Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1274/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum2, Məhkum1 və onun müdafiəçisi İmanzadə Nicat Ramiz oğlunun iştirakları ilə, Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.1 və 178.2.4-cü maddələri ilə, Məhkum2 isə CM-in 178.2.1, 178.2.4 və 320.1-ci maddələri təqsirli bilinib məhkum olunmalarına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarı ilə isə Məhkum2 CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair müddəaların hökmdən xaric edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum2, Məhkum1 müdafiəçisi N.R.İmanzadə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Vəliyev Adil Yaqub oğlu) Məhkum2, xx xxxx 1973-cü il tarixdə ƏliBayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ilə CM-in 60.1-ci maddəsinə əsasən cəzasının müddəti 6 (altı) il 6 (altı) ayadək endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, CM-in 178.2.1, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.1, 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 320.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, CMin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ilə Məhkum2 təyin olunmuş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası nın çəkilməmiş hissəsi olan 9 (doqquz) ay 29 (iyirmi doqquz) günü hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə məhkum olunmuş şəxsə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, və Məhkum1, xx xxxx 1976-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhərində yerləşən "NZS" firmasında sürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-in 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə yaşadığı ünvan 2 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmənin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün Məhkum1 münasibətdə icrasının onun yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilmiəsi qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi re jimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında Bakı şəhərində tanış olduğu Məhkum1 və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin l2 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 28, 206.3.1, 28, 206.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 11 ilə endirilmiş, Azərbaycan Respublik ası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək barədə razılığa gəlib, Zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən baxılaraq təyin olunmuş cəzasının 3-4 ilə kimi azaldılacağı barədə qrup üzvləri olan Məhkum1 və Təqsirləndirilən şəxs vasitəsilə yalan vəd verib aldatmış, bundan sonra Təqsirləndirilən şəxs onun və Məhkum1 xəbəri olmadan əvvəlcə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasında yaşayan oğlu Xin qohumu Şahid3 adına 2022-ci il in iyul ayının ortalarında bank vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 4255 manat dəyərində 2500 ABŞ dollarını Bakı şəhəri Səbail rayonu "Azneft" dairəsi yaxınlığında özü üçün almış, daha sonra o, istintaqla dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə hüquq verən Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini qanunsuz hazırlayıb, həmin saxta bildirişi Məhkum1 məxsus ***-***-**-** nömrəli mobil telefona göndərmiş, Məhkum1 saxta məhkəmə bildirişini çap edərək 6 saylı cəzaçəkmə müəssisəsinə gedib orada cəza çəkən Zərərçəkmiş şəxs göstərdikdən sonra, Xin şəxsiyyəti istintaqa məlum olmayan şəxslə göndərdiyi həmin dövrün məzənnəsi ilə 33.700 manat dəyəri ndə 19.800 ABŞ dollarını 2022-ci ilin noyabr ayının axırlarında saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Ukrayna dairəsi" adlanan ərazidə Təqsirləndirilən şəxs və Məhkum1 alaraq, həmin məbləğdən 10.180 manat pulu sonuncular öz arasında bölməklə, yerdə qalan 17.020 manat dəyərində 10.000 ABŞ dolları və 6.500 manat olmaqla, cəmi 23.520 manat məbləğində pulu Məhkum1 əvvəlcədən razılaşdıqları kimi ona vermiş, eləcə də, Məhkum1 Zərərçəkmiş şəxs cəzasının azaldılması məqsədilə sonuncunun qeyri-rəsmi nikah münasibətində olduğu Şahid1 2022-ci ilin dekabr ayının 16-da saat 12:53-də adına olan "Kapital Banka" məxsus **********318978 hesab nömrəsinə Salyan şəhərində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 445 manat, həmin gün saat 16 radələrində Ba kı şəhəri Xətai rayonu ərazisində, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının qarşısında 700 manat, xx.xx.2023-cü tarixdə saat 12:02:22-də Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 600 manat və xx.xx.2023-cü il tarixdə saat 11:32:19-da Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 555 manat olmaqla, cəmi 2300 manat pulu özü üçün almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 40.255 manat məbləğində xeyli miqdarda pul vəsaitini Təqsirləndirilən şəxs və Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, hüquq verən rəsmi sən ədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Məhkum1 ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs və Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 28, 206.3.1, 28, 206.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 11 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək barədə razılığa gəlib, Zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən baxılaraq təyin olunmuş cəzasının 3-4 ilə kimi azaldılacağı barədə yalan vəd verib aldatmış, bundan sonra Təqsirləndirilən şəxs onun və Məhkum2 xəbəri olmadan əvvəlcə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasında yaşayan oğlu Xin qohumu Şahid3 adına 2022-ci ilin iyul ayının ortalarında bank vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 4255 manat dəyərində 2500 ABŞ dollarını Ba kı şəhəri Səbail rayonu "Azneft" dairəsi yaxınlığında özü üçün almış, daha sonra Məhkum2 ona məxsus ***-***-**** nömrəli mobil telefonuna qanunsuz hazırlayıb göndərdiyi Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini çap edərək 6 saylı cəzaçəkmə müəssisəsinə gedib orada cəza çəkən Zərərçəkmiş şəxs göstərdikdən sonra, Xun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə onlara göndərdiyi həmin dövrün məzənnəsi ilə 33.700 manat dəyərində 19.800 ABŞ dollarını 2022-ci ilin noyabr ayının axırlarında saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Ukrayna dairəsi" adlanan ərazidə Təqsirləndirilən şəxslə birlikdə alaraq, həmin məbləğdən 17.020 manat dəyərində 10.00 0 ABŞ dolları və 6.500 manat olmaqla, cəmi 23.520 manat məbləğində pulu əvvəlcədən razılaşdıqları kimi Məhkum2 verib, qalan 10.180 manat pulu Təqsirləndirilən şəxslə öz aralarında bölməklə, eləcə də, Zərərçəkmiş şəxs cəzasının azaldılması məqsədilə sonuncunun qeyri-rəsmi nikah münasibətində olduğu Şahid1 2022-ci ilin dekabr ayının 16-da saat 12:53-də adına olan "Kapital Banka" məxsus **********318978 hesab nömrəsinə Salyan şəhərində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 445 manat, həmin gün saat 16 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının qarşısında 700 manat, xx.xx.2023-cü tarixdə saat 12:02:22-də Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 600 manat və xx.xx.2023-cü il tarixdə saat 11:32:19-da Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “MiNiön” ödəmə terminalı vasitəsilə göndərdiyi 555 manat olmaqla, cəmi 2300 manat pulu özü üçün almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 40.255 manat məbləğində xeyli miqdarda pul vəsaitini Məhkum2 və Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Məhkum2 və onun müdafiəçisi Tapdıqov İlqar Məhərrəm oğlu, Məhkum1 müdafiəçisi N.R.İmanzadə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Ələkbərov Xalid Tofiq oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 14 yanvar 2025-ci il tarixli qərarı ilə Məhkum2 və onun müdafiəçisi İ.M.Tapdıqovun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətləri qismən təmin olunmuş, Təqsirləndirilən şəxs müdafiəçisi X.T.Ələkbərovun və Məhkum1 müdafiəçisi N.R.İmanzadənin apellyasiya şikayətləri təmin olunmamış, Salyan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək artırılmış, Məhkum2 qarşı CM-in 320.1-ci maddəsi ilə irəli sürülmüş it tiham CM-in 178.2.1, 178.2.4-cü maddələri ilə əhatə olunduğuna görə, onun həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasına dair müddəalar hökmdən xaric edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Məhkum2 əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddət yeni hökmlə ona CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə məhkum olunmuş şəxsin üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 14 yanvar 2025-ci il tarixli qərarından: - Məhkum2 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini; - Məhkum1 müdafiəçisi N.R.İmanzadə kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini, - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə kassasiya şikayəti verərək iş üzrə məhkum edilmiş şəxslərə daha ağır cəzanın təyin edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 kassasiya şikayətində heç bir dəlilə istinad etmədən məhkəmələr tərəfindən barəsində qərar qəbul edilərkən onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarının, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konsvensiyasının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının tələblərinin pozulduğunu və nəticə barəsində ədalətsiz qərarın qəbul edildiyini iddia etmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkum2 barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində CPM-in bəzi maddələrinə və Məhkum1 barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkumun müdafiəçisi N.R.İmanzadə həmin şikayətini onunla əsalandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şə xsin zərər çəkmiş şəxsə 4350 ABŞ dolları, yəni məzənnə üzrə 7395 manat ödənişi qalmış, həmin pulu Zərərçəkmiş şəxs Gürcüstanda yaşayan ailəsinə göndərmiş, sonuncuya heç bir borcu qalmamışdır. Bu barədə müvafiq qəbzlər vardır. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Məhkum1 bildirmişdir ki, pulu zərər çəkmiş şəxsin qohumlarından Təqsirləndirilən şəxs almış və ona 30000 manat pul vermişdir. Həmin puldan Məhkum2 23500 manat vermiş, sonradan Məhkum2 həmin pulu tam olaraq ona qaytarmışdır. O, da həmin pullardan 4350 ABŞ dolları pulu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ailəsinə göndərmiş, qalan məbləği isə Təqsirləndirilən şəxs vermiş, lakin sonuncu pulu aldığı adama qaytarmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə i clasında məhkum Təqsirləndirilən şəxs etiraf etmişdir ki, o, 17.000 manat məbləğində pulu öz ehtiyaclarına xərcləmiş, ümumi pulun Məhkum1 tərəfindən qaytarılmasi və Təqsirləndirilən şəxs verilməsi tam sübuta yetirilmişdir. Şərh olunanları nəzərə alaraq məhkumun müdafiəçisi N.R.İmanzadə hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hazırki cinayət işi üzrə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 təyin edilmiş cəza həddən artıq yüngül olmuşdur. Belə ki, məhkumların heç biri ona dəymiş ziyanı ödəmək fikrində deyillər. Şikayə t müəllifi hətta bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum2 qarşı irəli sürülmüş ittihamdan CM-in 320.1-ci maddəsini xaric etməkdə də səhvə yol vermişdir, çünki məhkumlar ondan və ailə üzvlərindən dələduzluq yolu ilə xeyli miqdarda pul alarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakiminin adından yazılmış saxta sənəddən istifadə etmişlər. Şərh olunanlara əsaslanaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun da kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəm əyə müraciət etməmişdir. Məhkəmə kollegiyası prosses iştirakçıklarının bununla bağlı rəylərini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, işə kassasiy a instansiyası məhkəməsində baxılanadək Məhkum2 ərizə ilə Ali Məhkəməyə müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkum2 ərizəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələbinə görə, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının k assasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum2 ərizəsini nəzərdən keçirib onun kassasiya şikayətindən imtina etməsi haqda ərizəsinin təmin olunması barədə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilməli, Məhkum1 müdafiəçisi N.R.İmanzadə və zərər çəkmiş şəxs Zərərçək miş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə isə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Məhkum1 müdafiəçisi N.R.İmanzadənin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsə ağır cəzanın təyin edilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə öz kassasiya şikayətində Məhkum1 və Məhkum2 yüngül cəzaların təyin edilməsini iddia edərək hər ikisi öz kassasiya tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-in 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzə rə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi N.R.İmanzadənin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şikayətlərinin məzmununlarına görə, onların müəllifləri öz müraciətlərində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum1 və Məhkum2 təqsirli bilindikləri cinayət əməllərini törətmələrinin sübuta yetirilib-yetirilməməsini və onların dələduzluq əməllərinin hüquqi tövsifini mübahisələndirmirlər və apellyasiya instansiyası məhkəməsi tərəfindən onların barəsində işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğun olmayan cəza tədbirinin seçilməsi ilə bağlı qanunsuz və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edirlər. Bu nunla belə, zərər çəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətində Məhkum2 qarşı irəli sürülmüş ittihamdan əsassız olaraq CM-in 320.1-ci maddəsinin və onun bu maddə ilə təqsirli bilinərək cəzalandırılmasına dair müddəaların xaric edilməsini iddia etmiş, lakin bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Öz iddiasını isə Zərərçəkmiş şəxs belə əsaslandırmışdır ki, hazırki iş üzrə məhkum olunmuş şəxslər ona məxsus xeyli miqdarda pul məbləğini ələ keçirmələri üçün Ali Məhkəmənin hakiminin adından tərtib olunmuş saxta bildiriş məktubundan istifadə etmişlər. Məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bununla bağlı dəlilinə cavab olaraq qeyd edir ki, sonuncunun istinad etdiyi bildiriş məktubu rəsmi sənəd olsa da, həmin sənəd istər məhkum olunmuş şəxslərə, istərsə də hər hansı başqa şəxsə heç bir hüquq verməmiş və onları hansısa vəzifədən azad etməmişdir. Halbuki, CM-in 320.1-ci maddəsində istənilən sənədin deyil, yalnız hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə məhz belə sənədləri saxtalaşdırmaya və ya qanunsuz hazırlamaya, yaxud bu cür sənədi satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, adı çəkilən bildiriş də belə sənədlərə aid edilə bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi yekun qərarında kifayət qədər geniş əsaslandırma aparmaqla (Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşaraq onun hazırki qərarda təkralamağa ehtiyac görmür) düzgün olaraq Məhkum2 CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasına dair hissəni onun barəsindəki hökmdən xaric etmi ş və bununla həm maddi, həm də prosessual hüquq normalarının tətbiqində heç bir pozuntuya yol verməmişdir. Buna görə, məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhlil edilən məsələ ilə bağlı dəlilini qəbul edilməz sayaraq bununla bağlı hər hansı qərarın qəbul edilməsi üçün heç bir əsas görmür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələrini təsdiq edən sübutlar əraflı şərh edildiyindən kollegiya hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq vurğulamağı lazım bilir ki, Məhkum1 və Məhkum2 təqsirlilikləri barədə nəticəyə g ələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum1 və Məhkum2 əməllərinə maddi hüquq normalarını tətbiq edən apellyasiya instansiyası məhkəməsi onların törətdikləri həmin əməlləri CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Buna görə, məhk əmə kollegiyası bu məsələlərin daha ətraflı müzakirə edilməsini zəruri bilmir, məhkumlar Məhkum1 və Məhkum2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzaların həddindən artıq sərt və ya yüngül olması barədə müvafiq olaraq Məhkum1 müdafiəçisi N.R.İmanzadənin və zərər çəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq isə ilk növbədə qeyd edir ki, Məhkum1 və Məhkum2 təqsirli bilindikləri CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellya siya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxsin təqsirini müəyyən edərək onu cəzalandırmaq, yəni ona qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsi yyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının müddəalarında n, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən t örədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmi ş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin mənasına görə, həmin maddədə hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədb irin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin c inayət törətmiş şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 2 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın ş əxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəza ların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyəti n həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istə rsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkumun müdafiəçisi N.R.İmanzadənin kassasiya şikayətinin hüquqlarını müdafiə etdiyi şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə bağlı dəlillərinə və bu dəlillər üzrə qurulmuş tələbinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 barəsindəki birinci instansiyası məhkəməsinin hökmündən və həmin hökmün sonuncuya münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, əvvəla birinci instansiya məhkəməsi Məhkum1 haqqında onun təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə cəza tədbirinin seçilməsi məsələsin həll edərkən, məhkum olunmuş şəxsin törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun zərər çəkmiş şəxsə dəymiş ziyanın ona aid hissəsini tam ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını onun şəxsiyyətini və hərəkətlərini müsbət cəhətdən səciyyələndirən, buna görə də cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək həmin halları, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini də kifayət qədərə nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının həddində qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya şikayətlərinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin bu məsələ üzrə də gəldiyi qənaətlə razılaşmış və Məhkum1 təyin olunmuş cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün heç bir yeni hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə də razılaşaraq eyni zamanda qeyd edir ki, məhkumun müdafiəçisinin və zərər çəkmiş şəxsin kassasiya şikayətlərinə baxılarkən həmin məhkəmələrin cəza təyini zaman ı nəzərə almadıqları və müvafiq sübutlarla təsdiq olunan hər hansı yeni hallar müəyyən edilməmiş və şikayət müəllifləri həmin halların olması barədə hər hansı yetərli dəlil irəli sürməmişdir. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı CPM-in 139.0-cı maddəsində göstərilən digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumiyyətlə məhkum olunmuş şəxslərə açıqaşkar yüngül cəzaların təyin edilməsi ilə bağlı kassasiya şikayətində göstərilən dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məhkumlar Məhkum1 və Məhkum2, hər birisinin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəm ələr düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini, o cümlədən Məhkum1 münasibətdə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş yuxarıda sadalanan halları, Məhkum2 isə zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, cinayət nəticəsində dəymiş ziyanın ona aid hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi, habelə əməlində cinayətlərin residivinin müəyyən olunmasını CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində kifayət qədər nəzərə almış və onlara təqsirli bilindikləri CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə qanuni v ə ədalətli cəzalar təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Bütün təsvir olunanlara əsaslanaraq məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 təyin olunmuş cəzaları qanuni və ədalətli hesab edir, bu isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək, Məhkum1 müdafiəçisi N.R.İmanzadənin kassasiya şikayətinin təmin edilməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə kassasiya şikayətinin təmin edilməməsi haqda Məhkum2, Məhkum1 və onun müdafiəçisi N.R.İmanzadənin, hər iki kassasiya şikayətlərinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli və Məhkum1 və Məhkum2, hər birisinin CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə və adları çəkilən məhkumlar barəsində dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 419.10.1, 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin müraciət üzrə icraata isə xitam verilsin. Məhkum1 müdafiəçisi N.R.İmanzadənin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət i şi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025ci il tarixli qərarı baxılmış kassasiya şikayətlərinə münasibətdə və adları çəkilən məhkumlara aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1274/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1274/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver