Məhkəmə qərarları › İş №1(102)-1274/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1274/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1274/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-726/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1993-cü il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ər kivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır.

2. X2 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 147.2-ci maddəsinin tərkibinin mövcud olduğuna görə Məhkum həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Masallı Rayon Məhkəməsinin 1(050)-182/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsindən nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi hökm edilmiş, həmçinin maddi sübut və digər məsələlər həll edilmişdi r.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün qanunsuz və əsassız olduğuna görə ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətdə istinad edilən video müraciətin yayıldığı kütləvi informasiya vasitəsinin (Azel TV) Masallı rayonuna aidiyyatı yoxdur. Tik-Tok və digər sosial şəbəkələrdə çıxışını yayan Azel TV olmuşdur. Hesab edir ki, məhkəmə işin bütün hallarını araşdırmamışdır. Belə ki, 12 yanvar 2022-ci il tarixdə xüsusi ittihamçının göstərişi ilə onun avtomobili duracağa yerləşdirilmiş, ondan 100 manat pul alındıqdan sonra avtomobili buraxılmışdır. Onun özünün TikTok sosial şəbəkəsi olmasına baxmayaraq, müsahibəni ora yerl əşdirməmişdir. Onun müsahibəsi Azel TV tərəfindən Tik-tok sosial şəbəkəsində yayılmışdır. 2022-ci ilin yanvar ayında “Bayraq meydanı”nın yanında Masallı YPX-nin əməkdaşları onun avtomobili dayandırıb rəisləri x1in başqa mülki avtomobilində olduğunu və onun maşınını saxlatdırıb sənədlərini yoxlamaları barədə göstəriş verdiyini bildirmişlər. Bundan sonra sənədlərini onlara təqdim etmiş, yol patrul xidmətinin əməkdaşları sənədlərini yoxlayıb qaydasında olduğunu və gedə biləcəyini demişlər. Oradan uzaqlaşıb maşınına əyləşərkən polis əməkdaşları onu çağırıb rəisləri x1in onun maşınını duracağa yerləşdirmələri haqqında göstəriş verdiyini bildirmişlər. Bundan sonra polis əməkdaşları hər hansı protokol tərtib etmədən onun maşınını duracağa yerləşdirmişlər. Həmin gün o, avtomobilini duracaqdan çı xarmaq üçün x1in otağına girmək istəsə də, işçisi x2 adlı şəxs ona x1in 100 manat istədiyini, pulu verdikdən sonra maşını duracaqdan çıxara biləcəyini bildirmişdir. O da məcbur olub x2 adlı əməkdaşa 100 manat verib avtomobilini duracaqdan çıxartmışdır. 14 iyul 2022-ci il tarixdə yenə Masallı rayon YPX-nin əməkdaşları onun avtomobilini saxlatdırıb duracağa yerləşdirərək barəsində müvafiq protokol tərtib etmiş, daha sonra ondan 100 manat alaraq avtomobilini buraxmışlar. Sonuncu dəfə 15 iyul 2023-cü il tarixdə yenə əsassız olaraq onun avtomobilini saxlatdırıb duracağa yerləşdirərək barəsində müvafiq protokol tərtib etmişlər. Bütün bunlardan sonra o, məcbur olub Masallı rayon YPX-nin rəisi x1 barəsində rayon və Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi m üraciətlər etmiş, həmçinin Azel TV kanalında video müraciət etmişdir. Hesab edir ki, onun əməlində hər hansı cinayət yoxdur.

6. Hökmdən həmçinin xüsusi ittihamçı X2 apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, təqsirləndirilən şəxs Məhkum daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-726/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-182/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, Məhkum onları təkrarlamaqla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)726/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, onun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyə n edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr t ərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirinin sübuta yetirilmədiyinə görə ona həmin maddə ilə bəraət verilməsini xahiş etmiş, xahişini faktiki olaraq A zərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-726/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktla rına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında bu dəlillərə müvafiq cavablandırma verilmişdir.

20. Baxılan kassasiya şikayətində qaldırılan məsələlər üzrə məhkəmələrin gəldiyi yekun qənaət iş materi allarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

21. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsd iqi ilə kifayətlənmək mümkündür.

22. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

23. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəmə si haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

24. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-726/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-726/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar