Məhkəmə qərarları › İş №1(102)-128/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-128/2020

29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-128/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi – X80nun vəkili XXX35nun iştirakı ilə, Şəki Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili XXX35 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim U.H.Osmanov) Məhkum1(xx xxxxxx 1984-cü ildə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, ünvan4də yaşayan) Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.4,320.1-ci maddələri ilə aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 32.4,320.1-ci maddələri ilə təyin edilmiş 1 (bir) il müddətə islah işləri cəzası və Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə islah işləri cəzası iki günə bir gün hesabı ilə hesablanıb 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmış, Məhkum1ya cinayətlərin məcmusu üzrə 2 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəza Məhkum1 Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təyin olunmuş aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasının çəkilməmiş qalan 1 (bir) il 8 (səkkiz) günü ilə Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən (iki günə bir gün hesabı ilə 6 (altı) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) qismən toplanılmış, Məhkum1 üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum1 cəzaçəkmə müddətinin başlanğıcının XXX66ndə qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və ünvan10nin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması qərara alınmışdır. Həmin hökmlə Məhkum2 (xx xxxx 1994-cü ildə ünvan6ndə anadan olmuş, Azərbaycan Respublikasının və təndaşı, evli, himayəsində 2 azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan7ndə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə isla h işləri cəzası və Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə islah işləri cəzası azadlığın məhdudlaşdırılması cəzasına iki günə bir gün hesabı ilə bərabər tutulmaqla heablanmış 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum2 cəzaçəkmə müddətinin başlanğıcının XXXX65ndə qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və ünvan9nin ərazi hüdüdlarını tərk etməmək, el ektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.M.Eyvazov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi XXX35 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qə rarından Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi XXX35 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum1 özgənin əmlakını tamah niyyətilə qəsdən dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 anası X2 təqaüdə çıxmasına köməklik edəcəyinə dair yalan vədlər verib aldatma yolu ilə etibarından sui-istifadə edib 2017-ci ilin yanvar-may aylarında ünvan12 ərazisində ayrı-ayrı vaxtlarda vahid niyyətlə Zərərçəkmiş şəxs1 1500 (bir min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 anasının təqaüdə çıxması məsələsini həll etmək bəhanəsi ilə sonuncuya məxsus şəxsiyyət vəsiqəsini alıb ələ keçirdikdən sonra təkrarən özgənin əmlakını tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə qəsdən ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Məhkum2 ilə aralarında olan razılaşmaya əsasən, sonuncunun özünü Zərərçəkmiş şəxs2 ASC-nin ünvan14 filialına Zərərçəkmiş şəxs1 kimi təqdim etməyi və onun adına kredit götürmək məqsədi ilə Məhkum2 Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsində olan imzanı çəkməyi öyrənməsini tövsiyyə etmişdir. Bu məqsədlə 10 yanvar 2018-ci il tarixdə saat 10 radələrində Məhkum2la birlikdə Zərərçəkmiş şəxs2 ASC-nin ünvan14 filialına gəlib bankda Zərərçəkmiş şəxs1 adına rəsmiləşdiriləcək kreditin ayrılması ilə bağlı sonuncunun adına tərtib edilmiş kredit almaq hüququ verən rəsmi sənədlər hesab olunan 10 yanvar 2018-ci il tarixli ərizədə “Borcalan” qrafasında, “kredit məlumatlarının alınma sına dair” 10 yanvar 2018-ci il tarixli razılıq ərzəsində “İmza” qrafasında, 10 yanvar 2018-ci il tarixli “Borcalan” barədə məlumatda “Müştəri” qrafasında, 10 yanvar 2018-ci il tarixli 129CLM********** nömrəli kredit müqaviləsində “Müştəri” qrafasında, 10 yanvar 2018-ci il tarixli 129CLM********** nömrəli kredit müqaviləsinə əlavənin ödəniş cədvəlində “borcalan” qrafasında, 08 sentyabr 2016-cı il tarixli kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsində “sığortalı” qrafasında, 07 iyun 2017-ci il tarixli kredit götürən şəxslərin həyatının müddətli sığortası üzrə ərizə formasında “imza” qrafasında Zərərçəkmiş şəxs1 əvəzinə imza etməklə, Məhkum2 həmin rəsmi sənədləri saxtalaşdırmağa təhrik etmiş və Zərərçəkmiş şəxs1 adından və əvəzinə Məhkum2 tərəfindən imza edilərək saxtalaşdırılm ış qeyd olunan rəsmi sənədləri bilə-bilə Məhkum2la birlikdə istifadə edib Zərərçəkmiş şəxs2 ASC-nin ünvan14 filialına təqdim etməklə filialın kredit mütəxəssisi X4 aldadıb etibarından sui-istifadə etməklə bank filialından 8000 (səkkiz min) manat məbləğdə kredit götürüb ələ keçirərək Zərərçəkmiş şəxs2 ASC-nin ünvan14 filialına 8000 (səkkiz min) manat məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, bir qrup şəxs halında və xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə qəsdən dələduzluq cinayətini törətmiş, habelə sövdələşmə üsulu ilə başqa şəxsi cinayət törətməyə sövq edərək hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmağa təhrik edərək, bilə-bilə həmin saxta sənəddən ist ifadə etmişdir. Məhkum2 özgənin əmlakını tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə qəsdən ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncu ilə aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs2 ASC-nin ünvan14 filialına özünü Zərərçəkmiş şəxs1 kimi təqdim etməyi və onun adına kredit götürməyi öhdəsinə götürmüş, Məhkum1 isə ona Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsini verərək orada olan sonuncuya məxsus imzanı çəkməyi öyrənməsini tövsiyyə etmişdir. Bu məqsədlə 10 yanvar 2018-ci il tarixdə saat 10 radələrində Məhkum1 ilə birlikdə Zərərçəkmiş şəxs2 ASC-nin ünvan14 filialına gələrək bankda Zərərçəkmiş şəxs1 adına rəsmiləşdiriləcək kreditin ayrılması ilə bağlı hüquq verən rəsmi sənədlərdə, yəni ona təqdim olunan 10 yanvar 2018-ci il tarixli ərizədə “Borcalan” qrafasında, “kredit məlumatlarının alınmasına dair” 10 yanvar 2018-ci il tarixli razılıq ərzəsində “İmza” qrafasında, 10 yanvar 2018-ci il tarixli “Borcalan” barədə məlumatda “Müştəri” qrafasında, 10 yanvar 2018-ci il tarixli 129CLM********** nömrəli kredit müqaviləsində “Müştəri” qrafasında, 10 yanvar 2018-ci il tarixli 129CLM********** nömrəli kredit müqaviləsinə əlavənin ödəniş cədvəlində “borcalan” qrafasında, 08 sentyabr 2016-cı il tarixli kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsində “sığortalı” qrafasında, 07 iyun 2017-ci il tarixli kredit götürən şəxslərin həyatının müddətli sığortası üzrə ərizə formasında “imza” qrafasında Məhkum1 təhriki ilə Zərərçəkmiş şəxs1 əvəzinə imza etməklə qeyd olunan rəsmi sənəd ləri saxtalaşdırıb Məhkum1 ilə birlikdə bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək Zərərçəkmiş şəxs2 ASC-nin ünvan14 filialına təqdim etməklə filialın kredit mütəxəssisi X4 aldadıb etibarından sui-istifadə etməklə bank filialından 8000 (səkkiz min) manat məbləğdə kredit götürüb ələ keçirərək Zərərçəkmiş şəxs2 ASC-nin ünvan14 filialına 8000 (səkkiz min) manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir qrup şəxs halında və xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə qəsdən dələduzluq etmiş və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla bilə-bilə həmin saxta sənəddən istifadə etmişdir. Kasssasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 ASC- nin nümayəndəsi XXX35 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmlə təqsirləndirilən şəxslərə yüngüllüyünə görə onların şəxsiyyətlərinə, törətdiklri cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəzalar təyin edilmiş, lakin həddindən artıq yüngül olmasına baxmayaraq həmin cəzalar apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Təqsiləndirilən şəxslərə əsassız olaraq yüngül cəzaların təyin olunduğunu göstərən hallar kimi Məhkum1 əvvəllər də dələduzluq cinayətinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunmasına və məhkəmələrin ziyanın real olaraq ödənilməsini deyil, buna dair verilmiş vədi cəzanı yüngülləşdirən hal kimi nəzərə almalarına istinad etmişdir. X7 kassasiya şikayətində göstərilənlərə əsasə n Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinay ət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi XXX35 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 şəxsiyyətlərinə, təqsirli bilindikləri cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına uyğun o lmayan azadlığın məhdudlaşdırılması növündə yüngül cəzaların təyin olunduğunu və bu cəzaların apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız və qanunsuz olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 17 aprel 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olm ayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənasına görə, təyin edilən cəza vasitəsilə təqsirkar şəxsin islah olunacağına, sosial ədalətin bərpa ediləcəyinə dair inam CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, təqsirkarın şəxsiyyətinin düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosisal ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə - islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından isə görünür ki, birinci inst ansiya məhkəməsi Məhkum1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə, Məhkum2 isə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə bu maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan nisbətən yüngülünü – 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını (cinayətlərin məcmusu üzrə də eyni növ cəzanı) təyin edərkən, apellyasiya instansiyası məhkəməsi həmin cəzaları dəyişdirilmədən saxlayarkən öz nəticələrini cəzanın təyini məsələsi üzrə düzgün qənaətə gəlmək üçün əhəmiyyətli ola biləcək bütün halların məcmusundan hasil etməmiş, xüsusilə təqsirkarların şəxsiyyətini kifayət qədər araşdırmamışlar. Belə ki, təqsirkarın şəxsiyyəti barədə nəticələri digər hallarla yanaşı onun cinayətin törədilməsindən sonrakı davranışından, yəni əməlinə tənqidi mün asibətin formalaşıbformalaşmamasından, cinayətin zərərli nəticələrinin aradan qaldırılması, maddi və mənəvi təsirlərinin azaldılması yönündə hərəkətlər edib-etməməsindən hasil etmək olar. Lakin, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instanasiyası məhkəməsinin qərarından belə halların müəyyən edildiyi görünmür. Belə ki, cinayət işinin materiallarından, habelə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətində göstərdiklərindən aydın olur ki, Məhkum1 və Məhkum2 hökm çıxarılanadək cinayət nəticəsində vurduqları ziyanın ödənilməsi, azaldılması istiqamətində heç bir hərəkət etməmiş, barışığa cəhd belə göstərməmişlər (müstəsna olaraq onlar tərəfindən apellyasiya icraatı dövründə - 16 aprel 2019-cu il tarixdə və 14 mart 2019-cu il tarixdə ziyanın çox az hissəsi mi qdarında - 600 və 550 manat məbləğlərdə ödənişlər edilmişdir). Bu səbəbdən, eləcə də cinayətin törədilmə hallarına (dələduzluq əməlinin sənədləri saxtalaşdırmaqla və saxta sənədlərdən istifadə etməklə başqa şəxsin adına kredit götürmək kimi mürəkkəb mexanizm vasitəsi ilə həyata keçirilməsinə, Məhkum1 barəsində dələduzluq etməsi ilə əlaqədar bundan əvvəl də ittiham hökmünün çıxarılmasına) görə zərər çəkmiş hüquqi şəxs bütün məhkəmə instansiyalarında Əfsanə Kərimovdan və Məhkum2 şikayətçi olmuş, onlara ağır cəzanın təyin edilməsi üzərində israr etmişdir. Məhkəmələrin yuxarıda qeyd olunanları nəzərə almadan Məhkum1 və Məhkum2 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzaları vasitəsi ilə islah olunacağını mümkün saymaları onun göstərir ki, əslində məhkəmələrin bu qənaəti Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) bütün halların nəzərə alınmasından irəli gəlmir. Bu qaydada, yəni Cinayət Məcəlləsinin CM-in 8, 58.3, maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə təyin edilmiş cəza nə təqsirkar şəxslərin özlərinə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Təsvir edilənlər zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinin əsaslı olduğunu, məhkəmələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiklərini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş hüquqi şəxsin nümyəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi XXX35nun kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 17 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına t əyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi XXX35nun kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 17 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar