Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1279/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim B.R.Ələkbərov) xx xxxxxxxx 1997-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Siyəzən Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hö kmü ilə təyin edilmiş 3 il sınaq müddəti verilməklə şərti məhkum etmə ləğv edilərək, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək üzərində qəti cəza olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 21 noyabr 2018-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mö vsümov Nazim Rasim oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 24 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, 09 noyabr 2018-ci il tarixdə, gecə saat 01:00 radələrində, Siyəzən rayonu, Kiçik Həmyə kəndində, Ataçay çayının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs1 məxsus kommersiya firmasının ərazisində olan 3 ədəd tikilinin qapısının qıfılını sındırma yolu ilə qanunsuz içəri daxil olaraq oradan hər birinin dəyəri 20 manat olan 1 illik, ağ rəngli 6 ədəd dişi qaz quşunu, hər birinin dəyəri 40 manat olan 1 illik, 4 ədəd dişi hind quşunu, hər birinin dəyəri 12 manat olan 1 illik, 2 ədəd ördək quşunu və kommersiya firmasının ərazisində yerləşən bir ədəd kərpic sıxan elektrik mühərrikinin içərisindən ümumi dəyəri 20 manat olan aliminium metalını oğurlamaqla zərərçəkmişə 324 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, 12 noyabr 2018-ci il tarixdə, gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən evin zirzəmisinə qanunsuz daxil olaraq oradan bir ədəd 100 manat dəyərində radiatoru, 40 manat dəyərində bir cüt qış kişi ayaqqabısını, 10 manat dəyərində bir ədəd qazanı və 150 manat dəyərində bir ədəd çılçırağı oğurlamaqla zərərçəkmişə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, 19 noyabr 2018-ci il tarixdə, gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən evin zirzəmisinə qanunsuz daxil olaraq oradan 60 kiloqram çəkidə mis metalını gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxsə 450 manat məbləğində maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək, cavan olmasını, əməlindən səmimi peşman olmasını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasi ya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxara q, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddə sinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Siyəzən Rayon Məhkəməsi19 mart 2019-cu il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən təqsirini tam etiraf etməsini, etmiş olduğu əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini də nəzərə almışdır. İş materiallarında görünür ki, Balayev X2 Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti 27 oktyabr 2016-cı il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs m əhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkum sınaq müddətində yenidən eyni qəbildən olan cinayət törətməsini, məhkəmələr məhkumun islah olunmaması və onun cəzasını yüngülləşdirməklə məhkumun bir daha cinayət törətməyəcəyi inamının olmadığı barədə nəticəyə gəlmişdir. Kollegiya məhkəmələrin gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətproses sual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1279/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1279/2019
22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver