Məhkəmə qərarları › İş №1(102)-1278/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1278/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1278/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum1 müdafiəçisi Yusifov Ceyhun Salman oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-22/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov X5 tərəfindən veri lmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamışdır. Məhkum2 xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 19 dekabr 2022-ci il tarixli ittiham aktı ilə Məhkum1 və Məhkum2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, onlar qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı X3, şəxsiyyəti istintaqa Tolik adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşınmaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və külli miqdarda güclü təsir edən maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşımışlar. 3. 12 yanvar 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 və Məhkum2 öz aralarında və haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilib saxlanılıb daşınması və cinayətkar qrupun digər üzvünə çatdırılması barədə ra zılaşaraq, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının arxa tərəfində gizlədilmiş külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni gizlədildiyi yerdən götürmək məqsədi ilə 04 mart 2022-ci il tarixdə, saat 04 radələrində haqqında icraat ayrılmış başqa şəxsin idarə etdiyi avtomobil ilə həmin əraziyə gəlmiş və həmin vaxt haqqında icraat ayrılmış başqa şəxs cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvi ilə telefon vasitəsilə danışaraq, sonuncudan yuxarıda qeyd edilən kütlələrin qoyulduğu yer barədə dəqiq məlumat alıb həmin ərazidə - BiləsuvarBəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Aranlı kəndi istiqamətində avtomobili dayandırdıqdan s onra Məhkum1 və Məhkum2 avtomobildən düşüb kolluq ərazidə gizlədilmiş qeyd edilən kütlələri gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və onların götürdükləri 3 ədəd bağlamaya baxış keçirilən zaman həmin torbaların içində olan külli miqdar təşkil edən 835,3 qram tiryək, 38,1 qram heroin, 42,9 qram metamfetamin, 14609,3 qram qurudulmuş marixuana və 1650 ədəd kapsul şəklində təsiredici maddəsinin ümumi miqdarı 247,50 qram olan külli miqdarda güclü təsir edən preqabalin aşkar edilərək götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-159/2023 nömrəli, 11 may 2023cü il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını n təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2022-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzala rı qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayəti verib, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini, müdafiəçisi Həşimova Zülfiyyə Vəli qızı apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Məhkum1 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə olan əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

7. Hökmdən digər təqsirləndirilən şəxs Məhkum2 apellyasiya şikayət verib, ilk məhkumluğunu, aşkar olunan narkotik vasitərlərlə heç bir əlaqəsinin olmamasını nəzərə alaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsini, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2 maddələri ilə yanaşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə də təqsirli bilinərək barələrində cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını, Məhkum1 cinayətlə rin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəzanın həddinə münasibətdə daha ağır həddə cəza təyin edilməsini xahiş etmişdir.

9. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verərkən onların törətdikləri cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini, qabaqcadan əlbir olan şəxs tərəfindən törədilən əməllərin daha ciddi cəzalara səbəb olmasını nəzərə almamışdır. Nəticədə hər iki təqsirləndirilən şəxsi Azərbaycan Respublikası CM-nin 206.3.2 maddəsi üzrə cəzadan kənarda saxlamaqla yanaşı, Məhkum1 cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələr i, baxış protokolları, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapsa da, məhkəmə işdə olan sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla, onların həmin narkotik vasitəni digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsində iştirak etmələrini iş materialları ilə öz təsdiqini tapmaması, eləcə də onların narkotik vasitənin qaçaqmalç ılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində İran İslam Respublikasının vətəndaşı “Tolik” adlı şəxslə birgə iştirak etməməsi və onunla birlikdə (o cümlədən qabaqcadan əlbir olmaqla) cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Həmçinin Məhkum1 cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəzanın həddinə münasibətdə daha ağır həddə cəza təyin edilməlidir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-22/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-159/20 23 nömrəli, 11 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti və Məhkum1 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu kassasiya şikayəti vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

12. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, istintaq orqanının cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq topladığı sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq edilməmiş, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol vermiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirsizlikləri barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş, bunun nəticəsi olaraq məhkumlara Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair və Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 106)-22/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

13. Məhkum1 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu kassasiya şikayətində qeyd etmişdir ki, hər iki məhkəmə iş üzrə mühüm əhəmiyyətli faktları hərtərəfli, tam, obyektiv araşdırmamış, ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara diqqət etməmiş, istintaq tərəfindən təqdim edilmiş sübutların Azərbaycan Respublikası CPM-nin 143-146cı maddəsinin tələblərinə uyğun şəkildə əldə edilib-edilməməməsini yoxlamamışdır. İş üzrə verilmiş şahid ifadələri istintaq zamanı verilmiş ifadələrlə ziddiyyət təşkil etməkdədir. Məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hansısa mötəbər sü butlar mövcud deyildir. Hər iki məhkəmə səthi əsaslandırma edərək Məhkum1 məhkəmədə vermiş olduğu ifadələrini qeyri-səmimi hesab etmiş, ziddiyyətli ifadə verən hal şahidi və DSX əməkdaşlarının ifadələrində olan ziddiyyətli məqamları isə hadisənin üzərindən uzun müddət keçməsi ilə əlaqələndirmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-22/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Müdafiəçisi Yusifov Ceyhun Salman oğlu həmçinin kassasiya protestinə dair etiraz verib bildirmişdir ki, hər iki məhkumun Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi i lə nəzərdə tutulan əməli törətmələri, belə bir əməlin törədilməsində iştirakları yaxud iştiraka yönəlmiş hər hansı qəsdləri məhkəmə istintaqı zamanı aparılmış araşdırma nəticəsində sübuta yetirilməmişdir. Buna görə də kassasiya protestinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübu tlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsi nin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə əsassız bəraət verildiyini, həmçinin Məhkum1 təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud d əyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

21. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

22. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-22/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə kassasiya protesti ilə bağlı aşağıdakıları qeyd edir.

23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

26. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (madd ə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

27. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

28. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmı ş bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

30. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktla rının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. 3

1. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

32. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəm əsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

33. Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qe yd edir ki, həmin protestin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir.

34. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir.

35. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellya siya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.

36. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

37. Məhkəmə kollegiyası Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiə çisinin dəlillərini də əsassız hesab edir.

38. Belə ki, birinci instansiya məhkəməsi ibtidai istintaq dövründə toplanmış və məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutları yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, Məhkum1 məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin cinayətin törədilməsində təqsiri ibtidai istintaq dövründə özünün və digər Məhkum2 verdiyi ifadələri, şahid ifadələri, “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, “aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” p rotokol, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər təkzibolunmaz mötəbər sübutların məcmusu ilə müəyyən edilir. Belə olan halda məhkəmə haqlı olaraq məhkumların məhkəmə istintaqı zamanı verdiyi ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilən özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirərək, onların hər birinin məhkəməyədək icraat dövründə verdikləri ifadələrini işin faktiki hallarına uyğun olduğundan həmin ifadələri ittihamı təsdiq edən sübut kimi qəbul etmişdir.

39. Məhkum1, müdafiəçisi Həşimova Zülfiyyə Vəli qızının və digər Məhkum2 birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında yuxarıda sadalanan sübutları istinad edilə n maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib, Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli olması qənaətinə gəlmişdir.

40. Müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlandıqda, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum1 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrin in dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum1 cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

42. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

43. Odur ki, məhkəmə kollegiyası çı xışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-22/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum1 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-22/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar