Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1269/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun iştirakları ilə x xxx 1998-ci ildə Tərtər rayonunda anadan оlmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Tərtər rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli 1(104)285/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 1(021)-43/2023 nömrəli hökmünə əsasən (hakim Q.M.Əbilov) Məhkum - Azərbaycan Respublikasının CM-in 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il m üddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanmaqla ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, onun 4 avqust 2022-ci il tarixdən 6 avqust 2022-ci il tarixədək 2 (iki) gün həbsdə saxlamanın 1 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından 2 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli 1(104)-285/2023 nömrəli qərarı ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Məmmədov və Ə.G.Abdullayev) təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilmiş, apellyasiya şikayətinə baxılmasına həmin apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar xitam verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum təkrarən yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatlarını əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, Məhkum 25 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Tərtər şəhəri, V.Hüseynov küçəsində yerləşən “ZH gold” ətriyyat mağazasına alver etmək bəhanəsi ilə gəlib satıcının fikrinin dağınıq olmasından istifadə edərək, vahid niyyətlə oradan bir ədədinin qiyməti 85 manat olan, cəmi 255 manat dəyərində üzərində 25 ədəd svarovski qaşları olan, paslanmayan gümüşü metaldan hazırlanmış 3 ədəd “Svarovski” bijuteriyasını, bir ədədinin qiyməti 55 manat olan, cəmi 110 manat dəyərində üzərində 20 ədəd svarovski qaşları olan, paslanmayan gümüşü metaldan hazırlanmış 2 ədəd “Svarovski” bijuteriy asını, bir ədəd qiyməti 100 manat olan “Versace” markalı ətri, 27 aprel 2022-ci il tarixdə 14:30 radələrində isə eyni qaydada həmin mağazadan bir ədəd qiyməti 75 manat olan “Creed Aventus” markalı ətri gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 540 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs3 məxsus Tərtər rayonu, Ələsgərli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçib, yaşayış sahəsi olan evin yataq otağına qapının kilidini qırıb qanunsuz daxil olaraq, oradan 1 ədəd qiyməti 70 manat olan “Nokia” markalı mobil telefonu, 1 ədəd qiyməti 45 manat olan “KGTEL” markalı m obil telefonu, fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab olunan yardımçı tikiliyə qapının kilidini qırıb qanunsuz daxil olaraq, 1 ədəd qiyməti 40 manat olan elektriklə işləyən çarxı, 1 ədəd qiyməti 70 manat olan alüminium ləyəni, fərdi yaşayış evinin saxlanc yeri hesab olunan zirzəmisinə isə kilid bağlanan hissəsini açıb qanunsuz daxil olaraq, 1 ədəd qiyməti 45 manat olan “Lucky pro MSC 60” markalı hidrafonu, 01 ədəd qiyməti 50 manat olan su bidonunu, vahidinin qiyməti 90 manat olan cəmi 180 manat dəyərində 2 ədəd ləyəni, vahidinin qiyməti 15 manat olan cəmi 75 manat dəyərində 5 ədəd alüminium qazanı və hər biri 4 metr uzunluqda vahidinin qiyməti 5 manat olan cəmi 25 manat dəyərində 5 ədəd qaz borusunu gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 595 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o,təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 03 iyun 2022-ci il tarixdə saat 03 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus "Nihad" marketin alüminium materialdan hazırlanan qapısının cəftəsini özü ilə gətirdiyi vintaçanla mexaniki təsir göstərib açaraq, marketə qanunsuz daxil olub vahidinin qiyməti 2,50 manat olan cəmi 7,50 manat dəyərində 3 ədəd ağ rəngli “West” markalı (qalın), vahidinin qiyməti 2,20 manat olan cəmi 8,80 manat dəyərində 4 ədəd ağ rəngli “Bakı” markalı (qalın), vahidinin qiyməti 2.20 manat olan cəmi 11 manat dəyərində 5 ədəd gümüşü rəngli “Keno” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 8,80 manat dəyərində 4 ədəd göy rəngli “Ke no” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 13,20 manat dəyərində 6 ədəd qızılı rəngli “Keno” markalı (qalın), vahidinin qiyməti 2.20 olan cəmi 17,60 dəyərində 8 ədəd qırmızı rəngli “Keno” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 4,40 manat dəyərində 2 ədəd göy rəngli “Keno” markalı (qalın), vahidinin qiyməti 2.20 manat olan cəmi 6,60 manat dəyərində 3 ədəd göy rəngli “Keno” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 11 manat dəyərində 5 ədəd boz rəngli “Magna” markalı (nazik), vahidinin qiyməti 2.30 manat olan cəmi 2,30 manat dəyərində 1 ədəd ağ rəngli “Maqna” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 6,60 dəyərində 3 ədəd boz rəngli “Viceroy” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 2,20 manat dəyərində 1 ədəd sarı rəngli “Prima” markalı (qalın), vahidinin qiyməti 2.60 manat olan cəmi 18,20 dəyərində 7 ədəd göy rəngli “Want XD” markalı (nazik), vahidinin qiyməti 2.60 manat olan cəmi 13 manat dəyərində 5 ədəd qırmızı rəngli “Want XD” markalı (nazik), vahidinin qiyməti 2.50 manat olan cəmi 10 manat dəyərində 4 ədəd boz rəngli “Want” markalı (nazik), vahidinin qiyməti 2.50 manat olan cəmi 25 manat dəyərində 10 ədəd qara rəngli “Want” markalı (nazik), vahidinin qiyməti 2.20 manat olan cəmi 8,80 manat dəyərində 4 ədəd boz rəngli “Vegas” markalı (nazik), vahidinin qiyməti 2.0 manat olan cəmi 4,0 manat dəyərində 2 qara rəngli “Kingstone” markalı (qalın), vahidinin qiyməti 2.3 manat olan cəmi 4,6 manat dəyərində 2 ədəd boz rəngli “Klassik” markalı (uzun), vahidinin qiyməti 2.50 manat olan cəmi 12,50 manat də yərində 5 ədəd göy rəngli “Klassik” markalı (uzun), vahidinin qiyməti qiyməti 4,0 manat olan cəmi 28 manat dəyərində 7 ədəd qara rəngli “Kent 4” markalı (nazik), vahidinin qiyməti 4,0 manat olan cəmi 20 manat dəyərində 5 ədəd “Kent 8” markalı (qalın), vahidinin qiyməti 4.0 manat olan cəmi 40 manat dəyərində 10 ədəd “Kent 1” markalı, vahidinin qiyməti 3.90 manat olan cəmi 39 manat dəyərində 10 ədəd boz rəngli “Winston” markalı (nazik), vahidinin qiyməti 3.80 manat olan cəmi 34,20 dəyərində 9 ədəd boz rəngli “Winston” markalı (qalın), vahidinin qiyməti 3.80 manat olan cəmi 30,40 manat dəyərində 8 ədəd sarı rəngli “Winston” markalı (qalın), vahidinin qiyməti 3.30 manat olan cəmi 33 manat dəyərində 10 ədəd boz rəngli “LD” markalı (nazik), vahidinin qiyməti 3.0 manat olan cəmi 27 manat dəyərind ə 9 ədəd boz rəngli “LD Compact” markalı, vahidinin qiyməti 2.90 manat olan cəmi 26,10 manat dəyərində 9 ədəd boz rəngli “Winchester” markalı (nazik), vahidinin qiyməti 2.80 manat olan cəmi 16,80 manat dəyərində 6 ədəd boz rəngli “Winchester Compact” markalı, vahidinin qiyməti 2.90 manat olan cəmi 20,30 manat dəyərində 7 ədəd göy rəngli “Rotmans” markalı (qalın), vahidinin qiyməti 2.90 manat olan cəmi 29 manat dəyərində 10 ədəd boz rəngli “Rotmans” markalı (qalın), vahidinin qiyməti 2.80 manat olan cəmi 19,60 manat dəyərində 7 ədəd boz rəngli “Palmall” markalı (nazik), vahidinin qiyməti 2.80 manat olan cəmi 28 manat dəyərində 10 ədəd “Palmall 1x1” markalı, vahidinin qiyməti 2.80 manat olan cəmi 22,40 manat dəyərində 8 ədəd “Palmall Mentol” markalı cəmi 609 manat dəyərində siqaretləri, dəyə ri 7,2 manat təşkil edən 6 ədəd dəmir qutuda "Hell” markalı 2,50 ml ölçüdə enerji içkilərini, dəyəri 10 manat təşkil edən 10 ədəd dəmir qutuda "Bizon" markalı 0,330 ml ölçüdə enerji içkilərini, dəyəri 7,80 manat təşkil edən 13 ədəd alışqanı, 50 manat məbləğində 50 qəpiklərdən ibarət olan dəmir pulları, 60 manat məbləğində 20 qəpiklərdən ibarət dəmir pulları və 11 manat məbləğində kağız pul əskinaslarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 755,90 (yeddi yüz əlli beş manat doxsan qəpik) manat maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Bundan başqa, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən 1 ədəd texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, nömrəsi silinmiş, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş "SSRİ" dövlətində istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah avtomatı, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadəyə yararlı darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 30 ədəd ştat patronlarını əldə edib kı yaşadığı Bərdə şəhəri, Nüşabə küçəsindəki binada yerləşən otaqda saxlamış, 11 avqust 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum yaşadığı həmin ünvana baxış k eçirilən zaman oradan- yataq otağında çarpayının üzərində olan döşəyin altından qeyd edilən 1 ədəd odlu silah hesab olunan “Kalaşnikov” avtomat, bir ədəd onun komplekt hissəsi olan daraq və 30 ədəd döyüş sursatları olan patronlar aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan cinayət işi üzrə həm ibtidai istintaq zamanı, həm də məhkəmələr tərəfindən ədalətli araşdırma aparılmadığı qeyd olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin olunması barədə Məhkum və müdafiəçi B.İmanverdiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya in stansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxla yarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində ədalətli qərar qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya” görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə “Eyni əməllər: 177.2.2.təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalan dırılır.” Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki: -Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-43/2023 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum apellaysiya şikayəti verərək hökmün dəyişdirilməsini, işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. -Apellyasiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin hökmündən verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Apellyasiya şikayətindən imtina etməsi barədə hüquqları və bu imtinanın hüquqi nəticəsi ona aydındır. Məhkəmə iclasında iştirak edən müdafiəçi qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçıları nın apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətindən imtinasını qəbul edilmiş, apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli 1(104)-285/2023 nömrəli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2023-cü il tarixli 1(104)-285/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1269/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1269/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver