Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1269/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(004)503/2022 nömrəli (hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə) hökmü ilə xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 21 iyul 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürüməsi müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İbrahimov Anar Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüəli oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) 2 fevral 2023-cü il tarixli 1(103)-363/2023 nömrəli qərarı ilə apellyasiya şikay əti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbayjan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmiş, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmünə əsasən M əhkum satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 21 iyul 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli polietilen torbacığın içərisində olmaqla yeddi ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrıayrılıqda təmiz çəkisi 0,086 qram, 0,058 qram, 0,05 qram, 0,055 qram, 0,048 qram, 0,055 qram və 0,03 qram olmaqla ümumi çəkisi 0,382 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək müxt əlif şəxslərə satıb qazanc əldə etmək məqsədilə üstündə saxlamaqla daşımış və 21 iyul 2022-ci il tarixdə saat 16:30 dəqiqədə ünvan 2 ünvanın qarşısında Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen torbacığın içərisində olmaqla yeddi ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,086 qram, 0,058 qram, 0,05 qram, 0,055 qram, 0,048 qram, 0,055 qram və 0,03 qram olmaqla ümumi çəkisi 0,382 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış na rkotik vasitə heroin aşkar edilərək götürümüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM- nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Məhkum ətrafında əməliyyat tədbirini keçirən qrupun üzvü Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində g östərmişdir ki, əməliyyat məlumatı ilkin olaraq Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş, sonradan isə sonuncunun ətrafında keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğuldur. Qeyd edilənləri əməliyyat qrupunun digər üzvü olan Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşı Şahid1 da təsdiq etmişdir. Bununla yanaşı, ittihamdan göründüyü kimi, Məhkum üzərində içərisində heroin maddəsi olan 7 ədəd büküm aşkar edilmişdir. Bununla da, Məhkum həmin bükümləri cəm halında özü ilə gəzdirməsi həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etdiyini bir daha dəlalət edir. Bundan başqa, Məhkum həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsi təhlil olunark ən açıq-aşkar görünür ki, Məhkum narkotik vasitəni ona satan şəxsin müəyyən edilməsi üçün heç bir məlumat göstərməmişdir. Göründüyü kimi, məhkəmə Məhkum əməlini Cinayət Məcəlləsinin ağır maddəsindən yüngül maddəsinə tövsif edərkən onun tərəfindən törədilən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, aşkar olunmayacağı təqdirdə əldə edilən narkotik vasitədən istifadə edəcək əksəriyyəti gənc olmaqla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, bir sözlə cinayə tin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini apellyasiya instansiyası məhkəməsi öz yekun qərarında əsaslandırmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu ç ıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutl ar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tər kibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qəra rı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələbləri baxımından cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının protestin təmin olunması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə bax ılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmış, onun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməsi barədə qənaətə gəlinmişdir. Daha sonradan işə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya məhkəmə kollegiyası protestinin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəmə kollegiyasının gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanuns uz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq məqsədi ilə əldə etməsi müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edildiyi kimi prossesual qanunvericilik 139-cu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tə dqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etd iyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. İş materiallarına əsasən həqiqətən məhkumun aşkar olunmuş narkotik vasitəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. İş materiallarından aydın olur ki, Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham faktiki olaraq yalnız şahidlər - polis əməkdaşlarının iş üzrə ibtidai araşdırma dövründəki ifadələrinə əsasən verilmış və həmin şəxslər ifadələrində Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin sa tışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olmasını göstərsə də, Məhkum satış niyyətini və ya məqsədini müəyyən edən hər hansı bir əhəmiyyətli halla bağlı ifadə verməmişlər. Şahid qismində dindirilmiş polis əməkdaşları verdikləri ifadələrində göstərmişlər ki, ilkin olaraq Məhkum narkotik vasitələrinin satışı barəsində məlumat daxil olmamışdır, sonradan onun ətrafında keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrin satışı ilə də məşğul olması müəyyən olunmuşdur. Lakin cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və nəticəsi barədə istintaq orqanına məlumat təqdim olunmasına dair əməliyyat tapşırığının verilməsinə baxmayaraq, iş materiallarından bunun nəticəsi barədə hər hansı bir məlumat yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə də ki, əməliyyat tapşırığı ilə Məhkum üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində müəyyən olunmuş narkotik vasitənin məhz satış məqsədi ilə saxlaması xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı yuxarıda gös tərilən sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitələrinin satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin və ya psixotrop maddənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərb aycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndiril məsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəl ləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Ba kı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1269/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1269/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver