Məhkəmə qərarları › İş №1(102)-1275/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1275/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1275/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İm2anovun, məhkumun müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X6 işt irakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarından Məhkum, onun müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər B.Məmmədov (məruzəçi) və N.Mirzəyevdən ibarət tərkibdə) 27 sentyabr 2022-ci il tarixli 1(091)-90/2022 hökmü ilə xx xxxx 1969-cu ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini id arə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, onun 13 sentyabr 2021-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu 7 (yeddi) ay 23 (iyirmi üç) günün onun cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 10 (on) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə, digər zərərçəkmiş şəxslərin sağlamlığına ağır, az ağır və yüngül dərəcəli xəsarətlər yetirilməsinə, eləcə də avtomobillərini zədələyərək sahiblərinə maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Belə ki, o, 05 may 2021-ci il tarixdə, saat 16:30 radələrində Ağdaş-Zarağan yolunun Qəbələ rayonunun Savalan kəndindən keçən 19-cu kilometrliyində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan X7 məxsus etibarnamə əsasında idarə etdiyi Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə saatda 60-65 kilometr sürətlə hərəkətdə ola rkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni, Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi əsasında idarə etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, yolun ortasında olan “1.1” ağ bütöv üfüqi nişanlama xəttini kəsib keçməməli və bununla əks hərəkət z olağı ilə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda, adı çəkilən qanunun 36.1.3-cü maddəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti qaydalarını pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmaqla avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməmiş, avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69.7.1-ci maddəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin maddənin tələblərini kobudcasına pozaraq, əks istiqamətli nəqliyyat axınlarının “1.1” üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almadan həmin bütöv ağ xətti kəsib avtomobilini bütöv ağ xətdən 1,3 metr sol əks hərəkət zolağına, yəni nəqliyyat vasitələrinin Ağdaş rayonu istiqamətində axınının hərəkət hissəsinə çıxartmaqla qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmış, bu zaman avtomobilinin sağ yan hissəsi əks istiqamətli hərəkət zolağında öz hərəkət yolu ilə hərəkətdə olan sürücü X1 hüququ olmaqla idarə etdiyi VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlığından VAZ 21074 markalı avtomobilin ön sərnişin oturacağında olan sərnişin, zərərçəkmiş xx.xx.1964-cü il təvəllüdlü X4 açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyi nin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərinin sınığı, başın yumşaq toxumasının əzilmiş-cırılmış yarası, sol bud sümüyünün aşağı 1/3-nin, sağ qamış sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı, sol budun ön aşağı 1/3nin, sağ diz oynağının iç səthinin əzilmişcırılmış yarası, alının, üzün sol və sağ tərəfinin, alt çənənin ön səthinin, üzün sağ tərəfinin, sağ baldırın ön orta 1/3-nin, sol baldırın ön aşağı 1/3-nin və bel nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərdən hadisə yerində ölməsinə, VAZ 21074 markalı avtomobilin sürücüsü, zərərçəkmiş 02 yanvar 1990-cı il təvəllüdlü X9 daxili qanaxma, ağ ciyərin və qara ciyərin cırılması, qabırğaların çoxsaylı sınıqları, bağırsaqların müsariqəs inə qansızma və müsariqənin cırılması, böyrək ətrafı nahiyənin hematoması, travmatik və kəskin qan itirmədən sonra törənən şok, burun sümüklərinin qəlpəli sınığı, üst dodağın, alt çənənin, hər iki diz oynağının ön səthinin və döş qəfəsinin ön səthinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən Qəbələ rayon diaqnostika mərkəzində ölməsinə, VAZ 21074 minik markalı avtomobilin arxa oturacağında olan sərnişin, zərərçəkmiş 01 aprel 2019-cu il təvəllüdlü X8 qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin qişalarına və toxumasına qansızma, başın yumşaq toxumasının əzilmiş-cırılmış yarası, başın sağ ənsətəpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah, sağ budun içəri aşağı 1/3-nin, sol bayır t opuğun sıyrıqları, sağ diz oynağının iç səthinin və sağ baldırın içəri aşağı 1/3-nin qançırları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən Qəbələ rayon diaqnostika mərkəzində ölməsinə, VAZ 21074 markalı avtomobilin arxa oturacağında olan sərnişin, zərərçəkmiş xx xxxxxxx 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin qapalı travması, sağdan İ, İİ, İİİ, İV, V qabırğaların, soldan İİ, İİİ, İV, Vİ qabırğaların sınığı, sol mil, sol və sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin açıq, sol bud sümüyünün orta 1/3-nin, sol baldır sümüklərinin orta 1/3-nin qapalı yerdəyişən sınığı, alının, sol göz ətrafının dərialtı hematoması, sol gözün qüze hli qişasına qansızma, alt çənənin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, VAZ 21074 markalı avtomobilin arxa oturacağında olan sərnişin, zərərçəkmiş 04 avqust 2013-cü il təvəllüdlü X2 bazu sümüyünün və sağ qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, alının sol qaşüstü hissəsinin, burunun və alt çənənin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti, VAZ 21074 markalı avtomobilin arxa oturacağında olan sərnişin, zərərçəkmiş xx xxxxxx 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol V qabırğanın sınığı və üzün sıyrılmış yarası kimi dərəcəsi nə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti, Mersedes Benz E 200 minik markalı avtomobilin ön oturacağında olan sərnişin, Zərərçəkmiş şəxs3 alın nahiyəsinin dərialtı hematoması, sağ gözün qişasına qansızma, sağ göz ətrafının, sağ bazunun bayır orta və aşağı 1/3-nin, hər iki kürək nahiyəsinin qançırı, sol və sağ diz oynağının ön səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətinin yetirilməsinə, ehtiyatsızlığından iki və daha çox, yəni üç nəfər şəxsin ölümünə, həmçinin zərərçəkmiş X10 məxsus VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə 5100 manat (beş min bir yüz manat) maddi ziyan vurulmasına səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Xəqani Səmədov və İmanverdi Şükürov) 01 fevral 2023-cü il tarixli 1(107)-14/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 1(091)90/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 2631.4-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3cü maddəsinə əsasən, Məhkum 13 sentyabr 2021-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu 7 (yeddi) ay 23 (iyirmi üç) gün müddət onun cəzasına hesablanmaqla çıxılmış və üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 4 (dörd) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum, onun müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs3 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-ci il tarixli 1(107)-14/2023 nömrəli qərarının ləğv edilməsi Məhkum qarşı irəli sürülmüş ittihamda onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən, habelə toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdi yindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum, onun müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və ədalətsizdir. Kassatorlar qeyd etmişlər ki, hadisə yerinə baxış protokolu saxtalaşdırılmış, avtomobillərin toqquşma noqtəyi düzgün göstərilməmişdir. Həmin saxta protokolun məlumatları əsasında cinayət işi üzrə keçirilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizalarının 26 noyabr 2021-ci il tarixli 8/2621 nömrəli və 27 iyul 2021-ci il tarixli 8/1397 nömrəli rəyləri mötəbər sübut kimi qəbul edilə bilməz. Cinayət işi üzrə araşdırma qeyri-obyektiv və qərəzli aparılmışdır. İstintaq orqanı və məhkəmələr təq sirləndirilən şəxsin təqsirsizliyini müəyyən edən sübutları - şahid və Zərərçəkmiş şəxs3 ifadələri nəzərə almamış və bunun səbəbləri göstərməmişlər. Müdafiəçi bununla əlaqədar vəsatət yazaraq həmin yerin fotoşəkilləri ilə birlikdə müstəntiqə təqdim etmişdir. Lakin istintaq orqanı bu məsələ ilə əlaqədar heç bir tədbir görmədən vəsatəti rədd etmişdir. Əslində işin obyektiv həlli üçün qeyd etdiklərinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Sonradan kompleks ekspertizanın keçirilməsi ilə əlaqədar verilmiş vəsatətlər də istintaq orqanı tərəfindən rədd edilmişdir. Halbuki işin obyektiv həll edilməsi üçün yenidən ekspertiza keçirilməsi mühüm əhəmiyyət kəsb edirdi. İş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə gəlmək üçün hadisə yerinin videogörüntüsünə əsasən kompüter-texniki ekspertiza, təqs irləndirilən şəxsin və hadisə anını görən şahidlərin ifadələrindəki məlumatlar əsasında əlavə yol-nəqliyyat hadisələrinin ekspertizası təyin edilməli olduğu halda nə ibtidai istintaq orqanı, nədə birinci instansiya məhkəməsi ekspertiza təyin etməmişdir. İşə məhkəmələrdə baxılarkən təqsirləndirilən şəxs tərəfindən 51100 manat zərərçəkmiş tərəfə vəsait ödənilməsinə baxmayaraq yenidən 11000 manat ödəmiş, lakin bütün bunlar məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda ittiham aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar öz əksini tapmamışdır. Məhkum tərəfindən cinayətin törədildiyini sübuta yetirmək üçün istintaq orqanı şahidlər Şahid4, X3, Şahid7 Akif oğlunun, Şahid6 və Şahid5 ifadələrindəki məlumatlarda istinad etmişdir. Halbuki, həmin şahidlərin heç biri hadisə vaxtı hadisə yerində olmamışlar və hadisənin necə baş verdiyini birbaşa görmədikləri halda Məhkum təqsirliyi barədə ifadə vermişlər. Həmin şəxslərin ifadələrinin mətnləri bir-birini olduğu kimi təkrarlayır və hamısında ifadələrinin məlumatlarını haradan əldə etdikləri göstərilməmişdir. Bu şahidlər ehtimal edilən cinayət hadisəsi baş verərkən hadisənin şahidi olmadıqları halda hadisə ilə bağlı ifadə vermiş, istintaq orqanı və məhkəmələr bu ifadələri mötəbər sübut kimi qəbul etmiş, verilmiş ittihamda, hökm və qərarda həmin sübutlara istinad etmişlər. Cinayət işi üzrə ibtidai istintaq kobud qanun pozuntuları ilə aparılmışdır. Lakin məhkəmələr həmin pozuntulara əhəmiyyət verməmişdir. Məhkum Azərbaycan Respublikası CPM-in 91.5.22 və 285.3-cü maddələrində nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozaraq ibtidai araşdırma qurtardıqdan sonra Məhkum iş materialları ilə tanış olması üçün şərait yaratmamış, tam savadsız olan şəxsə iş materialları ilə tanış olması üçün heç bir tədbir görməmişdir. Fakt odur ki, o heç vaxt iş materialları ilə tanış olmaqdan imtina etməmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə ibtidai istintaqın kobud prosessual və maddi hüquq normalarının pozulması ilə aparıldığını və bu pozuntuların məhkəmə baxışında aradan qaldırılmasının qeyri-mümkün olacağını bildiyi halda ilkin baxışda kobud prosessual pozuntuları qanuni hesab edərək cinayət işinin baxılması üçün məhkəmə baxışına təyin etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikası CPM-in 303.1 və 303.3.3cü ma ddələrinə istinad etməklə məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin pozulmuş hüquqlarının aradan qaldırılması üçün vəsatəti təmin edib cinayət işinin baxılmasına xitam verib, onu ibtidai istintaqa rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul etməli idi. Məhkəmə iclaslarında sədrlik edən hakimlər məhkəmə istintaqı aparılarkən orbitrdən çox ittihamçı mövqeyində olmuş təqsirləndirilən şəxsin, istərsə də zərərçəkmiş şəxslərin və şahidlərin ifadə verdikləri zaman hər vəchlə həmin şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrinin təkrarlanmasına çalışmış, hətta ibtidai istintaqda verdikləri ifadələrinə uyğun ifadə verməyə məcbur etmiş və verilmiş ifadələrə öz ittihamçı mövqelərinə görə münasibət bildirmişdir. Məhkəmə belə bir mövqe bildirməklə faktiki olaraq Azərb aycan Respublikası CPMnin 25.2-ci maddəsində göstərilən “hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər” tələblərini pozmuşdur. Məhkəmələr ancaq təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar toplamaqla prosessual qanunvericiliyin tələblərini pozmuş və bu halda məhkəmə arbitrdən çox ittihamçı mövqeyində olduğunu və işə qərəzli münasibət bəslədiyini sübut etmişdir. Məhkəmə kollegiyası Məhkum barəsində olan cinayət işini nəzərdən keçirib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxla nılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununu n və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, hazırkı cinayət işi üzrə Məhkum ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə olan ittihamda təqsirsiz olduğuna, təqsirinin mötəbər sübutlarla təsdiq olunmamasına baxmayaraq məhkəmələr tərəfindən onun barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əmə lin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutları – təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutları məhkəmə iclasında tədqiq etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr tərəfindən məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahidlərin, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin, təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları tam, hərtərəfli və obyektiv, yəni CPM-in 144-146-ci maddələrinin tələblərinə əməl olunmaqla araşdırılmış və onlara qiymət verilmişdir. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında təd qiq edilmiş sübutlarla – zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat və məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər iş materialları ilə təsdiq edilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətləri üzrə işə baxaraq birinci instansiya məhkəməsinin Məhkum təqsirinin sübut edilməsi və onun əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CM-in 263-1.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materialların dan da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq onla rın mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin Məhkum Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirliliyinin sübutlarla təsdiq edilməməsi barədə dəlilləri razılaşmır. Məhkum, onun müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs3 kassasiya şikayətlərinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız və qanunsuz olmasıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə görə məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzər ə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası həmçinin qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətlərinin bu dəlilini də əsassız sayır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən A zərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum A zərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar