Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1274/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Qənbərov Əziz Həbib oğlunun iştirakları ilə 06 avqust 1994-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Şərəfli kəndində yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Qənbərov Əziz Həbib oğlu, zərərçəkmiş şəxsin nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov ( sədrlik edən), F.N.Mahmodovov və X.H.Səmədovov) Məhkum – Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 29 may 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ç.B.Məmmədov) Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmX4, təqsirləndirilən şəxs Məhkum müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilmiş və Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməklə ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Hökmə əsasən, təqsirləndirilən şəxs Məhkum 29 may 2020-ci il tarixdə saat 16:00 radələrində Bərdə rayonunun Şərəfli kəndində yerləşən fermada qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs yaxın qohumu olan oğlu Şahid7 yanında xüsusi əzab verməklə qarın nahiyəsindən ön hissəsindən bir dəfə və sol nahiyəsindən iki dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs qarının sol ön divarından daxilə keçən bir ədəd, sol yan divarından daxilə keçməyən iki ədəd kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, Məhkum qohumu Zərərçəkmiş şəxs şəxsi münas ibətlər zəminində oğlu Şahid7 gözü qarşısında bıçaqla vurub ağır zərər vurmaya aid xəsarətlər yetirməsi cinayət işinin materialları ilə tam sübuta yetirildiyi halda, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq onun əməlini CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum CM-in 36.1-ci maddəsini tətbiq etməklə barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi, habelə Zərərçəkmiş şəxs və onun oğlu Şahid7 CM-in 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün qərar qəbul edilib aidiyyəti üzrə göndərilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, ap elyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, nəticədə Məhkum əməlinə düzgün hüquqi qiymət verilmX4dir. Belə ki, hadisə zamanı Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs və oğlu X2tərəfindən döyülmüşdür. Məhkum hadisə yerində hərəkətləri zəruri müdafiə həddində olmuş, zərərçəkmişin aqressiyasının həddinə adekvat olaraq özünün həyatının təhlükədə olmasını zənn edərək həyatını müdafiə etmək üçün bıçaqdan istifadə etmək məcburiyyətində qalmışdır. Müdafiəçi hesab edir ki, Məhkum iş üzrə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirilməsində ifadə olunan hərəkətləri zəruri müdafiə həddində törədilmişdir. Ona görə də Məhkum barəsində verilmiş ittiham üzrə bəraət verilməlidir. Həmçinin, şikayətdə qeyd edilir ki, Zərərçəkmiş şəxs və onun oğlu Şahid7 hərəkətl ərində xuliqanlıq cinayətinin tərkibi vardır onların barəsində CM-in 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün qərar qəbul edilərək aidiyyəti üzrə göndərilməlidir. Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.2.6-cı maddəsi ilə tövsif edilməklə barəsində daha ağır cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində oğlu Şahid7 yanında bıçaqla vurub xüsusi amansızlıqla ağır bədən xəsarəti yetirməsinə baxmayaraq apellyasiya məhkəməsi əsassız olaraq onun əməlini CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. İş kassasiya instansiya məhkə məsində baxılanadək Zərərçəkmiş şəxs ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin ərizəsini, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizənin nəzərə alınması, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi Ə.Qənbərovun, zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizənin nəzərə alınması, məhkumun müdafiəçisi tərəfindən verilmiş ka ssasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin isə təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəll ənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin zərərçəkmiş şəxs tərəfindən geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxar ılmaqla geri qaytarılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumun əməlinin tövsifi mübahisələndirilir və hesab edilir ki, təqsirləndirilən şəxs Məhkum hərəkətində Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsinin tərkibi olduğu halda, apellyasiya instansiyası məhkəməsi onun hərəkətini CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində: Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin p eşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikasının CM-in 126.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdəaltı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq kassasiya protestinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün cinayət qanunu no rmalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrə müraciət etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasın a səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanu nunu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarın 8-ci bəndində qeyd edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, h əm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi ə zab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarını hazırkı işin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması mübahisələndirilmədiyindən bununla əlaqədar sübutların şərh edilməsini məhkəmə kollegiyası zəruri hesab etmir. Apellyasiya instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “- müstəntiq tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Əsəd oğlunun və oğlu X2in əməlində İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Gö ründüyü kimi həm zərərçəkmiş Zərərçəkmiş şəxs, həm də oğlu Şahid7 hadisənin bilavasitə iştirakçıları olmuşlar, inzibati xəta olmuş olsa belə, ilk hüquqa zidd hərəkətləri də məhz onlar törətmişlər. Təqsirləndirilən şəxsin adekvat reaksiyası isə özünü cinayət şəklində büruzə vermişdir. Kollegiyanın qənaətinə görə hüquqpozmanın qarşı tərəfi kimi çıxış edən şəxsə qarşı edilən digər hüquqazidd hərəkət xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi bütün ifadələrdən, hətta birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi ifadələrində o qeyd etmişdir ki, Məhkum ona bıçaq zərbəsi vurduğunu bilavasitə görmX4dir, o, yalnız qarın boşluğunda isti nəyinsə olduğunu hiss etmiş, daha sonra qarın nahiyəsinə bax mış və bıçaqlandığını düşünmüşdür. Kollegiyanın qənaətinə görə belə halda zərərçəkmişə xüsusi əzab, iztirab verilməsindən də söhbət gedə bilməz. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ona qarşı edilmiş hüquqazidd hərəkətlərə cavab vermək məqsədi güdmüş, bıçaqdan istifadə etməklə cinayət törətmiş, lakin onun zərərçəkmişə əzab, yaxın qohumuna isə iztirab vermək niyyəti, habelə cinayətin ani törədilməsi və qısa zaman kəsiyində baş verməsi fonunda buna imkanı da olmamışdır. Ona görə də kollegiya hesab edir ki, təqsirkarın əməli “xüsusi amansızlıq” əlaməti üzrə düzgün tövsif edilmX4dir. Məhkəmə bu hissədə əsassız nəticəyə gəlmişdir.” Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi ü zrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanunun normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apelyasiya məhkəməsi hesab etmişdir ki, Zərərçəkmiş şəxs Məhkum ona bıçaq zərbəsi vurduğunu bilavasitə görməməsi barədə verdiyi ifadə təqsirləndirilən şəxsin xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərərvurma cinayəti törətməsi kimi qiymətləndirilməməsi üçün əsas verir, çünki belə halda zərərçəkmişə xüsusi əzab, iztirab verilməsindən də söhbət gedə bilməz. Halbuki, qanunun mənasına görə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə onun yaxın adamlarının yanında qəsdən sağlamlığa ağır zərərvurma cinayəti törətməsi zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin özünə d eyil, onun yaxın adamlarına xüsusi əzab verdiyini dərk edib-etməməsi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs göstərmişdir ki, Bərdə rayonunun Şərəfli kəndində yerləşən ferması vardır, həmin fermada saxlaması üçün məhkum it almışdır. 27 may 2020-ci il tarixdə itin fermada olmadığını görmüşdür. Bundan sonra oğlu X2 iti axtarmağa başlamış və 28 may 2020-ci il tarixdə oğlu X2 ona zəng edərək həmin itin Ağdam rayonunun «Dördyol» qəsəbəsində yaşayan adlı şəxsdə olduğunu bildirmişdir. X3isə həmin iti Məhkum adlı şəxsdən aldığını bildirmişdir. Həmin iti Məhkumın aparmasını biləndən sonra Məhkumın əmisi ə zəng edərək Məhkumın X2ə məxsus iti aparıb Ağdam rayonu, «Dördyol» qəsəbəsində satmasını demiş, X4 isə Məhkumdan bezdiyini, Məhkumın onu eşitmədiyini, buna görə də xə calət çəkdiyini, utandığı üçün bir söz deyə bilməyəcəyini bildirmişdir. Həmin gün axşam həmkəndliləri nin oğlu X6 oğlu X2ə zəng edərək Məhkumla işinin olmasını demişdir. Bundan sonra o, X5 ilə danışıb X6in bu işə nə üçün qarışdığım, X5 isə ona 5 dəqiqə sonra oğlu ilə danışdıqdan sonra zəng edəcəyini demişdir. Bir neçə dəqiqə keçəndən sonra X5 ona zəng edərək oğlu X6in X2ə zəng etdiyini təsdiqlX4 və Məhkumın X6in yanına gəlməsini, kömək istəməsini bildirmişdir. 29 may 2020-ci il tarixdə saat 13 radələrində o, Məhkumın əmisi X4ə zəng edib Məhkumla görüşüb bu işləri qurtarmasını, əvvəl atının, sonra isə həmin itini oğurlamasını bildirmişdir. Həmin gün günortadan sonra ona məxsus fermada görüşməklərini bildirmişdir. Təxminən saat 16 radələrində X4lə ona məxsus fermanın yaxınlığında görüşmüş, X 4lə söhbət edən zaman Məhkumı fermaya çağırmasını demişdir. Həmin vaxt X4 qardaşı X7in mobil nömrəsinə zəng edərək Məhkumı həmin fermaya gətirməsini bildirmişdir. Bundan sonra o, X4lə birlikdə ona məxsus fermaya gedən zaman oğlu X2ə arxasınca gəlməsini demiş, X7lə Məhkumın birlikdə ona məxsus avtomobilin arxasınca gəldiyini görmüşdür. Onlar fermada olan zaman Məhkumı yanına çağırmış, Məhkum da, onun yanına gəldikdən sonra Məhkuma ondan əl çəkməsini, hər dəfə gəlib bir şey oğurladığını, şərəfinin və şəxsiyyətinin olmasını bildirmişdir. Həmin vaxt Məhkum ona kobud cavab verərək «sənin mənimlə nə işin» sözünü və işlərinə qarışmamasını, işi ilə məşğul olmasını ona bildirmiş, əsəbləşib Məhkumın sifət nahiyəsindən bir sillə vurmuşdur. Məhkum isə onun ünvanına söyüş söyüb üzərinə gələn zaman oğlu X2araya girib Məhkumı itəlX4dir. X6 əl-bəyaxa olan zaman o, araya girib X2ə Məhkumı buraxmasını deyən zaman sol yan tərəfindən nəsə dəydiyini hiss etmiş, o, yumruq dəyməsini zənn etmiş, lakin sonradan bıçaqla Məhkumın onu vurmasını bilmişdir. Bundan sonra o, sürücüsü X8a təcili onu xəstəxanaya aparmasını bildirmişdir. Həmin vaxt o, oğlu X2ə arxasınca gəlməsini demişdir. Bərdə Mərkəzi rayon xəstəxanasına gedərək tibbi yardım almışdır. Şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, onlara məxsus Bərdə rayonunun Şərəfli kəndində yerləşən fermaları vardır, həmin fermada saxlaması üçün Məhkumdan it almışlar. 27 may 2020-ci il tarixdə saat 10 radələrində həmin fermada çoban işləyən Habil ona zəng edərək Məhkumın satdığı itin açılmasını bildirmişdir. Bundan so nra o, iti axtarmağa başlamış və 28 may 2020-ci il tarixdə oğlu X2ona zəng edərək həmin itin Ağdam rayonunun «Dördyol» qəsəbəsində yaşayan X3adlı şəxsdə olduğunu bildirmişdir. 29 may 2020-ci il tarixdə fermaya getmiş, orada atasının avtomobildən düşdüyünü, onun arxası ilə isə X4in avtomobil ilə gəldiyini görmüşdür. Həmin vaxt orada X4, X4in qardaşı X7 və X10 olmuşdur. Atası Məhkuma keçən dəfə atı oğurladığını, indi isə iti oğurlaması barədə iradını bildirmiş, Məhkum «nə deyirsən e mənlik deyil» sözlərini deyən zaman atası Məhkumın sifət nahiyəsindən bir dəfə sillə ilə vurmuş, Məhkum söyüş söyə-söyə X4ə məxsus avtomobilə tərəf getmiş, o isə Məhkuma söyüş söyməməsini bildirmişdir. Məhkum onun sinəsindən bir dəfə əli itəlX4, daha sonra X2bir dəfə yumruqla Məhkumın ağız nahiyəsindən vurmuş, on lar əlbəyaxa olan zaman Məhkumın boynundan tutaraq aşağı tərəf əymiş, həmin vaxt atası onlara tərəfə gələrək, aralaşdırmaq istəyən zaman Məhkum qəflətən bıçağı çıxardıb, atasına tərəf bir-neçə dəfə bıçaq atmışdır. Məhkumın atasından aralanmadığını və ona dalbadal bıçaq vurmasını görüb, Məhkumın sol gözündən bir dəfə yumruqla vurmuş, Məhkum isə arxaya tərəf gedərək yıxılmışdır. Məhkum yerdən qalxıb, əlində bıçaq onun üstünə gələn zaman Məhkumın əmisi X10 aralaşıdırıb avtomobilə tərəf aparmışdır. Atası isə qarın nahiyəsinə baxıb paltarının qarşı tərəfinin qanamasını görüb, xəstəxanaya aparmağını demişdir. Həmin vaxt Məhkumın vurduğu bıçağın atasına dəyməsini bilmişdir. Məhkum başı aşağı əyili vəziyyətdə atasına tərəfə qarın və sol yan tərəfindən bıçaqla vurulmasını görmüşdür. Məhkumın əlin də olan bıçaq mətbəx bıçağı olmuş, həmin bıçağı əlində tam tutduğu üçün əlamətlərini dəqiq görə bilmX4dir. Bundan sonra atasının sürücüsü X8 atasını avtomobilə mindirib xəstəxanaya aparmışdır. Bu hal, şahidlər Şahid4, Şahid1, Şahid3, Şahid5, Şahid2 və Şahid6 ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hüquqpozmanın qarşı tərəfi kimi çıxış edən şəxsə qarşı edilən digər hüquqazidd hərəkətin xüsusi amansızlıq kimi qiymətləndirilə bilməməsinə dair apelyasiya instansiya məhkəməsinin qanunvericiliyin tətbiqi ilə bağlı hüquqi mövqeyi də yanlışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs (və ya şəxslər) arasında olan münasibətlərin xarakteri, o cümlədən ona qarşı edilən hərəkətlərdə şəxslərin iştirak edib-etməməsi törədilmiş c inayətin motivini müəyyən edən hallardır. Əməlin xüsusi amansızlıqla törədilib-törədilməməsi müəyyən edilməsi zamanı isə Azərbaycan Respublikası Ali Məhkməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarın 8-ci bəndində qeyd edildiyi kimi, xüsusi amansızlıq anlayışına törədilmiş əməlin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı xüsusatlar aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instanisya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə tövsif edərkən, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Ona görə də dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya prote stinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilməlidir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əsassız olaraq məhkum edilməsi bildirilir və məhkum barəsində Azərbaycan Respublikası CM-in 36.1-ci maddəsi tətbiq etməklə ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Həmçinin, şikayətdə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs və digər şəxslərin istintaqa verdiyi ifadələrə düzgün qiymət verilərsə Zərərçəkmiş şəxs və oğlu Şahid7 CM-in 221.2.1ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən Xuliqanlıq) cinayət işi açılmalıdır. Kassasiya protestinin dəlillərinə münasibət bildirilərkən bununla bağlı geniş şərh verildiyindən, məhkəmə kollegiyası təkrar şərhə zərurət görməyərək hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və iş in apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.2 və 414-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxs nümayənd əsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən ləğv edilsin və iş Gəncə Apellyasiya Məhkəməsində məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1274/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1274/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver