Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1278/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum Məhkum iştirakları ilə Sumqayıt şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 17 8.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Fikrət Hüseyn oğlu) xx xxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Sumqayıt şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15.06.2017-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən tikinti materiallarının satışı mağazasının qarşısında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya kafelləri ucuz qiymətə gətirəcəyini yalan vəd verib aldadaraq 6000 (altı min) manat nəğd pulu alıb 22.06.2017-ci il tarixdə sonuncunun etibarını qazanmaq üçün 1000 (min) manat dəyərində kafel verib, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 5000 (beş min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, sonuncunu “xxxx” MMC-ə avtoyükləyici vəzifəsində işə düzəldəcəyini ya lan vəd verib, aldadaraq vahid qəsdlə 14.09.2017-ci ildə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “İrşad Telekom” mağazasının qarşısında 200 (iki yüz) manat dəyərində “Samsung Galaxy” markalı, “J3-2016” modelli mobil telefon aparatını, 30.09.2017-ci il həmin mikrorayonda yerləşən “Nömrə 1” adlanan lombardın qarşısında 1000 (min) manat alıb ələ keçirərək ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 1200 (min iki yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, sonuncunun oğlu Samir Osmanov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işinə xitam veriləcəyini yalan vəd verib aldadaraq vahid qəsdlə 24.02.2018-ci il tarixdə Sumqayıt şəhəri, 3-c ü mikrorayon ərazisində yerləşən “Göyəzən” kafesində X4 vasitəsi ilə 5000 (beş min) manat, 26.02.2018-ci il tarixdə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Niyazi” küçəsində 500 (beş yüz) və 27.02.2018-ci il tarixdə həmin ərazidə 500 (beş yüz) manat alıb ələ keçirərək ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 6000 (altı min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Əsgərova Ruhiyyə Orucəli qızı, hakimlər Mövsümov Nazim Rasim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) 04 iyun 2019-cu il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şik ayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən barəsində əsassız və qanunsuz hökm çıxarılmışdır. Onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş cinayətmühakimə icraatının vəzifələri, əsas prinsipləri v ə şərtləri barədə normaların tələblərinə uyğun deyil. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ittiham hökmü çıxarmağa imkan vermədiyi halda məhkəmə ittiham hökmü çıxarmışdır. Həmçinin ittihamın sübut olunmasında yaranan şübhələr aradan qaldırılmamış, bütün şübhələr qanunvericiliyin tələblərinə zidd olaraq onun əleyhinə təfsir edilmişdir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını nəzərdən keçirib, sübutları təqdiq edib guya qiymətləndirərək hesab etmişdir ki, hökm dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə guya dəyərləndirmə apararaq ilk öncə qeyd etmişdir ki, hökmün ləğv edilməsi və cinayət işinə xitam verilməsi üçün apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətində Zərərçəkmiş şəxs3 pul almadığını, Zərərçəkmiş şəxs3 ona pul vermədiyini qeyd edərək onun barəsində CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarılmasını mübahisələndirmişdir. İfadəsində özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə aralarında olan mübahisənin mülki xarakterli olduğunu, onlarla barışdığını, onların ona qarşı heç bir şikayət və tələbinin olmadığını, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edərək hər hansı məbləğdə pul almadığını, ümumiyyətlə dələduzluq hərəkətləri etmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən, Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində ara şdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunması qənaətinə gələrkən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə etiraf olunması, Zərərçəkmiş şəxs3 qarşı törədilmiş əməlin biri digərini təkzib etməyən sübutlarla təsdiq olunması ilə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərdən ikisi ilə barışıq əldə etməsini, dəymiş ziyanın qismən ödəni lməsini, müsbət xarakterizə edilməsini nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxsin vermiş olduğu apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü qanunsuz və əsassız olduğundan ləğv olunmasını və cinayət işinə xitam verilməsinə xahiş etmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparılmaqla, cinayət işinin materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq ilk öncə qeyd edir ki, qərarın ləğv edilməsi və cinayət işinə xitam verilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, iş materialları ilə təkzib olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası CPM-nin, Azərbaycan Respublikasının CMnin və digər qanunlarının tələblərinə riayət etməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şə xsin ona bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız Azərbaycan Respublikası CPM-nin 39, 42-ci maddələrinin tələbləri əsas götürərək hesab edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. Göründüyü kimi hazırkı işdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmamaqla yanaşı həmin sübutlar Azərbaycan Respublikası CPM-n tələblərinə əməl edilməklə əldə edilmişdir...Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutları qiymətləndi rən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı" AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs3 qarşı hər hansı dələduzluq hərəkəti edərək, onun pulunu ələ keçirmədiyini və zərərçəkmiş şəxs apellyasiya icraatı zamanı ilkin dinlənilməsində təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxsin apellyasiya icraatı zamanı vermiş olduğu ifadə ilə ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı vermiş olduğu ifadələr arasında ziddiyyət yaranmış və yaranmış mübahisənin tam, hərtərəfli araşdırılması üçün qismən məhkəmə istintaqı keçirilmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını pulun ona yox, Daşqına verməsi ilə izah edərək, pulunun qaytarılmasını israrla tələb etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum, şahid D.Qasımovun, Zərərçəkmiş şəxs3 ifadələrinə qiymət verərək, onların kafedə görüşərkən Məhkum DİNnin təhqiqat şöbəsinin əməkdaşı kimi təqdim edilməsinə etiraz etməyərək susmasını, zərərçəkmiş şəxsə köməklik edə biləcəyini bildirməsini, həmçinin zərərçəkmiş şəxsin kafedə vermiş olduğu 500 manat məbləğində pulun şahid tərəfindən Məhkum verilməsinə etiraz etməyərək, həmin pul məbləğini qəbul etməsini nəzərə alıb, ona irəli sürülmüş ittihamının tam əsaslı olması qənaətini qaçılma z hesab edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmçinin qərarda qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyət ində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, dələduzluq cinayət əməlinin tərkibində əmlakın ələ keç irilməsi və ya əmlak hüquqlarının əldə edilməsi ya aldatma ilə yaxud da etibardan suiistifadə etmək ilə realizə edilir. Aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi anlaşılır. Bundan əlavə aldatma həqiqətin təhrif edilməsi və ya həqiqət barəsində susma vasitəsi ilə də edilə bilər. Həqiqətin təhrif edilməsi təqsirkarın müəyyən faktların mövcud olması və ya olmaması barədə yalan məlumat verməkdə ifadə olunduğu halda, həqiqət barədə susma təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə zərərçəkmiş şəxsə bildirməməklə onun aldadılmasını ehtiva e dir. Kollegiya bununla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs və şahidlə birlikdə kafedə görüşərkən onun Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edilməsinə etiraz etməyərək, özü barədə məlumat verməməsi zərərçəkmiş şəxsə qarşı həqiqətin təhrif edilməklə həqiqət barədə susması kimi dəyərləndirilməlidir. Bu qənaəti həmçinin tanış olmayan şəxslə birgə bir stol arxasında əyləşərkən həmin şəxsin öz problemləri barədə məlumat verərkən öz səlahiyyəti olmadığı halda, həmin şəxsə narahat olmaması kömək edəcəyi barədə məlumat verməsi d formalaşdırır. Bundan əlavə zərərçəkmiş şəxs tərəfindən çörək yedikləri stolun üzərinə 500 manat məbləğində pulun qoyulmasından sonra şahid D.Qasımovun həmin pul məbləğini götürərək təqsirləndirilən şəxsə verməsi, bu xüsusatın şahid D.Q asımov ilə zərərçəkmiş şəxsin etiraf etməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı dələduzluq etmək niyyətinin olmaması barədə dəlillərinin əsassız olması qənaətini qaçılmaz etməklə, 5000 manat məbləğində pul ilə bağ epizodun əsaslı olması qənaətini formalaşdırır. Çünki əvvəllər hər hansı şəxsi yaxın münasibətləri olmayan şəxs tərəfindən stolun üzərinə qoyulmuş pulun digər şəxs (şahid X4) tərəfindən götürülərək təqsirləndirilən şəxsə verməsi və sonuncunun də həmin məbləği qəbul etməsi məntiqli hesab edilə bilməz. Bundan əlavə kollegiya qeyd edir ki, şahid X4 tərəfindən digər 500 manat məbləği təqsirləndirilən şəxsə verilməsi və onu xəbərinin olmaması barədə ifadəsi ilə birinci instansiya məhkəməsində vermiş olduğu ifadə ilə həmçinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 həmin 500 mana tı şəxsən şahid X1 verməsi barədə ifadəsi arasındakı uyğunsuzluq təqsirləndirilən şəxsə qarşı ittihamın sübut olunmasını şübhə altına ala bilməz. Çünki ittihamın əsalı olub-olmaması həmin itttihamı təsdiq və ya təkzib edən sübutların məcmusu ilə qiymətləndirilir. Zərərçəkmiş şəxsin ifadəsində həmçinin sonradan təqsirləndirilən şəxsdən istintaq zamanı pulun ona çatıb-çatmadığım soruşanda ona qəpikquruş çatdığını bildirməsi də qənaəti qaçılmaz edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs3 tərəfindən şahid X4 qarşı qeyd edilən pul məbləğinin tələbinə dair mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi və iddia tələbinin təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməməklə, təqsirləndirilən şəxsin həmin epizod üzrə məsuliyyətini istisna edən hal kimi qəbul edilə bilməz. Çünki həmin məhkəmə aktı qanuni qüvvəyə minməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 qarşı dələduzluq epizodu üzrə ittihamın əsaslı olması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslıdır. Belə ki, qeyd edilən işin hallarıdan da göründüyü kimin təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 6000 (altı min) manat məbləğində yəni xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etməsi ilə bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxan birinci instansiya məhkəməsi Azə rbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən cəzanı ağırlaşdıran halların olmamasını, müsbət xarakterizə edilməsini yüngülləşdirici hal kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinay ətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik də rəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qey d edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul eilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Təqsirləndirilən şəxsin islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, onu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah pros esi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 399.3-ci maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun nəticəyə gələrək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də, apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin bu mövqeyi işin hallarına və qanunu tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qey d edir ki, kassasiya şikayətinin dəlilləri də həmin mövqeyin qanuniliyin şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törə tdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1278/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1278/2019
16.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver