Məhkəmə qərarları › İş №1(102)-1273/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1273/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1273/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.4cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nərimanov Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Kamranov Hafiz Eldar oğlu) X2, 28 oktyabr 1993-cü il tarixdə Qazaxıstan Respublikasının Maktaralsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, CM-in 178.2.4-cü maddəsi ilə irəli sürülm üş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın mülki məhkəmə icraatı qaydasında ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X2 qarşı CM-in 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, ibtidai araşdırma orqanının mövqeyinə görə, X7 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, s onuncuya ondan qızıl-zinət əşyaları götürüb iki-üç ay ərzində pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs qızıl alqı-satqısı ilə məşğul olduğu ünvan 3 ünvanda yerləşən univermaqdan 2021-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla bir ədəd 45 manat dəyərində qızıl qabı, bir ədəd 800 manat dəyərində 585 əyarlı 8,17 qram çəkidə pandora qızıl qolbaq, bir ədəd 65 manat dəyərində 585 əyarlı 1,5 qram çəkidə ipli pandora qızıl qolbaq, 1660 manat dəyərində 585 əyarlı 17,45 qram çəkidə bir komplekt kulonlu pandora qızıl dəsti, bir ədəd 450 manat dəyərində 585 əyarlı 4,7 qram çəkidə qızıl boyunbağı, bir ədəd 880 manat dəyərində 585 əyarlı 9,2 qram çəkidə paxlava qaşlı qızıl üzük, ümumi dəyəri 560 manat olan bir ədəd 585 əyarlı 3,28 qram çəkidə pandora qızıl sırğa və 2,52 qram çəkidə qızıl üzük dəsti, bir ədəd 545 manat dəyərində 5,7 qram çəkidə 585 əyarlı pandora qızıl bilərzik, bir ədəd 270 manat dəyərində 585 əyarlı 2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 1370 manat olan bir ədəd 585 əyarlı 9,65 qram çəkidə qızıl komplekt dəsti və bir ədəd 585 əyarlı 4,69 qram çəkidə qızıl boyunbağı, bir ədəd 260 manat dəyərində 585 əyarlı 2,6 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 2765 manat olan bir ədəd 585 əyarlı 5,92 qram çəkidə Cartier qızıl boyunbağı, bir ədəd 585 əyarlı 8,6 qram çəkidə Cartier qızıl sırğa, bir ədəd 585 əyarlı 3,63 qram çəkidə Cartier qızıl bilərzik, bir ədəd 585 əyarlı 2,2 qram çəkidə Cartier qızıl üzük, bir ədəd 585 əyarlı 6,06 qram çəkidə pandora ay qızıl sırğa və bir ədəd 585 əyarlı 2,65 qram çəkidə ürək formalı qızıl üzük “Ayətül-kürsü”, bir ədəd 965 manat dəyərində 585 əyarlı 10,12 qram çəkidə kişi üçün qızıl bilərzik, bir ədəd 545 manat dəyərində 585 əyarlı 5,7 qram çəkidə pandora qızıl bilərzik, bir ədəd 270 manat dəyərində 585 əyarlı 2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 560 manat olan 585 əyarlı 3,28 qram çəkidə bir cüt pandora qızıl sırğa və bir ədəd 585 əyarlı 2,52 qram çəkidə pandora qızıl üzük, bir ədəd 2024 manat dəyərində 585 əyarlı 21,27 qram çəkidə lazer işləməli taxma qızıl bilərzik, bir ədəd 1182 manat dəyərində 585 əyarlı 12,43 qram çəkidə taxma qızıl bilərzik, bir ədəd 1780 manat dəyərində 585 əyarlı 18,7 qram çəkidə yastıfason qızıl boyunbağı, bir ədəd 652 manat dəyərində 585 əyarlı 6,86 qram çəkidə yastıfason qızıl qolbaq, bir ədəd 820 manat dəyərində 585 əyarlı 8,63 qram çəkidə pandora qızıl boyunbağı, bir ədəd 335 manat dəyərində 585 əyarlı 3,51 qram çəkidə pandora qızıl bilərzik, 1610 manat dəyərində 585 əyarlı 16,92 qram çəkidə klonlu pandora qızıl komplekt, bir ədəd 435 manat dəyərində 585 əyarlı 4,55 qram çəkidə pandora qızıl sepli sırğa, bir ədəd 2720 manat dəyərində 585 əyarlı 28,37 qram çəkidə tiffani qızıl boyunbağı, bir ədəd 720 manat dəyərində 585 əyarlı 7,36 qram çəkidə tiffani qızıl qolbaq, bir ədəd 300 manat dəyərində 585 əyarlı 2,8 qram çəkidə tiffani qızıl üzük, bir ədəd 620 manat dəyərində 585 əyarlı 6,46 qram çəkidə rəngli pandora bilərzik, bir ədəd 215 manat dəyərində 585 əyarlı 2,2 qram çəkidə üzərinə “Allah” sözü yazılan qızıl üzük götürüb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 25.423 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı İsgəndərov Coşqun Ramiz oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) 19 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apelyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2024-cü il tarixli qərarından dövlət itt ihamçısı Vəliyev Murad İsmayıl oğlu kassasiya protesti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllisinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarına, X2a elan olunmuş ittihama və fikrincə, bu ittihamı təsdiq edən sübutlara, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına və həmin aktlarda məhkəmələrin gəldikləri nəticələrə istinad edən dövlət ittihamçısı M.İ.Vəliyev həmin protestini belə əsaslandırmışdır ki, məhkəmələr ittiham tərəfinin təqdim etdiyi sübutları, o cümlədən cinayət işinin materiallarına əlavə edilmiş sənədləri düzgün tədqiq etməyərək əsassız nəticəyə gəlmiş, ittihamın sübutlarının rədd edilməsinin motivlərini əsaslandırmağa çalışsalar da, bu əsaslandırma işin faktiki hallarına uyğn olmamışdır. Məhkəmələr yalnız X2un və onun qohumlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclaslarında verdikləri, biri birinə ziddiyyət təşkil edən ifadələrinə istinad edərək, zərər çəkmiş şəxsin verdiyi ifadələrə və təqdim etdiyi sənədlərə isə əhəmiyyət vermədən, toplanmış sübutları araşdırmadan, natamam və qeyri-obyektiv aparılmış araşdırma əsasında birtərəfli qaydada müdafiə tərəfinin mənafeyinə uyğun şəkildə sübutlara hüquqi qiymət verməklə, təqsirləndirilən şəxsə b əraət verilməsi barədə əsassız nəticəyə gəlmişlər. Halbuki, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 Zərərçəkmiş şəxs ittihamda göstərilən qızıl-zinət əşyalarını 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə hissə-hissə alıb bunun əvəzinə olan pul vəsaitini ödəməmiş, bununla da onun əvvəlcədən yaranmış niyyəti zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək və onu aldadaraq onun əmlakını ələ keçirməyə yönəlmişdir. Bu hallar isə X2un dələduzluq cinayətini törətməsinə dəlalət edir. Belə qənaətə gələrkən isə kassasiya protestinin müəllifi toplanmş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bir sıra sübutları ətraflı təsvir edərək onlara istinad etmişdir. Kassasiya protesti ndə göstərilən dəlillərə əsaslanaraq dövlət ittihamçısı M.İ.Vəliyev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin, bəraət almış şəxs X2 və Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, sonuncu həmçinin heç bir səbəb göstərmədən məhkəmə iclasının təxirə salınması ilə bağlı teleqramla məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs X2un və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instan siyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, X2a bəraət verilməsi haqqında birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qənaətə gələn apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, araşdırılmış sübutlara düzgün qiy mət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1-416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə X2un barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığının yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübut lar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərə kətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azə rbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmas ına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bunda sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstit usiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil dir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda cinayət mühakimə icraatına münasibətdə bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyann amə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətlən dirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvaf iq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin e dilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının di spozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3- cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cin ayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrin ə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüq uq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessu al qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinay ət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin t ələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.3- cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsind ən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əl amətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etd irir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qa ldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb et diyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblər inə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxs in təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfə lərlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edil ən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar q iymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Hazırki işin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Mə hkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə X2a əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi barədə birinci instansiya məhkəməsinin hökmünü və və həmin hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi hal ların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə əlaqədar, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 3 noyabr 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla, X2un cinayət təqibinin bütün mərhələlərində verdiyi eyni məzmunlu ifadələrindən görünür ki, o, həmin ifadələrində ibtidai araşdırma zamanı özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, məhkəmə iclasında bu ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, o, Zərə rçəkmiş şəxs müxtəlif çəkidə və qiymətdə olan qızıl-zinət əşyalarını götürərkən onları əvəzsiz olaraq ələ keçirmək niyyəti izləməmiş, həmin əşyaları lombarda qoyaraq əldə etdiyi 10650 manat məbləğində pul vəsaitini isə özünün və arvadının əzab çəkdikləri talassemiya xəstəliyindən müalicəsinə sərf etmişdir. Eyni zamanda həmin əşyaları hissə-hissə götürərkən o, əldə edilmiş razılığa uğun olaraq onların dəyərini də ödəməyə başlamışdır. Ümumilikdə Zərərçəkmiş şəxs hissə-hissə götürdüyü qızıl-zinət əşyalarının dəyəri təxminən 25.000 manat təşkil etmiş, özü onların satışı ilə məşğu olmamış, həmçinin pula ehtiyacı olduğu üçün onları lombarda qoyaraq pul götürəcəyini sonuncuya bildirmiş, o, da buna etiraz etməmişdir. Əksinə, Zərərçəkmiş şəxs ona dəstək olmuş və hər ay hissə-hissə pulu ona ödəməy inə etiraz etməyəcəyini demişdir. Həm lombardın, həm də Zərərçəkmiş şəxs son aylar üzrə ödənişlərini edə bilmədiyindən onun əvəzinə Zərərçəkmiş şəxs 13.770 manat lombarda pul ödəyib qızılları götürmüş və hal hazırda lombarda qoyulmuş qızılların hamısı onun özündədir. Ümumiyyətlə, öncədən Zərərçəkmiş şəxs ilə onların arasında qızılların lombarda qoyulması və hər ay Zərərçəkmiş şəxsə 500 manat verməli olması barədə şifahi formada razılıq əldə edilmiş, lakin sonradan maddi imkanı olmadığından aylıq ödənişləri gecikdirmiş və son olaraq ona borcu yaranmışdır. X2 həmçinin qeyd etmişdir ki, o, əvvəl Zərərçəkmiş şəxs pul şəklində borc almaq istəmiş, lakin sonuncu ona pul verə bilməyəcəyini bildirərək əvəzində qızılzinət əşyaları götürüb onların dəyərini hissə-hissə ödəməsini təklif etmiş, o, da bu təkliflə razılaşmışdır. Qızıl-zinət əşyalarını isə o, Zərərçəkmiş şəxsdən dörd dəfəyə özünün və arvadının müalicəsi üçün götürmüş, hər dəfə qızılları götürərkən bundan əvvəlki ödənişləri edib borcunu bağlamış və daha sonra yenidən Zərərçəkmiş şəxsdən yenə də qızıl-zinət əşyaları götürmüşdür. Ümumilikdə o, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs 14955 manat ödəmişdir. Zərərçəkmiş şəxs ilə aralarında yazılı müqavilə olmamış, yalnız şifahi razılaşma olmuşdur. Qızılların bir qramını o, Zərərçəkmiş şəxsdən 95 manata alıb lombarda qramını 40 manatdan qoymuşdur. Sonuncu dəfə Zərərçəkmiş şəxsdən baldızı, qaynanası və o, birlikdə 7000 manatlıq qızıl götürmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, uzun müddətdir ki, fərdi sahibkar kimi ünvan 3 ünvanda yerləşən univermaqda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. X4 uzun müddətdir ki, onun anası vasitəsilə tanımış, sonuncu isə əvvəllər ondan qızıl-zinət əşyaları götürüb satmışdır. Dəqiq tarixlər yadında deyil, təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində X2, bacısı X, qayınanası Şahid3, arvadı X və baldızı Şahid1 ilə birlikdə onun işlədiyi univermağa gəlmiş və X2 ondan nisyə qızıl-zinət əşyaları almaq istədiyini bildirərək onların dəyərini iki-üç ay ərzində qaytaracağını vəd etmişdir. Əvvəllər də X2in anasını və onun özünü ondan bu şəkildə qızıl-zinət əşyaları alıb onların alveri ilə məşğul olan şəxslər kimi tanıdığından, sonuncuların hər dəfə aldıqları qızılların pulunu vaxtında ödədiklərinə görə, o, bu dəfə də X2ə etibar edib inanmış, bun dan sonra hazırda yadında qalmayan tarixlərdə, yəni 2021-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində bir neçə dəfə X2 onun yuxarıda qeyd etdiyi univermağa gələrək ondan bir ədəd 45 manat dəyərində qızıl qabı, bir ədəd 800 manat dəyərində 585 əyarlı 8,17 qram çəkidə pandora qızıl qolbaq, bir ədəd 65 manat dəyərində 585 əyarlı 1,5 qram çəkidə ipli pandora qızıl qolbaq, 1660 manat dəyərində 585 əyarlı 17,45 qram çəkidə bir komplekt kulonlu pandora qızıl dəsti, bir ədəd 450 manat dəyərində 585 əyarlı 4,7 qram çəkidə qızıl boyunbağı, bir ədəd 880 manat dəyərində 585 əyarlı 9,2 qram çəkidə paxlava qaşlı qızıl üzük, ümumi dəyəri 560 manat olan bir ədəd 585 əyarlı 3,28 qram çəkidə pandora qızıl sırğa və 2,52 qram çəkidə qızıl üzük dəsti, bir əd əd 545 manat dəyərində 5,7 qram çəkidə 585 əyarlı pandora qızıl bilərzik, bir ədəd 270 manat dəyərində 585 əyarlı 2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 1370 manat dəyərində bir ədəd 585 əyarlı 9,65 qram çəkidə qızıl komplekt dəsti və bir ədəd 585 əyarlı 4,69 qram çəkidə qızıl boyunbağı, bir ədəd 260 manat dəyərində 585 əyarlı 2,6 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 2765 manat dəyərində bir ədəd 585 əyarlı 5,92 qram çəkidə Cartier qızıl boyunbağı, bir ədəd 585 əyarlı 8,6 qram çəkidə Cartier qızıl sırğa, bir ədəd 585 əyarlı 3,63 qram çəkidə Cartier qızıl bilərzik, bir ədəd 585 əyarlı 2,2 qram çəkidə Cartier qızıl üzük, bir ədəd 585 əyarlı 6,06 qram çəkidə pandora-ay qızıl sırğa, bir ədəd 585 əyarlı 2,65 qram çəkidə ürək formalı qızıl üzük “ayətül-kürsü”, bir ədəd 965 manat dəyərində 585 əyarlı 10,12 qram çəkidə kişi üçün qızıl bilərzik, bir ədəd 545 manat dəyərində 585 əyarlı 5,7 qram çəkidə pandora qızıl bilərzik, bir ədəd 270 manat dəyərində 585 əyarlı2,71 qram çəkidə alyans qızıl üzük, ümumi dəyəri 560 manat olan 585 əyarlı 3,28 qram çəkidə bir cüt pandora qızıl sırğa və bir ədəd 585 əyarlı 2,52 qram çəkidə pandora qızıl üzük, bir ədəd 2024 manat dəyərində 585 əyarlı 21,27 qram çəkidə lazer işləməli taxma qızıl bilərzik, bir ədəd 1182 manat dəyərində 585 əyarlı 12,43 qram çəkidə taxma qızıl bilərzik, bir ədəd 1780 manat dəyərində 585 əyarlı 18,7 qram çəkidə yastıfason qızıl boyunbağı, bir ədəd 652 manat dəyərində 585 əyarlı 6,86 qram çəkidə yastıfason qızıl qolbaq, bir ədəd 820 manat dəyərində 585 əyarlı 8,63 qram çəkidə pandora qızıl boyunbağı, bir əd əd 335 manat dəyərində 585 əyarlı 3,51 qram çəkidə pandora qızıl bilərzik, 1610 manat dəyərində 585 əyarlı 16,92 qram çəkidə kulonlu pandora qızıl komplekt, bir ədəd 435 manat dəyərində 585 əyarlı 4,55 qram çəkidə pandora qızıl sepli sırğa, bir ədəd 2720 manat dəyərində 585 əyarlı 28,37 qram çəkidə tiffani qızıl boyunbağı, bir ədəd 720 manat dəyərində 585 əyarlı 7,36 qram çəkidə tiffani qızıl qolbaq, bir ədəd 300 manat dəyərində 585 əyarlı 2,8 qram çəkidə tiffani qızıl üzük, bir ədəd 620 manat dəyərində 585 əyarlı 6,46 qram çəkidə rəngli pandora bilərzik, bir ədəd 215 manat dəyərində 585 əyarlı 2,2 qram çəkidə üzərinə “Allah” sözü yazılan qızıl üzük olmaqla, ümumilikdə 25.423 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. X2 bir neçə ay ona hissə-hissə olmaqla yəni, 470 manat, 800 manat, 400 manat, 450 manat, 665 manat, 200 manat, 70 manat, 850 manat, 950 manat, 920 manat olmaqla, ümumilikdə 5.775 manat pul ödəmişdir. Lakin, sonradan o, qalan 19.648 manat pulunu geri qaytarmamışdır. X2dən dəfələrlə pulunu tələb etsə də, sonuncu ona hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu geri qaytarmaqdan imtina etmişdir. Sonradan o, yəni Zərərçəkmiş şəxs maraqlandıqda ona məlum olmuşdur ki, X2 ondan götürdüyü ümumilikdə 265.62 qram çəkidə qızıl-zinət əşyalarından və bir ədəd qızıl qabından bir hissəsini aparıb Binəqədi rayonu ərazisində yerləşən “Milli Lombard” adlanan lombarda girov qoymuş bunun əvəzində 10650 manat məbləğində pul götürmüş və lombarda girov qoyulan qızılların faizlərini də ödəməmişdir. Buna görə, o, 29 mart 2022-ci il tarixdə rəfiqəsi Xdan 14.000 manat borc pul alı b həmin lombarda getmiş və lombarda faizlərlə birlikdə 13770 manat pul ödəyib 211 qram çəkidə qızıl zinət əşyalarını götürüb girov biletlərinin surətini almışdır. Zərərçəkmiş şəxs həmçinin qeyd etmişdir ki, X2 onun etibarından sui-istifadə edərək, yuxarıda adlarını qeyd etdiyi qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ondan götürüb ələ keçirmiş, bir hissəsini lombarda girov qoyub pul götürmüş, bir hissəsini isə, yəni, 54.62 qram çəkidə qızıllarını hara etdiyini bilmir. Həmçinin o, lombardan qızıllarının bir hissəsini götürmək üçün Xdan aldığı borcu qaytarmaq məqsədilə “Turanbank”dan kredit götürmüş və Xın pulunu qaytarmışdır. X2 ondan qızıl-zinət əşyalarını götürdükdən sonra onun qayınanası X, bacıları X, Y, Z, baldızı Şahid1, həyat yoldaşı X ona zamin durmuşlar ki, X2 pulu ödəməsə, onlar da qızılların pulunu ödəyəcəklər. X2 və adlarını qeyd etdiyi qohumları onun pulunu qaytarmadıqları üçün məcbur olub şikayət etmişdir. Daha sonra X2 və yaxın qohumları tərəfindən ona hissə-hissə olmaqla, yəni 1380 manat, 500 manat, 2000 manat, 2000 manat, 500 manat, 500 manat, 500 manat, 500 manat olmaqla, ümumilikdə 7880 manat məbləğində pulu qaytarmış, qızılların dəyəirinin qalan hisəssi və həmin əşyaların bir qismi isə ona qaytarılmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, X2 ondan qızılzinət əşyalarını hansı məqsədlə götürdüyünü, habelə onları lombarda girov kimi qoyub pul götürəcəyini ona əvvəlcədən bildirməmiş, ona həmin qızılların dəyəri olaraq isə ona əvvəl 5775 manat, sonra isə 7880 manat məbləğində pul ödənilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, X2un ifadələri ilə üst üstə düşən ifadələri həmçinin ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş şahidlər Şahid3, Şahid3 və Şahid1 qızı da vermiş, ibtidai araşdırma orqanının tərtib etdiyi ittiham aktına əsasən məhz həmin şahidlərin məhkəməyə çağırılmaları nəzərdə tutulmuşdur), həmin şəxslər də hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, X2 özündə və arvadında olan talassemiya xəstəliyindən müalicə olunması üçün pul lazım olduğundan onlar bunun üçün əvvəllər də tanıdıqları və qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olan Zərərçəkmiş şəxs müraciət etmiş və X2 dəyərini hissə-hissə ödəmək şərti ilə ondan müəyyən məbləğdə qızıl götürmüşdür. İlk dövrlərdə bu qızılların dəyəri Zərərçəkmiş şəxs ödənilsə də, sonradan həm X2, həm də onlar mad di çətinliklərlə əlaqədar ödənişlər edə bilməmiş, buna görə də sonuncunun Zərərçəkmiş şəxs borcu yaranmışdır. Həm bəraət almış X2un, həm iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs, həm də adları göstərilən şahidlərin ifadələrindən görünən odur ki, X2, deməsinə görə, özünün və arvadının talassemiya xəstəliyindən müalicə olunmalarını təmin etmək məqsədi ilə pula ehtiyacı olması səbəbindən müəyyən məbləğdə pul əldə etmək üçün əvvəllər də işguzar münasibətlərdə olduğu Zərərçəkmiş şəxs müraciət etmiş, bununla bağlı sonuncudan nisyə şəkildə qızıl-zinət əşyaları götürüb onların dəyərini hissə-hissə ödəməsi barədə onunla şifahi razılıq əldə etmiş, bu razılığa əsasən götürdüyü qızıl-zinət əşyalarını əvəzsiz olaraq ələ keçirmək niyyəti izləməyərək ilk dövrlərdə götürdüyü həmin əşyalar ın dəyərinin bir hissəsini (5775 manat məbləğində pulu) ödəsə də (bunu Zərərçəkmiş şəxs özü də təsdiq etmişdir), sonradan maddi imkansızlığı səbəbindən ödənişlər edə bilməmiş, bu səbəbdən onun Zərərçəkmiş şəxs borcu yaranmış, lakin buna baxmayaraq sonuncu hüquq-mühfizə orqanlarına şikayət etdikdən sonra ona əlavə olaraq 7880 manat məbləğində pul ödənilmiş, bununla belə X2un Zərərçəkmiş şəxs yenə də borcu qalmışdır (ittiham aktında, zərər çəkmiş şəxsə dəymiş ziyanın məbləğinin 25.423 manat, ödənilmiş pulun məbləğinin isə 13.655 manat olması göstərilsə də zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinə əsasən ona ümumilikdə 13.575 manat məbləğində pul ödənilmişdir). Araşdırılmış sübutlarla təsdiq olunan işin bu faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, X2la Zərərçəkmiş şəx s arasında şifahi olsa da bağlanmış müqavilə (qızıl-zinət əşyalarının borc olaraq nisyə götürülməsi və onların dəyərinin hissə-hissə ödənilməsi barədə) X2un yuxarıda göstərilən hərəkətləri edərkən onun Zərərçəkmiş şəxs məxsus əmlakı əvəzsiz olaraq, onu aldatmaqla və ya etibarından sui-istifadə etməklə ələ keçirməsi müəyyən edilməmiş, bu isə yuxarıda təsvir olunmuş ifadələrlə yanaşı obyektiv olaraq X2un hələ cinayət işi başlanana qədər götürdüyü qızılzinət əşyalarının dəyərini qismən də olsa ödəməsi halı ilə təsdiq olunur, kassasiya protestində mübahisələndirilsə də, belə olan halda onun ittihamda göstərilən qızıl-zinət əşyalarını nisyə götürərək onların dəyərini hissə-hissə ödəməli olması barədə Zərərçəkmiş şəxs ilə əldə etdiyi şifahi razılığı onların arasında bağlanmış borc müqaviləsi və bu müqavilədən irəli gələn öhdəlikləri tam olaraq icra etməməsi kimi dəyərləndirir, bu hallar isə onun cinayət məsuliyyətinə cəlb edilməsini istisna edir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası işin müəyyən edilmiş halları ilə yanaşı mülki və cinayət qanunvericiliklərinin, habelə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin aşağıdakı tələblərindən və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edir. Belə ki, Azərbaycan Respubliikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllnin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olması və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri kimi hüquqi şəxsin iştirak etməsi hallarında həmin müqavilənin yazılı formada bağlanılması tələb olunsa da, iş materialları üzrə toplanmış sübutlara əsasən X8 göstərilən məbləğdən (üç min manatdan) artıq dəyəri olan qızıl-zinət əşyalarını nisyə, yəni borc olaraq verərkən özü yazılı müqavilənin bağlanmasını zəruri hesab etməmiş və verdiyi həmin əşyaların dəyərinin qaytarılması barədə sonuncu ilə razılıq əldə etməklə faktiki olaraq onunla məhz borc müqaviləsi bağlamış, sonuncu isə bu müqavilənin şərtlərini tam yerinə yetirməsə də cinayət təqibinin bütün mərhələlərində öz borcunu etiraf etmişdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda göstərilən müqavilə üzrə Zərərçəkmiş şəxs və X2 arasında mübahisənin də cinayət mühakimə deyil, mülki mühakimə icraatı qaydasında həll edilməsi üçün əsaslar yaranmışdır. Təsadüfi deyil ki, ilk olaraq ibtidai araşdırma orqanı da bu nəticəyə gəlmiş və həmin orqanın 1 fevral 2023-cü il tarixdə qəbul etdiyi, lakin sonradan 6 aprel 2023-cü il tarixdə ləğv olunmuş qərarla X2un əməlində cinayət tərkibinin olmaması əsası ilə, yəni CPM-in 39.1.2-ci maddəsinə əsasən onun barəsindəki cinayət işinin icraatına xitam verilmiş və həmin qərarda da sonuncu ilə Zərərçəkmiş şəxs arasın da olan mübahisənin borc müqaviləsindən irəli gəlməsi, bu mübahisənin isə mülki mühakimə icraatı qaydasında həll edilməli olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçi rilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq CM-in 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan və ya etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz hə min üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi və ya onun dəyərinin bir hissəsi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Təhlil olunan məsələyə dair eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlə r üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-in İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əm lakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquq i faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törəd ildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə z ərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 24 dekabr 2002-ci il tarixli 404İİKQ nömrəli Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 11-ci maddəsində və “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsində təsbit edilmişdir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun adı çəkilən 11 iyun 2015ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Kassasiya protestində X2un Zərərçəkmiş şəxsdan qızıl-zinət əşyalarını özünün və arvadının talassemiya xəstəliyindən müalicə olunmaları məqsədi ilə pul əldə etmək üçün götürməsinin sübuta yetirilməməsi iddia olunaraq bununla bağlı talamessiya xəstəliyinin daşıycılarına heç bir müalicənin tətbiq edilməməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Pnevmatologiya və transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin 20 may 2023-cü il tarixli 3-28-5/2-823/2023 saylı məktubuna istinad edilsə də, məhkəmə kollegiyası dövlət ittihamıçısı M.İ.Vəliyevin öz müraciətində əsaslandığı digər dəlillərlə yanaşı bu məsələ üzrə də dəlilini qəbul edilməz sayır ona görə ki, əvvəla X2un həqiqətən talassemiya xəstəl iyinin daşıyıcısı olması elə göstərilən məktuba əlavə olunmuş analizlərin nəticələri barədə arayışla təsdiq olunur, sonuncu isə cinayət təqibinin bütün mərhələlərində təkidlə özünün və arvadının müvafiq üsullar vasitəsilə əvvəllər də bu xəstəlikdən müalicə olunmasını, Zərərçəkmiş şəxs da qızıl-zinət əşyalarını bu müalicəni təmin etmək məqsədilə pul əldə etmək üçün götürdüyünü bildirmiş, bunun əksini, yəni X2un başqa məqsədlər üçün həmin əşyaları götürməsi, onları lombarda qoyaraq əldə etdiyi pul vəsaitini başqa istiqamətlərdə xərcləməsi toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş, belə sübutları işə məhkəmələrdə baxılarkən dövlət ittihamçıları da, o cümlədən kassasiya protestinin müəllifi məhkəmələrə təqdim etməmiş, məhkəmələr belə sübutları araşdırmamış, onların araşdırılmasınd an imtina etməmişlər. Hərçənd, təsvir edilən dəlil hökmdən verilmiş apellyasiya protestində də əks olunmuş, lakin həmin protestə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 20 dekabr 2023-cü il tarixdə keçirilmiş ilkin baxış iclasında dövlət ittihamını müdafiə etmiş prokuror tərəfindən həmin müraciətlərə əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan baxılmasının mümkünlüyü barədə rəy verilmiş, məhkəmə baxışı iclasında da iştirak etmiş digər dövlət ittihamçısı məhkəməyə hər hansı əlavə sübut təqdim etməmişdir. Cinayət işinin materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gələrkən yalnız ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdı rılmış sübutlara əsaslanmış, həmin məhkəmənin məhkəmə baxışı iclasında isə cinayət prosesinin iştirakçıları, o cümlədən dövlət ittihamçısı həmin sübutların yolverilməz olmasını iddia etməmiş və onların sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırmamışlar. Odur ki, məhkəmə kollegiyası məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsi barədə də kassasiya parotestinin dəlilləri ilə razılaşmayaraq ümumilikdə həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmələr cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq X2un, Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid2, Şahid1 ifadələrini və iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış digər sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, X2un dələduzluq cinayəti törətməməsi, yəni onun əməlində bu cinayətin tərkib əlamətlərinin olmaması barədə düzgün nəticəyə gəlmişlər və məhkəmə kollegiyası da həmin sübutlara, qanunvericiliyin yuxarıda təsvir edilmiş tələblərinə, cinayət qanunu normasına verdiyi təfsirə, Ali Məhkəmənin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında və beynəlxalq təşkilatların qəbul etdikləri, Azərbaycan Respublikasının isə qoşulduğu müqavilələrdə ifadə olunmuş hüquqi mövqeyə əsaslanaraq həmin nəticə ilə razılaşır. CPM-in 42.1.2-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayəti tərkibinin olması müəyyən edilmədikdə məhkəmə tərəfindən ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən b əraət hökmü çıxarılır. Buna görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi onun tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini şərtləndirən və CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol vermədiyindən, X2un barəsindəki həmin qərar məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq həmin sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyindən, məhkəmənin müəyyən etdiyi hallar isə onun tədqiq və təhlil etdiyi sübutlara uyğun olduğundan 19 yanvar 2024-cü il tarixli qərar ləğv oluna bilməz. Bu baxımdan məhkəmə kollegiyası bir daha kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edib həmin protestin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxar ıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X2 CM-in 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. X2 CM-in 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2024-cü il tarixli qərarı d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar