Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1271/2020 26.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx xxxx 1959-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış xxx oğluna Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Süleyman Atakişyev tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.A.Qəribov, hakimlər R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkib) xxx oğlu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkə mənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkib) 06 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən xxx oğluna Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, satma barədə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə o, 10 may 2 018-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə gedən yolda cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən 15 ədəd polietilen bağlamada külli miqdarda 14860 qram tiryək və 10 ədəd polietilen bağlamada qablaşdırılmış külli miqdarda 9740,00 qram həşiş qətranı narkotik vasitələrini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, qeyd olunan narkotik vasitələrini 4 ədəd göy rəngli polietilen paketə yerləşdirib idarə etdiyi “VAZ21083” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin salonunun arxa oturacağının üstünə qoyaraq saxlamış, daşımış və həmin gün saat 15.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Füzuli küçəsində “Fərid” şərti adı ilə alıcı qismində çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmala ra Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi X1 saxlanılmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, mübahisələndirilən yekun qərar və hökmdən görünür ki, hər iki məhkəmə kollegiyasının gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, gəlinən nəticələr işin faktiki hallarına uyğun olmamış, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündə müdafiə tərəfinin dəlillərinin müzakirə edi lmədiyini, onlara münasibət bildirmədiyini, bu dəlilləri ittihamın sübutları ilə müqayisəli şəklində təhlil edilmədiyini bildirir, apellyasiya instansiyası məhkəməsi isə dövlət ittihamçısının apellyasiya protestində gətirilmiş dəlilləri lazımınca araşdırmadan, göstərilən halların ətraflı və obyektiv araşdırılmasını təmin etmədən həmin bəraət hökmünü dəyişdirmədən saxladığını, bununla da birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarladığını qeyd edir. Protest müəllifi bundan başqa məhkəmənin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadələrini hökmdə ümumiyyətlə göstərmədiyini, onları müzakirə etmədiyini, şübhəli, təqsirləndirilən şəxsin ifadələrinə münasibət bilrimədiyini də qeyd edir. Dövlət ittihamçısı hesab edir ki, apellya siya məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən xxx oğluna CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair qərar qanunsuzdur və ona görə də ləğv olunmalıdır. Məhkumun müdafiəçisi Nəsibov Kamandar Rəfi oğlu kassasiya protestinə dair etiraz ərizəsi verərək, Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin müdafiəçisi K.Nəsibovun çıxışlarını dinləyərək hesab ed ir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən no rmanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, M.Ağayevin əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən ona bəraət vermişdir. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olma masını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq M.Ağayevə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xe yrinə həll etmişdir. Apellyasiya instansiya məhkəməsi də düzgün olaraq məhkəmənin hökmünü qüvvədə saxlamışdır. Belə ki, birinci instansiya məhkəməsi işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrinə, habelə məhkəmə və istintaq hərəkətinin protokollarına qiymət verərək, haqlı olaraq hesab etmişdir ki xxx oğlunun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, satma barədə istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmə cinayətinin törədilməsi sübuta yetirilməmişdir. İşin hallarından göründüyü kimi, 10 may 2018-ci il tarixdə xxx oğlu ilə bağlı əməliyyat-axtarış tədbir inin keçirilməsinə baxmayaraq, bununla bağlı hər hansı qərar qəbul edilməmiş, həmçinin qəbul edilməli olan əsaslandırılmış qərar 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən Bakı şəhər Yasamal Rayon Məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməmiş və bununla Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin, 6-cı maddəsinin 3-ci bəndinin, 10-cu maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin, 10-cu maddəsinin 5-ci hissəsinin tələbləri kobud şəkildə pozulmuşdur. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndində hazırlanan və törədilən cinayətlərin qarşısının alınması da əməliyyat-axtarış fəaliyyətinin vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 4-cü maddəsinın 2-ci hissəsinin tələbinə əsasən, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yalnız bu Qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər. Həmin Qanunun 6-cı maddəsinin 3-ci bəndinin tələbinə görə bu Qanunun 1-ci maddəsində göstərilən məqsədlərə nail olmaq üçün əməliyyat-axtarış fəaliyyəti subyektləri əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və əldə edilməsi üsullarını yaymadan, konkret cinayət işi üzrə təhqiqatı və ya istintaqı aparan şəxsə və yaxud məhkəməyə verməlidir. Həmin Qanunun 10-cu maddəsinin 4-cü hissəsinin 2-ci bəndində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinın subyektləri hakimin qərarı olmadan cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxstərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikin ti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin Qanunun 10-cu maddəsinin 5-ci hissəsınin tələbindən görünür ki, bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Həmçinin Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsinə əsasən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçi rən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir.” Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Mirəziz Ağayev faktiki olaraq saxlandıqdan uzun müddət sonra “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması” və “Baxış keçirilməsi və götürülməyə dair” protokollar tərtib olunmuşdur. Habelə müəyyən edilmişdir ki, xxx oğlu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində saxlanılmış, orada onun azadlıq hüq uqu pozulmaqla heç bir qərar olmadan öz iradəsi ziddinə qollarına dəmir qandal vurulmaqla digər avtomobilə əyləşdirilib Gömrük Komitəsinin istintaq idarəsinə gətirilmiş və onun idarə etdiyi VAZ- 21083 markalı **-BB-*** dövlət nişanlı avtomobil onun idarəçiliyində olmamışdır.Belə ki, məhkəmədə dindirilmiş şahidlərin ifadələri əsasında xxx oğlunun saxlandıqdan sonra digər avtomobillə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə gətirilməsi, onun avtomobilinin gömrük əməkdaşları tərəfindən idarə olunması, baxışın dərhal deyil bir müddət sonra Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində həyata keçirilməsi faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət iş ləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərti b olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaş larının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaların yoxlanılması” və “Baxış keçirilməsi və götürülməyə dair” protokolların tərtib olunmasına əsas olmuş istintaq hərəkətləri cinayət işi başlamadan, məhkəmə qərarı olmadan və belə səlahiyyətə malik olmayan Əməliyat axtarış şöbəsinin inspektoru tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, keçirilmiş istintaq hərəkətləri Azərbaycan Respublikası CPM-nin 246.2.1 və 246.2.3-cü maddələrində nəzərdə tutulan hallar müəyyən edilmədən, yəni məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan həyata keçirilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, xxx oğlu heç bir qərar olmadan faktiki olaraq azadlıqdan məhrum edilərək Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, onun hüquqi statusu müəyyən edilməmiş və bu Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, onun hüquq və vəzifələri, habelə məsuliyyəti dərhal izah olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkəti cinayət işi başlandıqdan sonra müstəntiq tərəfindən keçirilməli olduğu halda, cinayət işi başlanmadan və bu barədə hər hansı bir qərar qəbul edilmədən Əməliyat axtarış şöbəsinin inspektoru tərəfindən keçirilmiş və bununla Azərbaycan Respublikası CPM-nin 207.4-cü maddəsinin tələbi pozulmuşdur. Bundan əlavə məhkəmə istintaqı zamanı dindirilmiş hal şahidləri X10 və X9 qeyd etmişlər ki, əvvəllər hər hansı cinayət işində şahid qismində dindirilməmişlər, biri-birini tanımırlar və əvvəllər birlikdə hal şahidi qismində istintaq hərəkətlərində iştitak etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş hal şahidi X9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, istintaqda verdiyi ifadəsini oxumadan imza etdiyini, Mirəziz Ağayevi tanımadığını, sonuncunun üzərinə və avtomobilinə baxış keçirilməsində iştirak etmədiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş hal şahidi X10 digər hal şahidi X5 tanımadığını, həmçinin onunla əvvəllər heç vaxt birlikdə hal şahidi kimi hər hansı istintaq hərkətində iştirak etmədiyini bildirmişdir. Lakin təqdim olunmuş sübutlar, həmçinin həmin şəxslərin mobil telefonlarına daxil olan və çıxan zənglərlə onların biri-birini tanıması, əvvəllər dəfələrlə digər cinayət işləri üzrə hal şahidi qismində iştirak etmələri, X4 dəfələrlə narkotik vasitələrin qəbulu və qanunsuz dövrüyyəsi ilə bağlı məsuliyyətə cəlb olunduğu, narkomaniyadan əziyyət çəkdiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxs olması müəyyən edilmişdir. İş mat eriallarında olan video görüntü və mesajlarla bir daha şəxsin polis əməkdaşları ilə əlaqəsini təsdiq edir. Habelə əldə olunmuş məhkəmə aktlarından görünür ki, X10 və digər hal şahidi X9 əvvəllər dəfələrlə bir sıra cinayət işlərində hal şahidi kimi iştirak etmişdir. Cinayət işinin materillarından xxx oğlunun müdafiə hüququnun kobud surətdə pozulduğu habelə təqsirləndirilən şəxs qismində cəlb olunmadan barəsində həbs qəti imkan tətbirinin seçildiyi də görünür. Beləliklə cinayət işinin materillarının araşdırılması nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin istintaq orqanı tərəfindən iş üzrə kobud qanun pozuntuları ilə tərtib edilmiş: 10.05.2018-ci il tarixli “Əməliyyat qrupu yaradılması və əməliyyat axtarış tərbirlərinin keçirilməsi haqqında” Qərarın; “Şəxsi axtarış, fizik i şəxsdə olan əşyaların yoxlanılması” və “Baxış keçirilməsi və götürülməyə dair” Protokolların; xxx oğlunun şübhəli şəxs qismində dindirilməsi barədə 12 may 2018-ci il tarixli protokolun; xxx oğlunun təqsirləndirilən şəxs qismində dindirilməsi barədə 12 may 2018-ci il tarixli protokolun; X4 12 iyun 2018-ci il tarixdə şahid qismində dindirilməsi barədə protokolun və cinayət işinin materialları ilə tanış etmə barədə 03 oktyabr 2018-ci il tarixli protokolun sübutlar siyahısından çıxarılması haqqında gəldiyi nəticə tam əsaslı olmuşdur. Apellyasiya Məhkəməsidə öz növbəsində haqlı olaraq məhkəmənin bu nəticəni qəbul edərək onunla razılaşmışdır. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr M.Ağayevin əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olması sübu ta yetirilmədiyindən haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, M.Ağayevin əməlində həqiqətən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin tərkibinin olmasını təsdiq edən sübutlar kifayət qədər deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezump siyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Kons titusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 14 3-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.2-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq M.Ağayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Yuxarıda göstəri lənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs xxx oğlu barəsin də Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1271/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1271/2020
26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver