Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1271/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Zərərçəkmiş şəxs iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (sədrlik edən hakim Mübariz Məmmədov) 1(018)4/2023 nömrəli, 30 mart 2023-cü il tarixli hökmü ilə xx xxxx 1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin hall arı: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 29 avqust 2021-ci il tarixdə təxminən saat 11 radələrində idarə etdiyi özünə məxsus «Lexus GX470» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara-Lənkəran avtomobil yolunun Astara rayonu Çayoba kəndindən keçən hissəsində Lənkəran rayonu istiqamətdə 60 km/saat sürətdən yüksək sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməyərək, öz hərəkətinə davam edib hadisənin qarşısını alacağını güman etməklə cinayətkarcasına özünə güvənərək həmin vaxt qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağında toqquşaraq ehtiyatsızlıqdan "Mercedes E270" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ dirsək sümüyünün proksimal ucunun travmatik sınığı, sağ said nahiyyəsində qançır, başın təpə nahiyyəsində sıyrıq ilə müşayət edilməklə sonuncunun sağlamlığına az ağır zərər vurulmasına və “Mercedes-Benz E270” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs 6360 (altı min üç yüz altmış) manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edə n və məruzəçi), Elşad Əliyev və İlkin Abdullayev) 15 yanvar 2024-cü il tarixli 1(106)-16/2024 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi3 və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Astara Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 1(018)-04/2023 saylı hökmündən, təqsirləndirilən şəxs Məhkum CM-in 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməsi, Astara Rayon Məhkə məsinin 30 mart 2023-cü il tarixli hökmünün, Şirvan Apellyasiya Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qərarın ləğv olunması barədə qərar qəbul olunması, işin Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə ilkin istintaq mərhələsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə əsassız olaraq məhkum olunmuş, həmçinin hökm və qərar qanunvericiliyin tələblərinə uyğun gəlmir, əsassız və qanunsuzdur. Belə ki, iş üzrə aparılmış təhqiqat və istintaq hərəkətləri qanunsuz olmuşdur. İş üzrə istər təhqiqat və istərsə də istintaq aparılan zaman cinayət işi üzrə icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntula ra yol verilmişdir. Təhqiqatçı tərəfindən hadisə yerinin müayinəsi aparılarkən tərtib olunmuş hadisə yerinin sxemi və protokolu hadisə yerindən də bilavasitə deyil sonradan tərtib olunmuş, həmin istintaq hərəkətləri edilərkən Azərbaycan Respublikası CPM-in 51-ci maddəsinin tələbləri pozulmuşdur. Hadisə yerinin sxemi və protokolu ona istintaq materiallarının tanış olması zamanı yəni, 15 aprel 2022-ci ildə təqdim olunmuş və aldadılaraq protokola imza etdirilmiş, lakin çəkilən sxemə imza etməmişdir. Nəticədə istintaqçı onun müdafiə hüququnu pozmuşdur. Ən dəhşətlisi odur ki, istintaq materialları ilə tanış olarkən müdafiəçi iştirak etməmişdir. Müstəntiq 01 fevral 2022-ci ildən 05 aprel 2022-ci il tarixədək əsassız olaraq cinayət işi üzrə icraatı dayandırmışdır. İşin istintaq müddəti 24 fevral 2022-ci ildə tamamlandığı üçün 05 aprel 2022-ci ildən sonra aparılan istintaq hərəkətləri qanunsuz olmuşdur. Hadisə yerinin müayinəsi protokolunda və sxemdə (29 avqust 2021-ci il) hal şahidləri X2 və X3 onlara təqdim olunmuş hadisə yerinin müayinəsi protokolunda və sxemada onların soyadlarının qarşısında olan imzaların onlara məxsus olmadığını və həmin sənədə imza etmədiklərini qeyd etmişlər. Lakin hər iki hal şahidi məhkəmədə qəsdən yalan ifadə verməklə müayinə protokolunu özləri imza etdiklərini bildirmişlər. Hər iki hal şahidinin sərbəst imza nümunələrini tapıb müstəqil ekspertə təqdim olunmuş və ekspert rəy verərək hadisə yerinin müayinə protokolundakı imzaların həmin şəxslərə məxsus olmaması müəyyən olunmuşdur. Məhkəmə iclas zalında guya həmin şəxslərdən eksperimental imza nümunələr i götürülmüş, lakin hal şahidlərindən deyil həmin saxta imza edənlərin imzalarını götürüb ekspertə təqdim etmişlər. Nəticədə hakim də istintaq orqanın cinayətinə şərik olmuşdur. Göründüyü kimi hər iki şəxs hadisə yerinin müayinəsi zamanı aparılan istintaq hərəkətinin aparılmasında iştirak etməmiş, onlar həmin protokolu imza etmiş olsaydılar belə onlar cinayət prosessində marağı olmayan şəxs hesab oluna bilməzlər. Müdafiəçi qismində dəvət etdiyi vəkil Müdafiəçi2 istintaq materialları ilə tanış olmaq üçün müstəntiqin yanında olmuş, sonuncu artıq işin prokurorda olduğunu bildirmiş, sonradan rayon prokuroruna müraciət etmiş müdafiəçinin orderini rayon prokuroru qəbul etməmiş, iş materialları ilə tanış olmaq və vəsatətlər verilməsini qarşısını almaqla müdafiə hüququnu pozmuşlar. İttiham aktında müstəntiq hər iki tərəfi səciyyələndirən hallar qeyd edərək zərərçəkmişin ali təhsilli olduğunu qeyd edir, lakin onun ali təhsilli olduğunu qeyd etməmişdir. İttiham aktında onun məsuliyyətini yüngülləşdirən halların olması qeyd olunmamışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, himayəmdə iki azyaşlı uşağının olmasına baxmayaraq və həmçinin məsul vəzifədə işləməyi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmağı yüngülləşdirici hal kimi qeyd olunmamışdır. İttiham aktı düzgün tərtib olunmadığı üçün müdafiə hüququ və həmçinin CPM-in 303cü maddəsinin tələbləri pozulmuşdur. Kassator hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işini n mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyindən məhkəmə cinayət işinin icraat materiallarının baxılmasına xitam verməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı olduğu buna əməl olunmamışdır. Apellyasiya şikayətinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi CPM-in müddəalarına müvafiq olaraq apellyasiya şikayətlərinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul etməli olduğu halda buna əməl etməmiş, yol verilmiş prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi işi birinci instansiya məhkəməsinə qaytarmalı olduğu halda buna əməl etməmişdir. Məhkəmə kolleg iyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun Məhkum olunun kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, onun elan edilmiş ittihamda təqsiri məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cina yət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə t oplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittihamda təqsirli olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, yol-nəqliyyat hadisələri və məhkəmə-tibbi eksperti zalarının rəyləri, istintaq hərəkətlərin protokolları və işin digər materialları ilə təsdiq olunur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum yol-nəqliyyat hadisəsinin mexanizmi haqqında məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübu tlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Göründüyü kimi məhkəmələr cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.1ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəll ənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və təqsirləndirilən şəxsin təqsirliyi barədə birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlar dan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM- in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası CM-in 39.1.3 və 75.1.1-ci maddəsinin tələblərini nəzərə alıb, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CPMin 44.2.1-ci maddəsinə əsasən Məhkum cəza təyin etməmişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təhqiqatçı və müstəntiq tərəfindən, habelə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən kobud qanun pozuntularına yol verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin qanun pozuntuları ilə əlaqədar apellyasiya şikayətinə baxılmasına xitam verilməsi və ci nayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul etməmiş, əsassız olaraq apellyasiya şikayətləri üzrə apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun pozuntularına yol verilməsi barədə analoji dəlillər təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də göstərmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin bu dəlilləri ilə əlaqədar araşdırma aparmış və nəticəyə gəlmişdir ki, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyinin müddəalarının kobud pozuntularına yol verilməsi barədə kassasiya şikayət inin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, məhkum kassasiya şikayətində göstərmişdir ki, müstəntiq tərəfindən onun müdafiə hüququ və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair qanun normalarının tələbləri pozulmuş, cinayət işi üzrə ittiham aktı cinayət-prosessual qanunun maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Həmin pozuntular Azərbaycan Respublikası CPM-in 303.3-cü maddəsi ilə nəzərdə tutulmuş kobud qanun pozuntularına aiddir, lakin məhkəmələr onlarla bağlı qanuna müvafiq qərar qəbul etməmişdir. Cinayət işinin materiallarından görünür ki, müstəntiq tərəfindən təqsirləndirilən şəxs Məhkum müdafiə hüququ cinayət-prosessual qanunu tələblərinə uyğun o laraq təmin etmiş, cinayət işinə əlavə edilmiş 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum istintaqın qurtardıqdan sonra müdafiəçinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olmuşdur. Cinayət işində olan ittiham aktı müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilmişdir. Beləliklə, məhkumun kassasiya şikayətinin müstəntiqin və birinci instansiya məhkəməsinin kobud qanun pozuntuları barədə dəlilləri cinayət işinin materialları ilə uzlaşmır. Cinayət işinin materiallarına əsasən birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası CPM-in 391.8-ci maddəsində nəzərdə tutulmuş qanun pozuntularına yol verilməmişdir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəl illərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmışdır. Həmçinin iş materiallarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələrində kassasiya şikayətində qanun pozuntuları kimi qeyd edilmiş digər hallar da müdafiə tərəfinin vəsatətləri əsasında araşdırmış və pozuntulara yol verməsi öz təsdiqi tapmamışdır. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışının təyin edilməsi barədə ilkin baxışının qərarı əsaslı olmuşdur. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Qanunvericiliyə görə vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib edilməməsi məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respub likası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublika sı CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1271/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1271/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver