Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1275/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respubli kasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(104)-108/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 1(100)-64/2022 nömrəli hökmü ilə (hakimlər X.H.Səmədov (sədrlik edən), F.N.Mahmudov və D.H.İmanov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çək məklə, cəza çəkmə müddətinin əvvəli tutulduğu tarixdən yəni, 15 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin digər məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs1, Məhkum və onun müdafiəçisi Osmanov Elxan Osman oğlu, həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ə.Q.Abdullayev və N.T.Əliyev) apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsi nin 01 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 8 (səkkiz) ilə, Təqsirləndirilən şəxs2 təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 8 (səkkiz) ilə və Məhkum təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 9 (doqquz) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs3 qayınanası X3 bacısı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə söhbət i zamanı 45000 manat qarşılığında ev almaq istədiklərini və sonuncularda 45000 manat pulun olmasını, Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs2 və iki azyaşlı nəvələri-Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə yerləşən fərdi yaşayış evində yaşadıqlarını, ev sakinlərinin hamısının yataq otağında bir yerdə yatdıqlarını, Zərərçəkmiş şəxs1 45000 manat pulu üzərində - sinəsinə qoyub saxladığını, evin giriş qapısının gecələr kilidli olmadığını öyrəndikdən sonra qabaqcadan Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan 3 nəfər şəxslə əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlam lığı üçün təhlükəli zorakılıqla və bu cür zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törədib, tamah niyyətilə həmin pulu, yəni özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədilə quldurluq etmək qərarına gəlmişlər. Razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs3 Məhkum öyrəndiklərini danışdıqdan sonra, onlar birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçəyə gedib, Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə yaşadığı evə baxmışlar, bundan sonra cinayətkar niyyətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs2, Məhkum və şəxsiyyətləri istintaqa məlum olmayan 3 nəfər şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən "Azərbaycan” inşaat mağazasına getmiş, həmin mağazadan Təqsirləndirilən şəxs2 törədiləcək cinayət zamanı əl-barmaq izlərinin aşkar edilməməsi üçün rezin əlcəklər a lmış, eləcə də, istintaqa məlum olmayan mənbədən zərər çəkmiş şəxslərin zərərsizləşdirilməsi məqsədi ilə yapışqanlı lent və plastik ip əldə edərək avtomobilində saxlamış, eyni zamanda basqın edilən zaman tanınmamaları üçün Təqsirləndirilən şəxs1 şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxslə papaqlar və maskalar əldə etdikdən sonra Təqsirləndirilən şəxs2, Məhkum və şəxsiyyətləri istintaqa məlum olmayan 3 nəfər şəxslə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçəyə getmiş, Məhkum orada Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə yaşadığı evi və evə daxil olunacaq giriş hissələrini göstərmiş, daha sonra aralarında olan razılaşmaya əsasən 04 noyabr 2020-ci il tarixdə, gecə saat 02 radələrində şəxsiyyəti istintaqa məlum olmayan üç nəfər şəxslərdən biri ünvan 2 ünvanında yerləşən evdə əldə ediləc ək qənimətin bölünməsi üçün gözləmişdir. Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri məlum olmayan iki nəfər şəxslə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “X” markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobillə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və bu cür zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törədib tamah niyyətilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 4-cü küçədə yerləşən fərdi yaşayış evinin yaxınlığına Təqsirləndirilən şəxs3 verdiyi istiqamət üzrə getmişlər. Təqsirləndirilən şəxs2 av tomobilin sürücüsü kimi, Məhkum isə ev sakinlərinin tanımaması və istiqamətverən şəxs kimi Təqsirləndirilən şəxs2 avtomobilinin yanında gözləmişlər. Təqsirləndirilən şəxs1 şəxsiyyətləri məlum olmayan digər iki nəfər şəxslə birlikdə əllərinə əlcək, üzlərinə maska, başlarına isə papaq geyinib, özləri ilə qabaqcadan əldə etdikləri, Təqsirləndirilən şəxs2 və Məhkum tərəfindən onlara təqdim edilmiş yapışqanlı lenti, plastik ipi alıb qanunsuz olaraq hasardan Zərərçəkmiş şəxs1 kirayəçi kimi yaşadığı fərdi yaşayış evinin həyətinə, oradan isə açıq qapıdan evə və evin yataq otağına daxil olaraq yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 üzərinə həyat və sağlamlıq üçün təhlükəli olan basqın edib onları yuxudan ayıltdıqdan sonra, müqavimət göstə rməmələri və səs-küy salmamaları üçün yataq otağında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tutub saxlamış, digər şəxsiyyətləri məlum olmayan iki nəfər şəxslərdən biri həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib çarpayıda dizini Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə dirəyib əvvəlcə əli ilə, daha sonra isə bir neçə dəfə silah qismində istifadə etdiyi balıncla boğub sifət nahiyəsinə zərbələr endirməklə sonuncuya sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirib evdə olan pulu tələb etmiş, eyni zamanda digər adı məlum olmayan şəxs isə həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edib Zərərçəkmiş şəxs2 çarpayıda əli ilə boğub daha sonra çarpayıdan yerə yıxaraq ayağını kürəyinə dirəyib saçından tutaraq üz nahiyəsinə əli ilə zərbə lər endirib sonuncuya sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirib evdə olan pulu tələb etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulun yeri barədə məlumat vermədiklərini gördükdən sonra həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri barədə hədə-qorxu gələrək şəxsiyyəti məlum olmayan şəxs üzərində olanyapışqanlı lenti çıxarıb Zərərçəkmiş şəxs2 ağzını bağlamağa çalışaraq Zərərçəkmiş şəxs1 üzərində olan şəxsiyyəti məlum olmayan şəxsə Zərərçəkmiş şəxs1 işarə edərək "boğ getsin...” sözlərini demiş, bu zaman Zərərçəkmiş şəxs2 ona və şəxsiyyətləri məlum olmayan digər iki nəfər şəxsə anası və övladlarını öldürməmələri üçün yalvarıb pulun yerini deyəcəyini dedikdən sonra Zərərçəkmiş şəxs2 üzərində olan şəxs Zərərçəkmiş şəxs2 pulun yerini göstər məsi məqsədi ilə sərbəst buraxmış, bundan istifadə edən Zərərçəkmiş şəxs2 dərhal yataq otağını tərk edib pəncərədən qışqıraraq səs-küy salıb kömək çağırdığından Təqsirləndirilən şəxs1 şəxsiyyətləri məlum olmayan digər iki nəfər şəxslə həmin evdən çıxaraq Təqsirləndirilən şəxs2 Məhkumla birlikdə gözlədiyi yerə, yanlarına gedib Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmaqla quldurluq etmişlər Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, cinayət prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə baxışı gedişində cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış nəticədə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 17 7ci maddəsinə tövsif edilməli olduğu halda həmin Məcəllənin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Şikayət müəllifi bildirir ki, onun quldurluq etmək niyyəti olmamış, o əvvəlcədən razılaşdırmış plana uyğun olaraq oğurluq etməli idi. Onun niyyəti ancaq mənzilə daxil olub pulların oğurlanması idi. Hesab edir ki, məhkəmələr tərəfindən onun əməli düzgün tövsif edilməmiş və bu səbəbdən də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarı ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, onun əməlinin Cinayət Məcəlləsinin 29, 177-ci maddəsinə tövsif edilməsi üçün işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit o lunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq etməsi və həmin əməllərə görə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiə tərəfinin birinci instansiya məhkəməsində gətirdiyi Məhkum Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə, o cümlədən zərərçəkmiş şəxslərə qarşı quldurluq törətmək niyyətin olmamasına dair dəlilləri apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxslərin, digər məhkumların və şahidlərin ifadələri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmənin qənaətinə görə Məhkum hərəkətlərində quldurluq cinayətinin tərkibi ilə, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində təsbit edilmiş cinayəti ağırlaşdıran əlamətlərlə ehtiva olunan bütün hallar mövcud olmuşdur. Apellyasiya məhkəməsinin gəldiyi nəticələr kassasiya şikayətində də irəli sürülmüş eyni iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyas ı apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş quldurluq cinayətini törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, məhkəmə heyəti baxılan işdə Məhkum əməlinin hüquqi tövsfi ilə bağlı əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsi əsası kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Həmçinin Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmiş, belə ki, birinci instansiya məhkəməsi nin hökmündən verilmiş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxarkən apellyasiya məhkəməsi Məhkum cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq (zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi və dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması), birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş (cinayətlərin təhlükəli residivi və digər ağırlaşdırıcı halları nəzərə almaqla), hökmlə Məhkum Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 9 il 6 aydan CM-in həmin maddələrin sanksiyasının aşağı həddinə yaxın – 9 ilə endirmiş, apellyasiya instansiyası məhkəməsi Məhkum qeyd olunan cəzanı təyin etməklə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinə əməl etmiş, ədalət prinsipinin (CM, maddə 8) tələblərini gözləmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli, qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(104)-108/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1275/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1275/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver