Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1273/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun, zərərçəkmiş şəxs “KapitalBank”ın nümayəndəsi X4 və Məhkum müdafiəçisi müdafiəçisi X2 iştirakları ilə, Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 0 5 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3-1, 272.2.1 və 272.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Faiq Filman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim Murad Məmmədov) 1(004)-47/2020 nömrəli 05 iyun 2020-ci il tarixli hökmü ilə, xx xxx 1984-cü il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunm amış, ünvanda qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-1, 272.2.1 və 272.2.2ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 272.2.1 və 272.2.2-ci maddələri ilə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi nin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən kompüter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirmiş, bundan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək təkrarən ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs və istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 06 dekabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs vasitəsi ilə internet xətti üzərindən kompüter sistemi - v erilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu daxilində, birbank.az saytında müxtəlif məbləğlər qarşılığında həmin sistemdə ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına məxsus ümumilikdə 7 bank kartlarının məlumatlarını, yəni bank kartının 16 rəqəmli nömrəsini, kartın bitmə tarixini və CVV nömrəsini hüququ olmadığı halda qəsdən ələ keçirərək, informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgəyə məxsus əmlakı vahid qəsdlə talama qərarına gəlib, Azercell MMC-nin internet saytının Online Ödəniş bölməsinə daxil olub əldə etdiyi bank məlumatlarını saytın müvafiq məlumat lövhələrinə daxil etdikdən sonra müştərilərin balanslarının artırılması üçün nəzər də tutulan və öz istifadəsində olan Azercell MMC-yə məxsus ********** saylı mobil nömrənin balansına hissə-hissə olmaqla Zərərçəkmiş şəxs vasitəsi ilə 4000 manat pul yüklətdirmiş və həmin pul vəsaitinin köçürmə xərcləri çıxılmaqla yerdə qalan 3639 manat 53 qəpik miqdarında pulu 07 dekabr 2018-ci il tarixdə “Kapital” bankın Sumqayıt şəhər filialından çıxardaraq 36 faizini, yəni 1310 manat 23 qəpik pulu Zərərçəkmiş şəxs göndərərək, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid qəsdlə ziyan vurmuş, belə ki, Amerika Birləşmiş Ştatları tərəfindən emissiya edilmiş kartlardan aparılan ödənişlərin kart sahiblərinin məlumatı olmadan aparılması səbəbindən istifadə edilmiş 4000 manat puldan 1500 manat məbləğində olan hissəsinə 4837 saylı geri ödəniş sorğusu daxil olmuş, geri ödəniş sorğusunda qeyd edilmiş məbləğ “xxxx” ASC tərəfindən Amerika Birləşmiş Ştatlarının banklarına geri qaytarılmış nəticədə “xxxx” ASCyə 1500 manat ziyan vurmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmişdirlər. Bundan başqa, o, təkrarən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs və istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 06 dekabr 2018-ci il, 09 dekabr 2018-ci il, 10 dekabr 2018-ci il və 11 dekabr 2018-ci il tarixlərində Zərərçəkmiş şəxs vasitəsi ilə internet xətti üzərindən kompüter sistemi - verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu daxilində, birbank.az saytında müxtəlif məbləğlər qarşılığında həmin sistemdə ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına məxsus ümumilikdə 8 bank kartlarının məlumatlarını, yəni bank kartının 16 rəqəmli nömrəsini, kartın bitmə tarixini və CVV nömrəsini hüququ olmadığı halda qəsdən ələ keçirərək, informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgəyə məxsus əmlakı vahid qəsdlə talama qərarına gəlib, Azercell MMC- nin internet saytının Online Ödəniş bölməsinə daxil olub əldə etdiyi bank məlumatlarını saytın müvafiq məlumat lövhələrinə daxil etdikdən sonra müştərilərin balanslarının artırılması üçün nəzərdə tutulan və tanışının istifadəsində olan Azercell MMC-yə məxsus ********** saylı mobil nömrənin balansına hissə-hissə olmaqla Zərərçəkmiş şəxs vasitəsi ilə 4700 manat pul yüklətdirmiş və həmin pul vəsaitinin köçürmə xərcləri çıxılmaqla yerdə qalan 500 manat miqdarında pulu 2018-ci ilin dekabr ayının əvvəllərində “xxxx” ASC-nin Nərimanov rayon filialından, 125 manat 61 qəpik miqdarında pulu 08 dekabr 2018-ci il tarixdə “Unibankın KB ASC”-in Yasamal rayon filialından, 3633 manat 83 qəpik miqdarında pulu 13 dekabr 2018-ci il tarixdə “Unibankın KB ASC”-in Yasamal rayon filialından çıxardaraq əldə etmiş, bunun qarşılığında da həmin pulun 36 faizini yəni 1533 manat 03 qəpik pulu Zərərçəkmiş şəxs göndərərək, qalan hissəsini isə özünə götürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid qəsdlə ziyan vurmuş, belə ki, Amerika Birləşmiş Ştatları tərəfindən emissiya edilmiş kartlardan aparılan ödənişlərin kart sahiblərinin məlumatı olmadan aparılması səbəbindən 4700 manatdan istifadə edilmiş 1100 manat məbləğində olan hissəsinə 4837 saylı geri ödəniş sorğusu daxil olmuş, geri ödəniş sorğusunda qeyd edilmiş məbləğ “xxxx” ASC tərəfindən Amerika Birləşmiş Ştatlarının banklarına geri qaytarılmış nəticədə “xxxx” ASC-yə 1100 manat ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını təkrarən gizli talayıb oğurluq etmişdirlər. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 1(103)-752/2020 qərarı ilə (sədrlik edən və məruzəçi hakim Habil Məmmədov, hakimlər İlqar Murquzov və Həsən Əhmədovdan ibarət tərkibdə) apellyasiy a protesti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 272.2.1 və 272.2.2-ci maddələri ilə məhkum olunmasına dair 05 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 272.2.1 və 272.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 272.2.1 və 272.2.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsi, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsi, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilməsi, cəza çəkmə müddətinin əvvəli 07 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 07 sentyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi F.F.Hüseynov tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiya məhəkəmsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiya məhkəməsi apellyasiya protestini təmin etməklə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən yüngülləşdirici hal kimi özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini, ailəli olmaqla himayəsində bir az yaşlı uşağın olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, əməllər məhkum edilməməsini və cinyət nəticəsində şəxsə vurulmuş olduğu ziyanı tam şəkildə aradan qaldırmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsassız hesab etmişdir. Müdafiə tərəfi olaraq ittiham tərəfinin fikrini başa düşmədi ki dövlət ittihamçısı, nəyə əsaslanaraq söbut etmək istəyirdi ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Əksinə Məhkum öz hərəkətləri ilə (dəymiş zərərin ödənilməsi, istintaqla əməkdaşlıq) sübut etmişdir ki, o cəmiyyət üçün təhlükəli adam deyildir. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin hökmündə cəza təyin edilərkən iş materialları üzrə bütün hallar əsaslandırılmışdır. Ancaq nədənsə prokuror həmin əsaslandırmanı qəbul etmək istəmir. Belə ki, prokuror göstərir ki, Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmadığı halda yüngülləşdirici hal kimi Məhkum əməlindən peşman olmasın ı, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, hökmdə bunu əsaslandırmamışdır. Kassator dövlət ittihamçısının apellyasiya protestində qeyd etdiyi məhkəmənin peşmançılıq anlayışına hüquqi müstəvidə qiymət verməməsi, Məhkum peşmançılıq hissinin nədə ehtiva olunmasını, onun bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsinin əsasını hökmdə göstərməməkdə əsaslandırmaması və ailənin yeganə qazanc gətirən şəxs olması halı hansı sənədlə və ya şahid ifadələri ilə sübuta yetirilməyərək təsdiq olunmaması, məhkəmənin təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması qənatinə gələrkən əməlin ictimai təhlükəlilik dərəcəsini, yəni cinayət hadisənin törədilməsi üsulunu nəzərə almaması na qarşılıq olaraq bildirmişdir ki, hazırda cəmiyyətimizin bütün sahələrində müasir informasiya texnologiylarının geniş tətbiqinin aktual əhəmiyyət kəsb etdiyi və kompyuter məlumatlarının qanunsuz ələ keçirilməsinə qarşı güclü mübarizə aparıldığı bir dövrdə məhkəmə tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi məqsədilə müvafiq hesab edilə bilməz. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsini tətbiq etməklə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini n Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Faiq Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X9 və dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə müdafiəçinin kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələlə ri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, məhkumun barəsində yüngülləşdirici halları nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci m addəsi apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan apellyasiya məhkəməsi sübutları CPMin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və oby ektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum isnad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 272.2.1 və 272.2.2-ci maddələri ilə təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177. 2.3-1, 272.2.1 və 272.2.2-ci maddələri ilə tövsif edilmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, maddənin tələbindən də göründüyü kimi cinayət törətmiş şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, şərti məhkum etmə tətbiq edilərkən bunlarla yanaşı, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin, təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi tə crübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum kollegiyası qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gələrkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, əvvəllər məhkum edilməməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurmuş oldu ğu ziyanı tam şəkildə aradan qaldırmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasın cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş və nəzərə almış, həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış, lakin əsassız olaraq Məhkum cəza çəkmədən də islah oluna biləcəyi barədə nəticəyə gələrək, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestini təmin etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 272.2.1 və 272.2.2-ci maddələri ilə məhkum olunmasına dair 05 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 272.2.1 və 272.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləs inin 272.2.1 və 272.2.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsi, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, cəza çəkmə müddətinin əvvəli 07 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halların siyahısında nəzərdə tutulmayan – özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, əvvəllər məhkum edilməməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə aradan qaldırması kimi halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirsə də, əsassız olaraq Məhkum cəza çəkmədən də islah oluna biləcəyi barədə nəticəyə gələrək, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi fövqündə onun barəsində şərti məhkum etmə institutun tətbiq edilməsi nə təqsirkar şəxsin özünə münasibətdə cəzanın islahedici funksiyasını, nə də ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə və cinayət mühakimə icraatının məqsədlərinin həyata keçirilməsini təmin edə bilməz. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 272.2.1 və 272.2.2-ci maddələri ilə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi fövqündə kifayət qədər ədalətlidir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixl i, 4 saylı qərarının tövsiyyələrinə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 272.2.1 və 272.2.2-ci maddələri üzrə məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi haqqında kassatorun dəlilləri tutarlı bir sübuta söykənməyən mülahizələrdən ibarət olduğuna görə əsassızdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə n əticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Müdafiəçinin kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 272.2.1 və 272.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1273/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1273/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver