Məhkəmə qərarları › İş №1(102)-1277/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1277/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1277/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun, Məhkum iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tar ixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), O.Y.Cəlilov və A.Ə.Musayevdən ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1982-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü ma ddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 29 oktyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 29 oktyabr 2019-cu il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqa məlum olmayan mənbədən satış mə qsədi ilə qanunsuz olaraq külli miqdarda, 28,600 qram heroin narkotik vasitəsi və tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı 0,4 qram təşkil edən 10 ədəd metadon həbini əldə etmiş, saxlamış, bir bükümdə 13,400 qram heroin narkotik vasitəsi və 5 metadon həbi, digər bükümdə isə 15,200 qram heroin narkotik vasitəsi və 5 metadon həbi olmaqla, 2 bükümdə qablaşdırıb malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı-düz bağırsağında yerləşdirib gizlədərək daşımış və həmin gün saat 17 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apelyasiya şika yətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və K.S.Bəşirovdan ibarət tərkibdə) 17 iyun 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək bildirmişdir ki, apelyasiya instansiya məhkəməsi iş üzrə mövcud olan yüngülləşdirici halları nəzərə almadan, Azərbaycan Respublikası CM-nin qanunçuluq, ədalət və humanizm prinsiplərinin təl əblərini pozaraq ona cəza təyin etmişdir. Hər iki instansiya məhkəməsi onun ilk məhkumluğunu, himayəsində bir azyaşlı övladının olmasını, əməlindən səmimi peşiman olmasını, törətdiyi əməli etiraf etməsini, ailənin yeganə qazanc gətirəni olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmağını, narkotik vasitəni satmaq üçün yox öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, 18 yanvar 2012ci il tarixdən yaşadığı Moldova Respublikasında narkoloji dispanserdə qeydiyyatda olduğunu nəzərə almadan ona ağır cəza təyin etmişdir. Odu ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarını ləğv edərək əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi nə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum onun ilk məhkumluğunu, himayəsində bir azyaşlı övladının olmasını, əməlin dən səmimi peşiman olmasını, törətdiyi əməli etiraf etməsini, ailənin yeganə qazanc gətirəni olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmağını, narkotik vasitəni satmaq üçün yox öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, 18 yanvar 2012-ci il tarixdən yaşadığı Moldova Respublikasında narkoloji dispanserdə qeydiyyatda olduğunu nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarını ləğv edərək əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum külli miqdarda, 28,600 qram heroin narkotik vasitəsi və t ərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı 0,4 qram təşkil edən 10 ədəd metadon həbini əldə etmiş, saxlamış, bir bükümdə 13,400 qram heroin narkotik vasitəsi və 5 metadon həbi, digər bükümdə isə 15,200 qram heroin narkotik vasitəsi və 5 metadon həbi olmaqla, 2 bükümdə qablaşdırıb malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı-düz bağırsağında yerləşdirib gizlədərək daşımış və həmin gün saat 17 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Məhkum aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədərək daşıdığı narkotik vasitələrin qanunla müəyyən edilmiş kü lli miqdar həddindən qat-qat çox olması, müxtəlif növdə olması, ayrı-ayrı bükümlərdə olması onların satış məqsədi ilə əldə edilməsinə dəlalət edən hallardır. Bundan başqa ibtidai istintaq müddətində şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində Məhkum göstərmişdir ki, heroin narkotik vasitəsinin yarısını özünün istifadəsi üçün yarısını isə dost tanışa pay vermək, bir az da pul qazanmaq üçün gətirdiyini göstərmişdir. Məhkəmə iclasında isə satmaq niyyətinin olmadığını, lakin dost tanışa ray verəcəyini göstərmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, narkotik vasitələri satış məqsədi olmadan, öz istifadəsi üçün gətirməsi barədə Məhkum ifadələri, eləcə də cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilm əsi barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cəza təyini barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almışdır. Lakin, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkum tə qsirli bilindiyi maddələrin sanksiyasının aşağı hədlərində ona azadlıqdan məhrum etmə cəzaları təyin etmiş və cəzaları toplayarkən də nisbətən aşağı həddə təyin edilmişdir. Göstərilən əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün başqa əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət- prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edil məmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə məhkum edi lməsinə dair cinayət işi üzrə Çirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar