Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-128/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum1, Məhkum3, müdafiəçiləri X3, Müdafiəçi12 və Müdafiəçi3 işti rakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarından Məhkum1, Məhkum3, Məhkum2, Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum3 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətlərinə əlavələrə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən), Əliövsəd Abasov və Eldar Mikayılov) 16 fevral 2021-ci il tarixli, 1(101)-66/2021 nömrəli hökmü ilə xx xxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4 və 182.3.2ci maddələri ilə təqsirli bilinərə k, CM-in 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 13 oktyabr 2017-ci il tarixdən 13 avqust 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay müddət ona təyin edilən cəzadan çıxılaraq Məhkum1 üzərində qəti olaraq 11 (on bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 02 aprel 2019-cu il tarixdən hesablanmış; 18 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan Məhkum3 Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2019cu il tarixdən hesablanmış, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə mü əssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum5 və Məhkum4 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib yalandan olaraq özünə məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini sənədləşdirməsi üçün pul lazım olmasını bildirib, həmin torpaq sahəsini satdıqdan sonra pulunu qaytaracağına vəd verib aldadaraq 29 mart 2016-cı ildə ünvan 4 ünvanda həmin dövrün məzənnəsi ilə 3148 manat təşkil edən 2.000 ABŞ dolları və 11852 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs 15000 manat xeyli miqdarda madd i ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Məhkum3 və Məhkum5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2016-cı ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən çay evinə dəvət edib, orada yalandan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini saxta sənədlərlə sənədləşdirmələrində polisin məlumatı olmasını və bu məsələnin həlli üçün 51.000 manat pul vermək lazım olduğunu bildirib, istənilən pulun bir hissəsini, yəni üzərinə düşən 17.000 manatı vermədiyi təqdirdə, onun da bu cinayətdə iştirakçı olmaqla həmin torpaq sahəsi nə saxta sənədin hazırlanması üçün 15.000 manat verməsini polisə deyib onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək xeyli miqdar təşkil edən 17.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib 2 may 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən həmin çay evində tələb olunan 17.000 manat pulu Məhkum1 vermişdir. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin may ayının sonlarında Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən yay evinə dəvət edib, orada yalandan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini saxta sənədlərlə sə nədləşdirmələrində cəzaçəkmə müəssisələrindən çıxmış kriminal aləmin üzvlərinin də məlumatı olaraq ondan pul istəmələrini bildirib, bu məsələnin həlli üçün 5.000 manat vermədiyi təqdirdə həmin torpaq sahəsinə saxta sənədin hazırlanması üçün 15.000 manat verməsi barədə olan məsələnin yenidən qaldırıb onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyərək 5.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edərək hazırda pulu olmadığını bildirdikdə, Məhkum1 ona həmin pulu özü verəcəyini, əvəzində isə «AGBank» bankından 13 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürmüş olduğu 9500 ABŞ dollarının ödəməsini demiş, Zərərçəkmiş şəxs razılaşaraq 6 ay müddətində ümumilikdə 3600 manat olmaqla Məhkum1 əvəzinə bank ödənişi etmişdir. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma, yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelinə dəvət edib, orada cəzaçəkmə müəssisələrindən çıxmış kriminal aləmin üzvlərinə 16.000 manat vermək lazım olmasını, həmin pulu vermədiyi təqdirdə torpaq sahəsinə saxta sənədin hazırlanmasında onun da iştirakı olması məsələnin yenidən qaldırıb onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacağı, həmçinin ona və anasına zor göstərib xəsarət yetirəcəyi ilə hədələyərək xeyli miqdar təşkil edən 16.000 manat pulunu hədə-qorxu ilə tələb etmi ş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edib 5 iyul 2016-cı ildə Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelində tələb olunan 16.000 manat pulu Məhkum1 vermişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs Fərmanzadə Fərman Zülfüqar oğlunun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin iyun ayının 10-da Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelinə dəvət edib, orada adını çəkmədiyi qadına 2.000 manat pul borclu olduğunu, həmin pulu vermədiyi təqdirdə yalandan olaraq onun cəzaçəkmə müəssisələrindən çıxmış kriminal aləmin üzvlərinə ödənilməli olduğu 16.000 manat pulunun verməyəcəyini deyib həmin şəxslərin onun ana sına zor göstərib xəsarət yetirəcəyini təşkil edəcəyi ilə hədələyərək 2.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib 15 iyun 2016-cı ildə Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelində tələb olunan 2.000 manat pulu Məhkum1 vermişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs Fərmanzadə Fərman Zülfüqar oğlunun və yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin sentyabr ayında Zərərçəkmiş şəxs ünvan 7 ünvanda yerləşən evinə dəvət edib, orada adını çəkmədiyi qadına 5.000 manat pul borclu olduğunu, həmin pulu vermədiyi təqdirdə özü va ya cəzaçəkmə müəssisələrindən çıxmış tanışlarının vasitəsi ilə ona və anasına zor göstərib xəsarət yetirəcəyini təşkil edəcəyi ilə hədələyərək 5.000 manat pulunu hədə-qorxıı ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib 2016-cı ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən həmin evində tələb olunan həmin dövrün məzənnəsinə görə 4.914,3 manat təşkil edən 3.000 ABŞ dollarını Məhkum1 vermişdir. Bundan başqa o, təkrarən Məhkum3, Məhkum5, Məhkum2 və Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə- qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan plan və vəzifə bölgüsünə uyğun olaraq 2016-ci ilin noyabr ayının əvvəllərində Məhkum4 Zərərçəkmiş şəxs ilə tanış olub şəxsi münasibət yaratdıqdan sonra 5 noyabr 2016-cı ildə güya intim əlaqədə olmaları üçün əvvəldən günlük kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu, Həsən Abdullayev küçəsi, ev 10, mənzil 1-ə dəvət edərək orada onunla görüşüb intim münasibətdə olmaq üçün şərait yaratdıqdan sonra mənzilə Məhkum2 və Məhkum5 gəlmiş, Məhkum2 guya Məhkum4 əri, Məhkum5 isə Məhkum2 dostu kimi özlərini təqdim edərək namusuna toxunduğu üçün Zərərçəkmiş şəxs zor tətbiq edib öldürməklə hədələmiş, az sonra mənzilə qrupun digər üzvləri Məhkum3 və Məhkum1 gəlib vəzifə bölgüsünə uyğun olaraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə Məhkum2 və Məhkum5la danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədəqorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün külli miqdar təşkil edən 200.00 0 manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib tələblə razılaşdıqdan sonra mənzildən sərbəst buraxılmışdır. Bundan başqa o, təkrarən Məhkum5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs onun və yaxın qohumu anasının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2017-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsində yerləşən «Half Vay İnn» kafesində Zərərçəkmiş şəxs ilə görüşüb onu Məhkum4 ilə mənzildə tutduqları üçün polisə şikayət etdiyindən 25.000 manat xərcləri çıxdığını, həmin pulu faizlə götürdükləri üçün artıq borclarının 50.000 manat olduğunu deyib, həmin məbləği vermədiyi təqdirdə ona və anasına xəsarət yetirib zor göstərəcəyi ilə hədələyərək xeyli miqdar təşkil edən 50.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib qorxaraq pulu tapıb verəcəyinə söz verdikdən sonra onu sərbəst buraxmışdır. Bundan sonra 13 oktyabr 2017-ci ildə Zərərçəkmiş şəxs tələb olunan puldan 3.500 manatını Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən «Bazarstore» mağazasının qarşısında Məhkum1 verən zaman Səbail RPİ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 tutularaq Səbail RPİ-nə gətirilmiş və üzərinə keçirilən baxış zamanı aldığı 3.500 manat pul aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum3, Məhkum1 və Məhkum5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədəqorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2016-cı ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən çay evinə dəvət edib, orada yalandan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini saxta sənədlərlə sənədləşdirmələrində polisin məlumatı olmasını və bu məsələnin həlli üçün 51.000 manat pul vermək lazım olduğunu bildirib, istənilən pulun bir hissəsini, yəni üzərinə düşən 17000 manatı vermədiyi təqdirdə onun da bu cinayətdə iştirakçı olmaqla həmin torpaq sahəsinə saxta sənədin hazırlanması üçün 15.000 manat verməsini polisə deyib onu tutdurmaqla h aqqında rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək xeyli miqdar təşkil edən 17.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edib 2 may 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən həmin çay evində tələb olunan 17000 manat pulu Məhkum1 vermişdir. Bundan başqa o, təkrarən, Məhkum1, Məhkum5, Məhkum2 və Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə- qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan plan və vəzifə bölgüsünə uyğun olaraq 2016-ci ilin noyabr ayının əvvəllərində Məhkum4 Zərərçəkmiş şəxs ilə tanış olub şəxsi münasibət yaratdıqdan sonra 5 n oyabr 2016-cı ildə guya intim əlaqədə olmaları üçün əvvəldən günlük kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu Həsən Abdullayev küçəsi, ev 10 mənzil 1-ə dəvət edərək orada onunla görüşüb intim münasibətdə olmaq üçün şərait yaratdıqdan sonra mənzilə Məhkum2 və Məhkum5 gəlmiş, Məhkum2 guya Məhkum4nm əri, Məhkum5 isə Məhkum2 dostu kimi özlərini təqdim edərək namusuna toxunduğu üçün Zərərçəkmiş şəxs zor tətbiq edib öldürməklə hədələmiş, qısa müddətdən sonra mənzilə qrupun digər üzvləri Məhkum3 və Məhkum1 da gəlib vəzifə bölgüsünə uyğun olaraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə Məhkum2 və Məhkum5la danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədə-qorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün külli miqdar təşkil edən 200.000 manat məbləğində pul t ələb etmiş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edib tələblə razılaşdıqdan sonra mənzildən sərbəst buraxılmışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2, Məhkum1, Məhkum5, Məhkum3 və Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan plan və vəzifə bölgüsünə uyğun olaraq 2016-ci ilin noyabr ayının əvvəllərində Məhkum4 Zərərçəkmiş şəxs ilə tanış olub şəxsi münasibət yaratdıqdan sonra 5 noyabr 2016-cı ildə guya intim əlaqədə olmaları üçün əvvəldən günlük kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu Həsən Abdullayev küçəsi ev 10, mənzil 1-ə dəvət edərək orada onu nla görüşüb intim münasibətdə olmaq üçün şərait yaratdıqdan sonra mənzilə Məhkum2 və Məhkum5 gəlmiş, Məhkum2 guya Məhkum4 əri, Məhkum5 isə Məhkum2 dostu kimi özlərini təqdim edərək namusuna toxunduğu üçün Zərərçəkmiş şəxs zor tətbiq edib öldürməklə hədələmiş, qısa müddətdən sonra mənzilə qrupun digər üzvləri Məhkum3 və Məhkum1 gəlib vəzifə bölgüsünə uyğun olaraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə Məhkum2 və Məhkum5la danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədə-qorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün külli miqdar təşkil edən 200.000 manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib tələblə razılaşdıqdan sonra mənzildən sərbəst buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qa sımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 07 dekabr 2021-ci il tarixli, 1(103)-855/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(101)-66/2021 nömrəli hökmü məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkumlar və məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsini və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum3 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum3 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəraətverici əsaslarla xita m verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavələrin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr iş materiallarını düzgün və ətraflı araşdırmamış, işin halları ilə hərtərəfli tanış olmamış buna görə də humanizm, ədalətlilik prinsiplərini kobudcasına pozaraq ədalətsiz qərar vermişdir. Belə ki, onun hazırkı işdə heç bir günahı olmamış, o, cinayətdə iştirakı etməmişdir. Kassator şikayətində qeyd etmişdir ki, onun ibtidai istintaq zamanı 10 (on) ay ev dustaqlığında olması nəzərə alınmamış, bu müddət təyin olunmuş cəzadan çıxılmamışdır. Bundan başqa kassator barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmamasını ədalətsiz olması bildirir. Həmçinin Məhkum1 şikayətində qeyd edir ki, onun tərəfindən ziy an tam olaraq ödənilmiş, ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunmuş, himayəsində yaşlı anası var, özüm ağır panik-atak nevroz xəstəliyindən əziyyət çəkir, subaydır, ona təyin olunan cəza onun şəxsiyyətinə uyğun deyildir. Məhkum3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, tam əsassız, qanunsuz həbs edilmiş və saxta sübutlarla təqsirli bilinmişdir. Belə ki, hazırkı işə görə o, iki dəfə təqsirli bilinmişdir. İlk dəfə o, cərimə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə də azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa şahid qismində dindirilmiş Günay adlı şahid prosesdə onu tanımadığını bildirsə də, lakin məhkəmə iclas protokolunda Günay adlı şahidin onu tanıdığı qeyd edilmişdir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin olunmuş cəza ağırdı r. Belə ki, məhkəmələr tərəfindən ona cəza təyin edilərkən, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödəməsi, ilk dəfə cinayət əməli törətməsi, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi, cəza çəkdiyi dövrdə islah olması, səmimi peşmançılığı, valideynlərinin və ailəsinin ona maddi və mənəvi ehtiyaclarının olması kimi hallar nəzərə alınmamışdır. Məhkum3 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Məhkum3 yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsasən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs ifadəsindən başqa hüquqlarını müdafiə etdiyi şəxsin ondan hədə-qorxu ilə pul tələb etdiyini təsdiqləyən heç bir mötəbər sübut mövcud deyildir. Zərərçəkmiş şəxs izahat və ilkin ifadələri ilə sonradan verdiyi ifadələr arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər mövcuddur. Zərərçəkmiş şəxs ilkin izahat və ifadələri ilə sonradan verdiyi ifadələri arasında həm məzmun, həm ardıcıllıq baxımından kifayət qədər ziddiyyətlər mövcuddur. O, ilkin izahatında Məhkum1 birbaşa ona hədə-qorxu gəldiyini bildirsə də, sonrakı ifadələrinin məzmun tamamilə dəyişdirilmişdir. Zərərçəkmiş şəxsin verdiyi ifadədən də göründüyü kimi o, Məhkum3 hədə-qorxu ilə tələb etməyə dair hər hansı aktiv hərəkətinə şahid olmamış, yalnız Məhkum1 Məhkum3 haqqında ona dediklərini ifadəsində göstərmişdir. Bu da bir daha Məhkum3 külli miqdarda pul əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsə hədə-qorxu gəlmədiyini təsdiqləyir. Bundan başqa cinayət işi materiallarından da göründüyü kimi Məhkum3 ilk gündən eyni məzmunlu ifadə verərək Məhkum1 Zərərçəkmiş şəxs hə də-qorxu ilə pul tələb etməsinə şahid olmadığını bildirmişdir. Halbuki ittihamın əsasını təşkil edən zərərçəkmiş şəxsin ifadələri arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər mövcuddur. Bu da onun ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmə nəticəyə təsir edən kobud maddi və prosessual qanun pozuntularına yol vermiş, maddi sübut iş materiallarında olmamış, yalnız protokolda göstərilmiş maddi sübutun özünün mövcudluğu böyük şübhə yaratmış, mövcud olmayan həmin maddi sübutun özü qurama plan əsasında əldə edilmiş, əməlin tövsifində səhvə yol verilmiş, qanunla şahid ola bilməyən asılı şəxslər şahid kimi dindirilmiş, ifadələr və digər sübutlar arasında yaranmış böyük ziddiyyətlər a ydınlaşdırılmamışdır. Məhkəmə sübutların mötəbər olub-olmamasını, nəticəyə təsir edən iş üçün mühüm əhəmiyyətə malik faktları araşdırmamış və işin faktiki hallarını aydınlaşdırmamışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq məhkəmə Məhkum1 qarşı törədilmiş işgəncə faktını araşdırmamışdır. Məhkum1 həm ittiham aktında olan ifadəsində, həm də məhkəmə baxışında verdiyi ifadəsində təqsirini etiraf etmədiyi halda məhkəmə onu təqsirini etiraf etmiş kimi göstərmişdir. Məhkəmə qeyri-mötəbər sübutlar və zərərçəkmiş şəxsin ehtimalları əsasında hökm çıxarmışdır. Ona görə də müdafiəçi hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz, əsassız və qərəzlidir. Bundan başqa kassator şikayətində qeyd etmişdir ki, Məhkum1 13 oktyabr 2017-ci ildə tutularaq döyülmüş, ona işgəncə verilmiş, işgəncə hərəkəti nəticəsində qabaqcadan hazırlanmış etirafedici ifadəyə imza atmağa məcbur edilmişdir. Bu fakt Məhkum1 16 oktyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olandan sonra dərhal Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilməsi ilə təsdiq olunur. İş materiallarında “AGBank” və "xxxx"ASC-dən götürülmüş sənədlər yalnız Zərərçəkmiş şəxs həmin banklardan çox aşağı 3-7 faizlə kredit götürdüyü faktını təsdiq edir, lakin həmin pulların Məhkum1 verildiyini təsdiq etmir. Zərərçəkmiş şəxs öz ifadəsində etiraf etmişdir Məhkum1 pulları təkbətək vermiş, yanlarında başqa şəxslər və ya şahidlər olmamışdır. Məhkum1 da bunun yalan olduğunu bildirmişdir. Bu fakt barədə yalnız zərərçəkmiş şəxsin ifadəsindən başqa heç bir şahid ifadəsi, hər hansı sübut və ya sənəd cinayət işi material larında yoxdur. Bundan başqa apellyasiya instansiyası birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvlər və kobud maddi və prosessual hüquq pozuntularına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi maddi zərərin ödənilməsi əsası və zərərçəkmiş şəxsin razılığı ilə Məhkum4 apellyasiya şikayətini qismən təmin etmiş və onun cəzasını 5 il müddətinə azaltmışdır. Qeyd edək ki, Məhkum1 tərəfindən 2 dəfə “maddi ziyan” tam ödənilmişdir. Bu fakt deməyə əsas verir ki, apellyasiya məhkəməsi qanunun aliliyi ilə deyil, zərərçəkmiş şəxsin istək və arzusuna uyğun qərar vermişdir. İşgəncə faktının təsdiq olunması, məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb olan maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması, təkzibolunmaz və mötəbər sübutun, həmçinin maddi sübutun cinayət işi materiallarında olmaması, ifadələr arasında ziddiyyətlərin aradan qaldırılmaması və digər qanun pozuntularını nəzərə alaraq CM-in 182.3.2ci maddəsi üzrə təqsirinin sübuta yetirilmədiyi və CM-in 178.2.4-ci maddəsi üzrə cinayət hadisəsinin baş verməməsi əsasları ilə Məhkum1 bəraət verilməlidir. Bu mümkün olmadıqda hesab edir ki, 15.000 manatı pulun torpağın sənədləşdirməsi üçün borca verdiyinə dair zərərçəkmiş şəxsin etirafedici ifadəsini əsas gətirərək CM-in 178.2.4-ci maddəsi ittihamdan çıxarılmalı, Məhkum1 tərəfindən maddi zərər tam ödənildiyi üçün zərərçəkmiş şəxsin ondan heç bir maddi tələbinin və şikayətinin olmadığı, gələcəkdə də olmayacağına dair notarial qaydada verilmiş ərizəni nəzərə alaraq onun cəzası cəza çək diyi müddətə qədər azaldılmalı və o, məhkəmə zalından azadlığa buraxılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavələrin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri və kassasiya şikayətlərinə əlavələr təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəm ə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum1, Məhkum1 müdafiəçisi Müdafiəçi3, Məhkum3, Məhkum3 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlunun kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavələrin başlıca dəlilləri ondan ibarətdir ki, məhkumların onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsiri sübuta yetirilməmiş, lakin buna baxmayaraq məhkəmələr tərəfindən onların barəsin də əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavələrin bu dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir -biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab e dilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlar məhkəmə iclasında tədqiq edib tam, hərtərəfli və obyektiv yoxlamış və həmin sübutlara qiymət verərək nəticəyə gəlmişlər ki, həmin sübutların məcmusu məhkumlar Məhkum1, Məhkum3 və qeyrilərinin hökmündə təsvir edilmiş hallarda müvafiq olaraq Azərbaycan Respublikası CM-in 178.2.4 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə məhkum və onların müdafiəçiləri tərəfində verilmiş apellyasiya şikayətlərinə əsasən baxıb birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, məhkumlar Məhkum1 əməlləri Azərbaycan Respublikası CM-in 178.2.4 və 182.3.2-ci maddələri ilə və Məhkum3 əməli isə Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkumların əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndiri lməsini nəzərə alaraq, məhkəmə kollegiyası həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Məhkum1 və Məhkum3 barəsində Azərbaycan Respublikası CM-in 178.2.4 və 182.3.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmiş və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, məhkumlar və müdafiəçinin kassasiya şikayətlərinin bu barədə dəlilləri əsassızdır. Məhkum3 kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iclasında Günay adlı şahid onu tanımadığını göstərmiş, lakin protokola qeyd edilmişdir ki, şahid onu tanıyır. Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunda olan Şahid3 ifadəsində onun Məhkum3 tanımasını göstərilməmişdir. Azərbaycan Respublikası CPM-in 51.7-ci maddəsinə əsasən məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə 3 (üç) gün müddətində protokolla və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dai r yazılı qeydlərini verdiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq, həmin qeydlərin özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir. İş materiallarından görünür ki, Məhkum3 məhkəmə iclas protokolu ilə tanış olma arzusunu bildirməmiş, bu barədə hər hansı bir vəsatət qaldırmamış və məhkəmə iclas protokoluna qeyd verməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlili əsaslı hesab etmir. Müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum1 13 oktyabr 2017-ci il tarixdə işgəncələr verilmiş və o, qabaqcadan hazırlanmış etirafedici if adəni imzalamağa məcbur olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, 13 oktyabr 2017-ci il tarixdə Məhkum1 şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisi Müdafiəçi1 iştirakı ilə dindirilmişdir. 13 oktyabr 2017-ci il tarixdə Məhkum1 ilə zərərçəkmiş şəxs X1 arasında üzləşdirmə də müdafiəçisi Müdafiəçi1 iştirakı ilə keçirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 20 may 2019-cu il tarixli məktubundan görünür ki, Məhkum1 16 oktyabr 2021-ci il tarixində Bakı İstintaq Təcridxanasına daxil olarkən “Kəskin qarın sancısı və kəskin apendisit?” diaqnoz qoyulmuş və həmin gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmiş, ona “Apendi kulyar kolika” diaqnozu qoyulmuş, 22 gün müalicə aldıqdan sonra 08 noyabr 2017-ci il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Həmçinin iş materiallarından görünür ki, cinayət işi üzrə 13 oktyabr 2017-ci il tarixdən 01 iyun 2019-cu il tarixədək davam etmiş ibtidai istintaq müddətində Məhkum1 və ya onun müdafiəçilərinin işgəncə ilə bağlı heç bir şikayətləri və müraciəti olmamışdır. Ona görə də məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir. Məhkum1 kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, ibtidai istintaq zamanı onun həbsdə və ev dustaqlığında saxlanılması müddəti tam olaraq cəzasına hesablanmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum1 hazırki cinayət işi üzrə 13 oktyabr 2017-ci il tarixdən 13 avqust 2018-ci il tarixdən həbsdə və ev dustaqlıqda saxlanılmış, 13 avqust 2018-ci il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 02 aprel 2019-cu il tarixdə Məhkum1 axtarışla tutulmuş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(101)-66/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi ilə də onun 13 oktyabr 2017-ci il tarixdən 13 avqust 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Məhkum 1 üzərində qəti olaraq 11 (on bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzanın əvvəli 02 aprel 2019-cu il tarixdən hesablanmışdır. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Məhkum1 kassasiya şikayətinin digər dəlili onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməməsi ilə əlaqədardır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal köm ək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin digər dəlilləri onlara təyin olunmuş cəzanın ağır olmasıdır. Bunun la bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hiss əsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən onun cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Məhkum2 cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzalarını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bununla da, təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.4 və 182.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 178.2.4-cü maddəs i ilə 2 (iki) il müddətə, CM-in 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirləndirilən şəxs Məhkum2 Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 182.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 182.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum1 və Məhkum2 cəza təyin edərkən təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdı r. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumların törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onların şəxsiyyətlərinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkumlara cəza cinayət qanununun yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun təyin edilmiş, həmin cəza onların törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, cəzanın yüngülləşdirilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Ona görə də, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavələrin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin və onlara əlavələrin təmin edilm ədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2021-ci il tarixli qərarı məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri və kassasiya şikayətlərinə əlavələr təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-128/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-128/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver