Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1272/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 11 may 2023-cü tarixli hökmü ilə ( sədrlik edən hakim Quliyev Etibar Bəhrəm oğlu ) Məhkum, xx xxx 1999-cu il tarixdə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli hökmü ilə CM-in 152.1ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaç əkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 2 fevral 2023-cü il tarixdən hesablanmış, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş cəza Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinin tələbinə uyğun olaraq isə Məhkum 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddəti nəzərə alınıb bu müddətin bir günü azadlıdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və məhkum olunmuş şəxsin üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun cəzasının əvvəlinin isə 2 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 21 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonu, Aşağı Mehrablı kəndi ərazisində yerləşən mağazaya arxa tərəfində olan nəfəslikdən qanunsuz daxil olaraq həmin mağazadan 30 manat kağız pul əskinasları, 10 manatlıq qəpik pul, bir ədədinin qiyməti 16 manat olmaqla 64 manat dəyərində 4 ədəd bir litrlik “Ağsu” arağı, bir ədədinin qiyməti 1 manat olmaqla 10 manat dəyərində 10 ədəd 250 milli litrlik “Bizon” enerji içkisi, bir ədədinin qiyməti 1 manat olmaqla 21 manat dəyərində 21 ədəd “Sim” konturu, bir ədədinin qiyməti 2 manat olmaqla 16 manat dəyərində 8 ədəd “Nar” konturu, bir ədədinin qiyməti 6,50 manat olmaqla 32,5 manat dəyərində 5 ədəd “Ulduz” firmasına məxsus olan şokoladı, bir ədədinin qiyməti 2,70 manat olmaqla 13,5 manat dəyərində 5 ədəd 100 qramlıq “Çempion” çayı, bir ədədinin qiyməti 2,80 manat olmaqla 28 manat dəyərində 10 ədədi 240 qramlıq Rusiyada istehsal olunmuş kilki konservasını, bir ədədinin qiyməti 5 manat 325 qramlıq Rusiyada istehsal olunmuş mal əti qovyadinasını, bir ədədinin qiyməti 3,80 manat olmaqla 152 manat dəyərində 40 ədəd “Kent 4” siqareti, bir ədədinin qiyməti 2,70 manat olmaqla 27 manat dəyərində 10 ədəd “Pallmall” siqareti, bir ədədinin qiyməti 2,70 manat olmaqla 27 manat dəyərində 10 ədəd “Rothmans” siqareti, bir ədədinin qiyməti 2,30 manat olmaqla 46 manat dəyərində 20 ədəd “Viceroy” siqareti, bir ədədinin qiyməti 3,70 manat olmaqla 37 manat dəyərində 10 ədəd “Winston” siqareti, bir ədədinin qiyməti 2,80 manat olmaqla 84 manat dəyərində 3 0 ədəd “Winchester” siqareti, bir ədədinin qiyməti 2,20 manat olmaqla 22 manat dəyərində 10 ədəd “Arqo” siqareti olmaqla ümumilikdə 625 manat məbləğində əşyaları qəsdən qanunsuz olaraq oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikd ə 625 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Ağcabədi Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu ( sədrlik edən və məruzəçi ), Bağırov Məhəmməd Əhəd oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 25 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, həmin hökm dəyişdirilmiş, Məhkum CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, onun 2 fevral 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək çəkdiyi azadlıqdan məhrum etmə cəzasının 5 (beş) ay 23 (iyirmi üç) gün müddəti CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 (bir) il 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, daha sonra CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq həmin cəza 6 (altı) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən bu cəza məhkuma Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli hökmü ilə ona CM-in 152.1-ci maddəsi ilə təyin edil miş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla sonuncuya 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinin tələbinə uyğun olaraq Məhkum 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq həmin müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəlinin 2 fevral 2023-cü il tarixdən hesablanması nəzərə alınmış, hökm apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 25 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı R.P.Almazov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və CPM-in bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, Məhkum təqsirli bilinərək məhkum olunduğu ittihama, onun barəsində çıxarılmış hökmlərə və hazırki iş üzrə qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarına istinad edən dövlət ittihamçısı R.P.Almazov həmin protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən faktiki olaraq işdəki sübutları düzgün tədqiq etməmiş və cinayət qanunu normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Məhkum CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib ona CM-in 152.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə toplanmalı, qəti cəza təyin edildikdən sonra isə onun hazırki iş üzrə tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən qət i cəzasından çıxılmalı, bundan sonra isə, yekun cəzasının başlanğıcı əvvəlki hökmdə göstərilən cəzanın əvvəlindən hesablamalı olduğu halda (çünki nəticədə toplanan cəza vahid növdür), məhkəmə əsassız olaraq CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş cəzadan məhkumun digər iş üzrə azadlıqdan məhrum etmə cəzasını çəkdiyi 2 fevral 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixə kimi olan 5 (beş) ay 23 (iyirmi üç) gün müddəti çıxdıqdan sonra cəzaları toplamışdır. Həmçinin, məhkəmə yekunda yenidən cəzanın əvvəlini 2 fevral 2023-cü il tarixdən hesablamaqla bu tarixi yekun cəzanın müddətini müəyyən edərkən faktiki olaraq 2 dəfə nəzərə almışdır. Bununla da Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestində istinad olunan CM-in normalarının tətbiqində səhvə yol vermiş və Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almamışdır. Şərh edilən dəlillərə əsaslanaraq dövlət ittihamçısı R.P.Almazov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum edilmiş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkumun və Zərərçəkmi ş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı R.P.Almazovun kassasiya protestinin məzmunundan göründüyü kimi, o, həmin protestində apellyasiya instansiyası məhkəməsinin toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün qiymət vermədiyini, bunun nəticəsi olaraq isə Məhkum cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi zamanı CM-in 66.5, 68.1.1-1 və 69.3-cü maddələrinin tələblərinin pozulmasını iddia edir və bunlarla bağlı dəlillərə əsaslanaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-in 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı R.P.Almazovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi gör ür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərarın qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqi nin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübu tlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmet ini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı R.P.Almazov tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müd afiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazı mi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-in 140.0.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi məhkəmə hökmünün surətinin əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. CPM-in 143.2-ci maddəsinin tələbinə görə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən m əhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Prosessua l qanunvericiliyin təsvir olunan normalarının müqayisəli təhlil belə nəticəyə gəlməyə əsas verir ki, CPM-in 143-146-cı maddələrinin tələbləri təkcə təqsirkara qarşı irəli sürülmüş ittihamı təsdiq və ya təkzib edə biləcək sübutları nəzərdə tutmur, bu normalar həmçinin işin digər hallarının da, o cümlədən şəxsin əvvəllər məhkum olunubolunmamasının və bu halın ona təyin olunacaq cəzanın müddətlərinin düzgün müəyyən edilməsi üçün əsas olan digər sübutların, məsələn, əvvəllər çıxarılmış hökmlərin və ya qəbul edilmiş digər yekun qərarların əldə edilərək tədqiq olunmasına və qiymətləndirilməsinə də aiddir. Qanunvericiliyin yuxarıda təsvir edilən normalarından çıxış edərək məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, dövlət ittihamçısı R.P.Almazovun kassasiya protestinin məzmununa görə, sonuncu həmin protestində Məhkum Ağcabədi Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi əməli törədibtörətməməsini, bu əmələ görə təqsirinin sübuta yetirilib-yetirilməməsini, həmin əməlin hüquqi tövsifini və ona məhz həmin əmələ görə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı ilə CM-in 177.2.3-cü maddəsi ilə təyin olunmuş cəzanın həddindən artıq yüngül və ya ağır olmasını mübahisələndirmir və qeyd edilən məsələlərə dair həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası da yuxarıda göstərilən məsələlərlə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri qənaəti düzgün hesab edərək eyni zamanda vurğulamağı lazım bilir ki, Məhkum hazırki iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə oğurluq cinayətini törətməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənsubiyyəti, mötəbərliyi, mümkünlüyü və kifayətliliyi üzrə qiymətləndirilmiş sübutlarla tam təsdiq olunmuş, onun həmin əməli isə CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən ona törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və onun ailə vəziyyətini, şəxsiyyətini səciyyələndirən hallar kifayət qədər nəzərə alınmaqla qeyd olunan maddə əsasında qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası təsvir edilənlərə bir da ha münasibət bildirməyi zəruri hesab etmir və kassasiya protestinin dəlilləri ilə bağlı hazırki işin materiallarına, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi və kassasiya qaydasında mübahisələndirən 25 iyul 2023-cü il tarixli qərara, habelə cinayət qanunvericiliyinin normalarına və həmin normaların tətbiqi ilə bağı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, eləcə də Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi lazım bilir. Əvvəla, öyrənilmiş cinayət işinin materiallarından görünür ki, Məhkum hazırki iş üzrə hökm çıxarılmazdan əvvəl 2021-ci ilin may ayında CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2023cü il tarixli hökmü ilə həmin maddə ilə təqsirli bilinib cəzasın ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasının əvvəli isə hökm elan olunarkən həbsə alındığı 2 fevral 2023-cü il tarixdən hesablanmışdır. Həm bu hal, həm də Məhkum qeyd olunan hökm çıxarılmazdan əvvəl 21 yanvar 2023-cü il tarixdə hazırki iş üzrə təqsirli bilindiyi cinayəti törətməsi müəyyən edildiyindən işə Ağcabədi Rayon Məhkəməsində baxılarkən ona CM-in 66.2 və 66.5-ci maddələrinin tələblərinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsaslar yaranmışdır, çünki CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar, yəni CM-in 66.2, 66.3 və 66.4cü maddələrində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 66.2-ci maddəsinin tələbinə görə isə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə (Məhkum həm birinci hökm üzrə, həm də hazırki iş üzrə təqsirli bilindiyi cinayətlər CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddirlər) az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların dah a ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş üzrə müəyyən edilmiş halları və qanunvericiliyin məhz təsvir olunan tələblərini nəzərə alan Ağcabədi Rayon Məhkəməsi tamamilə haqlı olaraq 11 may 2023-cü il tarixli hökmlə Məhkum CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ona ilk növbədə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə, sonra isə CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən yeni hök mlə təyin edilmiş cəzanı Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bunda sonra isə CM-in 69.3-cü maddəsinin tələbinə uyğun olaraq isə məhkumun hazırki iş üzrə 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddəti nəzərə alıb bu müddətin bir gününü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablamaqla ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxmış və sonuncunun üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzas ı saxlamış, onun cəzasının əvvəlinin isə yenə də CM-in 66.5-ci maddəsinin tələbini nəzərə almaqla düzgün olaraq 2 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, CM-in 66.5-ci maddəsinin ikinci cümləsinə görə, təqsirkara bu maddənin tələblərinə uyğun olaraq cinayətlərin məcmusuna əsasən cəza təyin edildiyi halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu isə o deməkdir ki, şəxsə CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə məhkəmə tərəfindən birinci və ikinci hökm üzrə təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaqla, yaxud da az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməli və bundan sonra onun birinci hökm ü zrə təyin olunmuş cəzanın hər hansı hissəsini çəkdiyi müddəti qəti cəza müddətinə hesablamaqla onun yekun olaraq çəkməli cəzanın müddəti müəyyən olunmalıdır. Belə olan halda məhkəmə təqsirkara cəzaların tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməli olması barədə qənaətə gəldikdə ona sonuncu hökm üzrə təyin edilmiş cəza ilə birinci hökm üzrə təyin olunmuş cəzaları tam və ya qismən toplayır, bundan sonra isə cəzaların toplanması zamanı cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması qaydaları təsbit edilmiş CM-in 69.3-cü maddəsinin tələblərinə əməl etməklə təqsirkarın tutulması, həbsdə və ya ev dustaqlığında saxlanılması müddətlərini qəti cəzaya hesablayır. CM-in 69.3-cü maddəsinə əsasən isə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqda n məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası vurğulayır ki, belə hüquqi mövqe həmçinin kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, CM-in 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzan ı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-in 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Eyni hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da çıxış etmişdir. Belə ki, həmin Qərarın 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qərarın 17-ci bəndində isə göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-in 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-in 67-ci maddə sinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından göründüyü kimi, həmin məhkəmə cinayət işi üzrə müəyyən olunmuş hallara əsaslanaraq Məhkum CM-in 177.2.3-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini məqsədə uyğun hesab edib bu haqda qərar qəbul etdikdən sonra CM-in 66.5, 68.1.1-1 və 69.3-cü maddələrinin tələblərinə düzgün əməl etməmiş və həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin izah və tövsiyələrini nəzərə almamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin həmin qərarına görə, Ağcabədi Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü dəyişdirilərək, Məhkum CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz ed ilmiş, onun 2 fevral 2023cü il tarixdən 25 iyul 2023-cü il tarixədək çəkdiyi azadlıqdan məhrum etmə cəzasının 5 (beş) ay 23 (iyirmi üç) gün müddəti CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 (bir) il 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, daha sonra CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq həmin cəza 6 (altı) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən bu cəza məhku ma Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli hökmü ilə ona CM-in 152.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla sonuncuya 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinin tələbinə uyğun olaraq Məhkum 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq həmin müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəlinin 2 fevral 2023-cü il tarixdən hesablanması nəzərə alınmış, hökm apellyasiya şikayəti i lə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası isə kassasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, Məhkum CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edən apellyasiya instansiyası məhkəməsi bu haqda qərar qəbul etdikdən sonra ilk növbədə CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən həmin cəzanın iki gün müddətini azadlıqdan məhrum etmənin bir gününə bərabər hesabı ilə hesablayıb təyin olunmuş cəzanı 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən etməklə məhz bu cəzanı CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza ilə qismən toplamalı və bu qaydada qəti cəzanın müddətini müəyyən etdikdən sonra məhkumun sonuncu iş üzrə şübhəli şəxs qismində tutulmuş müddəti CM-in 69.3-cü maddəsinin tələbinə riayət etməklə qəti cəzaya hesablayıb həmin cəzadan çıxaraq məhkumun çəkməli olduğu yekun cəzanın müddətini müəyyən etməli idi. Bu halda məhkəmə cinayət qanunvericiliyinin yuxarıda göstərilən tələbləri ilə yanaşı həmçinin cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası nəzərdə tutulmuş CM-in 68.1.1-1-ci maddəsinin tələbinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də riayət etmiş olardı. CM-in 68.1.1-1-ci maddəsinə əsasən isə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın m əhdudlaşdırılmasının iki günü bərabər tutulur. Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.P.Almazov həmin protestində məhz belə qərarın qəbul edilməli olmasını düzgün hesab edərək öz dəlillərini də məhkəmə kollegiyasının qənaətinə uyğun şəkildə əsaslandırmış və həmin dəlillərə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin cinayət qanunvericiliyi normalarının tətbiqində yol verdiyi səhvlər Məhkum hüquqi vəziyyəti ağırlaşdırılmadan, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilməklə kassasiya icraatı zamanı da mümkündür və belə olan halda 25 iyul 2023cü il tarixli qərarın ləğv edilməsinə, bununla da kassas iya protestində irəli sürülmüş tələbin təmin edilməsinə heç bir ehtiyac yoxdur. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edib cinayət qanunvericiliyinin tələblərinə əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə alaraq və kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti qismən təmin edilməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilməli və Məhkum CM-in 66.2, 66.5, 68.1.1-1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla və məhkumun vəziyyəti ağırlaşdırılmamaqla qəti cəza təyin olunaraq apellyasiya instansiyası məhkəməsinin m addi hüquq normalarının tətbiqində yol verdiyi səhvlər aradan qaldırılmalı, həmin məhkəmənin qərarı qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı ilə CM-in 177.2.3-cü maddəsi ilə t əyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə uyğun olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Beyləqan Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona cinayətlərin məcmusu üzrə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 23 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla on a hazırki qərarla təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və məhkum olunmuş şəxsin üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum cəzaçəkmə müddətinin əvvəli 2 fevral 2023-cü il tarixdən hesablansın. Qərar kassasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1272/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1272/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver