Məhkəmə qərarları › İş №1(102)-1280/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1280/2019

20.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1280/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum oğlunun barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 31 avqust 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Y.Həsənov) Məhkum oğlu- xx xxxx 1995-ci ildə Gədəbəy rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, *********** kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2018-ci il tarixindən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təq sirli bilinib məhkum edilmişdir ki, İrəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar satış məqsədi ilə saxta pul hazırlamaqla əldə edib və satmışdır. Belə ki, Məhkum oğlu tanışı Təqsirləndirilən şəxs ilə birlikdə satış məqsədi və tamah niyyəti ilə saxta pul hazırlama, əldə etmə və satma barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09 fevral 2018-ci il tarixdə kirayə yaşadıqları Bakı şəhəri, ***************************** nömrəli evdə bir ədəd A06465076 və bir ədəd A43173372 seriya nömrəli həqiqi 100 manatlıq pul əskinaslarından istifadə etməklə “Epson L222” markalı “ C462H ” modelli, istifadəyə yararlı, skaner-printer və surətçıxaran çoxfunksiyalı qurğu vasitəsi ilə eyni 17 ədəd A06465076 seriya nömrəli və 149 ədəd A43 173372 seriya nömrəli 100 manatlıq əskinazlar çap edib həqiqi 100 Azərbaycan manatı pul əskinaslarından kəskin şəkildə fərqlənməyən ümumilikdə 16.600 manat məbləğində saxta pullar hazırlayıb əldə edərək həmin evdə saxlamış, 10 fevral 2018-ci il tarixdə həmin saxta puldan 17 ədəd A06465076 seriya nömrəli 100 manatlıq saxta pul əskinaslarmı tanışı X5 400 manat həqiqi pula satmışlar. Elnur Rzayevin bu barədə müraciəti əsasında 12 fevral 2018-ci il tarixdə saat 17.05də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı Məhkum və Təqsirləndirilən şəxs təkrar kirayə yaşadıqları ünvan 1 ünvanın qarşısında tədbirdə şərti alıcı qismində iştirak edən X5 birlikdə hazırladıqları 10.000 manat s axta pulu sataraq ondan 2.500 manat pul aldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən yaxalanmış, Məhkum üstünə keçirilmiş baxış zamanı əynindəki şalvarının sol yan cibindən bir qədər əvvəl saxta pulların satışından əldə etdiyi və əməliyyat- axtarış tədbirində istifadə olunmuş A31376533, Al 1311570, B05487569, A21066338, A98371918, A32203005, A81226674, A99746265, A44297466, 150726, A98967180, A46173181, A93761137, A65993413, C30831305, A10690225, A58126664, B00761308, A63881550, B08717989, A68315362, B11258846, A18402272, A78576261 və A60267395 seriya və nömrəli 25 ədəd 100 manatlıq pul əskinazları olmaqla ümumilikdə 2.500 manat aşkar olunaraq götürülmüş, şərti alıcı E6 isə Təqsirləndirilən şəxs və Məhkum aldığı 100 ədəd A43173372 seriya nömrəli 100 manatlıq xüsusi mətbəə nəşriyyatı qaydalarına uyğun olmayaraq hazırlanmış və hazırda standarta uyğun olan eyni növ həqiqi 100-lük manatlıq pul əskinaslarına uyğun olmayan saxta pul əskinazlarmı təqdim etmişdir. Qeyd olunan əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 17.50-də Məhkum və Təqsirləndirilən şəxs yaşadıqları Bakı şəhəri, *************************** nömrəli evə baxış keçirilərkən qonaq otağından qeyd olunan saxta pul əskinaslarının çap olunduğu bir ədəd “Epson L222” markalı “C462H” modelli, istifadəyə yararlı, skaner-printer və surətçıxaran çoxfunksiyalı qurğu və saxta pul əskinazlarının hazırlanmasında istifadə olunan 01 ədəd A43173372 nömrəli 100 manatlıq həqiqi pul əskinazı, 01 ədəd A4 formatlı yarımçıq kağız paçkası, 03 ədəd saç lakı, 01 ədəd dırnaq boyası, 02 ədəd gümüşü rəngli qələm, 01 ədə d qayçı, 01 ədəd rezak və 01 ədəd dəmir xətkeş aşkar edilərək götürülmüşdür. Bununla da Məhkum Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə məhkəməyə verilmişdir. Hökmdən Məhkum oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) 31 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarından Məhkum oğlu kassasiya şikayəti verərək cəzanı yüngülləşdirən halları nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şi kayətinin dəlilləri: Məhkum oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi kökm çıxararkən gənc olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində işsiz və xəstə valideynlərinin olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən dərin peşimançılıq hissi keçirməsini, ən əsası isə cinayətin ibtidai istintaqı zamanı səmimi etiraflarımı nəzrər almadan ağır cəza təyin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Ona görə də işinı ədalətli baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan f aktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərinin əsaslılığını cinayət işinin materialları üzrə yoxlayıb, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünə aşağıdakı məzmunda hüquqi qiymət verir. Kassasiya şikayətimdə məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş, təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum oğlunun məhkumluğunun olmamasını, onun gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətin təkrar törədilməsin i CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini CM-nini 61.1.3-cü maddəsinə əsasən və cinayəti tamah niyyəti ilə törətməsini CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi nəzərə aldığını göstərmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkum oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsinin sanksiyasında 5 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhk əməsinin hökmündə müəyyən edilmiş, onun cəzasını ağırlaşdıran hallar cəzanı yüngülləşdirən hallardan daha çoxdur. Məhkəmənin hökmü ilə ona sanksiyanın orta həddində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də həmin qərarı dəyişdirilmədən saxlamışdır. Cəzanın yüngülləşdirilməsi üçün cinayət işinin materiallarında başqa əsaslar müəyyən edilməmiş və belə əsasların mövcudluğuna dəlalət edən mötəbər sübutlara kassasiya şikayətində də istinad edilməmişdir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı gedişundə cinayət və cinayət prosessual qanunların, məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının polzulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarı dəyişikliksiz sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar