sahəyə getdikdə Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb heç bir əsaslı səbəb olmadan, yəni X3 ilə ağaclıq sahədə birlikdə olmalarını əxlaqsızlıq kimi bəhanə edib qəsdən öldürmək məqsədilə X9un üzərinə doğru gedərək, bıçaqla ardıcıl iki zərbə vurub sonuncuya döş qəfəsinin sol yan səthində, arxa qoltuq xətti üzrə ll-lll və lll-İV qabırğalar arası sahələrdən keçərək döş boşluğuna nüfuz edən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt o, Təqsirləndirilən şəxsla birlikdə X9un üzərinə hücum edərək, Təqsirləndirilən şəxs X9u öldürmək niyyətini həyata keçirməsinə köməklik göstərmək məqsədi ilə yumruq-təpik zərbələri vurmaqla sonuncuya sağ budun aşağı 1/3-nin arxa-bayır səthinin qançırı və sağ dirsək oynağı nahiyəsinin qançır şəşkinl iyi kimi dərəcələrinə görə ümumilikdə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək X9un müqavimətini qırmış, bundan istifadə Təqsirləndirilən şəxs əlindəki bıçaqla daha bir dəfə X9u qəsdən vuraraq döş qəfəsinin ön səthinin sol yarısında, məmə xətti üzrə Vİ-Vİİ qabırğalar arası sahədən keçərək döş boşluğuna nüfuz edib sol baş bronxu, sol ağciyər arteriyasını və ürəyin zirvəsini deşib kəsərək ürək boşluğunda qurtaran həyat üçün təhlükəli və kəskin qan itirmə ilə nəticələnərək sonuncunun ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib X9u qəsdən öldürmüş, yəni o, tanışı Təqsirləndirilən şəxslə bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə X10 qəsdən həyatdan məhrum etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ilə Məhkum tö rətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə və məhkum Təqsirləndirilən şəxs mənafeyinə aid olan hissədə müdafiəçi V.S.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Əflatun İbrahim oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 16 may 2018-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllə rini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2018-ci il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək həmin hökmün ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Digər Təqsirləndirilən şəxs və hadisənin real şahidi X3 həm ibtidai istintaqda, həm də məhkəmədə onun X28un öldürülməsinə yönəlmiş heç bir hərəkət etmədiyi təsdiq etmişlər. X28 digər Təqsirləndirilən şəxs fiziki cəhətdən qat-qat güclü, b oylu-buxunlu olduğuna görə və onu itələdiyinə görə insident baş vermiş, bu səbəbdən də Təqsirləndirilən şəxs bıçaqla onu vurmaq məcburiyyətində qalmışdır. X12 və X6 istər ibtidai istintaqda, istərsə də, məhkəmədə verdikləri ifadədə onun X28un üzərinə getmədiyini, onun yumruq-təpiklə vurmasının istintaqın uydurmasından başqa heç nə olmadığını bildirmişlər. İbtidai istintaq orqanı və məhkəmələr tərəfindən cinayət hadisəsinə real şərait yaradılmış, şahid qismində cəlb olunmuş X6 gerçək ifadələrinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2018-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin mater iallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2018-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunm uşdur. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin hökmündə iş üzrə sübutlar sadalanaraq və onlara müvafiq qiymət verilərək aşağıdakılar göstərilmişdir: “...Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxış və təkliflərini dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə müdafiəçinin şikayəti təmin edilməməli, dövlə t itthamçısının protesti tam, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin şikayəti qismən təmin edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ləğv edilməli və iş üzrə yeni hökm çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tə rəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.Məhkəmə kollegiyası dövlət ittihamçısının protestində, habelə zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və məhkum Təqsirləndirilən şəxs mənafeyinə aid hissədə müdafiəçi Vahid Məmmədov tərəfindən verilmiş şikayətlərdə qeyd olunan halları nəzərə alaraq, işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunan hüquq normalarının qanuniliyini və əsaslılığını iş materialları əsasında yoxlamağı zəruri hesab edir. Belə ki, verilmiş protestdə və şikayətlərdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum törətmiş olduqları cinayət əməllərinin hüquqi tövsifi mübahisələndirilmişdir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir... Məhkəmə kolleg iyası təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə, həmçinin ekspert rəyləri və işdə olan digər sənədlərlə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun qiymətləndirərək, qeyd olunan mötəbər və mümkün sübutları istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və Məhkum qarşı Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə elan olunmuş ittihamın əsası kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 28.4-cü maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Həmin Məcəllənin 143.1-ci maddə sinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət -hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənard a qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs, Məhkum, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmədə tədqiq edilmiş işin faktiki hallarına uyğun olan ifadələrinə, habelə tədqiq edilmiş ekspert rəylərinə, istintaq və məhkəmə hərəkətlərinin protokollarına əsasən qeyd edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs və Məhkum bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə X10 qəsdən həyatdan məhrum etməklə törətmiş olduqları cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, hadisənin bilavasitə iştirakçısı olmuş, iş üzrə X1 ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu bütün ifadələrində baş vermiş məlum hadisə zamanı Təqsirləndirilən şəxs ilə birlikdə, Məhkum da yumruq və təpik zərbələri ilə X10 vurduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu və istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə tövsif olunmuş cinayət əməlini, həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edərkən, Məhkum davranışını - ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək, digər Təqsirləndirilən şəxs ilə özünü ətraf dakılara qarşı qoymaqla, qəsdən edilən xuliqanlıq kimi qiymətləndirmişdir. Bu əsasla, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cinayəti bir qrup şəxs halında deyil, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, xuliqanlıq niyyəti ilə qəsdən şəxsi həyatdan məhrum etmədə təqsirli bilərək, onun əməlini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə tövsif etmiş və istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsini xaric etmişdir. Məhkəmə kollegiyası işin müəyyən olunmuş faktiki hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır. Belə ki, Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinin mənasına görə, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayətinin törədilməsində adam öldürmə barədə qabaqcadan razılıq olmadan iki və ya daha çox şəxs birgə icraçı qismində iştirak edir. İştirakçılığın bu forması üçün xarakterik xüsusiyyət cinayətin iştirakçılarının birgə icraçılar kimi çıxış etməsidir. Həmin şəxslər qəsdən adam öldürmə cinayətinin obyektiv cəhətini birgə icra edirlər. Bilavasitə zərər çəkmiş şəxsin ölümünə səbəb olan, həyat üçün təhlükəli olan zərbələr yetirməsə də, onun həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edən, zərər çəkmiş şəxsin müqavimətini qıran, onun qollarını, ayaqlarını tutan və ya sair şəkildə fiziki köməklik göstərən şəxs də cinayətin icraçısı sayılır. «Qəsdən Adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində tövsiyyə edilir ki, “Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərər çəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərər çəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərər çəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermi ş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərər çəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur”. X1 ardıcıl olaraq ibtidai istintaq və məhkəmə zamanı vermiş olduğu ifadələrində, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X16 ilə münaqişə edərkən, Məhkum da yumruq və təpik zərbələri ilə X10 vurduğunu göstərmişdir. Lakin, birinci instansiya məhkəməsi Məhkum hərəkətlərinin araşdırılmış sübutlar əsasında qiymətləndirildiyini qeyd edərək, ona elan edilmiş ittihamın, yəni bir qrup şəxs halında və xuliqanlıq niyyəti ilə qəsdən şəxsin həyatdan məhrum edilməsi prosesində onun iştirakının təsdi q olunmadığı qənaətinə gəlmişdir. Birinci instasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 28.12.2016-cı il tarixli, 1103 saylı ekspert rəyinə əsasən, Məhkum aşkar edilmiş sol əlin ovuc-iç səthinin kəsilmiş yarası xəsarətinin yaranma mexanizmi Təqsirləndirilən şəxs ifadəsinə uyğunlaşdırılaraq, sonuncunun bıçaqla X9u vurarkən, Məhkum bu hərəkətin qarşısını alarkən yaranması ilə əlaqələndirilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, Məhkum məlum hadisə zamanı Təqsirləndirilən şəxs hücumuna məruz qalmış zərər çəkmiş şəxs X10 müdafiə etməyə səy göstərmiş və bu zaman sol əlinin ovuc nahiyyəsindən bıçaq xəsarəti almış və eyni zamanda ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək, digər Təqsirləndirilən şəxs ilə özünü ətrafdakılara qarşı qoymaqla zərərçəkmiş şəxsə qarşı qəsdən xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs və Məhkum tərəfindən zərərçəkmiş şəxs X11 qarşı törədilmiş əməlləri Təqsirləndirilən şəxs münasibətdə fərdiləşdirərək müstəqil epizod kimi qəbul etmiş, Məhkum münasibətdə isə onun hərəkətlərini ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək, Təqsirləndirilən şəxs ilə özünü ətrafdakılara qarşı qoymaqla zərərçəkmiş şəxsə qarşı qəsdən törədilmiş xuliqanlıq kimi qiymətləndirmişdir. Odur ki, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-n in 120.2.1 və 120.2.2-ci maddələrindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif etməklə, bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayət əməlini törətməsini istisna etməsi, tətbiq edilməli olan cinayət qanununun normasını tətbiq etməməsi, tətbiq edilməməli olan cinayət qanununun normasını tətbiq etməsi və bununla cinayət qanununun normasını düzgün şərh etməməklə əməlin tövsifində səhvə yol verməsi barədə protestin dəlili ilə razılaşır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan zor tətbiq edilməsi dedikdə, zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum ifadələrinə əsasən, məlum hadisə zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X9 yalnız sifət nahiyəsinə yumruqla bir zərbə vurması, daha sonra üzərində gəzdirdiyi bıçaqla 3 zərbə vurması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 24.12.2016-cı il tarixli, 122 saylı ekspert rəyindən görünür ki, X9 bədənində döş qəfəsinin döş boşluğuna nüfuz edən üç ədəd deşilmiş kəsilmiş yarası, sağ dirsək oynağı nahiyəsinin qançır-şişkinlik halında əziyi və sağ budun qançırı aşkar edilmişdir. Göründüyü kimi, zərər çəkmiş şəxs X9 bədən səthi üzərində aşkar edilmiş - sağ dirsək oynağı nahiyəsinin qançır-şişkinlik halında əziyi və sağ budun qançırı xəsarətlərinin Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə yetirilməsi təqsirləndirilən şəxslərin ifadələri ilə təsdiq edilməmişdir. Belə olan halda zərər çəkmiş şəxs X9 bədən səthi üzərində aşkar edilmiş - sağ dirsək oynağı nahiyəsinin qançırşişkinlik halında əziyi və sağ budun qançırı xəsarətlərinin sonuncuya məhz Məhkum tərəfindən əl və təpik zərbələri ilə yetirilməsinin X1nun istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrlə təsdiq edilməsi mübahizəsizdir. Bununla, Təqsirləndirilən şəxs bıçaqla X2 vurduğu zaman, sonuncunu Məhkum yumruq və təpik zərbələri ilə vuraraq, onun özünü müdafiə etmə imkanını aradan qaldırdığı müəyyən edilmişdir. Eyni zamanda, Məhkum hadisə yerindən X4 ilə birlikdə qaçması və zərər çəkmiş şəxsə köməklik göstərməməsi, onun zərər çəkmiş şəxs X11 qarşı törədilmiş cinayətin icrasında Təqsirləndirilən şəxs ilə birlikdə əlbirliyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs və Məhkum törətmiş olduqları cinayət əməllərinin Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndi rilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əldə olunmuş biri digərini əlaqəli şəkildə tamamlayan bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs və Məhkum qeyd olunan cinayət əməlini törətmələri mötəbər və mümkün sübutlarla təsdiq edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız, məhkəmədə tədqiq edilmiş sübutlara əsaslanır və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar tədqiq edilən sübutlara uyğundur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində qe yd edilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə kollegiyası ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verərək, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmaqla Təqsirləndirilən şəxs və Məhkum ittiham elan olunmuş cinayət əməllərini törətmələri haqda nəticəyə gələrək hesab edir ki, onların həmin əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir ki, Təqsirləndirilən şəxs və Məhkum həmin maddələrlə tə qsirli bilinməli və həmin maddələrin sanksiyası həddində onlara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edilməsi məsələsini müzakirə edərkən, qanunvericiliyin tələbini nəzərə almağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Habelə həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qər arının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qərarda həmçinin qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən ş əxslər Təqsirləndirilən şəxs və Məhkum təyin ediləcək cəza onların hər birinin cinayətin törədilməsindəki rolu nəzərə alınaraq fərdiləşdirilməklə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs və Məhkum yeni hökm üzrə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsə dilə tətbiqini, cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın ali məqsədlərinə uyğun hesab edir və barələrində CM-nin 62, 70-ci maddələrin tətbiqinə əsaslar müəyyən etmir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir»...”. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə mövqeyini işin hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali M əhkəməsinin Plenumunun qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına, işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində iş üzrə sübutlara istinad edilir və ifadələrin məzmunu göstərilməklə ittihamın təsdiq olunmadığı iddia edilir. İş materiallarından isə görünür ki, apellyasiya məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilərək ətraflı tədqiq edilib təhlil olunmuş, onlara düzgün qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində həmin sübut larla əlaqədar göstərilənlər müdafiə tərəfinin mövqeyini heç cür əsaslandırmır, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həl linə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şi kayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1269/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1269/2019
13.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver