Məhkəmə qərarları › İş №1(102)-1270/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1270/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1270/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrliyi və məruzəsi),Siyavuş Hacıyev və Rahib Salmanov) 17 mart 2022-ci il tarixli, 1(101)-562/2022 nömrəli hökmü ilə xx xxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmuş, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2021-ci ildən hesablanmışd ır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 12 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanında X4 90 manat pul müqabilində külli miqdarda, yəni 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,792 qram, 0,412 qram, 0,467 qram, 0,592 qram, 0,140 qram, ümumi təmiz çəkiləri 2,403 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,205 qram, 0,128 qram və 0,140 qram, ümumi təmiz çəkiləri 0,753 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamini alaraq əldə edi b, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2021-ci il tarixdə saat 11:30-da ünvan 3 ünvanının qarşısında saxlanılıb ünvan 4erləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki yaşıl rəngli üzəri qırmızı, sarı və göy rəngli cizgilər olan şortikin sağ yan cibindən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,792 qram, 0,412 qram, 0,467 qram, 0,592 qram, 0,140 qram, ümumi təmiz çəkiləri 2,403 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və 4 ədə d bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,205 qram, 0,128 qram və 0,140 qram, ümumi təmiz çəkiləri 0,753 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Vaqif Mursaqulov) 22 iyun 2022-ci il tarixli 1(103)-1091/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli 1(101)-562/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 22 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki məhkəmə instansiyasının müvafiq hökm və qərarı əsassız və qanunsuzdur. Belə ki, cinayət işinin materiallarında onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı sübut yoxdur. O, hər iki məhkəmə instansiyasında yeddi ildir ki, narkotik vasitə olan kakos və psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, iş üzrə sübutlar kifayət qədər araşdırılmamış, təqsirsiz olduğuna baxmayaraq qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkum kassasiya şikayətində onun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilkin olaraq iş materiallarını araşdıraraq qeyd edir ki, Məhkum məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə polis işçiləri onu narkotik vasitələrin dövriyyəsi ilə şübhəli olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinə dəvət etmiş və orada onun üzərinə baxış keçirmişlər. Baxış zamanı onun üzərində narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra polis işçiləri ona 10 büküm verib həmin bükümlərin ona məxsus olması barədə bildirəcəyi halda onu 48 saat ərzində buraxacağını bildirmişlər. Onun qarşısında bir neçə sənəd qoyulmuş və o, həmin sənədlərə imza etmişdir. O, savadsızdır, yazıb-oxuya bilmir, həmin sənədlərdə nə yazıldığını bilməmişdir. O, narkotik vasitədən istifadə edir, lakin həmin gün onun üstündə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Göründüyü kimi Məhkum kassasiya şikayətinin xahişi onun məhkəmə iclasında verdiyi ifadə ilə uzlaşmır. Məhkəmə kollegiyasının fikrincə kassasiya şikayətinin əməlin tövsifi ilə əlaqədar edilmiş xahişinə düzgün baxılması onu tələb edir ki, ilk öncə məhkumun ona qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutlarla təsdiq olunmuş olsun. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüş və onun həmin ittihamda təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə onun ibtidai istintaq zamanı verdiyi ifadə, şəxsi axtarış və götürmə aparılması barədə 12 iyul 2021-ci il tarixli protokol, şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları Şahid1 Ümid oğlunun və Şahid 2 ifadələri, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizalarının rəyləri təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunmuş və onun barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi məhkumun müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hökmü dəyişdirilmədən apellyasiya şikayətini isə təmin edilmədən saxlamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri iş materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyasının qərarı aşağı da göstərilən səbəblərə görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əs asən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutları təhlil edərək qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamın əsasında məhz 12 iyul 2021-ci il tarixdə saxlanılarkən üzərindən nar kotik vasitə heroinin və psixotrop maddə metafetaminin aşkar edilməsi dayanır. Belə ki, Bakı şəhəri, Suraxanı RPİ-nin təhqiqatçısı Suad Həmzəyev tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 12 iyul 2021-ci il tarixli protokoldan görünür ki, saat 18:00-dan saat 18:15-dək əməliyyat müvəkkilləri Şahid2, Əfqan Sultanovun, Yalçın Yaqubovun, Ramin Vəlizadənin və Mirtağı Mirbabayevin iştirakları ilə şübhəli şəxs Məhkum üzərinə videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış keçirilmiş və 9 ədəd büküm aşkar edilərək götürülməsi rəsmiləşdirilmişdir. Yalnız bu protokolla müəyyən edilən hallar, axtarış nəticəsində əldə edilmiş maddi sübutlar üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyi, şəxsi axtarışda iştirak etmiş əməliyyat müvəkkillərinin şahid i fadələri, eləcə də, aşkar edilmiş və maddi sübut qismində tanınmış narkotik vasitə və psixotrop maddə ibtidai istintaq orqanı tərəfindən Məhkum cinayət əməlini törətməkdə təqsirli bilinməsi üçün istinad edilən yeganə sübutlardır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum barəsində ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən Məhkum üzərində şəxsi axtarış nəticəsində üzərində narkotik vasitənin tapılmasına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübh ə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Yuxarıda qeyd etdiyi kimi Məhkum məhkəmə iclasında dindirilərkən özünü elan edilmiş ittihamda təqsirli bilməmiş, narkotik vasitənin və psixotrop maddənin ona polis əməkdaşları tərəfindən qoyulmasını, savadsız olduğundan polis əməkdaşları tərəfindən ona imzalamaq üçün təqdim olunmuş sənədlərdə nə yazıldığını bilməməsini göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum tutulandan sonra 12 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət edərək maddi imkanının olmaması səbəbindən ona dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş etmişdir. 12 iyul 2021-ci l tarixdə saat 17:30-da Məhkum təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və Məhkum ərizəsinə əsasən ona təhqiqatçının qərarı ilə dövlət hesabına müdafiəçi qismində Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili X5 təyin edilmişdir. Müdafiəçi X5 Məhkum təqdim edilmiş və sonuncunun razılığı ilə müdafiəçi qismində işə buraxılmışdır. Müdafiəçi X3 iştirakı ilə Məhkum şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və etiraz edilə bilən şəxslər barədə məlumat verilmiş, bu barədə müvafiq protokollar tərtib edilmişdir. Həmin prosessual hərəkətlərdən faktiki olaraq dərhal sonra şübhəli şəxs Məhkum üzərində şəxsi axtarış keçirilmiş, narkotik vasitə və psixotrop maddə aşkar edilmiş, lakin müdafiəçi axtarışda iştirak etməmişdir. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 12 iyul 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Məhk um üzərinə şəxsi axtarış videoçəkilişdən istifadə olunaraq keçirilmiş, onun üzərindən 9 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metafetaminə oxşar maddələr aşkar edilərək götürülməsi rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkum 12 iyul 2021-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, o müdafiəçinin axtarışda və götürmədə iştirak etməməsinə etiraz etmir. Ərizə kompüter vasitəsi ilə tərtib edilmiş və Məhkum tərəfindən imzalanmışdır. Göründüyü kimi şübhəli şəxs Məhkum üzərində şəxsi axtarış və götürmə onun müdafiə hüququnun pozulması ilə keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 92.3.1 və 92.3.9-cu maddələrinin tələblərinə görə şübhəli şəxs tələb etdikdə və ya şübhəli şəxs tutulduqda cinayət prosesində müdafiəçinin iştirakı təmin edilməl idir. Azərbaycan Respublikası CPM-in 92.4.1 və 92.4.6-cı maddələrinin tələblərinə görə cinayət prosesində müdafiəçinin iştirakı bu Məcəllənin 92.3.1-ci maddəsində nəzərdə tutulmuş halda şübhəli və ya təqsirləndirilən şəxsin tələb etdiyi, 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda isə şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu və ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxıldığı andan təmin olunmalıdır. Məhkəmə iclasında Məhkum göstərmişdir ki, o savadsızdır, yazıb-oxuya bilmir, yəni Azərbaycan dili şifahi bilsə də, latın əlifbası ilə oxuya bilmir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstıtusıya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli Plenum qərarının nə ticə hissəsinin ikinci bəndində qeyd edilmişdir ki, “Cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir.” Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Göründüyü kimi Məhkum üzərində axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusıya Məhkəməsinin yuxarıda qeyd edilən Plenumunun izahına zidd olaraq şübhəli şəxsin üzərinsə şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan keçirmişdir. Məhkəmə kolle giyası yuxarıda qeyd edilən işin hallarını və cinayət-prosessual qanunun normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, şübhəli şəxsin iştirakı ilə gün ərzində ardıcıl olaraq axtarışdan əvvəl və axtarışdan sonra keçirilmiş prosessual hərəkətlərdə müdafiəçinin iştirak etməsi, lakin iştirakı zəruri olduğu halda şübhəli şəxsin axtarışının müdafiəçinin iştirakı olmadan aparılması həm qanun tələblərinin kobud pozulması, həm də anlaşılmayan və şübhə doğuran haldır. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmələrin Məhkum təqsiri müəyyən edərkən istinad etdiyi digər sübut – polis əməkdaşları Şahid1 Ümid oğlunun və Şahid2 şahid ifadələridir. Həmin sübutlarla bağlı məhkəmə kollegiyası qeyd etməyə zəruri hesab edir ki, Şahid1 Ümid oğlu və Şahid2 məhkəmə iclasında Məhkum üzərində axtarışın keçirilməsi və axtarış zamanı narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi barədə ətraflı ifadə versələr də, həmin ifadələrdə açıq-aydın həqiqətə uyğun olmayan xüsusatlar göstərmişlər. Belə ki, hər iki şahid göstərmişlər ki, Məhkum üzərində şəxsi axtarış və ondan narkotik vasitə və psixotrop maddənin götürülməsi müdafiəçinin iştirakı ilə keçirilmişdir. Lakin, şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyul 2021-ci il tarixli protokoldan görünür ki, axtarışda və narkotik vasitənin götürülməsində müdafiəçi iştirak etməmişdir. 12 iyul 2021-ci il protokoldan həmçinin görünür ki, məhkəmədə axtarışın aparılması barədə şahid qismində ifadə vermiş Şahid1 Ümid oğlu ümumiyyətlə şübhəli şəxs Məhkum şəxsi axtarışında iştirak etməmişdir. Lakin məhkəmələr təqsirləndirilən şəxsin təqsirini müəyyən edən sübutların tədqiq edilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmiş, Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 iyul 2021-ci il tarixli protokolu sübut kimi qəbul edərək barəsində protokol t ərtib edilmiş istintaq hərəkətinin kobud qanun pozuntusu ilə keçirilməsinə münasibət bildirməmiş, Məhkum təqsiri müəyyən edən şahid ifadələrinə qiymət verərək həmin sübutların həqiqiliyinə şübhə doğuran yuxarıda göstərilən xüsusatlar araşdırılmamış, məhkəmə iclasında şahidlərə bununla əlaqədar heç sual da verilməmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəllə yə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası CPM -in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin hökmündən Məhkum müdafiəçisi apellyasiya şikayəti vermiş və təqsirləndirilən şəxsə bəraət verməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmiş, apellyasiya şikayətinin bu barədə dəlilləri araşdırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxarkən həmçinin, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM- in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər a ğır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum müdafiəçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydad a tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar