Məhkəmə qərarları › İş №1(102)-127/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-127/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-127/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 162.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-730/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs Məhkum xx xxxxxx 1992-ci il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi sahibkarıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum 1 noyabr 2021ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri STQ, Daş-Qum bazarı ünvanında fəaliyyət göstərən fiziki şəxs Şahid6 ilə aralarında 920 kvadrat metr sahədən taxta anbarı və cilalanma sexi kmi istifadə olunması ilə bağlı bağlanılmış 68 saylı müqavilənin şərtlərinə əsasən iş sahəsində üzərinə texniki təhlükəsizlik, yanğından mühafizə və sanitar normalarına əməl etməklə həmin normaların işçilər və əraziyə daxil olan digər şəxslər tərəfindən riayət olunması, əks halda baş verə biləcək qəza və yanğın nəticəsində dəyən maddi və mənəvi ziyana görə məsuliyyət daşıması vəzifələrini götürmüş fiziki şəxs kimi, «Yükləmə-boşaltma işləri.Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»-ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»-nin 5, 6 bəndlərinin tələblərinə əsasən yükləmə-boşaltma işlərini, bu işlərə dair təhlükəsizlik tələbləri olan, texnoloji kartalara, iş icra layihələrinə, texnoloji təlimatlara, eləcə də qaydalara və təlimatlara uyğun aparılmalı, yüklərin yüklənməsi və boşaldılması zamanı yükün düşmə zonasında insanların olmasına yol verilməməli, yükləri qaldırmazdan və yerini dəyişməzdən əvvəl onların dayanıqlığı yoxlanılmalı, üst-üstə yığılmış, qalaqlanmış taxtanın yükləmə və boşaldılma yerləri taxtanın aşıb tökülməsinin qarşısını alan ləvazimatlar ilə təmin edilməli, yükləmə-boşaltma işlərinə, əməyin təhlükəsizliyinə və yanğın təhlükəsizliyinə dair təli matlandırılmış, təlim kursu keçmiş və biliyi yoxlanılmış heyət buraxılmalı, eyni zamanda ümumi müəssisədə əməyin mühafizəsi üzrə biliklərin yoxlanmasının və təlimin vaxtında və keyfiyyətli təşkilinin məsuliyyəti müəssisənin rəhbərinə, müəssisənin bölmələrində isə (sexdə, sahədə, şöbədə, laboratoriyada, emalatxanada və s.) bölmə rəhbərlərinə həvalə olunduğu, o cümlədən işçilərin təliminin və ixtisas artırmanın bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulduğundan işəgötürənin işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməli, zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşə lərə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmədiyi, işəgötürənin bu təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borclu olduğu halda həmin tələblərə əməl etməyibrəsmi işə qəbul edilməmiş 50-T-559 dövlət qeydiyyat nişanlı avtokar işlədən X8 əməyin mühafizəsi üzrə təlimatlandırma və təlimlər keçirməklə xüsusi jurnallarda qeydiyyatı aparmadan, taxta bağlamaların avtomaşından boşaldılması işlərinə başlamazdan əvvəl işlərə rəhbərlik edən şəxs təyin etmədən, həmin işlər ilə əlaqədar təhlükəsizlik tədbirləri görmədən günəmuzd işlərə cəlb etdiyinə görə «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələblərini pozmuş, nəticədə X10 18 noyabr 2021-ci il tarixdə, saat 11.00 radələrində "PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş "Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildən taxta kiplərini avtokar vasitəsilə boşaldan zaman kipləri sıxan kəmərin boşalmasını görüb avtokardan düşərək, üzərinə taxta yığılmış həmin yük avtomobilinə yaxınlaşmış və taxta kipə bağlanmış kəməri sıxmaq istəyən zaman taxta kipi onun üzərinə aşdığına görə ehtiyatsızlıqdan sağ və sol ağciyər paylarının və qaraciyərin zədələnməs i, sağ V-X qabırğaların orta körpücük xətti boyunca, sağ Vİİ-İX qabırğaların orta qoltuqaltı xətt boyunca yerdəyişən sınıqları, sol Vl-X qabırğaların orta körpücük xətti boyunca yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı, döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin ön səthinin, sol bazu və sol said nahiyələrinin qançırları kimihəyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almış və daxili orqanların zədələnməsi fonunda yaranan kəskin qanitirmədən ölmüşdür.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim X12) 5 dekabr 2022-ci il tarixli, 1(001)-349/2022 nömrəli hökmü ilə Məhkum CM-in 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 1 (bir) il 6 (altı) ay müddətinə sahibkarlıq fəaliyyəti i lə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, ona Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunması və ona 2 (iki) il sınaq müddəti təyin edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsinin həyata keçirməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması müəyy ən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilərək müdafiəsi altında olan təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə onun barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət məhkəmə tərkibində) 17 may 2023-cü il tarixli, 1(103)730/2023 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkum CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair 5 dekabr 2022-ci il tarixli, 1(001)-349/2022 nömrəli hökmünün ləğv edilməsi və yeni hökm çıxarılması, Məhkum əməlinin sübuta yetirilmədiyindən CM-in 162.2-ci maddəsi ilə ona bəraət verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin ləğv edilməsi, bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının Məhkum izah edilməsi hökm edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)730/2023 nömrəli hökmündən apellyasiya instansiya məhk əməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlara, bir sıra qanunvericilik aktlarına istinadlar edilərək apellyasiya instansiya məhkəməsinin hökmünün həqiqəti əks etdirməməsinə, iş materiallarının tam hərtərəfli və ədalətli araşdırılmamasına istinadlar edərək göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi məhkəmə iclasını qismən məhkəmə istintaqı ilə keçirməsinə baxmayaraq, ittihamın təqdim etdiyi sübutları (təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədləri) rədd etmiş, bunun motivlərini də hökmdə əsaslandırmamışdır. Məhkəmə bəraət hökmünün əsası qismində apellyasiya icraatı zamanı ifadəsi alınmış təqsirləndirilən şəxsin, elecə də Şahid5 və sonuncunun atası X4 apellyasiya məhkəməsində qohumluq münasibətlərindən irəli gələn bir-birlərini müdafiə xarakterli vermiş olduqları ifadələrinə tənqidi yanaşmamış, onları əsassız olaraq sübut kimi qəbul etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları düzgün təhlil etməməklə, qeyridüzgün qiymətləndirməklə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə bəraət verməklə CPM-in 33-cü maddəsində nəzərdə tutulmuş “sübutların qiymətləndirilməsi" prinsipini, eləcə də qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət, humanizm prinsiplərini pozmuşdur.

8. Kassasiya protestinin müəllifi protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından Məhkum Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)730/2023 nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

10. Qərardan bəraət almış şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövl ət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassa siya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Kassasiya protestində əsassız olaraq Məhkum CM-in 162.2-ci maddəsi ilə baəraət verilməsi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar qismində Azərbayc an Respublikası CPM-in 416.1.2 ( məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir.

17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-730/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqə tin müəyyən edilməsini təmin etməlidir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

20. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır.

21. CPM-in 349.4-cü maddəsinə əsasən “məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir”.

22. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: “349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəm ənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə”.

23. Lakin, sübutlar da elə tədqiq olunmalı və qiymətləndirilməlidir ki, onların üzərində qurulan mülahizələrin düzgünlüyünə şübhə yaranmasın.

24. Əgər məhkəmə sübutların araşdırılması və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarının, o cümlədən 143-146-cı maddələrinin tələblərinə əməl etməyibsə və yaxud cinayət-prosessual qanunun 353.3.3-cü maddəsinin tələb etdiyi kimi məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları inandırıcı şəkildə izah etməyibsə, bu cür qiymətləndirməyə əsaslanan nəticələr də mötəbər sayıla və qəbul edilə bilməz. 25. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur...

26. Hər hansı məhkəmə araşdırılması ədalətli məhk əmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır...

27. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda ci nayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir.

28. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.

29. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər nəzərə alınmaqla hazırki işin materiallarını dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə təhlil edərək aşağıdakı ları qeyd etməyi zəruri hesab edir:

30. Hazırki işdə cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi tərəfindən verilmiş ittiham öz təsdiqini tapdığından Məhkum barəsində ittiham hökmü çıxarılsa da, bu nəticə müdafiə tərəfinin apellyasiya müraciətinə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən öz təsdiqini tapmamış, bununla da Məhkum əməlinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmü çıxarılmışdır.

31. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, Məhkum 1 noyabr 2021-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri STQ, Daş-Qum bazarı ünvanında fəaliyyət göstərən fiziki şəxs Şahid6 ilə a ralarında 920 kvadrat metr sahədən taxta anbarı və cilalanma sexi kmi istifadə olunması ilə bağlı bağlanılmış 68 saylı müqavilənin şərtlərinə əsasən iş sahəsində üzərinə texniki təhlükəsizlik, yanğından mühafizə və sanitar normalarına əməl etməklə həmin normaların işçilər və əraziyə daxil olan digər şəxslər tərəfindən riayət olunması, əks halda baş verə biləcək qəza və yanğın nəticəsində dəyən maddi və mənəvi ziyana görə məsuliyyət daşıması vəzifələrini götürmüş fiziki şəxs kimi, «Yükləmə-boşaltma işləri.Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»-ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»-nin 5, 6 bəndlərinin tələblərinə əsasən yükləmə-boşaltma işlərini, bu işlərə dair tə hlükəsizlik tələbləri olan, texnoloji kartalara, iş icra layihələrinə, texnoloji təlimatlara, eləcə də qaydalara və təlimatlara uyğun aparılmalı, yüklərin yüklənməsi və boşaldılması zamanı yükün düşmə zonasında insanların olmasına yol verilməməli, yükləri qaldırmazdan və yerini dəyişməzdən əvvəl onların dayanıqlığı yoxlanılmalı, üst-üstə yığılmış, qalaqlanmış taxtanın yükləmə və boşaldılma yerləri taxtanın aşıb tökülməsinin qarşısını alan ləvazimatlar ilə təmin edilməli, yükləmə-boşaltma işlərinə, əməyin təhlükəsizliyinə və yanğın təhlükəsizliyinə dair təlimatlandırılmış, təlim kursu keçmiş və biliyi yoxlanılmış heyət buraxılmalı, eyni zamanda ümumi müəssisədə əməyin mühafizəsi üzrə biliklərin yoxlanmasının və təlimin vaxtında və keyfiyyətli təşkilinin məsuliyyəti müəssisənin rəhbərinə, mü əssisənin bölmələrində isə (sexdə, sahədə, şöbədə, laboratoriyada, emalatxanada və s.) bölmə rəhbərlərinə həvalə olunduğu, o cümlədən işçilərin təliminin və ixtisas artırmanın bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulduğundan işəgötürənin işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməli, zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol ver ilmədiyi, işəgötürənin bu təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borclu olduğu halda həmin tələblərə əməl etməyibrəsmi işə qəbul edilməmiş 50-T-559 dövlət qeydiyyat nişanlı avtokar işlədən X8 əməyin mühafizəsi üzrə təlimatlandırma və təlimlər keçirməklə xüsusi jurnallarda qeydiyyatı aparmadan, taxta bağlamaların avtomaşından boşaldılması işlərinə başlamazdan əvvəl işlərə rəhbərlik edən şəxs təyin etmədən, həmin işlər ilə əlaqədar təhlükəsizlik tədbirləri görmədən günəmuzd işlərə cəlb etdiyinə görə «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələbl ərini pozmuş, nəticədə X10 18 noyabr 2021-ci il tarixdə, saat 11.00 radələrində "PP NEFAZ 933401” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş "Kamaz 54115” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildən taxta kiplərini avtokar vasitəsilə boşaldan zaman kipləri sıxan kəmərin boşalmasını görüb avtokardan düşərək, üzərinə taxta yığılmış həmin yük avtomobilinə yaxınlaşmış və taxta kipə bağlanmış kəməri sıxmaq istəyən zaman taxta kipi onun üzərinə aşdığına görə ehtiyatsızlıqdan sağ və sol ağciyər paylarının və qaraciyərin zədələnməsi, sağ V-X qabırğaların orta körpücük xətti boyunca, sağ Vİİ-İX qabırğaların orta qoltuqaltı xətt boyunca yerdəyişən sınıqları, sol Vl-X qabırğaların orta körpücük xətti boyunca yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı, döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin ön səthinin, sol bazu və sol said nahiyələrinin qançırları kimihəyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almış və daxili orqanların zədələnməsi fonunda yaranan kəskin qanitirmədən ölmüşdür.

32. Apellyasiya instansiya məhkəməsi isə Məhkum, şahidlər Şahid5 və Mədəd Quliyevin ifadələrinə istinad edərək nəticəyə gəlmişdir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli olması sübut olunmur.

33. Lakin, qeyd olunan halların müəyyən olunmuş sayılmasına dair apellyasiya instansiya məhkəməsinin qənaətini cinayət işinin materialları ilə müqayisə etdidkə, aydın olur ki, bu qənaət baxılmış sübutlarla uzlaşmır.

34. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsi ndə qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

36. Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin mad də ilə nəzərdə tutulmuş cinayət tərkibi – texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda yaranır.

37. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyekti yalnız texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs çıxış edə bilər və həmin tərkib maddi tərkib olduğundan onun yaradılması üçün üç zəruri şərt olmalıdır: texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır; ehtiyatsızlıqdan insanın ölümü baş verməlidir; texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş insanın ölü münün arasında səbəbli əlaqə olmalıdır.

38. Həmin maddədə nəzərdə tutulmuş cinayətin obyekti Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ və əməyin mühafizəsi, o cümlədən texniki təhlükəsizlik qaydalarıdır.

39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə görə, əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsəd ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya-gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. 40. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununu n 1-cİ maddəsinə əsasən, texniki təhlükəsizlik vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir.

41. Adı çəkilən Qanundan aydın olur ki, texniki təhlükəsizlik çox geniş anlayışdır və ictimai həyatın müxtəlif sahələrində (əməyin təhlükəsizliyi, ekoloji, yanğın, sanitar-epidemioloji təhlükəsizlik, sənayedə və tikintidə təhlükəsizlik və s.) riayət edilməli olan təhlükəsizlik qaydalarını əhatə edir. Lakin şərh edilən maddədə sözün geniş mənasında deyil, əmək mühafizəsinin tərkib hissəsi olan texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur. Əməyin mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Res publikasının 2 noyabr 1999-cu il tarixli Qanununda, digər normativ hüquqi aktlarda və texniki-normativ sənədlərdə təsbit olunmuşdur.

42. Şərh edilən cinayət obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasında ifadə olunur.

43. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.

44. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən məhkəmələr tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar t əhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

45. Həmin Məcəllənin 145-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

46. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

47. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsi tərəfindən qanunun yuxarıda qeyd edilən tələblərinə riayət edilməməsi bax ımından məhkəmə iclasında tədqiq edilmiş sübutlara və işin hallarına nəzər salıb apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıda göstərilən səbəblərə görə əsassız hesab edir.

48. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, dayısı oğlu Turxanla Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən tikinti materiallarının satışı bazarında taxta anbarı və cilalanması sexi açmaq qərarına gəlib icarəyə yer götürmək üçün həmin tikinti materiallarının satışı bazarının rəhbəri Şahid6 müraciət etmişdir. Həmin sexi Turxanla birlikdə işlətsələr də, qeyd etdiyi kimi sənədləşmə onun adına olub və faktiki olaraq rəhbərliyi o həyata keçirdiyinə görə sexin fəaliyyətinə görə bütün məsuliyyət də onun üzərində o lmuşdur. İfadəsində qeyd etdiyi kimi işləri ilə bağlı hərdən rayona getdiyi üçün hər ehtimala qarşı Turxana etibarnamə verməli olmuşdur və bu məqsədlə 07 avqust 2021-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində Şahid5 416888 nömrəli etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən Turxan ona məxsus olan əmlakı idarə edə bilərdi, ancaq onun əvəzindən ona məxsus olmayan əmlakı, o cümlədən icarəyə götürülmüş obyekti idarə edə, onun adından başqasına məxsus əmlaka dair hər hansı bir sərəncam verə bilməzdi, yəni Turxanın onun əvəzindən icarəyə götürdükləri sexin fəaliyyətini rəsmi olaraq idarə etməyə hər hansı bir hüququ yox idi, bunun üçün onların arasında müvafiq müqavilə tərtib olunmalı və ya əmr imzalanmalı, həmin müqavilə və ya əmrdə onun sexdə işin təşkili, onun fəaliyyəti ilə bağl ı üzərinə götürdüyü vəzifələr, eləcə də fəhlələrin sexə işə götürülməsi, onların təhlükəsizlik texnikası qaydalarına riayət etmələri ilə bağlı təlimatlandırılmaları Turxana həvalə olunmalı, ancaq bundan sonra Turxan sexdə baş verə biləcək hər hansı bir hadisəyə və ya təhlükəsizlik texnikası qaydalarının pozulmasına görə məsuliyyət daşıya bilərdi. Ancaq məlum olduğu kimi o sexdə işləyən fəhlələri, o cümlədən avtokarı işlədən Paşa Budayevi, Turxanın özünü formal olaraq işə götürməmişdir, onların həmin sexin işçisi kimi heç bir yerdə adları yoxdur, hamısı da sexdə qeyri-rəsmi işləyiblər. O buna görə məsuliyyət daşıdığını dərk edir, yəni səhvini başa düşür. Həmçinin qeyd edir ki, yüklərin sexdə boşalmasına fəhlələrlə yanaşı qırmızı rəngli avtokar idarə edən X10 da iştirak edirmiş. Paşa daim on larla işləmir, harada iş olurdu, gedib orada işləyir, onlara lazım olanda da müraciət ediblər, gəlib boşaldıb pulunu alıb gedirmiş, hər yük avtomobili üçün Paşa Budayevə 40 manat məbləğində pul verirmişlər xx.xx.2021-ci il tarixdə sexə gətirilən taxta yükünü, eyni zamanda xx.xx.2021-ci il tarixdə gətirilməli olan daha 2 kamaz yükü Paşa boşaltmalı imiş və buna görə Paşa Budayevə 120 manat pul veriləcəkmiş. xx.xx.2021-ci il tarixdə kamazla gətirilən yükü boşaldandan sonra səhərisi gün, yəni xx.xx.2021-ci il tarixdə gətiriləcək taxtanı da gəlib boşaltmalı olduğunu Paşa Budayev əvvəldən bilirmiş, çünki bu barədə ona deyiblər İdarə etdiyi taxta materialların anbarı və cilalanması sexində Paşa Budayevdən başqa Şahid3, Elvin Şabandayev, Şahid1 və Samir Atxanlı adlı fəhlələr də işləyib, hansı ki, onlara da iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmələri ilə bağlı tərəfindən hər hansı bir təlimat keçirilməmiş, qeyd etdiyi kimi həmin şəxslərlə də əmək müqaviləsi bağlanılmamışdır.

49. Şahid qismində dindirilmiş Şahid5 istintaqa vermiş olduğu əlavə ifadəsində bildirmişdir ki, o, 2021-ci ilin iyun-iyul aylarında bibisi oğlu Məhkum ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən tikinti materiallarının satışı bazarında taxta anbarı və cilalanması sexi açmaq qərarına gəlmiş, icarəyə yer götürmək üçün həmin tikinti materiallarının satışı bazarının rəhbəri Şahid6 müraciət etmişlər, Məhkum işi ilə bağlı hərdən rayona getdiyi üçün hər ehtimala qarşı ona etibarnamə verməli olmuş və bu məqsədlə 7 avqust 2021-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində ona 41688 8 nömrəti etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən Cəlala məxsus olan əmlakı idarə edə bilərdi, ancaq o, Cəlalın özünə məxsus olmayan əmlakı, o cümlədən icarəyə götürülmüş obyekti idarə edə, Cəlalın adından başqasına məxsus əmlaka dair hər hansı bir sərəncam verə bilməzdi, yəni onun Cəlalın əvəzindən icarəyə götürülən sexin fəaliyyətini rəsmi olaraq idarə etməyə hər hansı bir hüququ yox idi, bunun üçün onların arasında müvafiq müqavilə tərtib olunmalı və ya əmr imzalanmalı, həmin müqavilə və ya əmrdə Cəlalın sexdə işin təşkili, onun fəaliyyəti ilə bağlı üzərinə götürdüyü vəzifələr, eləcə də fəhlələrin sexə işə götürülməsi, onların təhlükəsizlik texnikası qaydalarına riayət etmələri ilə bağlı təlimatlandırılmaları ona həvalə olunmalı, ancaq bundan sonra o sexdə baş verə biləcək hər h ansı bir hadisəyə və ya təhlükəsizlik texnikası qaydalarının pozulmasına görə məsuliyyət daşıya bilərdi. Ancaq məlum olduğu kimi o sexdə işləyən fəhlələri, o cümlədən avtokan işlədən Paşa Budayevi formal olaraq işə götürməmişdir, o, belə bir səlahiyyətinin olmadığını qeyd edir, o Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən tikinti materiallarının satışı bazarında taxta anbarı və cilalanma sexinə adətən bibisi oğlu Cəlal İşdə olmayanda gəlirmiş. O sexin və anbarın fəaliyyətində hər hansı formada iştirak etməmişdir. Paşa Budaevi də tanıyır, Paşa tikinti materiallarının satışı bazarında yük boşaldılması işi ilə məşğul olurdu. Əvvəllər bir neçə dəfə də Paşa Budaev anbara gətirilmiş taxtaların boşaldılmasında iştirak etmişdir. Cəlaldan aldığı məlumata görə Paşaya hər avtomobilin boşaldılması üçün 40 manat pul verilirdi. Lakin o Paşaya heç vaxt pul verməmiş və onun yükləri boşaltmasında iştirak etməmişdir. Əvvəlki ifadəsində sexin ona məxsus olması, onun tərəfindən idarə edilməsi kimi səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir. Həmin vaxt o hadisənin şokunda olmuş və ona görə də bibisi oğlu Cəlalın məsuliyyət daşımalı olduğu əməlləri özü də bilmədən üzərinə götürmüşdür.

50. Birinci instansiya məhkəməsi zamanı ifadə verən Şahid5 da Məhkum ilə tikinti materiallarının satışı bazarında icarəyə yer götürərək sex açmaq qərarına gəldiklərini, bunun üçün Şahid6 müraciət etdiyini, sonuncu ilə Cəlal arasında icarə müqaviləsini bağladığını bildirmişdir. Sexdə Cəlal olmayanda özünün gəldiyini, lakin sexin və anbarın faəliyyətində hər hansı formada iştirak etmədiyini bildirmi şdir.

51. Bundan başqa cinayət işi materiallarından müəyyən edilir ki, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3, Şahid1, X7, Şahid4 da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında olan tikinti materiallarının satışı bazarında fəaliyyət göstərən taxta anbarı və cilalanma sexində işlədiklərini, onları işə Məhkum qəbul etdiyini, sonuncunun sexdə olmadığı zamanlar Şahid5 onlara nəzarət etdiklərini bildirmişlər.

52. Eyni zamanda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 da ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən tikinti materiallarının satışı bazarının sahibidir. 2021-ci ilin avqust ayında Turxan qohumu Məhkum ilə ona müraciət edərək bazarda tikinti materiallarının satışı il ə məşğul olmaq üçün yer istəmişlər. Turxanın deməsinə görə Məhkum taxta materiallarının satışı ilə məşğul olmaq niyyətində idi. O da, həmin vaxt icarə müqaviləsi bağlamağı təklif etmişdi. Bundan sonra isə onunla 1 noyabr 2021-ci il tarixdən icarə müqaviləsi bağlamışdır. Müqavilənin bağlanması zamanı Cəlalın qohumu Turxan da iştirak etmişdir.

53. Cinayət işi üzrə təyin edilərək keçirilmiş əlavə məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 1 mart 2022-ci il tarixli, 10/1266 saylı rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar «Yükləmə-boşaltma işləri.Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələb ləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ŞTQ ünvanında yerləşən taxta anbarı və cilalanma sexinə işçilər işə qəbul olunan zaman onlara əməyin mühafizəsi üzrə təlimatlandırma və təlimlər keçirilməklə xüsusi jurnallarda qeydiyyatı aparılmadığına, taxta bağlamalarının avtomaşından boşaldılması işlərinə başlamazdan əvvəl işlərə rəhbərlik edən şəxs təyin olunmadığına, həmin işlər ilə əlaqədar təhlükəsizlik tədbirləri görülmədiyinə, təlim keçməmiş işçilər qeyd olunan işlərə cəlb edildiyinə görə, «Yükləməboşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»-ün 2.1, 2.5, 2.9, 2.20, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələbləri sexin rəhbəri fiziki şəxs Məhkum tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərər çəkmişin şəxs X9 özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydaları tələblərinin pozulması halı müəyyən edilmir.

54. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 19 fevral 2022-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, X7 25 noyabr 2021-ci il tarixdən, Şahid1 25 noyabr 2021-ci il tarixdən, Şahid3 25 noyabr 2021-ci il tarixdən, Şahid4 25 noyabr 2021-ci il tarixdən, 25 noyabr 2021-ci İl tarixdən Məhkum ilə əmək müqaviləsi bağlanmışdır. Şahid2 və Məhkum qüvvədə olan əmək müqaviləsi müəyyən olunmamışdır.

55. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respubl ikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 fevral 2022-ci il tarixli, **********856500 saylı məktubundan görünür ki, vergi ödəyicilərinin döviət reyestrində xx.xx.1992-ci il təvəllüdlü Məhkum (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur.

56. Kassasiya kollegiyası qeyd edir ki, cinayət işi materiallarından da göründüyü kimi apellyasiya instansiya məhkəməsi yekun qərarında sadalanan sübutlara hər hansı hüquqi qiymət verməmiş, qismən məhkəmə istintaqı keçirilməklə ifadəsi alınmış Məhkum və şahidlərin (Şahid5 və M.Quliyev) ifadələrini əsas götürərək, hətta həmin ifadələr ilə əvvəlki ifadələri arasındakı ziddiyyətli məqamları belə araşdırmamışdır.

57. Sadalanan, cinayət işi materi allarında olan, cinayət işi üzrə dindirilmiş şahid ifadələrindən və icarə müqaviləsindən də göründüyü kimi Məhkum qeyd olunan sexdə icarədar olmaqla həmin sexə faktiki rəhbərlik etmiş, lakin üzərinə düşən vəzifələri icra etməyərək öz qulluq mövqeyinə görə sexdə işəgötürən kimi işlərə rəhbərlik edərək ümumi qaydada əmək qanunvericiliyi ilə üzərinə qoyulmuş və ona məlum olan işçilərin əməyin mühafizəsini və texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin edilməsi vəzifəsini həyata keçirməli olduğu halda, bunu etməmiş, eyni zamanda, cinayət işi üzrə dindirilmiş çoxsaylı şahid ifadələri ilə Paşa Budayev həmin sexdə sürücü kimi çalışdığı təsdiq edilsə də, məhkəmə öz hökmündə zərərçəkmiş şəxsin hadisə zamanı sexə aidiyyətinin olmasını təsdiq edən halları cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq etməmiş, onları işin faktiki halları ilə müqayisə etməmiş, həmin sübutları yoxlamamış, onlara ümumiyyətlə münasibət bildirməmişdir.

58. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsi prosesində iş üzrə tədqiq edilən sübutların qiymətləndirilməsi istiqamətində fəaliyyətindən görünür ki, ittiham tərəfinin mövqeyi üzrə sübutlar bir tərəfli olaraq inkar edilir, əksinə müdafiə tərfinin mövqeyi üzrə sübutlar işin obyektiv gerçəklərinin müəyyən edilməsində əsas götürülür. Başqa sözlə, işə baxan məhkəmə tərfindən sübutların əlaqəli-müqayisəli şəkildə tərəfsiz, obyektiv, qanunauyğun tədqiqi zamanı ciddi prosessual pozuntulara yol verilmişdir.

59. Qeyd olunanlar məhkəmələr tərəfindən məhkəmə qərarının kasasiya qaydasında ləğv edilməsini və apellyasiya məhkəməsində məhkəmə baxışının təkrarən keçirilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini, dövlət ittihamçısının kassasiya protestinin şərh olunan məsələlər üzrə dəlillərinin əsaslı olduğunu göstərir.

60. Beləliklə, məhkəmə kollegiyası proses iştiraçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 may 2023-cü il tarixli, 1(103)-730/2023 nömrəli hökmü ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

61. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkə mə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-730/2023 nömrəli hökmü ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar