Məhkəmə qərarları › İş №1(102)-127/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-127/2020

22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-127/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.M.Ağalarov, hakimlər Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1989-cu ildə ünvan2ndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan3ndə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193-1.1.1, 310, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 193-1.1.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə və dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzaları ayrı-ayrılıqda qismən toplanılmaqla və əsas cəzaya ə lavə cəza birləşdirilməklə Məhkum qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzası və 4.000 manat cərimə cəzası Cinayət Məcəlləsinin 68.1.3cü maddəsinə əsasən islah işləri cəzası 6 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilən 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan m əhrum etmə cəzasına qismən birləşdirilmiş, Məhkum qəti olaraq 4.000 manat cərimə cəzası və 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 23 oktyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X15 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.K.Səfərov, hakimlər Q.X.Babayev və Ə.İ.Qasımovdan ibarət məhkəmə tə rkibi) məhkum X5 müdafiəçisi X20 və Məhkum müdafiəçisi X18 tərəfindən verilmiş apellyasiya şikayətləri, habelə Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin X15 və Məhkum barəsində olan 29 mart 2019-cu il tarixli hökmü X8 aid hissədə dəyişdirilmiş, onun haqqında Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqi həmin Məcəllənin 66.2-ci maddəsinin tətbiqi ilə əvəz edilmiş, F.Ə.Cəfərxanlının barəsində Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tətbiqi hökmdən xaric edilmiş, hökm X5 barəsində qalan hissələrdə, həmçinin Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs4 kassasiya şikayəti vermişlər. İşin halları: Hökmə əsasən Məhkum özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X15 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ev-alqı satqısı ilə məşğul olmaqla cinayətdən xəbərsiz olan X4 və sonuncunun tanışı ünvan6 sakini Zərərçəkmiş şəxs1 29 mart 2018-ci il tarixdə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Mənzil X9 səlahiyyətli məsul əməkdaşı, qabaqcadan əlbir olduğu X10 isə həmin Agentlikdə işləyən özünün rəisi “XXX88” adı ilə qəsdən təqdim etməklə həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qiymətə mənzil satmaq imkanına malik olduğunu, Zərərçəkmiş şəxs1 güzəştli şərtlərlə kreditlə ucuz qiymətə ev satmaq imkanına malik olduğunu, ilkin ödəniş olaraq 7.000 manat pulu ona verdikdən sonra 5 il ərzində isə hər ay 200 manat pulu Agentliyin bank hesabına ödəməklə ünvan8 adlanan ərazidə yerləşən yeni tikilidə təmirli, 3 otaqlı mənzilin sahibi ola biləcəyini XX55 ilə birgə yalandan bildirib aldadaraq, həmin adla Zərərçəkmiş şəxs1 vahid niyyətlə 06 aprel 2018-ci il tarixdə ünvan11nın yaxınlığında 4000 manat, 18 aprel 2018-ci il tarixdə həmin metro stansiyasının yaxınlığında 2000 manat pulu nağd olaraq, 26 aprel 2018-ci il tarixdə isə “xxxx” ASC-nin XX665 filialında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz olan dostu X6 vasitəsilə onun adına göndərdiyi 1000 manat pulu və 01 may 2018-ci il tarixdə isə Zərərçəkmiş şəxs1 özünün həmin bank vasitəsilə ******************** nömrəli debit hesaba köçürdüyü 135 manat məbləğində pulu “xxxx” ASC-nin Bakı şəh əri ərazisində yerləşən müxtəlif filiallarından və bankomatlarından çıxarıb nağdlaşdırmaqla, vahid niyyətlə cəmi 7.135 (yeddi min bir yüz otuz beş) manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirərək özlərinin şəxsi ehtiyaclarına sərf edib qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X11 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafel ərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa o, təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X15 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncu ilə birlikdə 11 aprel 2018-ci il tarixdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Mənzil X9 səlahiyyətli məsul əməkdaşı kimi qəsdən təqdim etməklə həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qiymətə mənzil satmaq imkanına malik olduğunu, Zərərçəkmiş şəxs3 güzəştli şərtlərlə kreditlə ucuz qiymətə ev satmaq imkanına malik olduğunu, nağd qaydada ilkin ödəniş edildikdən sonra 6 il ərzində hər ay Agentliyin “xxxx” ASC-dəki bank hesabına 185 manat ödəməklə XXX332 adlanan ərazidə yerləşən yeni tikilidə təmirli, 2 otaqlı mənzilin sahibi ola biləcəyini XXX35 ilə birgə yalandan bildirib aldadaraq, həmin adla və XXX43da gördüyü iş barəsində tam əminlik yaratmaq məqsədilə 24 aprel 2018-ci il tarixdə ünvan14 ünvanında yerləşən XX23in inzibati binasında notarial müqavilə ilə rəsmiləşdirməklə 14.000 manat məbləğində pulu nağd olaraq alıb, Zərərçəkmiş şəxs3 inandırmaq üçün onun 2 otaqlı mənzillə bağlı müraciətinin 3M-178 nömrə ilə qeydə alınması, onun tərəfindən 14.000 manat ödəniş edilməsi və həmin mənzili seçməsinə dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi hüquq verən rəsmi sənəd olan 25 aprel 2018-ci il tarixli XXX XX32 tərəfindən verilməsi görüntüsü yaradan saxta məlumat qəbzini istintaqla müəyyən edilməyən tarixdə v ə şəraitdə hazırlayıb mobil telefon vasitəsilə şəklini çəkib həmin tarixdə Zərərçəkmiş şəxs3 qızı XX447ya məxsus mobil telefonda istifadə olunan “WhatsApp” mobil tətbiqetməsinə göndərməklə bilə-bilə həmin saxta sənəddən istifadə edib, Zərərçəkmiş şəxs3 məxsus 14.000 (on dörd min) manat məbləğində pulu XXX35 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X11 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait y aratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə məzmununa yalan məlumatlar daxil etməklə hüquq verən saxta rəsmi sənəd hazırlayaraq həmin sənəddən istifadə etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X15 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək www.lalafo.az internet saytında “XX44” adı ilə qeydiyyatdan keçməklə özünə məxsus istifadə hesabı açaraq həmin hesabda güzəştli şərtlərlə kreditlə ucuz qiymətə ev satmaq imkanına malik olması barədə hamı tərəfindən görülə bilən elan yerləşdirib özünə məxsus 070- ***-**-** mobil telefon nömrəsini əlaqə saxlanılması üçün qeyd edərək ev almaq üçün ona 11 aprel 2018-ci il tarixdə müraciət etmiş ünvan23 sakini Zərərçəkmiş şəxs2 özbaşına özünü vəzifəli şəxs, yəni Mənzil X9 səlahiyyətli məsul əməkdaşı kimi, qabaqcadan əlbir olduğu XXX35nı isə özünün həmin qurumda rəisi işləyən “X77” kimi qəsdən təqdim etməklə həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qiymətə mənzil satmaq imkanına malik olduğunu, nağd qaydada 5.000 manat ilkin ödəniş edildikdən sonra Agentliyin “xxxx” ASC-dəki bank hesabına 210 manat ödəməklə ünvan16 ərazisində yerləşən yeni tikilidə təmirli, 2 otaqlı mənzilin sahibi ola biləcəyini XXX35 ilə birgə yalandan vəd verib, görəcəyi işə Zərərçəkmiş şəxs2 inam yaratmaq məqsədilə ilkin ödənişin onun öz adına olan kartla edilməsinin mümkünlüyünü bildirib, Zərərçəkmiş şəxs2 14 may 2018-ci il tarixdə “xxxx” ASC-də ******************** saylı debet hesab açdıraraq hesaba 4.700,30 manat pul mədaxil etdirdikdən sonra həmin hesabdan istifadə imkanı verən plastik kartı ondan ödənişləri etmək adı ilə aldadıb alaraq, həmin tarixdə “xxxx” ASC-nin ünvan22 filialında olan bankomata daxil etməklə həmin kart vasitəsilə hesabdan 3.000 manat, 15 may 2018-ci il tarixdə “xxxx” ASC-nin ünvan19 filialında olan bankomata daxil etməklə həmin kart vasitəsilə hesabdan 1.650 manat olmaqla, ümumilikdə 4.650 (dörd min altı yüz əlli) manat pulu çıxarıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 inandırmaq üçün onun 2 otaqlı mənzillə bağlı müraciətinin qeydə alınması, onun tərəfindən 4.730 manat ödəniş edilməsi və həmin mənzili seçməsinə dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi “Qeydiyyat müraciət – MİDA” başlıqlı hüquq verən rəsmi sənəd olan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verilməsi görüntüsü yaradan 22 iyun 2017-ci il tarixli saxta məlumat qəbzini istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə hazırlayıb Zərərçəkmiş şəxs2 təqdim edib bilə-bilə həmin saxta sənəddən istifadə etməklə, Zərərçəkmiş şəxs2 əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X11 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yarat maqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə məzmununa yalan məlumatlar daxil etməklə hüquq verən saxta rəsmi sənəd hazırlayaraq həmin sənəddən istifadə etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dələduzluq yolu ilə ələ keçirdikləri əmlakı qabaqcadan əlbir olduğu XXX35 ilə aralarında böldükdən sonra özünə qalan pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərindən istifadə edib 25 aprel 2018-ci il tarixdə X16 ilə ünvan21də “xxxx” MTK tərəfindən inşa edilmiş 18 saylı binanın 2-ci blok 2 -ci mərtəbəsində yerləşən 128 nömrəli mənzilin 16.000 manata satın alınmasına dair əqd, alqı-satqı müqaviləsi bağlayaraq həmin məbləğdə pulu XX22xə təqdim edib cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmışdır. Bundan başqa o, təkrarən, özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 18 oktyabr 2018-ci il tarixdə cinayətdən xəbərsiz olan X1 və Zərərçəkmiş şəxs4 özbaşına özünü vəzifəli şəxs, yəni X22 səlahiyyətli məsul əməkdaşı kimi qəsdən təqdim etməklə Azərbaycan Respublikasının Mənzil X9 vəsaiti hesabına tikilmiş XXXXX88” adlanan ərazidə yerləşən evlərdən təmirli, hər biri 3 otaqlı 3 ədəd mənzilin güzəştli şərtlərlə hər mənzili 25000 manata satmaq imkanına malik olduğunu yalandan bildirib aldadıb, hər mənzili 20.000 ma nata satacağı barədə razılaşmaqla, Zərərçəkmiş şəxs4 19 oktyabr 2018-ci il tarixdə həmin ünvanda yerləşən binaların yanına aparıb, yolun kənarında 4-cü mərtəbədə 3 mənzili kənardan göstərərək, habelə görəcəyi iş barəsində tam əminlik yaratmaq məqsədilə, 20 oktyabr 2018-ci il tarixdə ünvan20 ünvanda yerləşən 38 saylı notariat kontorunun inzibati binasında Zərərçəkmiş şəxs4 övladı X13 ilə sonuncudan 40.000 manat pul alması barədə və Zərərçəkmiş şəxs4 rəfiqəsi X7 ilə sonuncudan 20.000 manat pul alması barədə notarial qaydada tədsiq olunmuş kredit müqaviləsi bağladıqdan sonra, həmin tarixdə notariat kontorunda Zərərçəkmiş şəxs4 cəmi 60.000 manat məbləğində pulu nağd olaraq alıb ələ keçirərək, sonuncunu inandırmaq üçün 3 otaqlı mənzillərlə bağlı müraciətlərinin qeydə alınması, XXX44 və XXX55 tə rəfindən cəmi 60.000 manat ödəniş edilməsi və həmin mənzilləri seçməsinə dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi “Azərbaycan Respublikasının yanında Mənzil İnşaat Ağentliyi- MİDA” başlıqlı hüquq verən rəsmi sənəd olan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verilməsi görüntüsü yaradan tarixsiz saxta ödəniş qəbzlərini istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə hazırlayıb 21 oktyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 təqdim edib bilə-bilə həmin saxta sənəddən istifadə etməklə, sonuncunun külli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X11 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (u yğun qiymətə mənzil təminatına) şərait yaratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş, təkrarən, bilə-bilə məzmununa yalan məlumatlar daxil etməklə hüquq verən saxta rəsmi sənəd hazırlayaraq həmin sənəddən istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum cinayəti XXX xxx33nin XXXX66nin təhqiqatçısı X14 ilə birgə törətməsi, ondan ələ keçirilmiş 60.000 manat məbləğində pulun böyük hissəsinin məhz XXX445da olması, ona vurulmuş ziyanın ödənilməməsi, Məhkum əvvəllər də dələduzluq cinayətini törətməsi və şəxsiyyətini səciyyələndirən digər hallar, törətdiyi cin ayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları nəzərə alınmamış, nəticədə Məhkum həddindən artıq yüngül cəza təyin olunmuşdur. Zərərçəkmiş şəxs4 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkum daha ağır cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instans iyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs4 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsi rli bilindiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına uyğun olmayan yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız və qanunsuz olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq məhkuma daha ağır cəzanın təyin edilməsini təmin edən qərarın qəbul edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Zərərçəkmiş şəxs4 kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyy ətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsin ə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəs i isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza təyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Qeyd olunan cinayət - hüquqi normaların işığında zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum təqsirli bilindiyi əməlləri sırasında ən ağırı olub, Cinayət Məcəlləsinin 15.4-cü maddəsilə ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Məhkum təqsirli bilindiyi digər əməllərdən Cinayət Məcəlləsinin 193-1.1.1, 310-cu maddələri ilə nəzərdə tutulmuş ə məllər Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kimi, Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər isə Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilirlər və həmin maddələrin sanksiyalarında müəyyən müddətlərə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı ondan daha yüngül, hətta cinayət cəzaları sırasında ən yüngülü sayılan cərimə cəzası da nəzərdə tutulmuşdur. Belə olan halda, zərərçəkmiş şəxsin Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2, 193-1.1.1, 310, 320.1, 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdikləri obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara həmin maddələrin sanksiyaları daxilində t əyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını mübahisələndirməsi, qanunverici məhz zərərçəkmiş şəxsin istinad etdiyi - cinayətlərin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddələrinin sanksiyalarını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən CM-in 178.3.2-ci maddəsində göstərilən cinayəti törətmiş şəxslərə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından da az müddətə azadlıqdan məhrum etmə cəzasının, digər maddələrdə göstərilən cinayətlərə görə isə daha yüngül növdə cəzaların təyin edilməsini mümkün bildiyindən, düzgün mövqe kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxsin məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etməsi həm də ona görə əsassızdır ki, Məhkum ailəlidir, himayəsində az yaşlı uşağı var, cinayət nəticəsində vurduğu ziyan qismən ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin hallar Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsinin 61-ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasını, 59.1.14-cü maddəsi isə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar sırasında birbaşa nəzərdə tutduqlarından, məhkəmə kollegiyası həmin ha lların cəzanın təyin edilməsi zamanı nəzərə alınmasını pozuntu hesab etmir. Məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi zərərçəkmiş şəxsin ona vurulmuş 60.000 manat məbləğində ziyanın ödənilməməsinə istinad etməsi də qanunla uzlaşan mövqe kimi qiymətləndirilə bilməz. Çünki, zərərçəkənin istinad etdiyi həmin hal Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, eyni zamanda həmin məbləğdə pulun ələ keçirilməsi və bunun nəticəsində zərərçəkmiş şəxsə külli mirdarlarda ziyanın vurulması Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasında həmin cinayət tərkibinin zəruri əlaməti kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, apellyasiya məhkəməsi isə apellyasiya müraciət lərinə, o cümlədən Zərərçəkmiş şəxs4 apellyasiya şikayətinə baxarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətləri ilə yanaşı Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum cinayətlərin məcmusu üzrə 3 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə, hökmlərin məcmusu üzrə isə 4000 manat miqdarında cərimə və 3 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını tətbiq etmə klə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışlar. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum istər təqsirli bilindiyi ayrı-ayrı cinayətlərə görə, istərsə də bu cinayətlərin və hökmlərin məcmusu üzrə təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verən tədbirlərdir. Odur ki, həmin cəzaların təyin edilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və bu cəzaları dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəm ə aktları kimi, onların mübahisələndirilməsinə dair zərərçəkmiş şəxsin kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər məhkəmələr tərəfindən zərərçəkmiş şəxsin kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni bu müraciətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs4 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 və Məhkum barəsində olan 21 avqust 2 019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 və Məhkum barəsində olan 21 avqust 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar