Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1275/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkumun, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkilinin iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il t arixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,120.2.4, 12.1,120.2.11 və 12.1,181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 1(101)-312/2024 nömrəli (hakimlər: Hüseynov Cavid İbadulla oğlu (sədrliyi), İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 12.1,120.2.4, 12.1,120.2.11 və 12.1,181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun CM-in 12.1,120.2.4 və 12.1,120.2.11 maddələri ilə 14 (on dörd) il, CM-in 12.1,181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin tutulduğu 28 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X2 təqsirləndirilən şəxs Məhkum qarşı 17.000 (on yeddi min) manat maddi və 83.000 (səksən üç min) manat mənəvi zərərə görə cəmi 100.000 (yüz min) manat pul tələbinə dair mülki iddiasının qismən təmin olunması, maddi zərərə görə 1262,90 (min iki yüz altmış iki manat 90 qəpik) manat və mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun təqsirləndirilən şəxs Məhkum alınıb zərər çəkmiş şəxsin hüquqi varisi X2 nəfinə ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi müəyyən edilmiş, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il t arixli 1(103)-1542/2024 nömrəli (hakimlər: Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrliyi və məruzəsi ilə), İbrahimli İbrahim Adil oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 27 dekabr 2008-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, X şəhərində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücu ma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan, silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla basqın edərək, xüsusi amansızlıqla və quldurluqla əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum 27 dekabr 2008-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, X şəhəri, X küçəsi, ev 4, mənzil 201 ünvanında yerləşən kirayə qaldığı evdə sevgili münasibətində olduğu X ilə birlikdə olarkən, saat 20 radələrində onların evinə qonaq gəlmiş Şahid1 rəfiqəsi Zərərçəkmiş şəxs X-in üzərində bir ədəd “Nokia 5310” markalı mobil telefon, qırx qramlıq kulonlu qızıl zəncir, on qramlıq qızıl zəncir, dəst sırğalar və zümrüdlü qızıl üzük, qızıl bilər zik, iki və ya üç üzük və on min Rusiya rublu nağd pulun olduğunu görüb, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, yaşadığı evdə gündəlik istifadə edilən çəkici silah qismində istifadə etmək üçün götürüb, onun üzərinə hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, sonuncunun baş nahiyəsinə üç dəfə zərbə endirib sağlamlığına ağır zərər vurduqdan sonra hadisə yeri hesab olunan otaqda olan divana uzadıb, zərərçəkmiş şəxsin yalvarışlarına və imdad diləməsinə məhəl qoymayaraq, öz hərəkətləri ilə Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edib, bunu arzulayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək, əlinə keçən kəmər və ya kəndirlə (istintaq zamanı dəqiq mü əyyən edilməmişdir) boğmağa başlamış və zərərçəkmiş şəxsi qəsdən öldürdüyünə əmin olaraq, sonuncunun paltarlarını çıxarıb, Zərərçəkmiş şəxs meyitini hamam otağına apardıqdan sonra həyətə düşərək iki rulon zibil paketi və beş şüşə ağardıcı məhlul alaraq evə qayıtmış, mətbəx otağından gündəlik məişətdə istifadə edilən bıçağı götürərək törətmiş olduğu cinayət əməlinin izlərini gizlətmək məqsədi ilə Zərərçəkmiş şəxs meyitini bıçaqla doğrayıb hissələrə ayıraraq ümumilikdə altı ədəd paketə doldurub, yaxın həyətlərdə olan müxtəlif zibil qablarına atmış, sonuncunun üzərində müvafiq dövrün kursuna uyğun olaraq ümumi dəyəri 840 Azərbaycan manatına bərabər 30.000 Rus rublu məbləğində qızıl-zinət əşyalarını, 142,9 Azərbaycan manatına bərabər tutulan 5.101,6 Rusiya rublu dəyərində “Nokia 5310” markalı mobiltelefon cihazını və 280 Azərbaycan manatına bərabər tutulan 10.000 Rusiya rublu dəyərində nağd pul vəsaitini quldurluqla ələ keçirmiş, həmçinin xüsusi amansızlıqla və quldurluqla əlaqədar Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 12.1,120.2.4, 12.1,120.2.11 və 12.1,181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs huşunu itirsin deyə başının arxa nahiyəsindən bir dəfə çəkiclə vurmuş, lakin onu həyatdan məhrum etmək niyyəti olmamış dır. Odur ki, iki azyaşlı övladının olmasını nəzərə alaraq işinə ədalətlə baxılaraq qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, şəxsi öldürmək niyyətinin olmadığını, sadəcə çəkiclə 1 dəfə zərbə endirdiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi3 çıxış edərək, işin düzgün tövsif olunmadığını, bunun şəxsin ifadəsi və iş materiallarında olan sübutlarla da müəyyən olunduğunu bildirib, məhkumun əməlini CM-in 122-ci maddəsinə tövsif edib, həmin maddə ilə ən yüngül cəzanın verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, onun əməlinin düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirə n əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlük əli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəməni n müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yeri nə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi, onun özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisi X2, şahidlər Şahid2, Şahid1 ifadələri, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolu, üzləşmədə dindirmə protokolu, molekulyar-genetik məhkəmə tibbi ekspertizasının 26 may 2021-ci il tarixli 52-2021 nömrəli rəyi, əlavə molekulyar-genetik məhkəmə tibbi ekspertizasının 18 noyabr 2021-ci il tarixli 8681-2021 nömrəli rəyi, kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 21 yanvar 2023-cü il tarixli 222 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Məhkumun kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham ilə bağlı zərərçəkmiş şəxsi həyatdan məhrum etmək niyyət inin olmadığı, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) ittihamda qeyd olunan maddələr üzrə məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinə (o cümlədən Məhkum CM-in 12.1,120.2.4, 12.1,120.2.11 və 12.1,181.3.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmə lər tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cinayət işinin materiallarını, iş üzrə toplanılmış sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum özgənin əmlakını ə lə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, çəkici götürüb, onun üzərinə hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, sonuncunun baş nahiyəsinə üç dəfə zərbə endirib, daha sonra zərərçəkmiş şəxsin yalvarışlarına və imdad diləməsinə məhəl qoymayaraq, öz hərəkətləri ilə Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edib, bunu arzulayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək, boğmağa başlaması və zərərçəkmiş şəxsi qəsdən öldürdüyünə əmin olaraq, sonuncunun meyitini bıçaqla doğrayıb hissələrə ayıraraq paketlərə doldurub müxtəlif zibil qablarına atması, yekunda sonuncunun üzərində müvafiq dövrün kursuna uyğun olaraq ümumi dəyəri 840 Azərbaycan manatına bərabər 30.000 Rus rublu məbləğində qızıl-zinət əşyalarını, 142,9 Azərbaycan manatına bərabər tutulan 5.101,6 Rusiya rublu dəyərində “Nokia 5310” markalı mobiltelefon cihazını və 280 Azərbaycan manatına bərabər tutulan 10.000 Rusiya rublu dəyərində nağd pul vəsaitini quldurluqla ələ keçirməsi barədə ibtidai istintaq orqanın və aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli qərarına əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlı q göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifad ə oluna bilər. Plenum qərarında, o cümlədən qeyd olunmuşdur ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-in 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-in 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-in 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nətic ələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakt eri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Kassasiya məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya məhkəmə baxışı zamanı əməlin CM-in 122-ci maddəsinə tövsif edilməli olması barədə çıxışına münasibətdə qeyd edir ki, sözügedən maddədə əks olunan “güclü ruhi həyəcan” vəziyyəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda qəflətən yaranan, kəskin xarici reaksiya ilə müşayiət olunan, qısa müddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Başlıca olaraq qeyd etmək lazımdır ki, əsas şərt kimi təqsirkarın əməlində güc lü ruhi həyəcan vəziyyəti qəflətən yaranmış olmalıdır ki, cinayət işinin hallarından, o cümlədən Məhkum iş üzrə vermiş olduğu ifadələrindən belə bir vəziyyətin yaranması ümumiyyətlə müəyyən olunmamışdır. Belə ki, iş materiallarına əsasən Şahid1 tədqiq olunan ifadəsində göstərmişdir ki, “....Məhkumla X arasında nə isə olduğunu hiss etmişdir. Sonradan bildiyi kimi, onlar nədənsə mübahisə etmişlər. X Məhkuma xoşagəlməz ifadə işlətmişdir. Məhkum mətbəxə keçmiş, o isə otaqda qalıb, X ilə danışmağa başlamışdır. X getməyə hazırlaşırmış və həmin vaxt arxası otağın çıxışına tərəf olmuşdur. Bir neçə dəqiqə sonra Məhkumun sağ əlində çəkic tutaraq otağa daxil olduğunu görmüşdür. Məhkum tez arxadan X-ə yaxınlaşmış və çəkiclə başına bir zərbə endirmişdir. Amma X huşunu itirməmiş, əksinə divandan qalxı b qışqırmışdır. O da ayağa qalxmış, amma heç nə qışqıra bilməmiş, çünki olanlar onu şoka salmış və qorxudan ağzını bağlamışdır. Məhkum cəld X-ə yaxınlaşmış və yenə də sonuncunun başına ən azı 1-2 zərbə daha endirmişdir. Amma X zərbələrdən huşunu itirməyib, əksinə çıxışa doğru irəliləmək istəsə də, Məhkum onun yolunu kəsmişdir. X divanın üstündən keçməyə çalışmış, amma büdrəyərək divana yıxılmışdır. Sonra Məhkum çəkici ataraq X-i tutmış, divanın üstünə atmış və bədəni ilə əzməyə başlamış, əlləri ilə boğazından tutmuş və başını divanın arxasına sıxaraq boğmağa başlamışdır. O, Məhkumun yanına qaçmış və ondan X-i buraxması üçün yalvarmağa başlamış, Məhkumu saxlamağa çalışmış, amma bacarmamışdır. Məhkum X-i buraxmadan ona tərəf dönərək, hirslə susmağı və otaqdan çıxmağı əmr etmişdir. Məhkum eyn i zamanda şiddətli müqavimət göstərən X-i boğmağı dayandırmamış, o da Məhkumdan X-i buraxmasını istəmişdir. X hər şeyi, pulu, zinət əşyalarını götürə biləcəyini, ancaq onu buraxmağını söyləsə də, Məhkum fikir verməmişdir. O, Məhkumun sözlərindən sonra mətbəx otağına keçmişdir. O. isterik vəziyyətdə olmuş və nə edəcəyini bilməmişdir. Bir neçə dəqiqədən sonra Məhkum mətbəxə keçmişdir. Onun əlləri çəkiclə vurulduqdan sonra X-in başından çıxan qan içində olmuşdur...” Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı hər iki şahid sərbəst ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq edərək, 2009-2010-cu illərdə yazışma zamanı Məhkumun adam öldürdüyü barədə bir-birinə məlumat verd iklərini və hər iki tərəf aralarında olan yazışmadan əvvəl artıq hadisədən xəbərdar olduqlarını qeyd etmişlər. Birinci instansiya və apellyasiya instansiyası məhkəmə kollegiyaları haqlı olaraq Məhkum ona elan olunmuş ittiham üzrə məhkəməyədək istintaq dövründə verdiyi izahat və ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi barədə məqsəd güddüyünə dair nəticəyə gəlmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan molekulyargenetik məhkəmə tibbi ekspertizasının 26 may 2021-ci il tarixli 5 2-2021 nömrəli rəyindən görünür ki, tədqiqat üçün təqdim olunan tədqiqat obyektindəki bioloji izlərdən, yəni: hadisə yerinə baxış zamanı Moskva vil., X ş., X küç., ev 4, mənzil. 201 ünvanındakı mənzildən götürülmüş divandan köpük kauçukun kəsilməsində mövcud bioloji material çıxarılmış və insan qan izlərinin aşkarlanması üçün immunokromatoqrafik sürətli test edilmişdir. SERATEC HemDirectHemoglobinAssay (Seratec, Almaniya). Tədqiq olunan həmin rəydən görünür ki, yuxarıda göstərilən bioloji izlərdən ümumi hüceyrə DNT preparatları əldə edilmiş və molekulyar genetik fərdiləşdirmə metodlarından istifadə edərək ekspert identifikasiya tədqiqatı aparılmışdır. Aparılan tədqiqatlar əsasında çirkli qəhvəyi ləkələrdə, divandan köpük kauçukun kəsiyində insan qanının olması müəyyən edilmişdir. Divandan köpük kəsiklərindəki araşdırılmış bioloji izlər fərdi qadın DNT-sini ehtiva etmişdir. Bu qan izləri tədqiqat üçün bioloji nümunəsi verilməmiş naməlum bir qadına aiddir. Hadisə yerinə baxış zamanı Moskva vil., X ş., X küç., ev 4, mənzil. 201 ünvanında yerləşən mənzildən götürülən divandan köpük kauçukun kəsiyindəki bioloji izlərdə quraşdırılmış naməlum qadının genotipik xüsusiyyətləri, belə bir zərurət yarandıqda, bu bioloji izlərə sahib olan naməlum şəxslərin şəxsiyyətlərinin molekulyar genetik identifikasiyası üçün istifadə edilə bilər. Yuxarıda qeyd olunan normaların tələblərindən çıxış edərək, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum, xüsusi amansızlıqla və quldurluqla əlaqədar qəsdən adam öldürmə və zərərçəkmiş ş əxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq cinayətlərini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddələri ilə və qeyd olunan Plenum qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 12.1,120.2.4, 12.1,120.2.11 və 12.1,181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kas sasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, kassasiya məhkəmə araşdırması zama nı müəyyən olunduki, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,120.2.4, 12.1,120.2.11 və 12.1,181.3.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğu n gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində 1 azyaşlı uşağının olması) halın olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsi ndə göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəf indən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,120.2.4, 12.1,120.2.11 və 12.1,181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1275/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1275/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver