Məhkəmə qərarları › İş №1(102)-1273/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1273/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1273/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumlar – Məhkum1 və Məhkum3 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2 və 240.3.2-ci maddələri ilə, xx xxxx 1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 2 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələri ilə xx xxxxxxxx 1988-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Daşsalahlı kəndində yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İda rəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: N.Şahid6 (sədrlik edən), D.H.İmanov və M.Ə.Bağırov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay, CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən, cəzası iki il sınaq müddəti ilə şərti h esab edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay, CM-in 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən, cəzası üç il sınaq müddəti ilə şərti hesab edilmişdir. Məhkum3 - Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay, CM-in 240.3.2-ci maddəsi ilə 06 (altı) il m üddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, ona cinayətləri məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən, cəzası üç il sınaq müddəti ilə şərti hesab edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), Ç.B.Məmmədov və T.A.Muxtarov) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum1, Məhkum2 və Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda malları Azər baycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Belə ki, Məhkum1 narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin may ayının ortalarında Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vətəndaşları Məhkum3 və Məhkum2, Gürcüstanda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş Gürcüstan vətəndaşı və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə cinayətkar qrupun Gürcüstandakı üzvü cinayətkar qrupun digər üzvü Məhkum2 tapşırığı əsasında istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq külli miqdarda, tərkibindəki nandrolonun təsiredici maddəsinin ümumi miqdarı 12,5 qram təşkil edən 5 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 50 ampula “Nandrovex D 250” göstəricili, külli miqdarda, tərkibindəki boldenon təsiredici maddəsinin ümumi miqdarı 17,5 qram təşkil edən 7 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 70 ampula “Boldevex U250” göstəricili və tərkibindəki drostanolon təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən 3 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 30 ampula “Mastovex P100” göstəricili narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə hesab edilən dərman preparatlarını satış məqsədi və tamah niyyəti ilə qəsdən əldə etmiş, saxlamış, G ürcüstanın Azərbaycan Respublikası sərhədinə qədər daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri Məhkum2 və Məhkum3 tapşırığı əsasında 27 may 2019-cu il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş, qeyd edilən dərman preparatlarını “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən kafedə cinayətkar qrupun üzvündən təhvil alaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi nəqliyyat vasitəsinin salonunda, dam örtüyünün altında saxlamış, 100 manat pul müq abilində Gürcüstandan Azərbaycan Respublikasına gətirib cinayətkar qrupun üzvü Məhkum3 tapşırığı əsasında cinayətkar qrupun üzvü Məhkum2 təhvil vermək məqsədilə daşımış və həmin gün saat 18 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkum2 narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin may ayının ortalarında Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vətəndaşı Məhkum3 və Məhkum1, Gürcüs tanda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş Gürcüstan vətəndaşı və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə cinayətkar qrupun Gürcüstandakı üzvü onun tapşırığı əsasında istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq külli miqdarda, tərkibindəki nandrolonun təsiredici maddəsinin ümumi miqdarı 12,5 qram təşkil edən 5 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 50 ampula “Nandrovex D 250” göstəricili, külli miqdarda, tərkibindəki boldenon təsiredici maddəsinin ümumi miqdarı 17,5 qram təşkil edən 7 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 70 ampula “Boldevex U250” göstəricili və tərkibindəki drostanolon təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən 3 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 30 ampula “Mastovex P100” göstəricili narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə hesab edilən dərman preparatlarını satış məqsədi və tamah niyyəti ilə qəsdən əldə etmiş, saxlamış, Gürcüstanın Azərbaycan Respublikası sərhədinə qədər daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onun tapşırığı əsasında cinayətkar qrupun üzvü Məhkum1 27 may 2019-cu il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş, qeyd edilən dərman preparatlarını “Qırmızı Körpü” gömrük postunun yaxın lığında yerləşən kafedə cinayətkar qrupun üzvündən təhvil alaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi nəqliyyat vasitəsinin salonunda, dam örtüyünün altında saxlamış, 100 manat pul müqabilində Gürcüstandan Azərbaycan Respublikasına gətirib ona təhvil vermək məqsədilə daşımış və həmin gün saat 18 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkum3 narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, q açaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin may ayının ortalarında Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vətəndaşları Məhkum2 və Məhkum1, Gürcüstanda şəxsiyyətləri istintaqla müəyyən edilməmiş Gürcüstan vətəndaşı və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə cinayətkar qrupun Gürcüstandakı üzvü cinayətkar qrupun digər üzvü Məhkum2 tapşırığı əsasında istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq külli miqdarda, tərkibindəki nandrolonun təsiredici maddəsinin ümumi miqdarı 12,5 qram təşkil edən 5 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 50 ampula “Nandrovex D 250” göstəricili, külli miqdarda, tərkibindəki boldenon təsiredici maddəsinin ümumi miqdarı 17,5 qram təşkil edən 7 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 70 ampula “Boldevex U250” göstəricili və tərkibindəki drostanolon təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən 3 qutu, hər qutuda 10 ampula olmaqla, cəmi 30 ampula “Mastovex P100” göstəricili narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə hesab edilən dərman preparatlarını satış məqsədi və tamah niyyəti ilə qəsdən əldə etmiş, saxlamış, Gürcüstanın Azərbaycan Respublikası sərhədinə qədər daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Məhkum2 və onun tapşırığı əsasında cinayətkar qrupun üzvü Məhkum1 27 may 2019-cu il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Mercedes-Benz E 200 CDİ” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqli yyat vasitəsi ilə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş, qeyd edilən dərman preparatlarını “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən kafedə cinayətkar qrupun üzvündən təhvil alaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi nəqliyyat vasitəsinin salonunda, dam örtüyünün altında saxlamış, 100 manat pul müqabilində Gürcüstandan Azərbaycan Respublikasına gətirib onun tapşırığı əsasında cinayətkar qrupun üzvü Məhkum2 təhvil vermək məqsədilə daşımış və həmin gün saat 18 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sadıxlı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gi zli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı məhkumlara cəza təyininə dair hissədə əsassızdır. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən törədilən cinayətlər ağır cinayətlər kateqoriyasına aid olmaqla subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin ictimai təhlükəliliyini artıran amillərdən biri cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə cəza təyini zamanı CM-in 2 06.3.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş təqsirləndirilən şəxslərin şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəsizlik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki buna əməl etməmiş, ağır cinayətlər kateqoriyasına aid cinayətlər törətmiş təqsirləndirilən şəxslərə əsassız olaraq yüngül cəza təyin etmişdir. Dövlət ittihamçısının fikrincə, təqsirləndirilən şəxslərin barəsində CM-in 70-ci maddəsinin tətbiqinə əsas olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə məhkumlar Məhkum1 və Məhkum3 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bi ldirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan onlara yüngül cəzanın təyin edilməs i mübahisə edilir. Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsinə əsasən: “Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsinə görə: “Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdəbeş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsinə əsasən: “Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 240.3-cü maddəsinə əsasən: “Bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya m əhkəməsinin məhkum еdilmiş şəхslər Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin hə yat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakt erinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş c əzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkumlara birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı qüvvədə saxlayarkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 70-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətlərinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 müsbət xarakterizə olunmalarını yalnız cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, laki n bunun nədə ifadə olunmasını və nəhayət onların şəxsiyyətlərini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişdir. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən törədilən cinayətlərin hər ikisi ağır cinayətlər kateqoriyasına aid olmaqla qeyd edilən əməllər subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Cinayətin subyekti hər iki əmələ münasibətdə 16 yaşına çatmış, anlaqlı fiziki şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsinə münasibətdə cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin barəsində CM-in 70-ci maddəsini tətbiq edib təyin edilən azadlıqdan məhrumetmə cəzasını şə rti hesab edərkən Məhkum1 cinayətin açılmasına, onun digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə, himayəsində üç azyaşlı övladının olmasını CM-in 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, Məhkum2 və Məhkum3 isə əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, həmin halların məcmusunu heç bir əsaslandırma aparmadan müstəsna hal kimi qiymətləndirmiş, apellyasiya instansiya məhkəməsi isə həmin nəticəni düzgün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkumlara təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkumlar haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədi yindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkumlar barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onların törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumların şəxsiyyətlərini səciyyələndirən hallar, cinayət törətdi kdən sonrakı davranışları araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkumlar haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum1, Məhkum2 və Məhkum3 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhk

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar