Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1277/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Rzayev Əlibaba Ağaşirin oğlunun, Məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Əliyev Hikmət Vilayət oğlunun iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Cəlilabad rayonund a anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda inspektor vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.1 və 32.5, 312.1-ci maddələri ilə, xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-i n 308.1 və 32.5, 312.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Rzayev Əlibaba Ağaşirin oğlu tərəfindən birgə və məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunuin vəkili Əliyev Hikmət Vilayət oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), F.A.Qəribov və S.S.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 308.2 və 311.3.1-ci maddələri ilə bəraət verilmişdir. Təqsirləndirilən şəxs4 - Azərbaycan Respublikası CM-in 32.5, 308.2-ci maddəl əri ilə bəraət verilmiş, CM-in 32.5, 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 may 2021-ci il tarixdən 16 mart 2022-ci il tarixədək həbsdə saxlanılması müddəti nəzərə alınmış, təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən, 1 (bir) il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. Həmin hökmlə, həmçinin: 1) Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 308.2-ci maddəsi ilə bəraət verilmiş, CM-in 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 2) Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 308.2-ci maddəsi ilə bəraət verilmiş, CM-in 311.3.1 və 311.3.2-ci madd ələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 3) X5 təqsirləndirildiyi CM-in 308.2-ci maddəsi ilə bəraət verilmiş, CM-in 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 4) Təqsirləndirilən şəxs5 təqsirləndirildiyi CM-in 308.2-ci maddəsi ilə bəraət verilmiş, CM-in 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş: 5) Təqsirləndirilən şəxs6 təqsirləndirildiyi CM-in 308.2-ci maddəsi ilə bəraət verilmiş, CM-in 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 6) Təqsirləndirilən şəxs7 CM-in 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinay ətlərin törədilməsində təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), V.Ə.Mursaqulov və M.Ə.Abbasov): Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə digər təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ləğv edilərək yeni hökm çıxarılmışdır. Təqsi rləndirilən şəxs4 CM-in 32.5, 312.2 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona CM-in 32.5, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılması müddəti nəzərə alınmış, Təqsirləndirilən şəxs4 təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci maddəsinə əsasən, şərti hesab edilərək, 3 (üç) il sınaq müddəti təyin edilmişdir. Məhkum CM-in 32.5, 312.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona CM-in 32.5, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılması müddəti nəzərə alınmış, Məhkum təyin edilmiş 2 (iki) il 2 (iki) ay azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci maddəsinə əsasən, şərti hesab edilərək, 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Hökmlə həmçinin: 1) Təqsirləndirilən şəxs1 CM-in 308.1, 311.3.1 və 311.3.2-ci maddələr ində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 2) Təqsirləndirilən şəxs2 CM-in 308.1 və 311.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 3) X7 CM-in 308.1, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 4) Təqsirləndirilən şəxs5 CM-in 308.1, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş: 5) Təqsirləndirilən şəxs6 CM-in 308.1, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum edilmiş; 6) Təqsirləndirilən şəxs7 CM-in 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqs irli bilinərək məhkum edilmişdir. İşin halları: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsin özü üçün maddi neməti dolayı yolla özü vasitəsilə rüşvət qismində təkrarən istəməklə təkrarən almasında köməkçi qismində təkrarən iştirak etmiş, vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar onun özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsində köməkçi qismində təkrarən iştirak etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs 4 ilə bağlı gəldiyi nəticəyə görə o, 16 avqust 2016-cı il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyərkən xidməti vəzifəsi ilə əlaqədar tanıdığı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 18 dekabr 2018-ci il tarixli 1400/033 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsi haqqında Əsasnamə”nin 5.6-cı bəndinə əsasən, gömrük prosedurları və əməliyyatlarından istifadə üzrə şərtlərin və tələblərin yerinə yetirilməsinə riayət edilməsinin yoxlanılması, idxal-ixrac olunan mallara mövcud texnoloji sxemlərə uyğun olaraq gömrük baxışının həyata keçirilməsi, gömrük nəzarətini həyata keçi rərkən buraxılan yüklərin sənədlərinin və gömrük bəyannaməsinin tərtibatının düzgünlüyünün yoxlanılması, idxal və ixrac əməliyyatları zamanı gömrük vergi və rüsumlarının qanunvericiliyə uyğun olaraq düzgün hesablanması və tutulması, gömrük dəyərləndirməsi və gömrük dəyərinin müəyyən edilməsi işinin həyata keçirilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsd ən qulluq mənafeyi ziddinə istifadə etməsinə və sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, yəni 2021-ci ilin yanvar ayında fiziki şəxs Şahid20 ünvanına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********13857 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 45.517,10 Çin Yuanı, həmin dövrün rəsmi məzənnəsi ilə 12.116,62 manat dəyərində «Cherry» markalı avtomobil ehtiyat hissələrinin idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə Təqsirləndirilən şəxs1 «İphone 12» markalı ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonuna yüklədiyi “WhatsApp” mobil tətbiqetməsi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə özünün ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda yüklədiyi eyni mobil tətbiqetməyə ismarıc kimi göndərməklə Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Şahid20 şəxsən Təqsirləndirilən şəxs1 üçün dolayı yolla maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid20 razılığını alaraq, həmin niyyətlə 19 yanvar 2021-ci il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 5462********6476 nömrəli kart hesabına özünün bildirməsi ilə 800 (səkkiz yüz) manat pulun Şahid20 tərəfindən köçürülməsinə nail olub, həmin niyyətlə istifadəsində olan mobil telefonda olan “WhatsApp” mobil tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz tanışı Şahid5 oğlunun adına olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etdiyi 4169********8485 nömrəli "xxxx" ASC-nin bank kartının şəklini 19 yanvar 2021-ci il tarixdə özünə həmin mobil tətbiqetməyə göndərib, rüşvət qismində istədiyi həmin pul vəsaitini qeyd edilən karta elektron qaydada göndərməsini xahiş etməsi ilə əlaqədar, 19 yanvar 2021-ci il tarixdə özü qeyd edilən hesab kartından Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd edilən karta 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini köçürməklə, Təqsirləndirilən şəxs1 Şahid20 maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini özünün vasitəsilə dolayı yolla rüşvə t qismində istəməklə almasında və Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspekto ru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə və sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, yəni 2021-ci ilin yanvar ayında fiziki şəxs Şahid21 adına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********2457 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 5.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 9.350 manat dəyərində cihazların idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanm ası, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə Təqsirləndirilən şəxs1 «İphone 12» markalı ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonuna yüklədiyi “WhatsApp” mobil tətbiqetməsi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə özünün ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda yüklədiyi eyni mobil tətbiqetməyə ismarıc kimi göndərməklə Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Şahid21 şəxsən Təqsirləndirilən şəxs1 üçün dolayı yolla maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid21 razılığını alaraq, həmin niyyətlə 26 yanvar 2021-ci il tarixdə özünün adına olan "xxxx" ASC- yə məxsus 5462********6476 nömrəli kart hesabına özünün bildirməsi ilə 200 (iki yüz) manat pulun Şahid21 tərəfindən köçürülməsinə nail olub, həmin niyyətlə istifadəsində olan mobil telefonda olan “WhatsApp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz tanışı Şahid5 oğlunun adına olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etdiyi 4169********8485 nömrəli "xxxx" ASC-nin bank kartının şəklini özünə 26 yanvar 2021-ci il tarixdə göndərib, rüşvət qismində istədiyi həmin pul vəsaitini qeyd edilən karta elektron qaydada göndərməsini xahiş etməsi ilə əlaqədar, 26 yanvar 2021-ci il tarixdə özünün qeyd edilən hesab kartından Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd edilən karta 200 (iki yüz) manat məbləğində pul vəsaitini köçürməklə, Təqsirləndirilən şəxs1 Şahi d21 maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özünün vasitəsilə dolayı yolla təkrarən rüşvət qismində istəməklə almasında və Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsində köməkçi qismində təkrarən iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə və sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, yəni 2021-ci ilin fevral ayında "xxxx" MMC-nin adına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********5018 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 30.000 ABŞ dolları, hə min dövrün rəsmi məzənnəsi ilə 51.000 manat dəyərində cihazların idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə Təqsirləndirilən şəxs1 «İphone 12» markalı ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonuna yüklədiyi “WhatsApp” mobil tətbiqetməsi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə özünün ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda yüklədiyi eyni mobil tətbiqetməyə ismarıc kimi göndərməklə Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə həmin MMC-nin nümayəndəsi Şahid19 şəxsən Təqsirləndirilən şəxs1 üçün dolayı yolla maddi nemət olan 100 (yüz) manat məbl əğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid19 razılığını alaraq, həmin niyyətlə 17 fevral 2021-ci il tarixdə özünün adına olan "xxxx" ASCyə məxsus 5462********6476 nömrəli kart hesabına özünün bildirməsi ilə 100 (yüz) manat pulun Şahid19 tərəfindən köçürülməsinə nail olub, həmin niyyətlə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonda olan “WhatsApp” mobil tətbiqi vasitəsilə sonuncunun cinayətdən xəbərsiz olan tanışı Şahid5 oğlunun adına olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etdiyi 4169********8485 nömrəli "xxxx" ASC-nin bank kartının şəklini 17 fevral 2021-ci il tarixdə özünə göndərib, rüşvət qismində istədiyi həmin pul vəsaitini qeyd edilən karta elektron qaydada göndərməsini xahiş etməsi ilə əlaqədar, 17 fevral 2021-ci il tarixdə şəxsən qeyd edilən hes ab kartından Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd edilən karta 100 (yüz) manat məbləğində pul vəsaitini köçürməklə, Təqsirləndirilən şəxs1 Şahid19 maddi nemət olan 100 (yüz) manat məbləğində pul vəsaitini özünün vasitəsilə dolayı yolla təkrarən rüşvət qismində istəməklə almasında və Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsində köməkçi qismində təkrarən iştirak etm işdir. İttiham aktından görünür ki, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs kimi qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və qeyriləri üçün qeyrisi vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İbtidai istintaq orqanının Məhkum ilə bağlı gəldiyi nəticəyə görə o, 14 oktyabr 2019cu il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda inspektor vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə və qulluq funksiyasına əsasən, gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasının təmin edilməsi, gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək, yoxlamaların aparılması yerini təyin etmək və həmin malların, bağlamaların oraya gətirilməsinin tələb edilməsi, gömrük nəzarətindən keçməli olan malların olduğu və ya olması ehtimal edilən bütün ərazilərə, tikililərə və başqa yerlərə sərbəst surətdə daxil olmaq və orada baxış keçirmək, malların buraxılışını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatı-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu, özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Təq sirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncunun tanışı olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs7 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək özlərinə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə, yəni 2021-ci ilin may ayında fiziki şəxs X9 ünvanına Türkiyə Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********4606 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 18.500 (on səkkiz min beş yüz) manat dəyərində 21 ədəd mühərrik hissələrinin idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçir ilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə 13 may 2019-cu il tarixli etibarnamə əsasında X11 broker xidməti göstərən Şahid1 Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Təqsirləndirilən şəxs7 vasitəsilə 2021-ci ilin may ayının 6-da sonuncu, özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə rüşvət qismində istəyib, həmin niyyətlə Şahid1 2021-ci ilin may ayında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, “Hökümət Evinin” yaxınlığında Təqsirləndirilən şəxs7 vasitəsilə sonuncu, özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində Təqsirləndirilən şəxs7 köməkçiliyi ilə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, rəsmiləşdirməni sürətləndirməklə həmin malın 2021-ci ilin may ayının ortalarında gömrük nəzarətindən buraxılışını şəxsən həyata keçirmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmünün ona aid hissədə ləğv edilməsi və ona aid hissədə cinayət işinin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri hesab edirlər ki, apelyasiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki: - Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələrində bildirmişdir ki, həbs edilənə qədər digər Təqsirləndirilən şəxs1 tanımamış və Dövlət Gömrük Komitəsində belə bir əməkdaşın olduğunu bilməmişdir. Şahid1 isə xidmət göstərdiyi “İpək yolu” gömrük postunda xidməti vəzifəsi ilə əlaqədar bir dəfə görmüşdür. Onunla Şahid1 arasında gömrük bəyannamələrinin rəsmiləşdirilməsinin tezləşdirilməsi barədə hər hansı bir sövdələşmə və bunun müqabilində hər hansı bir məbləğdə pul və ya maddi nemət istənilməsinə dair söhbət olmamışdır. Təqsirləndirilən şəxs7 da ona rüşvət hesab edilə biləcək pul vəsaiti verməmişdir. - Məhkəmədə dindirilmiş Şahid1 də təsdiq etmişdir ki, onunla Məhkum arasında pulun istənilməsi və verilməsinə dair heç bir razılaşma olmamışdır. - Təqsirləndirilən şəxs7 da Şahid1 Məhkum verilməsi adı ilə aldığı 200 manat puldan Məhkum xəbəri olmamış və o, Məhkum pul verməmiş, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. - Təqsirləndirilən şəxs1 də həm ibtidai istintaq zamanı, həm də məhkəmədə Məhkum tanımadığını bildirmişdir. Şikayət müəlliflərinin fikrincə, Məhkum Azərbaycan Respublikası CM-in 308.1 və 32.5, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair apelyasiya instansiyası məhkəməsinin hökmü qanunsuz və əsassızdır və ləğv edilərək Məhkum barəsində olan cinayət işinə xitam verilməlidir. Məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs4 aid hissədə ləğv edilməsi və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-in 308.1 və 32.5, 312.2-ci maddələri ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, istintaq aparılarkən qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmiş, qanunvericili yin tələbləri pozulmuş, lakin məhkəmə tərəfindən bu hallara düzgün qiymət verilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar tədqiq olunmamış, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların təqdiqindən əsassız olaraq imtina edilmiş, nəticədə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki: - Təqsirləndirilən şəxs4 köməyi ilə Təqsirləndirilən şəxs1 Şahid19 rüşvət alması epizodu üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, "xxxx" MMC-ni və onun nümayəndəsi Şahid19 ümumiyyətlə tanımır. Təqsirləndirilən şəxs1 bankomat kartına göndərdiyi pul vəsaitlərinin isə işlə hər hansı bir əl aqəsi olmamış, həmin pul vəsaitləri aralarında olan borc münasibətindən irəli gələrək göndərilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 də ifadəsində göstərmişdir ki, o, Orxandan bu işə görə pul istəməmiş və Orxan da bu işə görə ona hər hansı bir məbləğdə pul verməmişdir. "xxxx" MMC-nin adına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********5018 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 30.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 manat dəyərində cihazların idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi tam qanuni əsaslarla aparılmışdır. Bundan əlavə, şahid qismində dindirilmiş Şahid19 göstərmişdir ki, təxminən 2021-ci ilin mart ayında Çin Xalq Respublikasından satın aldığı poliet ilen örtük istehsal edən avadanlığı Gömrük Komitəsində rəsmiləşdirmək üçün adını xatırlamadığı bir şəxsə 100 manat pul vermişdir, Təqsirləndirilən şəxs4 tanımır və onun adını da heç vaxt eşitməmişdir. Yalnız istintaq orqanı tərəfindən dəvət olunan zaman ona Təqsirləndirilən şəxs4 barədə suallar verilmiş və o da tanımadığını bildirmişdir. Avadanlığın Gömrük Komitəsində rəsmiləşdirilməsi ilə bağlı vermiş olduğu 100 manat pul vəsaitini rüşvət olaraq vermədiyini, orada bu işlə məşğul olan çaparların olmasını və onun əvəzindən həmin rəsmiləşdirmə prosedurunu apara biləcək tanımadığı bir şəxsə (çapara) xidmət haqqı olaraq verdiyini bildirmişdir. - Təqsirləndirilən şəxs4 köməyi ilə Təqsirləndirilən şəxs1 Şahid20 rüşvət alması epizodu üzrə Təqsirləndirilən şəxs4 özünü təqsirli bilməyərək bildirmiş dir ki, Şahid20 onun tanışıdır. Rəşad avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə Şahid20 ona zəng edərək bəyannaməni göndərmiş, həmin bəyannamənin icrasının Təqsirləndirilən şəxs1 olduğunu bildirərək, işin hansı mərhələdə olmasını və hər hansı çatışmazlıqların olub-olmamasını öyrənməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs4 bu barədə maraqlanmış və yeganə çatışmazlığın bəyannamənin icrası ilə bağlı rüsumun tam şəkildə ödənilməməsi olduğunu bildirmişdir. Şahid20 hazırda Bakı şəhərində olmadığını və bir tanışı olaraq həmin rüsumun ödənilməsi üçün borc verməyi Təqsirləndirilən şəxs4 xahiş etmiş və həmin pul vəsaitini sonuncu Şahid20 nümayəndəsinə vermiş və o da gedərək rüsumu ödəmişdir. Sonradan Şahid20 həmin pulu onun kartına köçürərək qaytarmışdır. Lakin işin icrası ilə bağlı Şahid20 tərəfindən ona və ya Təqsirləndirilən şəxs1 hər hansı bir pul vəsaiti verilməmişdir. Təqsirləndirilən şəxs1 də göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 ona müraciət edərək Şahid20 adlı şəxsin idxal etdiyi yükə dair bəyannamənin icrasının ona həvalə olunduğunu deyərək həmin şəxsin sənədinin rəsmiləşdirilməsi ilə bağlı maraqlanmışdır. O, qanuni olaraq həmin sənədə baxaraq rəsmiləşdirməni həyata keçirmişdir. Bu işə görə Orxan ona pul verməmişdir. Şahid qismində dindirilmiş Şahid20 göstərmişdir ki, avtomobil ehtiyat hissələrininin ölkəyə idxal edilib satışı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs4 Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin əməkdaşı kimi tanıyır. 18 yanvar 2021-ci il tarixdə onun sifariş etdiyi mal gömrükdən buraxılmadığından Orxanla əlaqə saxlamışdır. Həmin vaxt artıq iş vaxtının sonuna az qalmışdı. O, Orxandan hansı səbəbdən malın buraxılmadığını maraqlanmağı xahiş etmiş, sonuncu gömrük rüsumunu düz ödəmədiyindən buraxılmadığını bildirmişdir.Bundan sonra necə edə biləcəyini ondan maraqlandıqda, sonuncu ona rüsumun qalan 800 manat məbləğində hissəsini ödədikdən sonra malın buraxılacağını demişdir. İş vaxtının sonuna az qaldığından o, Orxana rüsumun qalan hissəsinin ödənilməsi üçün borc verməsini xahiş etmiş və beləliklə, rüsum ödənildiyi üçün mal buraxılmışdır. Bundan sonra o, 800 manat məbləğində pulu Orxanın bankomat kartının üzərində olan hesab nömrəsinə göndərmişdir. - Təqsirləndirilən şəxs4 köməyi ilə Təqsirləndirilən şəxs1 Şahid21 rüşvət alması epizodu üzrə Təqsirləndiril ən şəxs4 özünü təqsirli bilməyərək bildirmişdir ki, Şahid21 onun tələbə yoldaşıdır. Afiq ticarətlə məşğul olur və xaricdən ölkəyə ehtiyat hissələri idxal edir. xx.xx.2021-ci il tarixdə Afiqin idxal etdiyi bəyannamənin icrası Təqsirləndirilən şəxs1 həvalə olunmuşdu. Afiq ondan işlə bağlı maraqlanmağı xahiş etdiyi üçün bu barədə Elmara demişdir. O, Elmara Afiqin onun tələbə yoldaşı olduğunu demiş, bu işə görə Afiq ona pul verməmişdir. O, Elmara bu işə görə pul verməmişdir. Afiq onun tələbə yoldaşı olduğu üçün Afiqə borc pul vermişdir. Afiq həmin borcunu ona hissə-hissə olmaqla qaytarmışdır. Təqsirləndirilən şəxs1 göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 ondan Şahid21 Mehcan oğlunun adına olan bəyannamənin icrası ilə bağlı maraqlanmışdır. O, Şahid21 görə Orxandan pul almamışdır. İdxal əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi tam qanuni əsaslarla aparılmışdır. Şahid qismində dindirilmiş Şahid21 göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə tələbə yoldaşı Təqsirləndirilən şəxs4la mobil telefonla danışaraq sifariş etdiyi məhsulun gömrük rəsmiləşdirilməsini sürətləndirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 bəyannamə nömrəsini ondan alıb köməklik edəcəyini bildirmişdir. Qısa müddətdən sonra Təqsirləndirilən şəxs4 onunla əlaqə saxlayıb Bakı Baş Gömrük İdarəsində olan adını xatırlamadığı iş yoldaşından onun işini xahiş etdiyini bildirmişdir. Həmin işin rəsmiləşdirilməsi ilə bağlı heç kimə pul verməmişdir. Eyni zamanda o, Təqsirləndirilən şəxs4 borca pul götürdüyü və həmin borc məbləğini hiss ə-hissə qaytardığını bildirmişdir. Bundan əlavə, həmin borc məbləğindən hələ də 20 manat Orxana borclu olduğunu bildirmişdir. Müdafiəçi hesab edir edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs4 qarşı ittihamı mötəbər sübutlara və dəlillərə yox, öz mülahizələrinə və ehtimallarına əsaslanaraq qərəzli olaraq qurmuş və apelyasiya instansiyası məhkəməsi də eyni əsasla ittiham hökmü çıxardaraq əsassız nəticəyə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər – Ə.Rzayev və H.Əliyevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şik ayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahi sə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətlərdə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs4 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri mübahisə edilir, cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəz ərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə görə “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul o lma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsinə görə “Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsində “Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi hi mayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 311.3-cü maddəsinə görə “Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; 311.3.2. təkrar törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsinə görə “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərək ətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə görə “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM -in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməli dir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət ver ilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərki bini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti ol an məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan Hüquqları nın və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyə nləşdirilir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 32.5, 312.1 və 308.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs4 CM-in 32.5, 312.2 və 308.1-ci maddələri ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Məhkum təqsirləndirilməsi və məhkum edilməsinə dair epizodu üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Məhkum Azərbaycan Respublikası CM-nin 308. 2 və 311.3.1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, “o, vəzifəli şəxs kimi qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və qeyriləri üçün qeyrisi vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 14 oktyabr 2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Göm rük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda inspektor vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə və qulluq funksiyasına əsasən, gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasının təmin edilməsi, gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək, yoxlamaların aparılması yerini təyin etmək və həmin malların, bağlamaların oraya gətirilməsinin tələb edilməsi, gömrük nəzarətindən keçməli olan malların olduğu və ya olması ehtimal edilən bütün ərazilərə, tikililərə və başqa ye rlərə sərbəst surətdə daxil olmaq və orada baxış keçirmək, malların buraxılışını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibatı-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu, özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncunun tanışı olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs7 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək özlərinə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə, yəni 2021-ci ilin may ayında fiziki şəxs X9 ünvanına Türkiyə Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********4606 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 18.500 (on səkkiz min beş yüz) manat dəyərində 21 ədəd mühərrik hissələrinin idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə 13 may 2019-cu il tarixli etibarnamə əsasında X11 broker xidməti göstərən Şahid1 Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Təqsirləndirilən şəxs7 vasitəsilə 2021-ci ilin may ayının 6-da sonuncu, özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə rüşvət qismində istəyib, həmin niyyətlə Şahid1 2021-ci ilin may ayında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, “Hökümət Evinin” yaxınlığında Təqsirləndirilən şəxs7 vasitəsilə sonuncu, özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində Təqsirləndirilən şəxs7 köməkçiliyi ilə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, rəsmiləşdirməni sürətləndirməklə həmin malın 2021-ci ilin may ayının ortalarında gömrük nəzarətindən buraxılışını şəxsən həyata keçirmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.” İttiham aktından görünür ki, ibtidai araşdırma orqanı Məhkum təsvir edilən cinayət əməlini törətməkdə ittiham edərkən aşağıda sadalanan sübutlara istinad etmişdir: -Şahid1 ərizə ilə müraciət edərək ölkəyə idxal etdiyi yüklərin gömrük rəsmiləşdirilməsi müqabilində Bakı Baş Gömrük idarəsinin inspektoru Təqsirləndirilən şəxs1 broker xidməti göstərən Təqsirləndirilən şəxs7 vasitəri ilə ondan 400 manat rüşvət tələb etməsini göstərmişdir. -Şahid1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, xarici ölkələrdən ağır texnikaların ehtiyat hissələrinin ölkə ərazisinə idxal olunması və həmin malların ölkə daxilində satışı ilə məşğul olur. O, hər dəfə ölkəyə mal idxal etdikdə, bəyannamələrin qəbulunda və malların rəsmiləşdirilməsində Bakı Baş Gömrük İdarəsinin baş inspek toru Təqsirləndirilən şəxs1 adlı şəxs problem yaradırdı. O, yaranan problemlərin həlli üçün Elmara müraciət etmişdir. Elmar malların rəsmiləşdirilməsinin tezləşdirilməsi üçün gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis Təqsirləndirilən şəxs7 müraciət etməyini istəmiş və onun istifadəsində ola mobil telefon nömrəsini vermişdir. O da Ceyhunla danışmış, Ceyhun lazımi sənədləri göndərməsini və bəyannamələrin tərəfindən tərtib olunduqdan sonra gələn malların asanlıqla gömrükdən buraxılacağını ona bildirmişdir. Bundan sonra o, yenidən Elmarla danışıb Ceyhunun bəyannamənin hər səhifəsinə görə 30 manat xidmət haqqı tələb etdiyini, həmin məbləğin çox olduğunu bildirmiş, Elmar Ceyhunla danışacağını, bəyannamənin hər səhifəsinə görə 30 yox, 25 manat ödəyəcəyini, bununla yanaşı, əlavə pul da verməli oldu ğunu, həmin məbləğin Ceyhunun ona deyəcəyini bildirmişdir. O, Ceyhunla danışmış, sonuncu ona bəyannamələrin hər səhifəsinə görə ona 25 manat, ümumilikdə 475 manat, əlavə olaraq da hər bəyannaməyə görə 200 manat, ümumilikdə 400 manat Təqsirləndirilən şəxs1, 50 manat isə yük inspektoruna verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 tələb etdiyi 400 manat məbləğində pulun qanunsuz olduğunu bildikdən sonra bu barədə Dövlət Gömrük Komitəsinə məlumat vermiş, oradan isə bu barədə araşdırmanın Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılacağı bildirilmişdir. O, 30 mart 2021-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ona verilmiş 900 manat pulu Təqsirləndirilən şəxs7 vermiş, Ceyhun həmin pulun 475 manatın bəyannamələri n pulu olduğunu, qalan 400 manatı Təqsirləndirilən şəxs1, 50 manatı isə yük inspektoruna verəcəyini bildirmişdir. Bu hesabla onun Ceyhuna 25 manat borcu qalmışdır.... 07 may 2021-ci il tarixdə Türkiyə Respuiblikasından onun sifarişi əsasında daxil olmuş ağır texnika üçün ehtiyat hissələri Bakı Baş Gömrük İdarəsinə daxil olmuşdur. Həmin yüklərin də gömrük bəyannamələrini gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis Təqsirləndirilən şəxs7 hazırlamışdır. Bundan sonra, Ceyhunla telefonla danışarkən xidmət haqqı kimi 380 manat, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda inspektor vəzifəsində işləyən Məhkum vermək üçün 200 manat, Təqsirləndirilən şəxs1 verilməsi üçün isə 400 manat olmaqla 980 manat pul istəmişdir. O bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat vermişdir. İ darədə ona 1000 manat pul verilmiş və həmin gün Ceyhunla görüşüb 1000 manat pulu ona vermişdir. -Təqsirləndirilən şəxs7 göstəmişdir ki, o, Şahid1lə danışarkən Şahid1 özü ona müraciət edərək Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda inspektor vəzifəsində işləyən Məhkum yüklərin gömrük baxışından keçirməsi üçün nə qədər pul istəyib-istəməməisni soruşmağı xahiş etmişdir. O, Məhkum ilə danışaraq ondan Şahid1 mallarının gömrük baxışından keçirilməsi üçün nə qədər pul tələb etdiyini soruşmuş, Mirağa isə bu işə görə 200 manat pul tələb etdiyini bildirmişdir. Buna görə də, o, Elçinə Mirağaya 200 manat pul verməsini demişdir. Elçin ona 07 may 2021-ci ildə 1000 manat pul vermiş və həmin pulun 400 manatını Təqsirləndirilən şəxs1 və 200 manatını isə Məhkum çatdırmasını xahiş etmişdir. Pul u Elçindən aldığı gün Təqsirləndirilən şəxs1lə görüşüb 400 manatını ona vermiş, lakin Mirağa ilə görüşə bilmədiyi üçün ona pulu verməmişdir. Mirağa özü də onunla əlaqə saxlayaraq pulu istəməmişdir. -Təqsirləndirilən şəxs7 Məhkumlə üzləşmə zamanı sonuncudan malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi üçün Şahid1 nə qədər pul istədiyini soruşmasını və Məhkum 200 manat istədiyini deməsini bir daha təsdiq etmişdir. -Təqsirləndirilən şəxs7 və Məhkum 06 may 2021-ci ildən 10 may 2021-ci ilə qədər olan dövrdə bir-biri ilə mütəmadi olaraq telefon əlaqəsi saxladıqları müəyyən edilmişdir. -Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs7 yazdığı 07 may 2021-ci ildə saat 08:59da mesajda Məhkumlə bağlı aşağıdakı məzmunda yazı aşkar edilmişdir: ”Mirağa ilə danışdın axşam? Nə deyir?" Təqsirləndiril ən şəxs7 isə cavabında “Dedim, dedi telefonda istəmirəm danışmaq, dedi görüşərik bir yerdə öyrənərik”. Həmin gün saat 16:34-də Təqsirləndirilən şəxs7 Təqsirləndirilən şəxs1 “Akiflidən nə götürüm sənə” ismarıcı yazılmış, Təqsirləndirilən şəxs1 isə ona “4,2 Emin” cavabını yazmışdır. xx.xx.2021-ci ildə saat 11:51-də Təqsirləndirilən şəxs7 Təqsirləndirilən şəxs1 “Akifli ödənildi” ismarıcını göndərmişdir. -Məhkəmənin qərarı ilə keçirilmiş əməliyyat tədbirlərinin çəkilişi zamanı Şahid1 Təqsirləndirilən şəxs7 1000 manat pulu sayıb verərkən 200 manatının Məhkum aid olduğunu demişdir. -Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 308.2 və 311.3.1-ci maddələri ilə elan olunmuş ittihamda təqsirli bilməmiş, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda inspektor vəzifəsində işl ədiyini, Təqsirləndirilən şəxs7 gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi tanıdığını, Şahid1 isə malların gömrük baxışı zamanı işlədiyi postda gördüyünü, onunla heç bir münüsibətinin olmadığını, Şahid1 məxsus yüklərin təqdim edilmiş bəyannaməyə uyğunluğunu yoxladığını, həmin malların yoxlanılması və buraxılışa verilməsi, eləcə də sair məqsədlə ona heç kim tərəfindən pul və ya sair maddi dəyəri olan əşya təklif olunmadığını və verilmədiyini, onun da heç kimdən həmin məqsədlə pul və ya sair maddi dəyəri olan əşya istəmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında Təqsirləndirilən şəxs7 Məhkumlə üzləşmə zamanı sonuncudan malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi üçün Şahid1 nə qədər pul istədiyini soruşmasını və Məhkum 200 manat i stədiyini deməsini bir daha təsdiq etməsi göstərilsə də, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs7 Məhkumlə üzləşmə zamanı ifadəsini dəyişmiş və aşağıdakı məzmunda ifadə vermişdir: “Elçin öz təşəbbüsü ilə məndən Mirağaya nə qədər pul vermək lazım olduğunu Mirağadan soruşmağımı xahiş etdi. Mən də Mirağaya zəng edib həmin işə görə nə qədər pul istədiyini soruşdum. Mirağa mənə konkret məbləğ demədi, dedi ki, baxsın. Mən də 2 bəyannamə olduğuna görə Elçinə dedim ki, Mirağaya 200 manat pul verməlidir. Elçin pulu mənə verərkən Mirağa artıq baxış keçirib qurtarmışdı. Mirağaya pulu vermədim.” Lakin ibtidai araşdırma orqanı Məhkum hərəkətlərinin hüquqi qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatı araşdırmamış və Təqsirləndirilən şəxs7 Məhkumlə üzləşmə zamanı verdiyi ifadəsini nəzərə almadan və səbəblərini əsaslandırmadan ilkin ifadəsini sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs7 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həbs edilməmişdən əvvəl broker fəaliyyəti ilə məşğul olmuşdur. O, təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərdən Təqsirləndirilən şəxs1 başqa digərlərini həbs edilməmişdən əvvəl tanımamışdır.... Eyni zamanda, o, demək olar ki, Məhkum də həbs olunmamışdan əvvəl tanımamışdır. O, Miraga Ağayevə çatdırmaq üçün də heç vaxt Şahid1 pul almamışdır. Ona 200 manat məbləğində pul vəsaitini Şahid1 Məhkum çatdırmaq üçün öz təşəbbüsü ilə vermişdir. O bu 200 manat məbləğində pul vəsaitini Şahid1 almış, lakin bu pulu da Məhkum verməyərək öz şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkum ondan heç vaxt özünə çatdırılması üçün hər hansı bir vətəndaşdan gömrük bəyannaməsinin rəsmiləşdirməsini tezləşdirməsi müqabilində hər hansı bir məbləğdə pul vəsaiti almasını tələb etməmiş və ya istəməmişdir. Ümumiyyətlə bu məsələlərdən Məhkum xəbəri olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmünü ləğv edən apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən yanaşması ilə razılaşmayaraq qeyd edir ki, elan olunmuş ittihama əsasən Məhkum fiziki şəxs X9 ünvanına Türkiyə Respublikasından daxil olan malların idxal əməliyyatı üz rə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə rüşvət almağa görə ittiham verilmişdir. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postu haqqında" Əsasnamənin 5.9-cu bəndində qeyd edilən postun inspektorunun səlahiyyətlərindən biri də malların gömrük dəyərinin düzgün müəyyən edilməsi üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsidir. Malın gömrük dəyəri anlayışı Gömrük Məcəlləsində verilmişdir. Həmin Məcəllənin 1.0.12-ci maddəsinə əsasən, gömrük dəyəri malın “Gömrük tarifi haqqında” Qanuna müvafiq olaraq müəyyən edilən dəyəridir. Məcəllənin həmin normasında n da göründüyü kimi, 1.0.12-ci maddə blanket norma olub, gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı “Gömrük tarifi haqqında" Qanuna istinad edilməsini zəruri edir. "Gömrük tarifi haqqında" Qanunun 1.1,5-ci maddəsinə əsasən, malların gömrük dəyəri advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 3.5-ci maddəsinə görə, gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 8.4-cü maddəsinin tələblərinə əsasən, gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Sözügedən Qanunun 4.1.1-ci maddəsinə görə isə, Azərbaycan Respublikasında gömrük rüsumu dərəcəl ərinin növlərindən biri kimi advalor gömrük rüsumu dərəcəsi malların gömrük dəyərinə nisbətən faizlə hesablanır. Məhkum səlahiyyətlərinə isə **********4606 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara baxış keçirməklə idxal olunan malların gömrük bəyannaməsində əks olunan mallarla uyğun olmasını yoxlamaq aid olmuşdur. Göründüyü kimi, Məhkum malların idxalı və gömrük nəzarətindən keçirilməsi zamanı nəzərdə tutulan gömrük prosedurları zamanı heç də səlahiyyətsiz olmamışdır və özünə aid gömrük prosedurunun tərkib hissəsinə daxil olan səlahiyyətlərə malik olmuşdur (mallara baxış keçirmək, bəyannamədə göstərilən mallarla idxal olunan malların uyğunluğunun yoxlanılması və s). Mallara baxış keçirmək, bəyannamədə göstərilən mallarla idxal olunan malların uyğunluğunun yoxlanılması isə gömrük vergi və rüsumlarının hesablanmasına, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsinə birbaşa təsir edən amillərdəndir. Başqa sözlə, birinci instansiya məhkəməsi tərəfindən Məhkum səlahiyyətsiz şəxs kimi təqdim edilməsi və buna görə də cinayətin subyekti dairəsinə daxil olmaması şəklində yanaşma ifadə etməklə tamamilə əsassız nəticəyə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Məhkum əməlində cinayət tərkibinin olmaması haqqında nəticəyə gələrkən öz yekun qərarında məhkəmə baxışı zamanı tədqiq edilmiş, mötəbərliyinə heç bir şübhə olmayan və təqsirləndirilən şəxs Məhkum təqsirli bilinməsinə dair yekun qərar qəbul edilməsinə bilavasitə təsir göstərən sübut növü kimi iş üzrə Təqsirləndirilən şəxs7 məxsus "Samsung Duas” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2 021-ci il tarixli protokolu nəzərə almamışdır ki, bu da məhkəmənin təqsirləndirilən şəxs Məhkumlə bağlı gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. İş üzrə Təqsirləndirilən şəxs7 məxsus "Samsung Duas” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola əsasən, xx.xx.2021-ci il tarixdə saat 00:03-də Təqsirləndirilən şəxs7 Məhkum məxsus ***-***-**-** nömrəsinə zəng edərək 39 saniyə, xx.xx.2021-ci il tarixdə saat 17:19-da Təqsirləndirilən şəxs7 Məhkum məxsus ******-**-** nömrəsinə zəng edərək 1 dəqiqə 57 saniyə, xx.xx.2021-ci il tarixdə saat 17:39-da Məhkum məxsus ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs7 ***-***-**-** nömrəsinə zəng daxil olaraq 10 saniyə, xx.xx.2021-ci il tarixdə saat 18:26-da Məhkum məxsus ***-*****-** nömrə sindən Təqsirləndirilən şəxs7 ***-***-**-** nömrəsinə zəng daxil olaraq 20 saniyə, xx.xx.2021-ci il tarixdə saat 19:01-də Təqsirləndirilən şəxs7 Məhkum məxsus ******-**-** nömrəsinə zəng edərək 2 dəqiqə 30 saniyə, xx.xx.2021-ci il tarixdə saat 19:46-da Təqsirləndirilən şəxs7 Məhkum məxsus ***-***-**-** nömrəsinə zəng edərək 24 saniyə, xx.xx.2021-ci il tarixdə saat 21:24-də Təqsirləndirilən şəxs7 Məhkum məxsus ***-***-**-** nömrəsinə zəng edərək 2 dəqiqə 42 saniyə, xx.xx.2021-ci il tarixdə saat 12:41-də Təqsirləndirilən şəxs7 Məhkum məxsus ***-***-**-** nömrəsinə zəng edərək 21 saniyə, xx.xx.2021-ci il tarixdə saat 12:43-də Təqsirləndirilən şəxs7 Məhkum məxsus ***-***-**-** nömrəsinə zəng edərək 34 saniyə,xx.xx.2021-ci il tarixdə saat 21:16-da Təqsirləndirilən şəxs7 Məhkum məxsus ***-***-** -** nömrəsinə zəng edərək 1 dəqiqə 44 saniyə, xx.xx.2021-ci il tarixdə saat 21:23-də Təqsirləndirilən şəxs7 Məhkum məxsus ***-***-**-** nömrəsinə zəng edərək 28 saniyə, xx.xx.2021-ci il tarixdə saat 21:23-də Təqsirləndirilən şəxs7 Məhkum məxsus ***-***-**-** nömrəsinə zəng edərək 31 saniyə danışıq aparması müəyyən olunmuşdur. Həmin protokoldan da göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs7 və Məhkum arasında mütəmadi danışıqlar ayrı-ayrı tarixlərdə 3 gün ərzində 12 dəfə olmuş, həmin danışıqlar X9 ünvanına Türkiyə Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********4606 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 18.500 manat dəyərində 21 ədəd mühərrik hissələrinin idxalı əməliyyatı üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı tarixlərə, yə ni **********4606 nömrəli gömrük bəyannaməsinin və ona əlavə olunan sənədlərin qəbulu, bəyannamənin müəyyən edilmiş şərtlərə uyğunluğunu müəyyən etmək məqsədilə yoxlama aparılması, bəyannamənin təsdiqi, bəyannamənin onunla birgə təqdim olunan sənədlərin və malın bəyan olunduğu gömrük prosedurunun şərtlərinə uyğunluğunun yoxlanılması, malın yoxlanılması (mallara dair fiziki baxış keçirilməsi barədə qərar qəbul edildikdə), malın buraxılışı ilə bağlı xx.xx.2021xx.xx.2021-ci il tarixlərə təsadüf edir və həmin tarixlərdə qeyd edilən bəyannamə üzrə mallar təqsirləndirilən şəxs Məhkum tərəfindən yoxlanılmış və gömrük prosedurunun davam etdirilməsi üçün uyğun hesab edilmişdir. İşdə olan Təqsirləndirilən şəxs1 məxsus “İphone 12" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tar ixli protokola əsasən müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 08:59-da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs7 ***-*****-** nömrəsinə “Mirağa ilə danışdın axşam? Nə deyir?” ismarıcını göndərmiş, Təqsirləndirilən şəxs7 isə ona “Dedim, dedi telefonda istəmirəm danışmaq, dedi görüşərik bir yerdə öyrənərik" ismarıcını yazmış, həmin gün saat 16:34-də Təqsirləndirilən şəxs7 Təqsirləndirilən şəxs1 “Akiflidən nə götürüm sənə" ismarıcını yazmış, Təqsirləndirilən şəxs1 isə ona “4, 2 Emin” cavabını yazmışdır. xx.xx.2021-ci il tarixdə saat 11:51-də Təqsirləndirilən şəxs7 Təqsirləndirilən şəxs1 “Akifli ödənildi” ismarıcını göndərmişdir. Cinayət işi üzrə bir məqam da diqqətdən kənar qalmamalıdır ki, Təqsirləndirilən şəxs7 Məhkum qarşı ifadə verməməsi, onu hər hansı formada ifşa etməmə si başa düşülən və məntiqlidir. Belə ki, Təqsirləndirilən şəxs7 Məhkum qarşı ifadə verməklə həmin epizod üzrə həm də öz təqsirliliyini də təsdiq etmiş olacaqdır. Belə olan halda, iş üzrə yuxarıda qeyd edilən sübutlara əhəmiyyət vermədən və ya həmin sübutların mötəbərliyinə şübhə ilə yanaşaraq Təqsirləndirilən şəxs7 ifadələrinin Məhkum ittihamını bütövlükdə təkzib edən dəlil kimi nəzərdən keçirilməsi işin faktiki hallarına uyğun olmamışdır. Bu baxımdan Təqsirləndirilən şəxs7 ifadələri özünün və Məhkum cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş müdafiə üsulu və cəhdləri kimi qiymətləndirilməlidir. Düzdür, Məhkum **********4606 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların idxal proseduru zamanı vəzifəli şəxs olaraq özünə aid xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaq ədar hər hansı hərəkətə görə rüşvət alması halı iş materialları ilə, o cümlədən Təqsirləndirilən şəxs7 ifadələri ilə sübut olunmur, lakin həmin malların idxal proseduru gedişatında Məhkum dəfələrlə Təqsirləndirilən şəxs7la telefon danışıqları aparıb ona öz məsləhətlərini verməklə sonuncunun Təqsirləndirilən şəxs1 üçün X11 broker xidməti göstərən Şahid1 rüşvət almasına köməklik etmişdir. Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul və saitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Beləliklə, məhkəmə kollegiyası Məhkum əməllərinin tövsifi ilə bağlı belə yekun nəticəyə gəlir ki, elan olunmuş ittiham üzrə onun əməlləri Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsindən həmin Məcəllənin 32.5, 312.1-ci maddəsinə tövsif edilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticəni əsaslı hesab etmək olmaz. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanının verdiyi ittihamda Məhkum Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək rüşvət alması göstərilsə də, onun əməlinin obyektiv tərəfinin təsvirində yalnız onun Təqsirləndirilən şəxs7 vasitəsi ilə Şahid1 200 manat pulu istəməsi və alması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Lakin apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin həmin tələblərini pozaraq ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamın həcmindən kənara çıxaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Şahid1 Təqsirləndirilən şəxs7 tərəfindən 600 manat məbləğində rüşvətin alınmasında “Təqsirləndirilən şəxs7la telefon danışıqları aparıb ona öz məsləhətlərini verməklə sonuncunun Təqsirləndirilən şəxs1 üçün X11 broker xidməti göstərən Şahid1 rüşvət almasına köməklik etmişdir”. Məhkəmə kollegiyası apellyasiya instan siya məhkəməsinin gəldiyi həmin nəticənin sübutlarla təsdiq olunub-olunmamasını şərh etməzdən əvvəl qeyd edir ki, məhkəmənin gəldiyi həmin nəticə cinayət qanunvericiliyinin normalarına zidd olmaqla absurddur. Belə ki, Məhkum Təqsirləndirilən şəxs7la telefon danışıqları aparıb ona öz məsləhətlərini verməklə sonuncunun Təqsirləndirilən şəxs1 üçün X11 broker xidməti göstərən Şahid1 rüşvət almasına köməklik etmişdisə, onun əməli apelyasiya instansiya məhkəməsində hökmündə göstərilən rüşvət verənə köməkçiliyi nəzərdə tutan CMnin 32.5, 312.1-ci maddəsi ilə deyil, rüşvətin alınmasına köməkçi kimi CM-nin 32.5, 311.3.1-ci maddəsi ilə tövsif olunmalı idi. Çünki apelyasiya instansiyası məhkəməsi Məhkum rüşvət verənə deyil, rüşvət alana kömək etməsi nəticəsinə gəlmişdir. Bundan başqa, ibtidai araşdırm a orqanı Təqsirləndirilən şəxs1 Şahid1 Təqsirləndirilən şəxs7 vasitəsi ilə 400 manat məbləğində rüşvət istəməsi və almasına dair Məhkum ittiham verməmişdir. Eyni zamanda Məhkum Təqsirləndirilən şəxs7 vasitəsi ilə Şahid1 200 manat rüşvət istənilməsinə və alınmasına dair Təqsirləndirilən şəxs1 ittiham verilməmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsinin məntiqinə görə Məhkum özü üçün nəzərdə tutulan 200 manat rüşvətin Şahid1 tərəfindən Təqsirləndirilən şəxs7 vasitəsilə verilməsində kömək etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə dövlət ittihamçısı tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum barəsində olan epizod üzrə apelyasiya instansiyası məhkəməsi tərəfi ndən Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməyərək iş üzrə toplanmış sübutlar hərtərəfli araşdırılmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirilməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlinmişdir. O cümlədən: - İş üzrə Təqsirləndirilən şəxs7 məxsus "Samsung Duas” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokolla əlaqədar heç bir araşdırılma aparılmadan həmin protokolun məlumatları Məhkum təqsirli olmasını təsdiq edən sübut kimi qəbul edilmişdir. Qeyd edilən protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövrdə Məhkum və Təqsirləndirilən şəxs7 cəmi 12 dəfə telefon əlaqəsi saxlamışlar. Ape llyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan hesab etmişdir ki, həmin danışıqlar zamanı Məhkum öz məsləhətlərini verməklə Təqsirləndirilən şəxs7 Təqsirləndirilən şəxs1 üçün X11 broker xidməti göstərən Şahid1 rüşvət almasına köməklik etmişdir. Aydın deyildir ki, fiziki şəxs X9 ünvanına Türkiyə Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********4606 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallarla əlaqədar xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs7la Məhkum arasında hansı məzmunda söhbət ola bilərdi. Həmçinin, Şahid1 07 may 2021-ci ildə Təqsirləndirilən şəxs7 1000 manat pulu verdikdən sonra Məhkum Təqsirləndirilən şəxs7 həmin rüşvətin alınması ilə əlaqədar hansı məsləhətləri verə bilərdi. Həmin xüsusatların araşdırılması həm də ona görə zəruri idi ki, Təqsirl əndirilən şəxs7 Şahid1 Məhkum vermək üçün 200 manat pul almışdısa, həmin telefon danışıqları zamanı pulun Məhkum verilməməsinin səbəbləri aşkar olunsun. Çünki işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs7 Şahid1 aldığı 1000 manat puldan Məhkum verməmişdir. - İş üzrə Təqsirləndirilən şəxs1 məxsus “İphone 12" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokolla əlaqədar heç bir araşdırılma aparılmadan həmin protokolun məlumatları Məhkum təqsirli olmasını təsdiq edən sübut kimi qəbul edilmişdir. Qeyd edilən protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:59-da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs7 ***-***-**-** nömrəsinə “Mirağa ilə danışdın axşam? Nə deyir?” ismarıcını göndərmiş, Təqsirləndirilən şəxs7 isə ona “Dedim, dedi telefonda istəmirəm danışmaq, dedi görüşərik bir yerdə öyrənərik" ismarıcını yazmış, həmin gün saat 16:34-də Təqsirləndirilən şəxs7 Təqsirləndirilən şəxs1 “Akiflidən nə götürüm sənə" ismarıcını yazmış, Təqsirləndirilən şəxs1 isə ona “4, 2 Emin” cavabını yazmışdır. xx.xx.2021-ci il tarixdə saat 11:51-də Təqsirləndirilən şəxs7 Təqsirləndirilən şəxs1 “Akifli ödənildi” ismarıcını göndərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs7 ismarıclarında Məhkum adı çəkilsə, onun rüşvət istəməsi və ya Təqsirləndirilən şəxs7la Təqsirləndirilən şəxs1 Şahid1 rüşvət almalarına kömək etməsi barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs7 “Akiflidən nə götürüm sənə” məzmunlu ismarıcına isə, Təqsirləndirilən şəxs1 yazdığı “4, 2 Emin” cavabının Məhkum hansı aidiyyətinin olmasını n səbəbləri də apellyasiya məhkəməsinin hökmündən görünmür. Belə ki, həmin ismarıclar üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən heç bir araşdırılma aparılmamış, Məhkum Təqsirləndirilən şəxs7la görüşüb nəyi öyrənəcəyi aydınlaşdırılmamış, ismarıcda adı çəkilən “Emin” adlı şəxs müəyyən edilib dindirilməmişdir. Yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmü Məhkum aid hissədə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 təqsirləndirilməsi və məhkum edilməsinə dair epizodlar üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə v əzifəli şəxsin özü üçün maddi neməti dolayı yolla özü vasitəsilə rüşvət qismində təkrarən istəməklə təkrarən almasında köməkçi qismində təkrarən iştirak etmiş, vəzifəli şəxsin xidməti vəzifəsinin icrası İlə əlaqədar onun özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsində köməkçi qismində təkrarən iştirak etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs4 ilə bağlı gəldiyi nəticəyə görə o, 16 avqust 2016-cı il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbə sinin böyük inspektoru vəzifəsində işləyərkən xidməti vəzifəsi ilə əlaqədar tanıdığı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 18 dekabr 2018-ci il tarixli 1400/033 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsi haqqında Əsasnamə”nin 5.6-cı bəndinə əsasən, gömrük prosedurları və əməliyyatlarından istifadə üzrə şərtlərin və tələblərin yerinə yetirilməsinə riayət edilməsinin yoxlanılması, idxal-ixrac olunan mallara mövcud texnoloji sxemlərə uyğun olaraq gömrük baxışının həyata keçirilməsi, gömrük nəzarətini həyata keçirərkən buraxılan yüklərin sənədlərinin və gömrük bəyannaməsinin tərtibatının düzgünlüyünün yoxlanılması, idxal və ixrac əməliyyatları zamanı gömrük vergi və rüsumlarının qanunvericiliyə uyğun olaraq düzgün hesablan ması və tutulması, gömrük dəyərləndirməsi və gömrük dəyərinin müəyyən edilməsi işinin həyata keçirilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə və sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edi b ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, yəni 2021-ci ilin yanvar ayında fiziki şəxs Şahid20 ünvanına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********13857 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 45.517,10 Çin Yuanı, həmin dövrün rəsmi məzənnəsi ilə 12.116,62 manat dəyərində «Cherry» markalı avtomobil ehtiyat hissələrinin idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə Təqsirləndirilən şəxs1 «İphone 12» markalı ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonuna yüklədiyi “WhatsApp” mobil tətbiqetməsi v asitəsi ilə xx.xx.2021-ci il tarixdə özünün ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda yüklədiyi eyni mobil tətbiqetməyə ismarıc kimi göndərməklə Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Şahid20 şəxsən Təqsirləndirilən şəxs1 üçün dolayı yolla maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid20 razılığını alaraq, həmin niyyətlə 19 yanvar 2021-ci il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 5462********6476 nömrəli kart hesabına özünün bildirməsi ilə 800 (səkkiz yüz) manat pulun Şahid20 tərəfindən köçürülməsinə nail olub, həmin niyyətlə istifadəsində olan mobil telefonda olan “WhatsApp” mobil tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz tanışı Şahid5 oğlunun adına olmaqla faktiki olaraq Təqsirləndirilən ş əxs1 istifadə etdiyi 4169********8485 nömrəli "xxxx" ASC-nin bank kartının şəklini 19 yanvar 2021-ci il tarixdə özünə həmin mobil tətbiq etməyə göndərib, rüşvət qismində istədiyi həmin pul vəsaitini qeyd edilən karta elektron qaydada göndərməsini xahiş etməsi ilə əlaqədar, 19 yanvar 2021-ci il tarixdə özü qeyd edilən hesab kartından Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd edilən karta 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini köçürməklə, Təqsirləndirilən şəxs1 Şahid20 maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini özünün vasitəsilə dolayı yolla rüşvət qismində istəməklə almasında və Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şər ait yaradan halların qarşısının alınması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddin ə istifadə etməsinə və sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, yəni 2021-ci ilin yanvar ayında fiziki şəxs Şahid21 adına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********2457 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 5.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 9.350 manat dəyərində cihazların idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə Təq sirləndirilən şəxs1 «İphone 12» markalı ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonuna yüklədiyi “WhatsApp” mobil tətbiqetməsi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə özünün ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda yüklədiyi eyni mobil tətbiqetməyə ismarıc kimi göndərməklə Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə Şahid21 şəxsən Təqsirləndirilən şəxs1 üçün dolayı yolla maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid21 razılığını alaraq, həmin niyyətlə 26 yanvar 2021-ci il tarixdə özünün adına olan "xxxx" ASC-yə məxsus 5462********6476 nömrəli kart hesabına özünün bildirməsi ilə 200 (iki yüz) manat pulun Şahid21 tərəfindən köçürülməsinə nail olub, həmin niyyətlə istifadəsində olan mobil telefonda olan “WhatsApp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz tanışı Şahid5 oğlunun adına olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etdiyi 4169********8485 nömrəli "xxxx" ASC-nin bank kartının şəklini özünə 26 yanvar 2021-ci il tarixdə göndərib, rüşvət qismində istədiyi həmin pul vəsaitini qeyd edilən karta elektron qaydada göndərməsini xahiş etməsi ilə əlaqədar, 26 yanvar 2021-ci il tarixdə özünün qeyd edilən hesab kartından Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd edilən karta 200 (iki yüz) manat məbləğində pul vəsaitini köçürməklə, Təqsirləndirilən şəxs1 Şahid21 maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özünün vasitəsilə dolayı yolla təkrarən rüşvət qismində istəməklə almasında və Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsində köməkçi qismində təkrarən iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin (səlahiyyətlərinin ) icrası ilə əlaqədar sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməsinə və sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, yəni 2021-ci ilin fevral ayında "xxxx" MMC-nin adına Çin Xalq Respublikasından daxil olan və xx.xx.2021-ci il tarixli **********5018 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan 30.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 manat dəyərində cihazların idxalı əməliyyatı üzrə gömrük vergi və rüsumlarının hesablanması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, gətirilən malların gömrük dəyərini n müəyyən edilməsi və bu zaman prosedurların sürətli icra edilməklə gətirilən malın gömrük nəzarətindən buraxılmasına görə Təqsirləndirilən şəxs1 «İphone 12» markalı ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonuna yüklədiyi “WhatsApp” mobil tətbiqetməsi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə özünün ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonda yüklədiyi eyni mobil tətbiqetməyə ismarıc kimi göndərməklə Təqsirləndirilən şəxs1 yönləndirməsi ilə həmin MMC-nin nümayəndəsi Şahid19 şəxsən Təqsirləndirilən şəxs1 üçün dolayı yolla maddi nemət olan 100 (yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid19 razılığını alaraq, həmin niyyətlə 17 fevral 2021-ci il tarixdə özünün adına olan "xxxx" ASCyə məxsus 5462********6476 nömrəli kart hesabına özünün bildirməsi i lə 100 (yüz) manat pulun Şahid19 tərəfindən köçürülməsinə nail olub, həmin niyyətlə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonda olan “WhatsApp” mobil tətbiqi vasitəsilə sonuncunun cinayətdən xəbərsiz olan tanışı Şahid5 oğlunun adına olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə etdiyi 4169********8485 nömrəli "xxxx" ASC-nin bank kartının şəklini 17 fevral 2021-ci il tarixdə özünə göndərib, rüşvət qismində istədiyi həmin pul vəsaitini qeyd edilən karta elektron qaydada göndərməsini xahiş etməsi ilə əlaqədar, 17 fevral 2021-ci il tarixdə şəxsən qeyd edilən hesab kartından Təqsirləndirilən şəxs1 istifadəsində olan qeyd edilən karta 100 (yüz) manat məbləğində pul vəsaitini köçürməklə, Təqsirləndirilən şəxs1 Şahid19 maddi nemət olan 100 (yüz) manat məbləğində pul vəsaitin i özünün vasitəsilə dolayı yolla təkrarən rüşvət qismində istəməklə almasında və Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etməsində köməkçi qismində təkrarən iştirak etmişdir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 32.5, 308.2-ci maddələri ilə bəraət verilmiş, o, CM-in 32.5, 312.2-ci maddəsində nə zərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək məhkum olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs4 - Azərbaycan Respublikası CM-in 32.5, 312.2 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində olan epizodlar üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməyərək iş üzrə toplanmış sübutlar hərtərəfli araşdırılmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirilməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlinmişdir. İşin hallarından göründü yü kimi Təqsirləndirilən şəxs4 3 nəfər ayrı-ayrı şəxslərin Təqsirləndirilən şəxs1 rüşvət verməsində köməkçi qismində iştitrak etməyə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə məhkum olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmünün maddi və prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun hər bir epizod üzrə ayrı-ayrılıqda qiymətləndirilməsini zəruri hesab edir. 1)Təqsirləndirilən şəxs4 ”Azplasstech” MMC-in təsisçisi və direktoru Şahid19 rüşvət verməkdə kömək etməsi epizodu İbtidai araşdırma orqanı tərəfindən tərtib olunmuş ittiham aktında həmin epizodla əlaqədar istinad edilən sübutlar aşağıdakılardır: -iş üzrə şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, 2011-ci ildə ”Azplasstech” MMC-ni təsis etmişdir...Təxminən 2021-ci ilin ma rt ayında Çin Xalq Respublikasından satın aldığı polietilen örtük istehsal edən avadanlıq almış və Azərbaycan Respublikasına idxal etmişdir. Həmin avadanlığı Azərbaycan Respublikası Gömrük Komitəsində rəsmiləşdirmək üçün adını xatırlamadığı adam vasitəsi ilə Bakı şəhəri Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin inspektoru Təqsirləndirilən şəxs4 100 manat pul vermişdir. O, Orxana 100 manat pulu verəndən sonra Çin Respublikasından gətirdiyi avadanlıq Bakı şəhər Gömrük İdarəsində rəsmiləşdirilmişdir. -istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “İphone" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, “Təqsirləndirilən şəxs4 BBGİ” adı ilə qeydiyyata alınmış Təqsirləndirilən şəxs4 məxsus ***-***-**-** nömrəsi ndən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 telefonuna **********4241 nömrəli bəyannaməni göndərərək “salam brat, bu iş səndədir. Yadıva düşdü keçən dəfə həll elədiy. Onu həll elə getsin” ismarıcını göndərmiş, Təqsirləndirilən şəxs1 isə “ok” cavabını vermişdir. xx.xx.2021-ci ildə Orxan Təqsirləndirilən şəxs1 200 manat pulun Şahid5 adına olan bankomat kartına göndərilməsinə dair qəbzin surətini göndərmişdir. xx.xx.2021-ci ildə Orxan Təqsirləndirilən şəxs1 ”Azplasstech” MMC-nin adına olan bəyannaməni göndərmiş və “bu da bizlikdir. Birdənə buna bax denən də mənə” ismarıcını göndərmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 “2 alma versin dadlı dil yesin” ismarıcını göndərmişdir. Orxan isə “1,5 ok?” cavabını vermişdir. xx.xx.2021-ci il tarixdə Orxan El mara 300 manat pulun Şahid5 adına olan bankomat kartına göndərilməsinə dair qəbzin surətini atmışdır. 17.02 2021-ci il tarixdə Orxan Elmara 150 manat pulun Şahid5 adına olan bankomat kartına köçürülməsinə dair qəbzin surətini atmışdır. Həmin epizodla əlaqədar dindirilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, ”Azplasstech” MMC-nin adına olan malların gömrül rəsmiləşdirilməsinə görə Təqsirləndirilən şəxs4 ona pul verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, 2011-ci il tarixdə "xxxx" MMC-ni təsis etmiş və həmin MMC-nin təsisçisi və direktoru vəzifəsində işləyir. Təxminən 2021-ci ilin mart ayında o, Çin Xalq Respublikasından satın aldığı polietilen örtük istehsal edən avadanlıq almış və bu avadanlığı Azərbaycan Respublikasın a idxal etmişdir. O, xaricdən polietilen istehsalı üçün avadanlıq gətirmişdir. Həmin malın ölkəyə gətirilməsi üçün dövlət rüsumunun ödənilməsinə ehtiyac yoxdur. Həmin malın gömrük rəsmiləşdirilməsi ilə əlaqədar heç bir ləngitmə olmamışdır. O, həmin avadanlığın ölkəyə gətirilməsi üçün heç kimdən heç nə xahiş etməmişdir. Çünki malın ölkəyə gətirilməsi sənədləşmə əsasında həyata keçirilmiş və həmin sənədlərdə də heç bir çatışmazlıq olmamışdır. O, Çin Xalq Respublikasından alaraq ölkəyə gətirdiyi polietilen örtük istehsal edən avadanlığın ölkəyə gətirilməsi üçün Bakı Baş Gömrük İdarəsinin hər hansı bir əməkdaşına hər hansı bir məbləğdə pul vəsaiti verməmiş, heç bir əməkdaş da ondan rüşvət istəməmiş və almamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin epizod üzrə heç bir araşdırılma aparılmamış ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutlar təhlil edilməklə Şahid19 tərəfindən Təqsirləndirilən şəxs1 100 manat məbləğində rüşvətin verilməsində Təqsirləndirilən şəxs4 köməkçi qismində iştirak etməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şahid19 ibtidai istintaq zamanı verdiyi 26 may 2021-ci il tarixli ifadəsi ittiham aktını tərtib etmiş müstəntiq tərəfindən təhrif olunmaqla ittiham aktına yazılmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən X1 tərəfindən 26 may 2021-ci il tarixli ifadəsinin məzmunu aşağıdakı kimidir: “2011-ci ildə ”Azplasstech” MMC-ni təsis etmişəm. ”Azplasstech” MMC-ni təsisçisi və direktoruyam. Cəmiyyətin fəaliyyəti polietilen ör tük (plyonka) istehsalından ibarətdir. Təxminən 2021-ci ilin mart ayında Çin Xalq Respublikasından polietilen örtük istehsal edən avadanlıq aldım və Azərbaycan Respublikasına gətirdim. Həmin avadanlığı Azərbaycan Respublikası Gömrük Komitəsində rəsmiləşdirmək üçün adını xatırlamadığım adam vasitəsi ilə Bakı şəhəri Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin inspektoruna 100 manat pul verdim. Xatırlamadığım adamın adını və kimliyini öyrənib yaxın zamanda istintaqa bildirəcəyəm. Burda aldığım məlumatdan sonra mənə məlum oldu ki, mənim ölkəyə gətirdiyim avadanlığı rəsmiləşdirmək üçün 100 manat verilən inspektor Orxan adlı şəxsdir. Bakı şəhər Gömrük İdarəsinin inspektoru Orxana xatırlamadığım şəxs vasitəsi ilə 100 manat pul verdikdən sonra Çin Respublikasından gətirdiyim avadanlıq Bakı şəhər Gömrü k İdarəsində rəsmiləşdirildi. Sual: Kimliyini xatırlamadığınız şəxsə 100 manat pulu hansı şəraitdə vermişiniz? Cavab: Mən həmin şəxsə pul vəsaitini əlbəəl vermişəm. Xatırlamadığım şəxsin həmin pul vəsaitini Orxana hansı şəraitdə və necə verməsindən məlumatlı deyiləm.” (bax: cild 3, vərəqə 86-88) Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırmanı orqanı Şahid19 ifadəsində göstərdiyi xüsusatları yoxlamamış, ondan 100 manat pulu gömrük inspektoruna vermək üçün almış şəxsin şəxsiyyətini müəyyən edib dindirməmiş, şahidin ifadəsini ittiham aktına təhrif olunmaqla əlavə etməklə kifayətlənmişdir. Həmçinin, prokurorluqda dindirmə zamanı Şahid19 ondan götürülmüş pulun Orxan adlı gömrük inspektoruna verilməsi barədə məlumat vermiş şəxsin də şəxsiyyəti müəyyən edilməmiş və həmin məlumatın mənbəyi a raşdırılmamışdır. Şahid19 alınmış 100 manat pulun bilavasitə kimin tərəfindən Təqsirləndirilən şəxs4 verilməsinin müəyyən edilməsi həmin epizod üzrə Təqsirləndirilən şəxs4 ittiham verilməsi üçün həm də ona görə zəruridir ki, Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələbinə görə “Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər.” Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 məxsus “İphone" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1lə Təqs irləndirilən şəxs4 arasında telefon yazışmalarının məzmunundan görünür ki, sonuncu Təqsirləndirilən şəxs1 ”Azplasstech” MMC-nin adına olan bəyannaməni göndərmiş və həll edilməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs1lə hər hansı bir məbləğdə rüşvətin alınmasına dair razılaşmanı təsdiq edən ismarıc aşkar olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki,ibtidai araşdırma orqanının ittiham aktında sübut kimi istinad edilən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 300 manat pulun, 17.02 2021-ci il tarixdə isə 150 manat pulun Şahid5 adına olan bankomat kartına köçürülməsinə dair qəbzin surətini göndərilməsinin 2021-ci ilin mart ayında olan gömrük rəsmiləşdirilməsi ilə hansı əlaqəsinin olması həm ibtidai araşdırma orqanı,həm də məhkəmələr tərəfindən araşdırılm amışdır. Ona görə məhkəmə kollegiyası hesab edir ki, həmin epizod üzrə qeyd olunan xüsusatlar araşdırılmadan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. 2) Təqsirləndirilən şəxs4 Şahid20 tərəfindən Təqsirləndirilən şəxs1 rüşvət verməkdə kömək etməsi epizodu İbtidai araşdırma orqanı tərəfindən tərtib olunmuş ittiham aktında həmin epizodla əlaqədar istinad edilən sübutlar aşağıdakılardır: -istintaq zamanı Təqsirləndirilən şəxs1 məxsus “İphone" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs4 BBGİ” adı ilə qeydiyyata alınmış Təqsirləndirilən şəxs4 məxsus ******-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 nömrəsinə Şahid20 adına olan bəyannaməni göndər miş, səsli ismarıc göndərərək “onu həll et göndərdiyimi” sözlərini qeyd etmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 “keçən dəfəki kimi həll edər?” sualını vermiş, ”Keçən dəfə necə həll elədik, elə edək də” ismarıcını göndərmişdir. Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 “7 sənəd,3/4 ok.ödəniş eləsin.OK?” ismarıcını yazmış, Təqsirləndirilən şəxs1 “1650 fərq verir”” yazmış, Təqsirləndirilən şəxs4 “7 cənəd deyəcəm” sözlərini göndərmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 ismarıc göndərərək “brat salam,zəhmət olmasa kartı at” ismarıcını göndərmiş, Təqsirləndirilən şəxs1 isə Şahid5 kartını göndərmişdir. -iş üzrə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, təxminən 2-3 il bundan əvvəl avtomobil ehtiyat hissələrinin ölkəyə idxal edilib Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən və icarə qaydasında işlətdiyi “Cherry-Changan” adlı mağazada satışı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs4 Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin əməkdaşı kimi tanıyır, onunla əvvəllər münasibəti olmasa da, təxminən 6 ay bundan öncə Çin Xalq Respublikasından avtomobil ehtiyat hissələrini ölkəyə idxal edərkən gömrük rəsmiləşdirilməsi zamanı yaranmış problemlə bağlı tanış olmuşdur. Belə ki, onun sifariş verdiyi avtomobil ehtiyat hissələri Bakı Baş Gömrük İdarəsindən buraxılmadığndan, bununla bağlı Dövlət Gömrük Komitəsinə şikayət etmək qərarına gəlmiş, pandemiya ilə əlaqədar qəbulda ola bilmədiyindən online müraciət etməyi məsləhət görülmüşdür. Lakin o, online müraciət etməmiş və yenidən Bakı Baş Gömr ük İdarəsinə getmişdir. Onların idxal etdikləri malın gömrük bəyannaməsinin icraçısı Təqsirləndirilən şəxs6 adlı şəxs olmuşdur. O, Bakı Baş Gömrük İdarəsində olarkən oranın daxili telefonu vasitəsilə tanımadığı gömrük əməkdaşı ilə danışmış və şikayət etmək istədiyini bildirmişdir. Bu zaman ona Bəxtiyar adlı əməkdaşın daxili telefon nömrəsini verərərk onunla əlaqə saxlaması bildirilmişdir. O, həmin şəxslə danışdıqda sonuncu ondan bəyannamənin icrasının kimdə olduğunu soruşmuş, o isə icraçının Təqsirləndirilən şəxs6 olduğunu bildirmişdir. Bəxtiyar ona hər hansı şikayəti varsa, rəisləri Elbrus müəllimə müraciət edə biləcəyini bildirmişdir. O, Elbrus müəllimlə görüşmək istədiyindən ona məxsus malın bəyannaməsinin icraçısı, yəni gömrük əməkdaşı Təqsirləndirilən şəxs6 onu rəisləri Elbrus müəllim in yanına qaldırmışdır. O, orada malın hansı səbəbdən buraxılmadığını soruşduqda, malın dəyərini aşağı göstərdiyindən buraxılmadığı bildirilmişdir. O isə malı əvvəllər də gətirərkən eyni dəyərdə göstərdiyini bildirsə də, onlar bu qiymətlə mal buraxmayacaqlarını bildirmişlər. O, məcbur olub onların dedikləri qiymətlə razılaşmışdır. Bundan sonra malı buraxılmışdır. Sonradan 1-2 dəfə də mal gətirərkən bu problemlərlə rastlaşmışdır. Həmin problemlərlə bağlı o, Bakı Baş Gömrük İdarəsinə gedib orada daxili telefonla danışarkən Orxan adlı inspektorla danışmışdır. Onun şikayətindən sonra mala dair bəyannamənin icrası Orxana həvalə edilmişdir. Orxan digər gömrük əməkdaşlarına nisbətən malın qiymətinin aşağı hesablanmasına kömək etdiyindən onunla arasında münasibət yaranmışdır. Sonuncu dəfə təxmin ən 18 yanvar 2021-ci il tarixdə onun sifariş etdiyi mal gömrükdən buraxılmadığından Orxanla əlaqə saxlamışdır. Həmin vaxt artıq iş vaxtının sonuna az qalmışdır. O, Orxandan hansı səbəbdən malın buraxılmadığını soruşduqda, gömrük rüsumunu düz ödəmədiyindən buraxılmadığını bildirmişdir. Bundan sonra necə edə biləcəyini ondan maraqlandıqda, sonuncu ona quşumun qalan 800 manat məbləğində olan hissəsini ödədikdən sonra malın buraxılacağını demişdir. İş vaxtının sonuna az qaldığından o, Orxana malın bu gün buraxılması üçün nə edə biləcəyini soruşmuşdur. O, dərhal pul ödənilərsə, malın elə həmin gün buraxıla biləcəyini demişdir. Bundan sonra Orxanla razılaşmışdır ki, sonuncu bankomat kartını ona göndərsin və Orxan pulu onun kartına göndərdikdən sonra onun yerinə rüsumu ödəsin. Bundan sonra o, 800 manat məbləğində pulu Orxanın ona şəklini göndərdiyi bankomat kartının üzərində olan hesab nömrəsinə göndərmişdir. Pulu göndərdikdən və gömrük bəyannaməsində qiymət dəyişdikdən sonra mal gömrükdən buraxılmışdır. -İstintaq materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli **********1357 nömrəli gömrük bəyannaməsinə əsasən fiziki şəxs Şahid20 ünvanına Çin Xalq Respublikasından 45.517,10 Cin Yuanı, həmin dövrün məzənnəsi ilə 12.116,62 manat dəyərində “Cherry” markalı avtomobillərin ehtiyat hissələrinin idxal olunmasının bəyan olunduğu müəyyən olunmuşdur. -Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 ona müraciət edərək Şahid20 adlı şəxsin idxal etdiyi yükə dair bəyannamənin icrasının ona həvalə olunduğunu deyərək həmin şəxsin sənədini n rəsmiləşdirilməsini tezləşdirməyi xahiş etmişdir. O, qanuni olaraq həmin sənədə baxaraq rəsmiləşdirməni həyata keçirmişdir. Bu işə görə Orxan ona pul verməmişdir. -Təqsirləndirilən şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Şahid20 ona müraciət edərək bəyannaməni göndərmiş, həmin bəyannamənin icrasının Təqsirləndirilən şəxs1 olduğunu bildirərək, işini tezləşdirməyi xahiş etmişdir. Lakin Şahid20 işin icra olunması üçün ona pul verməmişdir. Belə ki, Şahid20 bəyannaməsinin icrası ilə bağlı rüsumun ödənilməsində pul çatmırdı. O, Rəşada dəqiq xatırlamır 700-800 manat arası pulu nəğd olaraq borc vermişdir. Sonradan Şahid20 həmin pulu onun kartına köçürərək qaytarmışdır. Cinayət işinin birinci və apellyasiya instansiyası məhkəməsi baxışları zamanı Təqsirləndirilən şəxs4 Şahid20 Təqsirləndirilən şəxs1 rüşvət verməkdə kömək etməsi epizodu üzrə təqsirliliyini təsdiq edən əlavə sübutlar əldə olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının ittiham aktında istinad olunan sübutların, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1, Şahid20 ifadələrinin və Təqsirləndirilən şəxs1 məxsus “İphone" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokolda göstərilən məlumatların sonadək araşdırılmadığı aşkar görünür. Belə ki, həm Şahid20, həm də Təqsirləndirilən şəxs4 ifadələrindən görünür ki, Şahid20 Təqsirləndirilən şəxs4 verdiyi 800 manat pul əvvəlincinin ödəməli olduğu dövlət rüsumunun çatışmayan hissəsinin ödənilməsi adı ilə alınmışdır. Lakin Təqsirləndirilən şəxs1 Şahid20 tələb e tdiyi 800 manat pulun rüşvət kimi istədiyinin Təqsirləndirilən şəxs4 məlum olub-olmaması həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən araşdırılmamışdır. İbtidai araşdırma orqanının ittiham aktında Şahid20 Təqsirləndirilən şəxs1 rüşvət verməsində Təqsirləndirilən şəxs4 kömək etməsini təsdiq edən əsas sübut kimi istinad etdiyi Təqsirləndirilən şəxs1 məxsus “İphone" markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin telefon yazışmalarında rüşvət verilməsindən deyil, ödənişlərin edilməsindən söhbət gedir. Lakin həmin ödənişlərin konkret hansı məqsədləri nəzərdə tutması istintaqçı və məhkəmələr tərəfindən tərəfindən araşdırılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin epizod üzrə qeyd olunan xüsusatlar araşdı rılmadan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. 3) Təqsirləndirilən şəxs4 Şahid21 tərəfindən Təqsirləndirilən şəxs1 rüşvət verməkdə kömək etməsi epizodu İbtidai araşdırma orqanı tərəfindən tərtib olunmuş ittiham aktında həmin epizodla əlaqədar istinad edilən sübutlar aşağıdakılardır: -iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid21 Mehcan oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 onun tələbə yoldaşı olmuşdur, onunla mehriban münasibətləri vardır. 2021-ci ilin yanvar ayında Çin Xalq Respublikasından sifariş etdiyi 1 ədəd vertikal qablaşdırma maşını 26 yanvar 2021-ci il tarixdə “İpək Yolu” gömrük postuna gəlsə də, gömrük idarəsinin tanımadığı əməkdaşı süründürməçilik edərək məhsulu vaxtında çıxarışını verməmişdir. Ona g örə də o, xx.xx.2021-ci il tarixdə tələbə yoldaşı Təqsirləndirilən şəxs4la mobil telefonla danışaraq sifariş etdiyi məhsulun gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 bəyannamə nömrəsini ondan alıb köməklik edəcəyini bildirmişdir. Qısa müddətdən sonra Təqsirləndirilən şəxs4 onunla əlaqə saxlayıb Bakı Baş Gömrük İdarəsinda olan iş yoldaşından onun işini xahiş etdiyini və ona görə də hörmət etməli olduğunu bildirmişdir. O.Orxanla razılaşdıqdan sonra Orxan onun mobil istifadəsində olan mobil telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə plastik kartın foto şəklini atıb 200 manat pulu edilmiş köməkliyə görə həmin karta köçürməyi bildirmişdir. 2021-ci ilin yanvar ayının sonu, dəqiq xatırlamadığı gündə həmin plastik karta 100 manat pul köçürmüşdü r, axşam tərəfi Təqsirləndirilən şəxs4 onun mobil nömrəsinə zəng edərək iş yoldaşının razılaşdığı 200 manatı tam köçürməyi tələb etdiyini bildirmişdir. Ona görə də o, növbəti gün həmin plastik karta 100 manat da köçürmüşdür. -Təqsirləndirilən şəxs1 məxsus “lphone 12” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, “Təqsirləndirilən şəxs4 BBGİ” adı ilə qeydiyyata alınmış Təqsirləndirilən şəxs4 məxsus ******-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 Şahid21 Mehcan oğlunun adına olan bəyannaməni göndərərək “salam brat, başa düşdündə kimdi, yoluna qoy getsin” ismarıcını göndərmiş, Təqsirləndirilən şəxs1 “Səndən iki qırmızı alma” ismarıcını yazmış, Təqsirləndirilən şəxs4 “Ortada elə i ki qırmızıdır” cavabını vermiş, “kart at” sözünü yazmış, Təqsirləndirilən şəxs1 isə Şahid5 adına olan bankomat kartını göndərmişdir. -Təqsirləndirilən şəxs1 Şahid21 Mehcan oğlunun adına olan bəyannamənin icrasının tezləşdirilməsini Təqsirləndirilən şəxs4 ondan xahiş etdiyini etiraf etsədə, həmin işə görə pul almadığını bildirmişdir. -Təqsirləndirilən şəxs4 Şahid21 adına olan bəyannamənin icrasının tezləşdirilməsini Təqsirləndirilən şəxs1 xahiş etdiyini, Təqsirləndirilən şəxs1 həmin işə görə ondan 200 manat rüşvət istədiyini etiraf etmiş, həmçinin bildirmişdir ki, o, həmin 200 manat pulu Şahid21 alıb verməmiş, Şahid21lə olan münasibətlərinə görə öz pulunu onun əvəzinə Təqsirləndirilən şəxs1 vermişdir. Lakin ibtidai araşdırma orqanı ifadələri arasında ziddiyyət olan Şahid21 Mehcan oğlu, Təqs irləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirməmiş və ziddiyyətləri aydınlaşdırmamışdır. Cinayət işinin birinci instansiya məhkəməsində baxışı zamanı şahid qismində dindirilmiş Şahid21 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən fərqli olaraq ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Təqsirləndirilən şəxs4 onun tələbə yoldaşı olmuşdur. Onun Orxanla mehriban münasibətləri vardır. 2021-ci ilin yanvar ayında onun Çin Xalq Respublikasından sifariş etdiyi 1 ədəd vertikal qablaşdırma maşını 26 yanvar 2021-ci il tarixdə “İpək Yolu” gömrük postuna gəlsə də, gömrük əməkdaşı həmin malın kodunun düzgün qeyd edilməməsi səbəbindən həmin malın idxalını vaxtında həyata keçirilmə sinin mümkün olmadığını bildirmişdir. Ona görə də o, tələbə yoldaşı Təqsirləndirilən şəxs4la mobil telefonla danışaraq sifariş etdiyi məhsulun gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində ona köməklik etməsini Orxandan xahiş etmişdir. Təqsirləndirilən şəxs4 da bəyannamənin nömrəsini ondan alıb köməklik edəcəyini bildirmişdir. Orxan dediyi kimi qısa müddət ərzində heç bir qarşılıq güdmədən ona köməklik göstərmişdir. Nəticədə onun işləri yoluna düşmüşdür. 26 yanvar 2021-ci il tarixli bəyannamə ilə onun Azərbaycan Respublikasına idxal etdiyi vertikal qablaşdırma maşınlarının idxal edilməsi və həmin malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi ilə bağlı heç kim ondan hər hansı bir məbləğdə rüşvət qismində pul istəməmişdir. O da heç kimə 26 yanvar 2021-ci il tarixli bəyannamə ilə A zərbaycan Respublikasına idxal etdiyi vertikal qablaşdırma maşınlarının idxal edilməsi və həmin malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi ilə bağlı hər hansı bir məbləğdə rüşvət qismində pul vəsaitini verməmişdir. Apellyasiya instansiya məhkəməsi isə heç bir araşdırma aparmadan və gəldiyi nəticəni əsaslandırmadan Təqsirləndirilən şəxs4 Şahid21 tərəfindən Təqsirləndirilən şəxs1 rüşvət verməkdə kömək etməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 32.5, 312.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 əməlini Azərbaycan Respublikası CM-nin 32.5, 312.2-ci maddəsi ilə tövsif etməklə yanaşı, onları həmçinin Azərbaycan Respublikası CM-nin 308.1- ci maddəsi ilə təqsirli bilib məhkum edərkən gəldiyi nəticəni əsaslandırmamış, həmin vəzifəli şəxslərin rüşvət verən şəxslərə kömək etməklə yanaşı, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmələrinin nədən ibarət olması aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Yəni Məhkum və Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməlləri yalnız rüşvət verən şəxslərə kömək etməkdən ibarət olmuşdursa, onların rüşvət verməyə kömək etməyə görə məsuliyyəti nəzərdə tutan CM-nin 32.5, 312-ci maddələri ilə yanaşı “vəzifə səlahiyyə tlərindən sui-istifadə”yə görə məsuliyyəti nəzərdə tutan CM-in 308-ci maddəsi ilə məsuliyyətə cəlb etmək və məhkum etmək əsassızdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilir ki: “1.Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
9. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə gö rə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.
10. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun.
23. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
30. CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqd a, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır.
35. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir.
39. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur.” Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törət məsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqlar ı üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fr ansaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmü məhkumlar Məhkum və Təqsirləndirilən şəxs4 aid hissədə ləğv olunmalı və cinayət işi həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs4 aid hissədə hərtərəfli və obyektiv araşdırılması və düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq ed ilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli hökmü məhkumlar Məhkum və Təqsirləndirilən şəxs4 aid hissədə ləğv edilsin və cinayət işi həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.