Məhkəmə qərarları › İş №1(102)-1273/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1273/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1273/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X9 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X9 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(106)-131/2025 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X10 xx.xx.1988-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tari xli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Hacıqabul şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. Bəraət almış şəxs X7 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,245 qram narkotik vasitə olan heroini əldə edib daşımış, üzərində saxlamış, 30 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əmə liyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri Füzuli küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli uzunqol köynəyin sağ döş cibindən ümumi təmiz çəkisi 0,245 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

3. Hacıqabul Rayon Məhkəməsinin (sədrlik edən hakim: X12) 4 noyabr 2024-cü il tarixli, 1(071)-33/2024 nömrəli hökmü ilə X6 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi, X6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hö kmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilərək X6 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən), X5 və X3 ibarət məhkəmə tərkibində) 23 yanvar 2025-ci il tarixli, 1(106)131/2025 nömrəli qərarı ilə X7 CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli, 1(071)-33/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin təmin edilməməsi qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından döv lət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına, birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticəyə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi X7 CM-in 234.1-ci maddəsi ilə bəraət verərkən yalnız təqsirləndirilən şəxs İsmayıl Qarayevin məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifad ələrinə, həmçinin prosessual normaların pozulmasına, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya X6 təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Belə ki, işin hallarından göründüyü kimi, X6 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,245 qram çəkidə narkotik vasitə olan heroini ə ldə edib üzərində saxlayaraq daşıması, Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul şəhəri Füzuli küçəsində saxlanılması və üzrərinə keçirilən şəxsi axtarış zamanı qeyd olunan çəkidə narkotik vasitə heroinin ondan aşkar olunaraq götürülməsi iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə İsmayıl Qarayevin qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımasının mötəbər sübutlarla təsdiqini tapmaması qənaətinə gəlməklə X7 CM-in 234.1-ci maddəsi ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsin in bu mülahizəsini əsaslı saymışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs İsmayıl Qarayevin məhkəmədə verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib X8 cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur.

8. Bununla yanaşı, məhkəmələr tərəfindən hal şahidlərinin şəxsi axtarış və baxış keçirilməsində iştirakının mütəmadi xarakter daşıması ilə bağlı olan məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq qərarında qiymət verilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 115.4-cü maddəsinin tələbinə və mənasına görə, bu vəziyyətin müəyyən edilməsi heç də bütün hallarda həmin hal şahidlərinin iştirakı ilə aparılmış əməliyyat-axtarış tədbirlərinin və ya istintaq hərəkətlərinin etibarsız hesab edilməsinə səbəb olmur (CPM-in 115.4-cü maddəsinin tələbi imperativ xarakter daşımır). Məhkəmə kollegiyasının qənaətinə görə, əvvəllər də cinayət prosesində dəfələrlə hal şahidi qismində iştirak etmiş şəxsin növbəti dəfə başqa iş üzrə cinayət təqibinin aparılması zamanı hal şahidi qismində cəlb edildikləri əməliyyat-axtarış tədbirinin və ya istintaq hərəkətin etibarsız hesab edilib-edilməməsi üçün belə halın digər sübutlarla birgə və onlarla müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi, həmin şəxslərin işin nəticələrində maraqlı olub-olmamalarının aydınlaşdırılması tələb olunur, digər tərəfdən isə onların aparılmasında hal şahidi qismində iştir ak etdikləri tədbirin və ya hərəkətin qanuna uyğun olub-olmaması da yoxlanılmalıdır”.

9. Dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq İsmayıl Qarayevə CM-in 234.1-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.

10. Bununla da, kassasiya protestinin müəllifi məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını, yalnız təqsirləndirilən şəxsin ifadəsinin əsas götürülməklə barəsində bəraətverici hökm çıxarılmasını qeyd edərək, kassasiya protestində göstərilənləri CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(106)131/2025 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

11. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

12. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyə n edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X10 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellya siya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(106)-131/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

20. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

21. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş v ə apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 0,245 qram narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, X6 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsə digər qəddar davranışların tətbiqi yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan X7 CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi qanuni və əsaslı olmuşdur.

23. Hacıqabul Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı əsaslarla çıxış etmişlər.

24. Belə ki, bəraət almış şəxs X10 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxındır narkotik vasitələrdən istifadə edir. Əsasən heroin qəbul edir. 29 sentyabr 2023-cü il tarixdə yaşadığı evdə olarkən onunla birlikdə yaşayan bacısı Şahid4 ilə aralarında münaqişə yaranmış və sonuncu Daxili İşlər Nazirliyinin 102 xidmətinə özünə məxsus mobil telefonla zəng edərək onun evdə narkotik vasitələr qəbul etməsi və ölümlə hədələməsi barədə məlumat vermişdir. 29 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində evdə olarkən Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 onun yaşadığı evə gələrək bacısı G.X16 Nazirliyinin 102 xidmətinə zəng etməsi ilə bağlı ərizə almışdır. Bundan sonra həmin evə Hacıqabul RPŞ-nin digər əməkdaşları Şahid3 və Şahid2 gəlmişlər. Polis əməkdaşları onu Hacıqabul RPŞ-nin inzibati binasına aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu 6 saat polis şöbəsində saxlayaraq üzərində narkotik vasitə gəzdirməsini etiraf etməyəcəyi təqdirdə onu döyəcəkləri ilə hədə-qorxu gəlmişlər. O, polis əməkdaşları ilə razılaşmamış və üzərində narkotik vasitə olmasını etiraf etməyəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu döymüş və içərisində narkotik vasitə olan bükülünü məcburi şəkildə onun əynində olan boz rəngli uzunqol köynəyin cibinə qoymuşlar. Sonra polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən o, baxışın keçirilməsinə etirazını bildirərək yerə oturmuş və üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Baxışın sonunda protokol tərtib edilmiş, o, həmin protokolu imzalamaqdan imtina etmişdir. Polis şöbəsində döyülməsi ilə əlaqədar prokurorluğa və məhkəməyə müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun məhkəmə zalından dərhal azad edilməsi qət edilmişdir. Lakin məhkəmənin qərarına baxmayaraq, o, bundan sonra 4 gün ərzində qanunsuz olaraq Hacıqabul RPŞ-də saxlanılmış və ona məlum olmayan inzibati məsuliyyətə cəlb edilərək 50 AZN cərimə edildikdən sonra azad edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq İsmayıl Q arayev bildirdi ki, polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik vasitə olmamış, polis şöbəsində olarkən ona fiziki təzyiqlər göstərilmiş və iradəsinə zidd olaraq içərisində narkotik vasitə olan bükülü əynindəki boz rəngli uzunqol köynəyin cibinə qoyulmuşdur.

25. X6 ibtida istintaq zamanı “etirafedici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri onun məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.

26. Məhkəmələrin X6 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.

27. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

28. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X10 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır.

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ittiham tərəfi təqsir ləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, ittihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermədiyindən, bu sübutların şübhəli və ziddiyyətli olması, ittiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən iş üzrə əsas sübut olan X6 üzərinə baxış keçirilməsi zamanı videoçəkiliş aparılmaması, hal şahidlərinin iştirakı ilə onun üzərindən aşkar edilmiş narkotik vasitənin olması ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

30. Məhkəm kollegiyası eyni zamanda dövlət ittihamçısının kassasiya protestində göstə rdiyi “məhkəmələrin təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi ifadələrini, şəxsi axtarış və götürmə protokolunu hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar istər birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı, istərsə də apellyasiya instansiya məhkəməsində araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinmişdir.

31. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, X7 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən yeganə sübut şəxsi axtarışın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokol olmuşdur. Həmin protokoldan görünür ki, X6 üzərində axtarış keçirilərkən onun əynində olan boz rəngli uzunqol köynəyin sağ döş cibindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İs mayıl Qarayevin üzərində axtarış hal şahidlərinin iştirakı ilə keçirilmiş, şəxsi axtarışın hansı səbəbdən videoçəkiliş aparılmadan keçirilməsinin səbəbləri cinayət işinin materiallarından görünmür. Təqsirləndirilən şəxs isə məhkəmə iclasında üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona verildiyini, lakin buna etiraz etdiyini, bu səbəbdən şəxsi axtarışın videoçəkiliş aparılmadan keçirildiyini bildirmişdir.

32. Həmçinin, kassasiya kollegiyası qeyd edir ki, protestin dəlilləri qismində hal şahidlərinin iştirakının mütəmadi xarakter daşımasına qiymət verilməsi ilə bağlı istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdıran 17 noyabr 2021-ci il tarixli qərarından da göründüyü kimi, kassasiya kollegiyası ha l şahidlərinin cinayət prosesində iştirakının mütəmadi xarakter daşımasının heç də bütün hallarda həmin hal şahidlərinin iştirakı ilə aparılmış əməliyyat-axtarış tədbirlərinin və ya istintaq hərəkətlərinin etibarsız hesab edilməsinə səbəb olmaması qənaətinə gəlmişdir. Hazırki cinayət işinin faktiki hallarından da göründüyü kimi, məhkəmələr hal şahidlərinin yalnız mütəmadi xarakterli iştiraklarına deyil, onların iştirakı ilə aparılan əməliyyat-axtarış tədbirinin keçirilməsinin prosessual qanunvericiliyin tələblərinə və cinayət işi materiallarında olan digər sübutların qarşılıqlı təhqiqi nəticəsində qanunsuz olmasına dair qənaətə gəlmişdir.

33. Məhkəmələr cinayət işi materiallarında olan sübutların əlaqəli təhlili nəticəsində belə qənaətə gəlmişlər ki, X6 üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi ilə bağlı əməliyyat-axtarış tədbiri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, həmin tədbirin qanuniliyi məhkəmə tərəfindən yoxlanılmamışdır. Həmçinin şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu, hal şahidlərinin iştirakının mütəmadiliyi və onların cinayət prosesində şəxsi maraqlarının olması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, X1 məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama cinayətini törətməsi sübuta yetirilmir.

34. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə nəzər yetirdikdə müəyyə n edilir ki, həmin dəlillər birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticələri təkzib etməməklə, bəraət almış şəxsə qarşı irəli sürülmüş ittihamı təsdiq edəcək hər hansı mötəbər sübuta istinad edilməməklə, yalnız şəxsə qarşı ittihamla irəli sürülmüş və birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qərarlarında təhqiq edilib şəxsin təqsirinin sübuta yetirilməsini təkzib edən sübutların təkrarən (apellyasiya protestinin dəlilləri ilə eynilik təşkil etməklə) sadalanması ilə kifayətlənilmişdir.

35. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəb ərliyi müəyyənləşdirlir”.

36. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar.

37. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şü bhəli şəxsin) xeyrinə həll edilməlidir.

38. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).

39. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmad ıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

40. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

41. Əməliyyat-axtarış tədbiri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparıldığı, həmin tədbirin qanuniliyi məhkəmə tərəfindən yoxlanılmadığı, həmçinin şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu, hal şahidlərinin iştirakının mütəmadiliyi və onların cinayət prosesində şəxsi maraqlarının olmasının müəyyən edildiyi vəziyyətdə birinci instansiya məhkəməsinin İsmayıl Qarayevə Cinayət Məcəl ləsinin 234.1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.

42. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilmə si üçün əsasların olmadığını göstərir.

43. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X4 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(106)-131/2025 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(106)-131/2025 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar