Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-127/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarından məhkum Təqsirləndiril ən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən və zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar Mikayılov (sədrlik edən), Əliövsəd Abasov və Mahmud Ağalarovdan ibarət tərkibdə) 11 oktyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 182.2.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən top lamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2017-ci il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, bundan başqa təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə -qorxu ilə tələb etmək məqsədi ilə 05 may 2012-ci il tarixdə "xxxx" internet sosial şəbəkəsində tanış olduğu X4 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşadığı evdə sonuncu ilə mütəmadi olaraq cinsi əlaqədə olduqdan sonra telefon vasitəsi ilə X8 ilə əlaqə saxlayıb haqqında rüsvayedici məlumatları, yəni onunla cinsi əlaqədə olmasını ərinə, valideynlərinə və qardaşına deyib yayacağı hədəsi ilə 2017-cı ilin fevral ayının ortalarında yaşadığı Mingəçevir şəhərinə bank vasitəsi ilə 500 (beş yüz) manat pul göndərməsini hədə- qorxu ilə tələb etmiş, X12nin həqiqətən də tələb olunan məbləğdə pulu vermədiyi halda onunla cinsi əlaqədə olmasını ərinə, valideynlərinə və qardaşına deyib yayacağından qorxaraq, 21 fevral 2017-cı’ il tarixdə 500 (beş yüz) manat pulu yaşadığı ünvan 2 ünvand a yerləşən «xxxx» ASC-nin Mərdəkan filialına məxsus paypoint aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş *********nömrəli «xxxx» plastik kart hesabına göndərmişdir. Bundan başqa, o, təkrarən dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X8 sonuncuya məxsus olmuş iki ədəd qızıl üzükləri özü girova qoyduğu lombarddan 595 (beş yüz doxsan beş) manat pulun müqabilində çıxarıb geri qaytaracağına dair yalandan vəd verib aldatmış, X8 həqiqətən də tələb olunan məbləğdə pulu Təqsirləndirilən şəxs verdiyi ı halda özünə məxsus qızıl üzüklərini ondan geri alacağına inanıb 02 mart 2017-ci il tarixdə [ 595 (beş yüz doxsan) manat pulu yaşadığı ünvan 3 ünvanda yerləşən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Mərdəkan filialına məxsus paypoint aparatı vasitəsi ilə 595 (beş yüz doxsan beş) manat pulu sonuncunun istifadəsində olmuş *********nömrəli «Albalı plus» plastik kart hesabına göndərmiş, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə həmin məbləğdə pulu alıb ələ keçirib, zərər çəkmiş şəxs X8 595 | manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə tanış X5 onun haqqında rüsvayedici məlumatları, yəni onunla cinsi əlaqədə olmasını ərinə, valideynlərinə və qardaşına deyib yayacağı hədəsi ilə ondan 2017-ci ilin aprel ayının əvvəllərində yaşadığı Mingəçevir şəhərinə bank vasitəsi ilə 800 (səkkiz yüz) manat pul göndərməsini hədə-qorxu ilə tələb etmiş, X12nin həqiqətən də tələb olunan məbləğdə pulu vermədiyi halda onunla cinsi əlaqədə olmasını ərinə, valideynlərinə və q ardaşına deyib yayacağından qorxaraq 08 aprel 2017-ci il tarixdə 800 (səkkiz yüz) manat pulu yaşadığı ünvan 2 ünvanda yerləşən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Mərdəkan filialına məxsus “paypoint aparatı” vasitəsi ilə X12nin istifadəsində olmuş ********* nömrəli «xxxx» plastik kart hesabına göndərmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə tanışı X5ə onun haqqında rüsvayedici məlumatları, yəni onunla cinsi əlaqədə olmasını ərinə, valideynlərinə və qardaşına deyib yayacağı hədəsi ilə ondan 18 aprel 2017-ci il tarixdə 1500 (bir min beş yüz) manat məbləğində pulu hədə-qorxu ilə tələb etmiş, X8 bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmiş, onun müraciəti əsasında Təqsirləndirilən şəxs cinayət əməli nin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış və X10 İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya və nömrələri protokolda qeyd olunmaqla A******, A*******, B*******, A*******, A********, A*******, B********, C********, C*******, B******* B*******, A*******, A*******, A******* və A******** seriya və nömrəli 15 ədəd 100 manatlıq pul əskinaslarından ibarət olmaqla ümumilikdə 1500 (bir min beş yüz) manat pul vəsaiti verilməklə əməliyyat qrupuna daxil edilmiş və həmin idarənin əməkdaşları tərəfindən 18 aprel 2017-ci il tarixdə saat 16-35 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 1500 (bir min beş yüz) manat pulu zərərçəkmiş şəxs X8dan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən “xxxx” marketinin içərisində alı b ələ keçirdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs polis əməkdaşlarını təklifinə əsasən X8dən hədə-qorxu ilə tələb edərək ələ keçirdiyi seriya və nömrələri qabaqcadan protokolda qeyd olunmuş 15 ədəd 100-lük, ümumilikdə 1500 (bir min beş yüz) manat pul əskinaslarını əynindəki göy rəngli gödəkcəsinin sol iç cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Namiq Məmmədov (sədrlik edən və məruzəçi), Əmir Bayramov və Əflatun Qasımovdan ibarət tərkibdə) 19 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə, CM-in 182.2.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi X6 və zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X7 verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarı dəyişdirilsin, məhkuma Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi i lə bəraət verilsin, CM-in 182.2.2-ci maddəsi həmin Məcəllənin 182.1ci maddəsinə tövsif edilsin və ona həmin maddənin sanksiyası çərçivəsində yüngül cəza təyin olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs X8 məhkuma elan edilmiş ittihamın ilk üç epizodlarında nəzərdə tutulmuş pulların məhkuma onun tərəfindən könüllü göndərilməsini bildirmişdir. Hətta ittihamın 4-cü, yəni 18 aprel 2017-ci il tarixdə polis işçiləri tərəfindən X5ə 1.500 manat pulun verilməsinin təşkil olunması epizodu üzrə nəzərdə tutulmuş 1.500 manat pulun 1000 manatını könüllüX5a vermək istəməsini və bunu 15 aprel 2017-ci il tarixdə "SMS"-l ə X5ə bildirməsini də demişdir. Onun bu "SMS"dən sonraX5n münasibətlərinin əvvəlki qaydada davam etdirilməsi barədə xahişini rədd edəndən sonraX5in onu söyüb təhqir etməsindən əsəbləşərək o,X5i qorxudmaq məqsədi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. İbtidai istintaq zamanı isə o,X5in onu söyüb təhqir etməsindən və ondan üzr istəməməsindən narazı qalaraq, yalan ifadə verərək guya ittihamın ilk üç epizodu üzrə dəX5in ondan hədə-qorxu gələrək həmin epizodlarla nəzərdə tutulmuş 500, 595 və 800 manat pulların tələb etməsini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək, ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edərək, X5ə verilmiş 3 epizodu təsdiq etməmiş, sonuncu epizodla bağlı isə öz şi kayətində və apellyasiya instansiyası məhkəməsində ifadə verərkən məqsədinin X5i qorxutmaq olduğunun bildirmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsində cinayət işindəki onun iştirakı ilə keçirilmiş istintaq sənədlərini nəzərdən keçirərkən X8 bildirmişdir ki, həmin sənədlərdəki imzalar onun imzasıdır. Lakin istintaq zamanı o,X5in onu söyüb təhqir etməsindən və ondan üzr istəməməsindən narazı qalaraq, yalan ifadə verərək guya ittihamın ilk üç epizodu üzrə də X5in ondan hədə-qorxu gələrək həmin epizodlarla nəzərdə tutulmuş 500, 595 və 800 manat pulların tələb etməsini bildirmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi qeyd olunanların heç birisini nəzərə almamış, nəzərə alamamısını əsası kimi də zərərçəkmiş şəxsin mövqeyinin məhkum edilmiş şəxsə yardım etmək istəməsi, onun cinayət məsuliyyə tindən yayındırmağa çalışması yönündə olduğu kimi heç bir əsası olmayan mülahizə ilə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxs X8 onunla əsaslandırır ki, məhkumun əməlində dələduzluq cinayətinin əlamətləri olmamış, o, bir, iki və üçüncü epizodlar üzrə pulları könüllü vermişdir, bir tək sonuncu epizod üzrə bir min beş yüz manatı ona vermiş, lakin ibtidai istintaq zamanı qeyd olunan pullar polis tərəfindən hədəqorxu kimi qeydə alınmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası m əhkum Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin ilkin dəlili məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2-c i maddəsi ilə bəraət verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, onun qeyd edilən cinayət əməlini törətməsi iş üzrə özünün məhkəmə istintaqı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi ilə verdiyi, şahid lərin ifadələri ilə, telefon danışıqlarından çıxarışlarla, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 11 iyun 2015-ci il tarixli qərarına əsasən dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin digər dəlili məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsinə əsasən şəxs CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni hədə qorxu ilə tələb etmə əməlini təkrar törətməlidir. Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə görə bu Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs üç epizod üzrə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onun əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə olan halda, onun əməli CM-nin 182.2.2-ci maddəsinin altına düşür və əməlin həmin maddənin birinci hissəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur. İşdən görünür ki, birinci instansiyası məhkəməsi işi hər tərəfli araşdırıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi nəzərdə tutulan cinayət əməlləri ni törətməkdə təqsirli olması barədə nəticəyə gəlmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşarkən cinayət və cinayət prosessual qanunların normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələrin əməlin tövsifi ilə bağlı gəldikləri nəticə qanuni və əsaslıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2018-ci il t arixli Təqsirləndirilən şəxs barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-127/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-127/2019
29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver