Məhkəmə qərarları › İş №1(102)-1277/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1277/2019

22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1277/2019 22.10.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1277/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 22 oktyabr 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, Zərərçəkmiş şəxs1, məhkum Təqsirlən dirilən şəxs və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Cavid Hüseyn) 1(011)-126/2019 nömrəli 01 aprel 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1954-cü il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında nömrəsiz binanın 165-ci mənzilində yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşd ırılmasına məhkum edilmiş, o, yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməklə onun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, təmir xərclərinə görə 31.866 manat, mətbəx mebelinə görə 2.017 manat, bir ədəd işıq sayğacına görə 180 manat, su sayğacına görə 22 manat, ödənilmiş dövlət r üsumuna görə 30 manat, hüquqi xidmət göstərilməsinə görə 500 manat olmaqla, cəmi 34.643 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə, habelə 100 manat ekspertiza xərcinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli 2(011)-345/2017 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 24 iyul 2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona 07 avqust 2018-ci il tari xdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin məlum aktını qərəzli olaraq icra etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər H.Ç.Məmmədov (sədrlik edən və məruzəçi), İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) 1(103)679/2019 nömrəli 31 may 2019-cu tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmiş, hökmlə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ciu maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) il 6 (aya) artırılmış, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçinin verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarı dəyişdirilsin və məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilsin, həmçinin qərardan narazı qalan Zərərçəkmiş şəxs1 verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli qərarı dəyişdirilsin və məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağırlaşdırlması barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X5 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarının cəza hissəsi ədalətsizdir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iş üzrə məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.08.2017-ci il tarixli, 2(011)-345/2017 №-li qətnaməsini icra etməməsi qərəzli deyildir, o, yaşlı, təqaüdçü, xəstə qadındır. Maddi cəhətdən məhkəmə qətnaməsini bir dəfəyə icra etmək üçün imkanı yoxdur. Qocalığa görə aldığı təqaüddən başqa heç bir gəliri yoxdur. Səhhəti ona işləməyə imkan vermir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 5300 manat pul ödəmişdir. Zərərçəkmiş şəxsə qalan vəsaiti də ödəməkdən yayınmaq niyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərildiyi kimi Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmək, yəni tələbkar Zərərçəkmiş şəxs1 34 643 manat pul ödəmək üçün faktiki imkanları yoxdur. Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs1 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, məhkum Təqsirləndirilən şəxs sanksiyada nəzərdə tutulmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.08.2017-ci il tarixli 2(011)-345/2017 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsini 13.03.2018-ci il tarixdə icraata qəbul edilmiş, ona könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmiş, lakin, borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək 24.07.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 500 manat məbləğində cərimə edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq, borclu Təqsirləndirilən şəxs yenidən hər hansı bir ödəniş etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qərəzliyi ondan ibarətdir ki, 13.03.2018-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs dəfələrlə rəsmi xəbərdarlıq edilmiş, izahatı alınmış, lakin, Təqsirləndirilən şəxs hər hansı bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs 30.643 manat borcu var idi, Bakı Apellyasiya Məhkəməsində proseslərin getdiyi zaman və hakim tərəfindən pulun tam şəkildə ödənilməs i tələb olduğu təqdirdə, 800 manat ödəniş etmiş və 29.843 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsini icra etməməklə məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsi çıxarılsa belə, lakin tutarlı qüvvəsi yoxdur. Belə çıxır ki, bundan sonra gələcəkdə belə hallar baş verərsə, məhkəmə qətnamələrinə ehtiyac olmayacaq. Məhkəmə kollegiyası yuxarıda göstərilən kəskin halları nəzərə almalı, məhkum Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə hörmətsizliyini və qərəzliyini ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-679/2019 saylı, 31 may 2019-cu il tarixli qərarı də yişdirilməli, yeni qərar qəbul edilərək, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəlləni n normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs ağır cəzanın təyin olunması, lakin Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respubl ikası CM-in 306.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən, onun zərərçəkmiş şəxsə vurmuş olduğu ziyandan qismən ümumilikdə dörd min manat məbləğində ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Apellyasiya instansiya məhkəməsi isə hökmlə məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı yüngül hesab etməklə, onuna təyin edilmiş 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətini 2 il 6 aya qədər artırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərkən məhkum Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini düzgün nəzərə almış, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzan ı yüngülləşdirən halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almışdır. Belə ki, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də məhkum Təqsirləndirilən şəxs maddənin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini n məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi və yaxud ağırlaşdırılması üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəmə sinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2019-cu il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar