Məhkəmə qərarları › İş №1(102)-1273/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1273/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1273/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Azadov Aqil Fikrət oğlunun iştirakları ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünva nında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Azadov Aqil Fikrət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən), R.Ə.Sadıxov və A.İ.Paşa yev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 10 (on) ay azadlıqdan məhrum etmə cəzasının onun üzərində çəkilməli cəzanın 9 ay 28 gün müddətinin qalmış 4 (dörd) ay 7 (yeddi) gün müddəti hazırki hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 11 sentyabr 2021-ci il tarixdən 7 aprel 2022-ci il tarixə qədər həbsdə olduğu 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddəti ona təyin olunacaq cəza müddətinə daxil olunmuş və üzərində çəkilməli cəzanın müddəti 5 (beş) il 4 (dörd) ay 4 (dörd) gün kimi müəyyən olunmuş, Məhkum təyin edilmiş cəzanın 11 sentyabr 2021-ci il tarixdən 7 aprel 2022-ci il tarixə bu iş üzrə, həmin tarixdən hazırki tarixə qədər isə əvvəlki hökm üzrə təyin edilmiş cəzanı çəkdiyi nəzərə alınmış və ona təyin olunmuş cəzanın çəkilməli hissəsinin başlanğıcının 5 oktyabr 2022-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), K.H.Əkbərov və Q.X.Babayev) apellyasiya şikayətləri təmin edilm əmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair 5 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunduğu əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azər baycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum əvvəlki iş üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 11 sentyabr 2021-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,236 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 11 sentyabr 2021-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, Suraxanı RPİ-nin 33cü PB-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən dörd ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,703 qram, 0,627 qram, 1,283 qram, 0,623 qram olmaqla, ümumi təmiz çəkisi 3,236 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, Məhkum aşkar edilən narkotik vasitə olan heroinin miqdarı onun külli miqdarının qanunvericiliklə müəyyən edilmiş aşağı həddindən 2 dəfə çox olmuş və 4 bükümdə olmaqla Məhkum üzərində aşkar olunmuşdur. Protest müəllifinin fikrincə, bu hal Məhkum üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası CM-in 234.1-ci maddə si ilə təqsirləndirilən Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum barəsində ibtidai araşdırma kobud qanun pozuntuları ilə aparılmışdır. Belə ki, məhkəmə iclasında ifadə verən Məhkum bildirmişdir ki, polis əməkdaşları tərəfindən tutularkən onun üzərində narkotik vasitə olmamış, 11 sentyabr 2021-ci il tarixdə mülki geyimli şəxslər onu 33-cü polis bölməsinə aparmış və əvvəlcədən üzərinə qoyduqları narkotik vasitələrin ona məxsus olması barədə izahat verməyə məcbur etmişlər. Şəxsi axtarış və götürmə apararkən müdafiəçinin iştirakı təmin edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə a raşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi A.Azadovun, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də gö ründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində təqsirləndirilən şəxs Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotro p maddələri satma”ya görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyətini müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasın a gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosia l hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk növbədə kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmi n maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında ifadə verərkən özünü təqsirli bilməyərək bildirmişdir ki, o, təxminən bir ildən artıqdır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamindən istifadə edirdi. Narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı və adının X11 olduğunu bildiyi şəxsdən bir bükümü 10 (on) manat müqabilində nəğd ödəniş etməklə alırdı. Sonuncu dəfə 11 sentyabr 2021-ci il tarixdə səhər radələrində 60 (altmış) manata X11ə verib ondan dörd bükümlərdə narkotik vasitə olan heroin almış, narkotik vasitəni aldıqdan sonra ondan aralanmış və ünvan 4 ünvanın yaxınlığından yaşadığı evə tərəf gedərkən, saat təxminən 10:30 radələrində həmin binanın yaxın lığında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirib onu narkotik vasitələrin daşınmasında, gəzdirilməsi və istifadəsində şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-yə getmişdir. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmiş və buna etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə üzərində yəni, əynində olan qara rəngli cins şalvarı nın sağ yan cibindən dörd ədəd bükümü onlara təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümlərə baxış keçirmiş, ilkin sorğu zamanı həmin narkotik vasitəni 11 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “X11” adlı şəxsdən 60 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol, qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Həmçinin keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Təqsir ləndirilən şəxs Məhkum ibtidai araşdırma zamanı da oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş. 11 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, ünvan 5 ünvanda yaşayan Məhkum qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və 33-cü PB-nin sahə inspektoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanın yaxınlığında əvvəlcədən alınmış məlumatda Məhkum zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahi ş etdiklərində həmin şəxs Məhkum olduğunu bildirmişdir. Həmin şəxsə üzərində narkotik vasitə olması barədə şübhə olduğunu bildirib üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Məhkum üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Məhkum əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd sellofan bükümləri çıxarıb masanın üzərində qoymuş, həmin bükümlər açıldıqda bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuşdur. İlkin sorğu zamanı Məhkum həmin maddələri xx.xx.2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “X11” adlı şəxsdən öz istifadəsi üçün 60 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möh ürlənmiş, keçirilmiş şəxsi axtarışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrində, istərsə də məhkəmə iclaslarında Məhkum özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmadığını bildirmişdir. Belə ki, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və bu istintaq hərəkətinin qeydə alındığı videogörüntüdən görünür ki, Məhkum üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd sellofan bükümlər və həmin bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuş, Məhkum həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu, 60 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 15 oktyabr 2021-ci il tarixli 3976 nömrəli rəyindən görünür ki, Məhkum opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyy ata alınması məsləhət görülmüşdür. İş üzrə dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilmişdir ki, istintaq orqanı Məhkum barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlamış, bir gün sonra isə hər hansı bir sübut əldə etmədən əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif etmişdir. Məhkum yaşadığı ünvanda belə axtarış aparılmış, hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarınd a Məhkum narkotik vasitələrin satışı ilə məşğul olubolmamasının əməliyyat yolu ilə yoxlanılmasına dair əməliyyat tapşırığı üzrə də hər hansı müsbət nəticəyə rast gəlmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Suraxanı RPİ-nin 33-cü PB-in 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitələri əldə etdiyi mənbə, eləcə də, sonuncunun kimlərə narkotik vasitələr satması müəyyən edilməmişdir. Eyni zamanda bükümlərin sayına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ifadələrində narkotik vasitəni 11 sentyabr 2021-ci il tarixdə səhər saatlarında əldə etdiyini və yaşadığı evə gedərkən həmin gün saat 10-30 radələrində saxlanıldığını göstərmişdir. İlkin sənədlərdən göründüyü kimi, həqiqətən Məhkum 11 sentyabr 2021-ci il tarix də saat 10-30-da saxlanılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuli yyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. İş materiallarından görünür ki, nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Məhkum onda aşkar edilrərək götürülmüş heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların e lə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, “Məhkum narkotik vasitəni əldə etdikdən qısa müddət sonra saxlanılması, həmin müddətdə narkotik vasitəni istifadə etmək imkanının olmaması, uzun müddət həmin narkotik vasitəni üzərində saxlayıb daşımaması da, sonuncunun narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edən hal kimi nəzərə alınmalıdır.” Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda və dörd bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə kassasiya protestinin dəlillərini, eyni zamanda məhkum edilmiş şəxsin barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi barədə müdafiə tərəfinin dəlillərini əsassız hesab edir. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, şahid ifadələri, iş üzrə müvafiq istinta q hərəkətləri protokolları və digər sübutlarla tam təsdiq olunur, apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq məhkəmə tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istin taqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bi r halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq,yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-4 16.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir, ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təy in olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum daha yüngül cəza təyin olunması üçün əsaslar yoxdur. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassaiya protesti təmin edilməsin Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar