Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1276/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegi yasının 16 mart 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Nural Əliyev) 1(100)-186/2020 nömrəli 21 avqust 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1992-ci il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, C M-in 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin dekabr ayında Şahid2 işləmədiyi halda özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Gənc ə şəhər İdarəsinin əməkdaşı kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək vədinə əməl etmək niyyətində olmadığı halda onu Mingəçevir regional “ASAN xidmət” mərkəzinə işə qəbul etdirmək müqabilində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Xidmətin səlahiyyətli vəzifəli şəxslərinə ümumilikdə 7000 manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək rüşvət verməyə təhrik etmiş və Şahid2 əminlik yaratmaq məqsədilə əvvəlcədən əldə edəcəyi pul vəsaitinin verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadığını dərk edərək aralarında kredit müqaviləsinin tərtib edilməsinə razılıq vermiş, 20 dekabr 2019-cu il tarixdə Mingəçevir şəhərində yerləşən Mingəç evir regional “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi üzrə 5000 manat, həmin ilin dekabr ayının sonlarında və 01 yanvar 2020-ci il tarixdə isə sonuncu tərəfindən “Express” ödəniş terminalı vasitəsilə hər dəfə 1000 manat olmaqla iki dəfəyə istifadəsində olan “İD 812543” və “PİN xxxxxxx” nömrəli plastik kart hesabına köçürülmüş 2000 manat, ümumilikdə 7000 manat məbləğində pul vəsaitini vahid qəsdlə adlatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi ilə əlaqədar Şahid2 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Məhkum aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin yanvar ayının əvvəllərində Şahid1 işləmədiyi halda təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhərində yerləşən Mühafizə Xidmətinin rəisi kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək vədinə əməl etmək niyyətində olmadığı halda onu həmin Xidmətə işə qəbul etdirmək müqabilində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Xidmətin səlahiyyətli vəzifəli şəxslərinə ümumilikdə 2500 manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək rüşvət verməyə təhrik etmiş və 2020-ci ilin yanvar ayında istifadəsində olan **********029656 nömrəli “Maestrocard” plastik kart hesabına Şahid1 bu mə qsədlə köçürdüyü 100 manat və 400 manat pul vəsaitini, həmin ilin yanvar ayının ortalarında isə Gəncə şəhərində yerləşən “Dəyirman” dairəsi adlanan ərazidə sonuncunun verdiyi 2000 manat, ümumilikdə 2500 manat məbləğində pul vəsaitini vahid qəsdlə aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmiş və təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Daha sonra, Məhkum təkrarən eyni niyyətlə, 2020-ci ilin yanvar ayının ortalarında Şahid3 işləmədiyi halda təkrarən özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhərində yerləşən Mühafizə Xidmətinin rəisi kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək vədinə əməl e tmək niyyətində olmadığı halda onu həmin xidmətə sürücü qismində işə qəbul etdirmək müqabilində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Xidmətin səlahiyyətli vəzifəli şəxslərinə 2000 manat, sürücülük vəsiqəsinin və sağlamlıq kağızının alınması müqabilində isə polis orqanlarının səlahiyyətli vəzifəli şəxslərinə 625 manat, ümumilikdə 2625 manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək rüşvət verməyə təhrik etmiş və 2020-ci ilin yanvar ayının ortalarında Mingəçevir şəhəri ərazisində Şahid3 500 manat, 22 yanvar 2020-ci il tarixdə isə Gəncə şəhəri ərazisində 625 manat pul vəsaitini, ümumilikdə 1125 manat pul vəsaitini vahid qəsdlə adlatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmiş və təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Çingiz Məmmədov) 1(104)-146/2021 nömrəli 16 mart 2021-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 1(100)-186/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini və hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsinin itti hamdan xaric olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, o, özünü Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilmir və həmin maddə ilə ona ittiham verilməsi əsassızdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxa raq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas və başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları tam və hərtərəfl i yoxlamamış, bunun nəticəsi olaraq onun əməli Azərbaycan Respublikası CM-in 32.3,312.2-ci maddəsi ilə də ittiham hökmü çıxarılmış, həmin hökmün qüvvədə saxlanması barədə apelyasiya instansiyası məhkəməsi qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlində cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilsə də, onun ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməllərini törətməsi, birinci instansiya məhkəməsində tədqiq edil miş onun özünün verdiyi ifadə, şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq edilir. Məhkum öz kassasiya şikayətində onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cü maddələri ilə təqsirli bilinməsini mübahisələndirmir, həmin maddələrlə yanaşı onun əməlinin CM-in 32.4,312.2-ci maddəsi ilə tövsif edilməsini qanunsuz hesab edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə əlaqədar aşağıdakıları qeyd edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd olunmuşdur ki, şəxs, o cümlədən müva fiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Bundan başqa, həmin Qərarın 24-cü bəndində göstərilmişdir ki, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əh əmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 310-cu maddələri ilə tövsif edilir. Göründüyü kimi məhkəmələr təqsirləndirilən Məhkum əməlini tövsif edərək “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının izahlarını nəzərə almışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən Məhkum əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yanaşı həmin Məcəllənin 310 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməsi əsaslı və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına uyğun olmuşdur. Cinayət işin in materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün məhkumun əməllərinin həmin maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məh kəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələ blərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayar aq həmin şikayətin təmin edilmədən, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1276/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1276/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver