Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1272/2022 22.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1 müdafiəçiləri – XXX15nun vəkili Müdafiəçi4 və XXX16nun vəkili Müdafiəçi5, Məhkum2 və onun müdafiəçisi – XXX17nun vəkili Müdafiəçi2 Şəmsəddin oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, habelə Məhkum1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Əliyev, hakimlər N.N.Mirzəyev (məruzəçi) və B.M.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xxxxxx 1964-cü il tarixdə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan4nin rəisi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvand a yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 15 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır; Məhkum2 (xx xxxx 1995-ci il tarixdə ünvan5ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, ünva n7ndə yerləşən XXX20də əczaçı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan6da olmaqla, ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Mə hkum2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum2 davranışına nəzarətin həyata keçirilməsi XXX19 İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim G.Q.Abbasov, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Məhkum1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 isə birgə kassasiya şikayəti vermişlər. İşin halları: Hökmə əsasən Məhkum1 və Məhkum2 əvvəlcədən razılaşıb qanunsuz olaraq psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satma barədə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum1 2019-cu ilin təxminən dekabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən və şəraitdə Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq ed ilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı»na daxil olan təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 02 ədəd kasetdə ümumi 09 ampul psixotrop maddə «Relanium…Diazepamum 2 ml-lik», təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 04 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks…Diazepam 2 mllik », təsiredici maddəsinin təmiz çəkisi 1.0 qram təşkil edən 01 ədəd blisterdə 10 ədəd tablet psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatlarını, eləcə də Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na daxil olan külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə 100 kapsul nark otik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Actopentin…Gabapentin 300 mql», külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə 50 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Sirentin…Gabapentin…300 mql» dərman preparatlarını satış məqsədi ilə əldə edib arvadı X1 olmaqla fəaliyyətinə özünün gündəlik nəzarət etdiyi ünvan 3 ünvanında yerləşən XXX21ə daşımış, cinayətkar razılaşmaya əsasən qeyri-rəsmi əczaçı işləyən Məhkum2 ilə birlikdə «Müdir otağı» sözü yazılmış otaqdakı rəfdə təsiredici maddəsinin təmiz çəkisi 10 qram təşkil edən 01 ədəd blisterdə ümumi 10 ədəd tablet psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatını, aptekin sanitar qovşağının yanında yerləşən dərman saxlanılması üçün nəzə rdə tutulmuş otaqdakı rəfdə isə təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 02 ədəd kasetdə ümumi 09 ampul psixotrop maddə «Relanium…Diazepamum 2 mllik» dərman preparatını, təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 04 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks…Diazepam 2 ml-lik» dərman preparatını, külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə ümumi 100 kapsul güclü təsir edən «Actopentin…Gabapentin 300 mql» dərman preparatını, külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə ümumi 50 kapsul güclü təsir edən «Sirentin…Gabapentin…300 mql» dərman preparatını satış məqsədi ilə gizlədərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Müb arizə İdarəsinin əməkdaşları tərəfindən 15 dekabr 2019-cu il tarixdə saat 20:05-də qeyri-rəsmi əczaçı kimi fəaliyyət göstərən Məhkum2 icazəsi və iştirakı ilə ünvan 3 ünvanında yerləşən XXX21ə baxış keçirilərkən Məhkum2 «Müdir otağı» sözü yazılmış otaqdakı rəfdə Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşımaqla saxladığı təsiredici maddəsinin təmiz çəkisi 10 qram təşkil edən 01 ədəd blisterdə ümumi 10 ədəd tablet psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatı, aptekin sanitar qovşağının yanında yerləşən dərman saxlanılması üçün nəzərdə tutulmuş otaqdakı rəfdən təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 02 ədəd kasetdə ümumi 09 ampul psixotrop maddə «Relanium…Diazepamum 2 ml-lik» dərman preparatı, təsiredici maddəsi nin təmiz çəkisi 0,2 qram təşkil edən 04 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks…Diazepam 2 ml-lik» dərman preparatı, külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə ümumi 100 kapsul güclü təsir edən «Actopentin…Gabapentin 300 mql» dərman preparatı, külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə ümumi 50 kapsul güclü təsir edən «Sirentin…Gabapentin…300 mql» dərman preparatı polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız olaraq cəzanı yüngülləşdirən halları müəyyən edib, onları Məhkum2 cəza çəkmədən islah oluna biləcəyinə inam yaradan hallar kimi qiymətləndirmiş, nəticədə Məhkum2 barəsi ndə yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etmə tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilməsini və işin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum1 ona isn ad edilən cinayətlərdən heç birini törətmədiyi, ümumiyyətlə heç vaxt arvadına məxsus aptekdə psixotrop maddələrinin və güclü təsir edən dərman preparatlarının satışı ilə məşğul olmadığı və cəmi bir gün əvvəl arvadı tərəfindən aptekə işə qəbul edilmiş, buna qədər ümumiyyətlə tanımadığı Məhkum2la da hər hansı cinayət əlaqəsinə girmədiyi halda, sübutların və sübutetmə qaydalarının ziddinə olaraq cinayət məsuliyyətinə cəlb edilib əsassız olaraq CM-in 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçilər kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-cı il tarixli qərarının ləğv edilməsini, Məhkum1 əməlində cinayət tərkibi olmadığından, həmin bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsini xahiş edi rlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində ka ssasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum2 məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadığını, nəticədə Məhkum2 barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi əməllərin xarakterinə və ictimai təhlükəlilik də rəcəsinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum2 aid hissədə ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini CinayətProsessual Məcəllənin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş halla əsaslandırmışdır. Məhkum1 müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi4 kassasiya şikayətində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Məhkum1 Məhkum2la qabaqcadan əlbir olub psixotrop maddələri, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid edilməyən külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə edib, daşı maqda və saxlamaqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 240.3.2-ci maddələri ilə təqsirli bildiklərini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum1 müdafiəçilərinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə Məhkum1 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə münasibətin bildirilməsini məqsədəuyğun hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin t əqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri di gərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-m ühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-prosessual qanunun 137-ci maddəsinə əsasən “əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cin ayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutl ar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutl arın məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1, 240.3.2-ci maddələri ilə təqsirli bilinmələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsin də təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yararan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum1, eləcə də Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1, 240.3.2-ci maddələri ilə təqsirli bilinmələrinə həlledici şəkildə onların “əvvəlcədən razılaşıb qanunsuz olaraq psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid o lmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satma barədə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmələri”, “bu məqsədlə Məhkum1 2019-cu ilin təxminən dekabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən və şəraitdə” hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş psixotrop maddələri və güclü təsir edən maddələri arvadına məxsus, lakin özünün faktiki idarə etdiyi XXX20ə “daşıması” və orada satış məqsədi ilə 15 dekabr 2019cu il tarixdə keçirilən əməliyyat-axtarış tədbirinin gedişində aşkar edilib götürülənədək Məhkum2la birlikdə “saxlamaları” kimi məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallar əsas olmuşdur. Lakin, birinci və apellyasiya instansiyası məhkəmələrində baxılmış s übutlardan, o cümlədən şahidlər X2, X3, Şahid4 ifadələrinə və onların ifadələri ilə uzlaşan Məhkum2 və Məhkum1 ifadələrinə görə Məhkum2 psixotrop maddələrin və psixtrop maddələrə, narkotik vasitələrə aid edilməyən güclü təsir edən maddələrin aşkar olunub götürüldüyü 15 dekabr 2019-cu il tarixinədək yalnız 1 gün – 14 dekabr 2019-cu ildə XXX45adlanan aptekdə işləmiş, onun işə götürülməsinə həmin aptekin digər işçisi X25nın xahişi ilə sahibkar Səadət Babayevə 13 dekabr 2019-cu ildə razılıq vermiş, həmin tarixədək Məhkum1 və Məhkum2 bir-birilərini tanımamışlar. Bu sübutların fonunda, eyni zamanda Məhkum2la Məhkum1 nə vaxt, harada, hansı məzmunda razılığa gəldikdlərini, cinayətkar qrupda onların yerinə yetirməli olduqları hərəkətlərin nədən ibarət olduğunu əks etdirən heç bir konkret sübut olma dığı (hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında bu məzmunda məhkəmə baxışında verilmiş ifadələrə istinad olunmadığı) vəziyyətdə, məhkəmələr Məhkum1la Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək CM-in 234.4.1. 240.3.2ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmələri, o cümlədən Məhkum1 2019-cu ilin “dekabr ayının əvvəllərində” psixotrop və güclü təsir edən maddələri “naməlum mənbədən” və “naməlum şəraitdə” əldə edib XXX45aptekinə daşıdıqdan sonra birlikdə 2019-cu ilin 15 dekabr tarixinədək saxlamaları (bu “fakt”ların sübuta yetirilmiş olması) haqqında nəticəyə necə gəliblər – bu kassasiya şikayətinin müəlliflərinə aydın olmadığı kimi, məhkəmə kollegiyasına da aydın deyil. Hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında Məhkum1 və Məhkum2 birgə CM-in 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmələrini təsdiq edən sübut kimi 15 dekabr 2019-cu il tarixli əməliyyat-axtarış tədbiri (XXX20ə baxış) və maddi sübutların götürülməsi barədə protokola istinad edilmişdir. Lakin, birinci və apellyasiya instansiyası məhkəmələri həmin protokolu kifayət qədər yoxlamamış, müdafiə tərəfinin protokolun mötəbərliyinə ciddi şübhə salan dəlillərini araşdırmamışlar. Belə ki, müdafiə tərəfi bu əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşları Şahid1, Şahid3, Şahid2, hal şahidi X21in ifadələrinə istinad edib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi “Facebook”, “İnstaqram” və “Youtube” profillərindən götürülmüş videoyazını məhkəmələrə təqdim etməklə, XXX45aptekinə baxışın keçirilməsi zamanı videoçəkilişin aparıldığını, lakin onun protokola əlavə olunmadığını bildirmiş və məhkəmələr qarşısında həmin videoçəkilişin əldə olunması və tədqiq edilməsi barədə vəsatətlər qaldırmışdır. Lakin, birinci instansiya məhkəməsi mübahisələndirilən protokolda əks etdirilən məlumatların düzgünlüyünün yoxlanılması üçün mühüm əhəmiyyət kəsb edən həmin vəsatəti səbəblərini göstərmədən təmin etməmiş, videçəkilişin əldə olunması üçün apellyasiya instansiyası məhkəməsi də lazımi tədbirləri görməmişdir. Eynilə, 15 dekabr 2019-cu il tarixli protokolun mübahisələndirilməsi zamanı müdafiə tərəfinin müvafiq vəsatətlərdə irəli sürdüyü digər dəlillər də birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış və cavabsız qalmışdır. Belə ki, Məhkum2 ifadəsinə görə qeyd oluna n protokolun tərtib edilməsindən bir gün əvvəl həmin əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmiş X21 XXX20ə gəlmiş və Məhkum2 resept təqdim edərək psixotrop tərkibli dərman preparatı əldə etməyə cəhd göstərmiş, lakin o, işə yeni qəbul olunduğuna görə əvvəldən həmin aptekdə satıcı işləyən tanışı X25ya zəng etmiş və ondan aptekdə psixotrop tərkibli və tərkibində güclü təsir edən maddələr olan dərmanların satılmadığını öyrənib X15ə resept üzrə dərman verməkdən imtina etmişdir (şahid X25 da ifadəsində Məhkum2 ondan aptekdə psixotrop maddələrin satılıb-satılmaığını soruşduğunu təsdiq etmişdir). Şahidlər X2, X3, Şahid4 ifadələrinə və onların ifadələri ilə uzlaşan Məhkum2 və Məhkum1 ifadələrinə görə XXX20də onun bütün sahəsini çəkən bir neçə videokamera olmuşdur. Məhkum2 həmin videokameraların yaddaş qurğusunun 15 dekabr 2019-cu ildə əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşları tərəfindən sökülüb-aparıldığını bildirmiş və bunu şahid - əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşı Şahid1 da inkar etməmişdir. Bundan başqa, Məhkum2 əməliyyat-axtarış tədbiri zamanı polis əməkdaşının ona zor tətbiq etdiyini, o, satış otağında olduğu müddətdə polis əməkdaşlarının nəzarətsiz şəkildə digər otaqlara keçdiklərini və daha sonra həmin yerlərdən psixotrop maddələrin və güclü təsir edən maddələrin aşkarlandığını göstərmişdir. Müdafiə tərəfi məhkəmələr qarşısında XXX20də quraşdırılmış videokameraların yaddaş qurğusunun cinayət təqibi orqanından əldə edilməsi, cinayət işinə əlavə olunmaqla tədqiq edilməsi barədə vəsatət qaldırsa da, həmin vəsatət də birinci in stansiya məhkəməsi tərəfindən təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsi də videokameraların yaddaş qurğusunun əldə edilməsi və tədqiq edilməsi üçün tədbirlər görməmişdir. Halbuki, müdafiə tərəfinin dəlillərinin və mübahisələndirilən 15 dekabr 2019-cu il tarixli protokolun CPM-in 125-ci maddəsinin tələbləri baxımından mümkünlüyünün və mötəbərliyinin yoxlanılması baxımından aptekdə quraşdırılmış videokameralara düşə biləcək görüntülərin tədqiq edilməsi (beləliklə də, hal şahidi X21in əməliyyat-axtarış tədbirindən bir gün əvvəl aptekdə olub-olmamasının, aptekin otaqlarına baxışın nə cür keçirilməsinin araşdırılması) mühüm əhəmiyyət kəsb edirdi. Əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşı Şahid1 ifad əsində 15 dekabr 2019-cu ildə ünvan22nə əməliyyat-axtarış tədbirini həyata keçirmək üçün gedərkən X21i də Bakı ünvan23ndən götürüb özləri ilə apardıqlarını bildirmişdir. X6 məhkəmədə dindirilərkən əvvəllər də bir dəfə polis əməkdaşları ilə əməliyyataxtarış tədbirində iştirak etdiyini qeyd etmişdir. Cinayət-Prosessual Məcəllənin 94-cü maddəsinə əsasən “cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər”. CPM-in 115.1 və 115.2-ci maddələrinə görə, şəxsin cinayət-prosessual qanunun 94.1-ci maddəsinin tələblərinə cavab verməməsi və istin taq hərəkətlərinin icraatında mütəmadi olaraq iştirak etməsi onun hal şahidi qismində cinayət prosesində iştirakını istisna edən hallardır. Cinayət-prosessual qanunun bu tələbləri, Şahid1, hal şahidi X21in və Məhkum2 öz ifadələrində X21lə bağlı verdikləri məlumatlarla birlikdə götürüldükdə X15in hal şahidi qismində XXX20də keçirilən baxışda iştirak etməsinin yolverilən olub-olmamasının ciddi araşdırılmasını tələb etməsinə baxmayaraq, müdafiə tərəfinin həmin məsələnin araşdırılmasına yönələn vəsatəti də birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, CPM-in 121.2-ci maddəsinin pozuntusunu təşkil edən həmin nöqsan apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır (bu normada nəzərdə tutulmuş müddəaya görə “cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquq i prosedura daxilində hərətərfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəlmiş vəsatət və xahişlər rədd edilə bilməz”). Belə ki, müdafiə tərəfi birinci instansiya məhkəməsində yazılı vəsatətlə hal şahidi X21in mobil telefon əlaqələrinin, anten əhatə dairəsinin araşdırılmasını xahiş etsə də, yuxarıda qeyd edilən digər vəsatətlər kimi bu vəsatət də əsaslandırılmadan rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi də bu məsələnin araşdırılması üçün heç bir tədbir görməmişdir. Halbuki, mübahisələndirilən 15 dekabr 2019-cu il tarixli əməliyyat-axtarış tədbirinə dair protokulunun, onun gedişində götürülmüş maddi sübutların obyektiv qiymətləndirilməsi ba xımından qeyd olunan məsələnin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Cinayət işinin materiallarında, hətta 15 dekabr 2019-cu il tarixli protokolun özündə belə olan bir sıra ziddiyyətlərə görə də bu protokola dair ciddi araşdırmanın aparılması tələb olunurdu. Belə ki, Cinayət-Prosessual Məcəllənin 445.2-ci maddəsinin mənasına görə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı alınmadan keçirildiyi halda da əməliyyat-axtarış fəaliyyətini həayata keçirən orqanın səlahiyyətli şəxsinin qərarında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən (barəsində məhkəmə nəzarəti həyata keçirilən) hansı tədbirin keçirilməli olduğu göstərilməlidir. Lakin, əməliyyat-axtarış fəaliyyətini həyata keçiriən orqanın səlahiyyətli şəxsinin əməliyyat-axtarış t ədbirinin həyata keçirilməsi haqqında 15 dekabr 2019-cu il tarixli qərarında konkretliklə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi və CPM-in 445.1.5-ci maddəsi ilə qismən də olsa uzlaşdırıla biləcək yalnız bir tədbir (Məhkum1 və Məhkum2 olduqları yerin müşahidəsi) qeyd edilmiş, həmin Məcəllənin 445.1.4-cü maddəsində və Qanunun 10-cu maddəsinin 8-ci bəndində göstərilən binaya, o cümlədən yaşayış yerlərinə və s. yerlərə daxil olma və onlara baxış keçirmə kimi əməliyyat-axtarış tədbirinin keçirilməsi isə göstərilməmişdir. Halbuki, 15 dekabr 2019-cu il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə” protokolun məzmununa görə həmin tarixdə Mingəçevir şəhərində yerləşən XXX20ə BMCMİ-nin əməkdaşları da xil olmaqla oraya baxış və baxışın gedişində psixotrop maddələrin və psixotrop maddələrə və narkotik vasitələrə aid olmayan güclü təsir edən maddələrin götürülməsini həyata keçirmişlər. Protokolun sonunda (tədbirin təsvirində) baxışın saat 20.05-də başlaması və 20.50də qurtarması qeyd edildiyi halda, giriş hissəsində baxışın saat 20.50-də başlaması və 21.30-da qurtarması göstərilmişdir. Həmçinin, protokola görə baxışda iştirak edən XXX20in işçisi Məhkum2 təbirinin gedişində aşkar edilən psixotrop və güclü təsir edən maddələr barədə bildirmişdir ki, onları “aptekin müdiri Məhkum1 əldə edib gətiribdir, həmin maddələr uzun müddətdir ki, aptekdə saxlanılır və məqsəd də birlikdə həmin maddələrin satışını həyata keçirməkdir”. Məhkum2 15 dekabr 2019-cu il tarixdə verdiyi ayrıca izahatında da göst ərmişdir ki, “bir neçə gün əvvəl Samir müəllim aptekə gəldi və aptekə bir neçə dərman gətirdi. Həmin dərmanlar psixotrop maddələr və və güclü təsir edən maddələr idi. Samir müəllim həmin dərmanları aptekdə rəfdə saxladı”. Məhkum1 da 15 dekabr 2019-cu il tarixli izahatında göstərilənlərə əsasən bildirmişdir ki, “bir neçə gün əvvəl mən tanımadığım şəxsdən diazepam, relanium, fenobarbital, aktopentin və sirentin dərmanlarını almışam və həmin dərmanları aptekdə saxlamışam”. Psixotrop maddələrin və güclü təsir edən maddələrin götürüldüyü 2019-cu il 15 dekabr tarixindən bir gün əvvəl (14 dekabrda) işə başlamış, əvvələr Məhkum1 tanımamış şəxsin (Məhkum2) yuxarıda qeyd edilən məzmunda həm baxış zamanı, həm də ondan sonra izahat verməsi (eynilə Məhkum1 izahatında verdiyi məlumat) protokolun və izah atların mötəbərliyinə dair suallar yaratmaqla həmin materialların lazımınca yoxlanılmasını labüd edirdi. İzahatların və onlara uyğun şəkildə tərtib edilmiş Məhkum2 və Məhkum1 ilkin etirafedici ifadələrinin tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edən xüsusat həm də o idi ki, Məhkum2 və Məhkum1 qeyd edilən izahatları cinayət törətmələrinə şübhə ilə bağlı azadlıqları faktiki məhdudlaşdırıldığı, lakin CPM-in 90.7-ci maddəsinin müddəalarının və 147.4-cü maddəsinin ziddinə olaraq şübhəli şəxsə aid olan prosessual, o cümlədən müdafiəçiyə malik olmaq hüquqları təmin olunmadığı şəraitdə vermişdilər. Belə ki, faktiki olaraq 15 dekabr 2019-cu ildə tutulmalarına baxmayaraq, şübhəli şəxs qismində tutulma haqqında protokollara əsasən Məhkum2 tutulması 16 dekabr 2019cu ildə saat 11.00-da, Məh kum1 tutulması isə 16 dekabr 2019-cu ildə saat 14.00-da rəsmiləşdirilmişdir (birinci instansiya məhkəməsi də hökmdə Məhkum1 cəzaçəkmə müddətini 15 dekabr 2019-cu il tarixdən hesablanmaqla ondan çıxış etmişdir ki, o, 16 dekabrda deyil, məhz 15 dekabr tarixində tutulmuşdur). Məhkum1 və Məhkum2 tutulmaları rəsmiləşdirlmədiyi, lakin azadlıqları faktiki olaraq məhdudlaşdırıldığı müddətdə təzyiqlərə məruz qalmaları və bunun təsiri altında etirafedici izahat və ifadələr verməyə məcbur edilmələri, əslində XXX20də psixotrop maddələrin və güclü təsir edən maddələrin saxlanılmaması və satılmaması barədə məhkəmədə ifadələr verdiklərinə və bunu (psixotrop və güclü təsir edən dərmanların aptekdə olmadığını) aptekdə işləyən digər şahidlər də təsdiq etdiyinə görə, işin yuxarıda qeyd olunan halı onların də lillərinin lazımınca araşdırılmasını tələb etsə də, məhkəmələr bu dəlilləri kifayət qədər yoxlamadan rədd etmiş, Məhkum1 və Məhkum2 CM-in 234.4.1 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları barədə nəticələrini qeyd edilən, məhkəməyədək icraatda verilmiş etirafedici izahat və ifadələrlə əsaslandırmışlar. Yuxarıda qeyd olun, Məhkum1 müdafiəçilərin kassasiya şikayəti ilə əlaqədar müəyyən edilən hallar məhkəmə qərarının kassasiya qaydasında hər iki məhkuma münasibətdə ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntular kimi çıxış edir. Sübutetmə qaydalarının pozuntuları ilə əldə olunmuş Məhkum1 və Məhkum2 onlara isnad edilən c inayətləri törətmələrinin sübut olunması və həmin əməllərə görə onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 240.3.2-ci maddələri ilə təqsirli bilinmələri barədə nəticələr isə mötəbər sayıla bilməz. Yuxarıda qeyd olunan, Məhkum1 müdafiəçilərinin kassasiya şikayəti ilə əlaqədar müəyyən edilmiş (eyni zamanda, kassasiya şikayəti verməyən Məhkum2 xeyrinə yekun qərar çıxarılmasını şərtləndirən) hallar dövlət ittihamçısının Məhkum2 daha ciddi cəzalandırılmasını ehtiva edən (onun şərti məhkum edilməsinin mübahisələndirilməsinə həsr olunmuş) kassasiya protestinin əsassız olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair məhkum edilmiş şəxslərin müdafiəçilərinin və Məhkum2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayəti isə qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən birgə veril miş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1272/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1272/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver