Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1277/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X13 (sədrlik edən), X2 qızı və X3 ibarət tərkibdə) 28 noyabr 2023-cü il tarixli hökmü ilə xx.xx.1968-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz ) il müddətə azadlıqdan məhrum edilmişdir.Şamaxı Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 9 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X1 ibarət tərkibdə) 23 yanvar 2024-cü il tarixli 1(103)-290/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş apel lyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 1(101)-1034/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlaklarını təkrarlıqla ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X12 Qeydiyyatı idarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Vöen **********) təsisçisi və direktoru vəzifəsində işləməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə sement sat ışı ilə məşqul olan Zərərçəkmiş şəxs5 Məhdud Məsuliyyətli Cəmiyyətinin sement satışı ilə əlaqədar internet saytlarında verilmiş elanı ilə tanış olub 29 iyun 2020-ci il tarixdə həmin MMC-nin Bakı şəhəri Nərimanov rayonu, Ziya Bunyadov küçəsində yerləşən ofisinə gəlib MMC-nin satış üzrə meneceri Nümayəndə2 müxtəlif markalı sementin nisyə alınması və pulunu köçürmə yolu ilə ödəyəcəyi barədə yalan vəd vermiş və etibar qazanmaq üçün Zərərçəkmiş şəxs5 MMC-nin direktoru X7 ilə 29 iyun 2020-ci il tarixli, SS/2020/033 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq pulunu köçürmə yolu ilə ödəyəcəyi barədə öhdəlik götürüb 04 iyul 2020-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək müddətdə bir neçə dəfəyə ümumilikdə 60 092,28 manat dəyərində açıq formada «Norm500», kisələrdə «Norm-400», «Norm-300» markalı s ement alıb pulunu ödəmək barədə verdiyi vədə əməl etmədən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 MMC-yə məxsus müxtəlif markalı sement məhsullarından ibarət əmlakını ələ keçirərək dəyərindən aşağı qiymətə satıb pulunu özünə götürmüş və bununla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-nə külli miqdarda 60 092,28 manat ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Məhkum, təkrarən, təsisçisi olduğu "xxxx" MMC-nin adının "xxxx" MMC (Vöen **********» adı ilə dəyişdirildikdən sonra həmin MMC-nin direktoru vəzifəsində işləməklə qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədi ilə sement satışı ilə məşqul olan Zərərçəkmiş şəxs7 Məhdud Məsuliyyətli Cəmiyyətinin sement sat ışı ilə əlaqədar internet saytlarında verilmiş elanı ilə tanış olub həmin MMC-nin Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən ofisinə gəlib MMCnin meneceri Nümayəndə4 müxtəlif markalı sementin nisyə alınması və pulunu köçürmə yolu ilə ödəyəcəyi barədə yalan vəd vermiş və etibar qazanmaq üçün Zərərçəkmiş şəxs7 MMC-nin direktoru X11 ilə 02 noyabr 2020-ci il tarixli, 328 nömrəli nömrəli alqı-satqı müqaviləsi bağlayaraq pulunu köçürmə yolu ilə ödəyəcəyi barədə öhdəlik götürüb 2020-ci ilin noyabr ayının 15 və 18-də ümumilikdə 8 064 manat dəyərində 57 ton 600 kq «Norm400» markalı sement alıb pulunu ödəmək barədə verdiyi vədə əməl etmədən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 MMC-yə məxsus sement məhsulundan ibarət əmlakını ələ keçirərək dəyərindən aşağı qiymətə satıb pulunu özünə götürmüş və bununla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs7 MMC-nə xeyli miqdarda 8 064 manat ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Məhkum, təkrarən, Zərərçəkmiş şəxs6 izolyasiya materiallarının satışı ilə əlaqədar internet saytlarında verdiyi elanı görüb əvvəlcədən niyyəti özgənin əmlakını ələ keçirmək olmaqla elandakı MMC-nin satış meneceri Nümayəndə3 istifadəsində olan ***-***-**-** CSM mobil nömrəsinə zəng edərək özünü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olması, erməni işqalından azad edilmiş Suqovşan ərazisində tikintibərpa işlərinin aparılması üçün "xxxx" MMC-nin hesabına 800 000 manat pul ayrılması və tikinti-quraşdırma işlərini yerinə yetirmək üçün t ikinti materiallarını pulunu sonradan hesaba köçürmək şərti ilə almaq istəməsinə dair həqiqətə uyğun olmayan məlumatlar verib "xxxx" MMC-nin rekvizitlərini göndərərək inandırmış və onun göndərdiyi rekvizitlər əsasında Zərərçəkmiş şəxs6 MMC-nin direktoru X5 şəxsində fiziki sahibkar kimi 04 dekabr 2020-ci il tarixli NA00117 nömrəli alqı-satqı müqaviləsi bağlanmasına nail olmuş və özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə MMC-nin Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi-266 ünvanında yerləşən «62A» tikinti materialları bazarında olan ofisinə gəlib götürəcəyi malların pulunu köçürmə yolu ilə deyil, nəqd ödəyəcəyini vəd verərək öz qulluq mövqeyindən istifadə edərək 04 yanvar 2021-ci il tarixdə 8 055,52 manat dəyərində daş yunu və bitium, 06 yanvar 2021-ci ildə 7 360 manat dəyərində metal setka, mineral yun, kağız bitium, 08 yanvar 2021-ci ildə 5 783,71 manat dəyərində sadə mineral yun, daş yunu, 11 yanvar 2021-ci ildə 11 422 manat dəyərində dəmir setka və minvata, ümumilikdə 32 621,23 manat dəyərində izolyasiya materialları alıb ələ keçirmiş və pulunu nəqd ödəyəcəyi barədə verdiyi vədə əməl etməyib ələ keçirdiyi izolyasiya materiallarını dəyərindən aşağı qiymətə satıb pulunu özünə götürərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-yə 32 621,23 manat xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Məhkum, təkrarən, "xxxx" MMC-nin (Vöen **********) direktoru vəzifəsində işləməklə qulluq mövqeyindən istifadə edərək özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs4 lak-boya məhsullarının satışı ilə məşqul olan və Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti-69B ünvanında yerləşən 18 nömrəli dükana gəlib MMC-nin direktoru Nümayəndə1 özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edərək rəhbəri olduğu MMC-nin Qarabağda, Suqovşanda hərbi hissə tikintisinin ona həvalə olunduğunu, tikinti üçün lakboya məhsullarının lazım olduğunu bildirərək pulunu sonra ödəyəcəyi barədə vəd verəcəyinə dair həqiqətə uyğun olmayan məlumatlar verib razılaşaraq Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Nümayəndə1 ilə 15 yanvar 2021-ci il tarixli, 17/2021 nömrəli alqı-satqı müqaviləsi bağlayıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 19 yanvar 2021-ci il tarixdə 85 ədəd 15 litrlik «Harres» markalı dolğu, 200 ədəd 15 litrlik «Harres» markalı lak, 80 ədəd 15 litrlik «Akson » markalı fasad emusiyası, 100 ədəd Rubiroid rulonu, 30 ədəd «Tuner» rastvaritel qarışığı, 200 ədəd «Tiner» rastvaritel qarışığı, 100 ədəd metal lapatka, 100 ədəd çalo metallik lapatka, 50 ədəd dırmığ, 50 ədəd bağ qayçısı, rubiroid 15 kvadratlıq 335 ədəd, 50 ədəd 15 kq-lıq bitium, 23 yanvar 2021-ci ildə 250 ədəd «steklozol» izaolyasiya materialı, 1020 ədəd «Elektrod D3, 2A, 05 fevral 2021-ci il tarixdə 300 ədəd «Razetka 1», 300 ədəd «Razetka 2» 300 ədəd «Dərin razetka», 200 ədəd «Vklyuçatel 1», 200 ədəd «Vklyuçatel 2», 100 ədəd «Telefon tekli, 100 ədəd «TV tekli», 50 ədəd «TV razetka», 50 ədəd «Telefon razetka», 300 ədəd «Paylayıcı 1-li», 6000 ədəd «Kabel koç(2*5), 6000 ədəd «Kabel koç(2*4), 3000 ədəd «Kabel Koç (3*2,5), 1955 ədəd «Kabel Koç(2*6), 3000 ədəd «Kat 5»(int tel), 3000 ədəd «Tv kabel», 120 ədəd «Avtomat 16A», 120 ədəd «Avtomat 25A», 60 ədəd «Avtomat 32A», 24 ədəd «Avtomat 40A», 36 ədəd «Avtomat 50A», 24 ədəd «Avtomat 63A», 40 ədəd «Avtomat şiti (Mirsa) 6-lı, 30 ədəd «Avtomat şiti (Mirsa) 9-li, 20 ədəd «Avtomat şiti(Mirsa) 12-li, 5 ədəd «Avtomat şiti(Mirsa) 16-li, 500 ədəd «Skobka»(10-luq), 200 ədəd «Skobka(12-lik), 50 ədəd «Skobka»(18-lik), 150 əldəd izolent, 2100 ədəd «qutu razetka dərin», 20 ədəd «daraq ofaza» - ümumilikdə 75 365, 65 manat dəyərində lak-boya məhsulları, məişət və elektrik mallırını alıb ələ keçirmiş və pulunu ödəyəcəyi barədə verdiyi vədə əməl etməyib zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 75 365,65 manat məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Məhkum, təkrarən özgə əmlakını etibardan sui-istifadə e tmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 05 sentyabr 2021-ci il tarixdə Kürdəmir şəhəri B.Sərdarov küçəsi-12 ünvanına gəlib həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə məşqul olan Zərərçəkmiş şəxs1 özünü "xxxx" MMC-nin təsisçisi kimi təqdim edərək cəbhə bölgəsində yol kənarlarına çəkmək üçün lazım olduğunu bildirib ondan dəmir setka, mismar və digər tikinti materialları alacağını, dəmir setka və mismarı Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü Bakı şəhəri Nərimanov rayonu «Baksol» yolu adlanan ərazidən götürüb cəbhə bölgəsinə qayıdarkən gəlib müqavilə bağlayacağı və pulunu ödəyərək digər malları da götürüb gedəcəyi barədə görüntü yaradıb qarşı tərəfi inandırmaqla aldadıcı üsullardan istifadə edərək 10 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində olan «Baksol yolu» ti kinti materiallarının satışı bazarına gəlib Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü obyektdən 10 200 manat dəyərində 100 top dəmir setka və 08 ton mismar götürüb özü ilə gətirdiyi Ateko markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomaşına yüklətmiş və «indi gəlib pulunu ödəyirəm» deyərək yüklətdiyi mallarla olan avtomaşını oradan sürdürüb apararaq qulluq mövqeyindən istifadə etməklə ələ keçirib istintaqa məlum olmayan ünvanlara dəyərindən aşağı qiymətə satıb pulunu özünə götürərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 10 200 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum, təkrarən özgə əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 04 sentyabr 2021ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nəriman ov rayonu «Baksol» tikinti materialları bazarında dəmir setka, mismar alveri ilə məşqul olduğu dükana gəlib "xxxx" MMC-nin rəsmi təmsilçisi kimi təqdim edərək erməni işğalından azad edilmiş Suqovşanda tikilən hərbi hissənin əhatəsinə çəkilməsi üçün lazım olduğu bildirib nəqd yolla ödəniş edəcəyini deyib inandıraraq 08 sentyabr 2021-ci il tarixli qaimə faktura tərtib etməklə hesablaşma görüntüsü yaradaraq qarşı tərəfi inandırıb əmlakı ələ keçirmək üçün aldadıcı üsullardan istifadə edərək qulluq mövqeyindən istifadə etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə 13 sentyabr 2021-ci il tarixdə 15 130 manat dəyərində 160 top 4x4 ölçüdə dəmir setka, 3 ton sinklənmiş, 1 ton qara mismarı alıb ələ keçirmiş və pulunu verəcəyi barədə vədinə əməl etməyib ələ keçirdiyi malları dəyərindən aş ağı qiymətə sataraq pulunu özünə götürərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 15 130 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum, təkrarən özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 08 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən «Eurohome» tikinti materialları bazarında icarəyə götürüb izolyasiya avadanlıqları, boya və s. tikinti materialları satışını yerinə yetirən dükana gəlib "xxxx" MMC-nin rəsmi təmsilçisi kimi özünü təqdim edərək dövlət büdcəsindən işlədiyi şirkətə 270 000 000 manat pul ayrıldığını, həmin pula şirkətin, erməni işğalından azad edilmiş Suqovşanda tikinti işləri aparacağını, ona görə də şirkətlə işləməyə şəxslər lazım olduğunu bildirib qarşı tərəfi inandırıb əmlakı ələ keçirmək üçün aldadıcı üsullardan istifadə edərək qulluq mövqeyindən istifadə etməklə pulunu nəqd ödəcəyi şərti ilə razılaşdıraraq 13 dekabr 2021-ci il tarixdə 3 800 manat dəyərində daş yunu izolyasiya materialı alıb ələ keçirmiş və aldığı malları dəyərindən aşağı qiymətə sataraq pulunu özünə götürüb pulunu verəcəyi barədə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs3 3840 manat ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum məhkəmənin qərarından narazıdır, ona qarşı irəli sürülən ittiham ibtidai istintaq və məhkəmə prosesi zamanı prosessual pozuntularla aparılmışdır. Belə ki, zərərçəkmiş şəxslər tərəfindən onu günahlandırdıqları ittihamları bir sənədə, fakta əsaslanmır, rəhb əri olduğu şirkətin tikinti materiallarının satışı ilə məşğul olan digər şirkətlərlə bağladığı müqavilələrdə, malların alışı, satışı, çatdırılması ilə bağlı olan sənədlərdə, qaimələrdə onun hər hansısa bir malı sifariş etdiyi, qəbul etdiyi və ya təhvil verməyi barədə heç bir sənəd yoxdur. Cinayət işinə əlavə edilmiş maddi sübut qismində hesabatlarla tanış olmamış, tərəfindən məhkəmələrə verdiyi vəsatətlər əsassız olaraq rədd edimişdilər. Həmçinin, məhkəmələr tərəfindən ona əssasız olaraq ağır cəza təyin etməsini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarını ləğv edərək barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə e dib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nətic ələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərq li olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər han sı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzan ı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində konkret tələb irəli sürməmiş, prosessual pozuntulara yol verildiyini və sərt cəza təyin edilməsini qeyd edərək ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası cinayət işi üzrə məhkum edilmiş şəxsin təqsirlilik məsələsinə və ona təyin edilmiş cəzaya münasibət bildirməyi məqsədəmüvafiq hesab edir: Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mü mkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində məhkumun rəhbəri olduğu şirkətin tikinti materiallarının satışı ilə məşğul olan d igər şirkətlərlə bağladığı müqavilələrdə, malların alışı, satışı, çatdırılması ilə bağlı olan sənədlərdə, qaimələrdə onun hər hansısa bir malı sifariş etdiyi, qəbul etdiyi və ya təhvil verməyi barədə heç bir sənəd olmaması bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum "xxxx" MMC-dən 42.000 manat, Zərərçəkmiş şəxs2 5.000 manat, Nümayəndə3 32.601.23 manat dəyərində material aldığını, digər zərərçəkmiş şəxsləri tanımadığını bildirsə də, Məhkum ibtidai araşdırma zamanı vermiş olduğu çoxsaylı ifadələrdən görünür ki, o, müxtəlif məzmunlu ifadələr vermiş, həmin ifadələrində hökmdə sadalanmış zərərçəkmiş hüquqi və fiziki şəxslərdən mallar almasını və pulunu tam ödəməməsini etiraf etmişdir. Həmçinin, zərərçəkmiş şəxslərlə Məhkum arasında üzləşdirmə keçirilmiş, zərərçəkmiş şə xslər Məhkum ittihamda göstərilmiş məbləğdə əmlaklarını dələduzluqla ələ keçirilməsini sonuncunun üzünə qarşı deyərək onu ifşa etmişlər. Ən əsası Məhkum ifadəsi yerində yoxlanılarkən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus anbara gəlinmiş, Məhkum həmin anbara gəlib zərərçəkmiş Zərərçəkmiş şəxs2 160 top dəmir setka, 3 ton sinklənmiş, 1 ton qara mismar sifariş verdiyini, sifariş verdiyi malların götürülməsi üçün özünün gəlmədiyini, sürücüləri göndərdiyini, sifariş verdiyi malları sürücülərin götürdüklərini bildirmiş, sonra Zərərçəkmiş şəxs4 MMC-yə məxsus dükanı göstərib həmin dükanda Nümayəndə1 və Eminin atasının iştirakı ilə "xxxx" MMC-nin adından müqavilə bağladığını, oradan malları bir neçə dəfəyə maşınlarla alıb apardığını bildirmiş, sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus obyekti göstər ib Zərərçəkmiş şəxs1 adlı Kürdəmir rayonundan olan şəxsə məxsus 100 top dəmir setka və 8 ton mismarı həmin obyektdən maşına yüklədib apardığını bildirmiş, sonra «X21» MMC-yə məxsus dükanı göstərib həmin dükandan da tikinti materialları sifariş edib aldığını və pulunu ödəmədiyini bildirmiş, sonra zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus dükanı göstərib həmin dükandan da daş yunu alıb apardığını və pulunu ödəmədiyini bildirmişdir. Bütün bunlar sənədlərin götürülməsi haqqında protokollarla yanaşı, Məhkum zərərçəkmiş hüquqi və fiziki şəxslərlə bağladığı müqavilər və qaimələrlə də təsdiq edilməkdədir. Göründüyü kimi, təqdirləndirilən şəxsin zərərçəkmiş şəxsləri tanımaması, onları aldatmaq niyyətinin olmaması barədə dəlilləri əsaslı olmamaqla yanaşı özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifad ələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə, ifadənin yerində yoxlanılması protokolları və digər sübutlarla təsdiq edilmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrini və şahidlərin ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələ rək, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-in 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarınd a göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüquq u, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan qərarlardan və Qanunun tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edil mişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (prosessual pozuntulara y ol verilməsi) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin təkzib olunması haqqında düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsini n 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum vahid niyyətlə özgənin külli miqdarda əmlakını ələ keçirib, külli miqdarda ziyan v uraraq dələduzluq etməsinə dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş hüquqi şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplan mış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmam ası, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi n əticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etmək lə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə məhkum edilmiş şəxsin cəzasını yüngülləşdir ən hallar və ağırlaşdıran halın olmadığı düzgün müəyyən edilmiş və ona Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddələrinin sanksiyası həddində ədalətli, qanuni və əsaslı cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli q ərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyışdırılməsi üçün CPM-in 41 6-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1277/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1277/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver