Məhkəmə qərarları › İş №1(102)-1275/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1275/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1275/2022 25.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 1(104)-604/2021 nömrəli qərarından dövlət ittihamçısı, Baş Prokurorluğun Döv lət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1987-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamışdır. 2. 29 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. İttiham aktına görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmaya n mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 8,757 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 11,952 qram çəkidə psixotrop maddə metamfetamini və 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla qanunsuz olaraq ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə, saat 05 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və adı çəkilən şöbənin inzibati binasının xidməti otaqlarından birində saat 07:50-dən keçirilən şəxsi axtarış v ə götürmə zamanı əynindəki cins şalvarın ön sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 8,757 qram çəkidə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 11,952 qram çəkidə psixotrop maddə metamfetamin və arxa sol yan cibindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan tərəzi aşkar edilərək götürülmüşdür. 3. 05 fevral 2021-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkə məsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi olmadan məlum olmayan mənbədən naməlum tarixdə və vaxtda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -8,757 qram çəkidə narkotik vasitə heroini, 11,952 qram çəkidə psixotrop maddə metamfetamini və 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla qanunsuz olaraq ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və adı çəkilən şöbən in inzibati binasının xidməti otaqlarından birində saat 07:50-dən keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki cins şalvarın ön sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf sellofan bükümdə 8,757 qram çəkidə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 11,952 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 1(100)137/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinərək 1 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

6. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və müdafiə etdiyi şəxsə bəraət verilməsini, Dövlət ittihamçısı1 isə apellyasiya protesti verərək hökmün ləğv edilərək Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını və ona həmin maddə ilə cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.

7. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum qarşı verilən ittiham işin həqiqi hallarına uyğun deyil, birinci instansiya məhkəməsi həqiqə tinin müəyyən edilməsinə marağını göstərmədən, məhkəmə araşdırmasında ittihamı sübut edəcək heç bir mötəbər sübut növünü müəyyən etmədən sonuncu barəsində ittiham hökmü qəbul etmişdir. Bu səbəblərdən Məhkum bəraət verilməsi xahiş edilmişdir.

8. Dövlət ittihamçısı həmçinin protestində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları cinayət işi üzrə toplanmış sübutlara uyğun olmamış, məhkəmə həmin sübutları düzgün qiymətləndirməmiş və nəticəsi yanlış olan qərar qəbul etmişdir. Ona görə hökmün ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3.-cü maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyası həddində cəza verilməsini xahiş edir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 1 (104)-604/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(100)-137/2021 nömrəli hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum barəsində 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 1(104)-604/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul edib, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan, bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən və təsdiqedici heç bir sübut olmadığı halda, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif etmişdir. Gəncə Agır Cinayətlər Məhkəməsi tərəfindən 15 oktyabr 2021-ci il tarixdə yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, bir sübutun qəbul edilməsi, digərinin isə rədd edilməsi motivlərini göstərilməmişdır. Yekun qərarın qəbul edilməsinə əhəmiyyətli təsir göstərən sübutlar (şahidlərin ifadələrini, ekspertiza rəylərini) nəzərə almamış və işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.15-ci maddələrinə əsaslanmaqla, məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 1(104)604/2021 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir.

12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməs inin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilə r.

17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin qərarını qəbul edərkən sübutların tədqiqinə dair cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulduğunu, nəticədə məhkumun törətdiyi əməlin tövsifində səhvə yol verdiyini iddia edərək, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2021-ci il t arixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, formalaşmış məhkəmə praktikasına görə, təqsirkarın narkot ik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 9, 4 mart 2011-ci il).

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də, şəxs narkotik maddələrin təkcə qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya pot ensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020-ci il).

23. İstinad edilən prosessual cinayət-hüquqi normanın, eləcə də vahid məhkəmə praktikasının təmin edilməsinə istiqamətlənən milli ali məhkəmələrin və Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlilləri əsaslı hesab edir.

24. Belə ki, cinayət işinin mübahisələndirilməyən hallarından göründüyü kimi: Məhkum narkotik vasitə və psixotrop maddələr - 8,757 qram çəkidə heroin, 11,952 qram metamfetamin və 0,063 qram mari xuana, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 23 noyabr 2020-ci il tarixli, 3269 nömrəli rəyinə görə, Məhkum yalnız çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 6/1687 və 7/571 nömrəli, 27 avqust 2020-ci il tarixli ekspert rəylərinə görə, tədqiqata təqdim edilmiş, üzərində “Məhkum üzərindən aşkar olunan...” yazısı olan zərfdəki bir ədəd “500 g/0,1g” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan – heroinin izləri var, çətənə (kannabis) bitkisinə aid narkotik vasitələrin izləri yoxdur.

25. Məhkəmə kollegiyası qeyd edir k i, Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin ümumi məzmununa görə, cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunub bir-biri ilə müqayisə edilməli, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

26. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, ədalətli məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin müvafiq tələblərinə uyğun olubolmaması, ayrı-ayrılıqda götürülməklə hər hansı hal və yaxud hadisəyə yox, məhkəmə araşdırmasının ümumi nəzərdən keçirilməsinə əsaslanmaqla müəyyən edilir (məsələn, Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il).

27. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin tövsifini A zərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə dəyişərkən, əsas kimi təkcə nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Məhkum aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər halların müəyyən edilmədiyini götürmüşdür.

28. Halbuki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 1(100)-137/2021 nömrəli hökmündən görünür ki, Məhkum küçədən tapdığını iddia etdiyi heroin və metamfetaminin özündə saxlamasını digər narkotiklərin istifadəsində maraqlı olduğu, sahibliyində tərəzinin olmasını isə qızıl alqı-satqısı ilə məşğul olmuş mərhum dostundan hədiyyə şəklində əldə etməsi ilə izah etmişdir.

29. Məhkum cinayət işində olan bu sübutlar barədə belə tərzdə verdiyi izahı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən hesab edilmiş, lakin onun törətdiyi əməlin düzgün tövsif edilməsinə dair aşağıda qeyd edilən vacib əhəmiyyətli hallar nəzərdən qaçırılmışdır: 1) digər növdən narkotiklərin istifadəsindən marağını razı salmağı iddia etdiyi məqsədlə Məhkum ilk dəfə, sınaq üçün şəxsi istehlak miqdarına yaxın yox, heroini belə miqdardan 58, metamfetamini isə 74 dəfə artıq çəkidə əldə etmiş; 2) qızıl alqı-satqısı ilə məşğul olmuş mərhum dostundan hədiyyə şəklində əldə etməsini iddia etdiyi tərəzinin üzərində hansı səbəblərdən heroin izlərinin mövcud olmasını məqsədilə Məhkum hər hansı formada izah etməmiş; 3) öz ifadəsinə və müvafiq ekspertiza rəyinə əsasən Məhkum əvvəllər marixuana dan başqa digər narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyi, bu növdən olan narkotiklərin istifadəsindən yalnız maraqlı olduğu, yəni onların gələcəkdə istifadəsini arzuladığı halda, ondan götürülmüş tərəzinin üzərində artıq heroin izləri mövcud olmuş, bu hal, həmçinin, Məhkum tərəfindən izah edilməmişdir.

30. Məhkəmə kollegiyasının fikrincə, Məhkum narkotik vasitələr və ya psixotrop maddələrinin bilavasitə satışına yönəlmiş əməlini təsdiq edən hər hansı sübutun cinayət işi materiallarında olmadığını qeyd etməsində apellyasiya instansiyası məhkəməsi haqlı olmuş, lakin istifadəçisi olmasına baxmayaraq Məhkum külli miqdarda 8,757 qram çəkidə heroin və külli miqdarda 11,952 qram çəkidə metamfetaminin saxlaması halı yuxarıda sadalanan hallarla bütövlükdə götürüldükdə, onun narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə özündə saxladığına dəlalət edən amil kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halların təhlil olunub əlaqəli müqayisə edilməməsi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasının şərhində və, nəticədə, Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir.

31. Təsvir olunanlardan görünür ki, Məhkum törətdiyi əməlinin birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edildiyinə dair qərarını verərkən, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı dövründə aşkar edilmiş bir halı cinayət təqibi üzrə toplanılmış digər sübutlarla birlikdə m üqayisəli şəkildə təhlil etməmiş, apellyasiya protesti ilə qarşısında qaldırılmış, müvafiq hallarla əsaslandırılmış dəlillər üzrə mübahisə doğurmayan cavab verilməsini tələb edən vəzifəsini yetərli dərəcədə icra etməmiş, bununla da yekun nəticəyə gələrkən, cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib, Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.

32. Belə olan halda, Məhkum təsvir edilmiş əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibinin olmaması haqqında apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi, sübutların Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli və obyektiv araşdırılmasına, eləcə də cinayət qanunvericiliyi normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.

33. Qeyd edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiyini göstərir.

34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının Məhkum barəsində olan 21 dekabr 2021-ci il tarixli, 1(104)604/2021 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 dekabr 2021-ci il tarixli, 1(104)-604/2021 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar