Məhkəmə qərarları › İş №1(102)-1280/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1280/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1280/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, h ər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Hətəmov Teymur Əsəd oğlu tərəfindən verilmiş kassasiya protestnə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə (hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Hacıyev Əfqan Niyətulla oğlundan ibarət tərkibdə) Məhkum1, 19 avqust 1994-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bi r azyaşlı uşağı olan, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Bakı Hərbi Məhkəməsinin 08 yanvar 2014-cü il tarixli hökmü ilə CMnin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətə intizam xarakterli hərb hissədə saxlama cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, və Məhkum2, xx xxxxxx 1988-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ayrı-ayrılıqda cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə həmçinin Məhkum5 (X23 Əlireza) oğlu CM-nin 206. 2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum3 CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və Məhkum4 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edilməsi, saxlanması, daşınması, göndərməsi və satışı məqsədi ilə tanışları İran İslam Respublikasının vətəndaşı Məhkum5 (X26) oğlu, Məhkum2, Məhkum3, Məhkum4, şəxsiyyəti istintaqa məlum olmayan “Aydın” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 27 iyul 2018-ci il tarixdə axşam saatlarında Yardımlı rayonu Arus kəndi ərazisində Məhkum5 (X26 ) oğlundan 06 (altı) ədəd bağlamada ümumi təmiz çəkisi 3590,6 (üç min beş yüz doxsan) qram, ayrı-ayrılıqda təmiz çəkiləri- 1005 (min beş) qram, 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram narkotik vasitə olan heroini və bir ədəd bağlamada 932,2 (doqquz yüz otuz iki) qram narkotik vasitə olan tiryəki satış məqsədi ilə əldə edib, həmin narkotik vasitələrdən 1005 (min beş) qram heroini satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Aydın” adlı şəxsə, 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram heroini satış məqsədi ilə Məhkum3, 932,2 (doqquz yüz otuz iki ) qram tiryəki satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verməyi Məhkum5 tapşırıq aldığına görə 07 (yeddi) ədəd bağlamada olan narkotik vasitələri yaşadığı evə daşıyıb atası Məhkum4 ilə birlikdə ünvan 3 ünvanda yerləşən evdə satış məqsədi ilə gizlətmiş, səhəri gün, yəni 28 iyul 2018-ci il tarixdə bir ədəd bağlamada olan 1005 (min beş) qram narkotik vasitə olan heroini Məhkum2 ilə birlikdə sonuncunun idarə etdiyi VAZ 21 06 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə satış məqsədi ilə daşıyıb gətirərkən Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 iyul 2018-ci il tarixdə gecə saat 04:30- da Sumqayıt şəhəri, 76-cı məhəllə, “Maşın bazarı”nın qarşısında saxlanılıb üzərlərində şəxsi axtarış k eçirilən zaman Məhkum1 əlində olan bir ədəd bağlamanın içərisində külli miqdarda, 1005 (min beş) qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bu barədə məlumat alan Məhkum4 06 (altı) ədəd bağlamada olan narkotik vasitəni daşıyıb qonşu evin zirzəmisində satış məqsədi ilə gizlətmiş, 16 avqust 2018-ci il tarixdə Məhkum4 ifadəsi yerində yoxlanılan zaman Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən Ünvan 2in zirzəmisində sandığın içərisində gizlədilmiş ümumi təmiz çəkisi 2585,6 (iki min beş yüz səksən beş) qram, ayrıayrılıqda təmiz çəkiləri- 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bağlamada 932,2 (doqquz yüz otuz iki) qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Məhkum2 həmin hökmlə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edilməsi, saxlanması, daşınması, göndərməsi və satışı məqsədi ilə tanışları İran İslam Respublikasının vətəndaşı Məhkum5 (X26) oğlu, Məhkum1, Məhkum3, Məhkum4, şəxsiyyəti istintaqa məlum olmayan “Aydın” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 27 iyul 2018-ci il tarixdə axşam saatlarında Məhkum1 Yardımlı rayonu Arus kəndi ərazisində Məhkum5 (X26 Alireza) oğlundan 06 (altı) ədəd bağlamada ümumi təmiz çəkisi 3590,6 (üç min beş yü z doxsan) qram, ayrı-ayrılıqda təmiz çəkiləri- 1005 (min beş) qram, 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram narkotik vasitə olan heroini və bir ədəd bağlamada 932,2 (doqquz yüz otuz iki) qram narkotik vasitə olan tiryəki satış məqsədi ilə əldə edib, həmin narkotik vasitələrdən 1005 (min beş) qram heroini satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Aydın” adlı şəxsə, 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram heroini satış məqsədi ilə Məhkum3, 932,2 (doqquz yüz otuz iki) qram tiryəki satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmaya n şəxsə verməyi Məhkum5 tapşırıq aldığına görə 07 (yeddi) ədəd bağlamada olan narkotik vasitələri yaşadığı evə daşıyıb atası Məhkum4 ilə birlikdə ünvan 3 ünvanda yerləşən evdə satış məqsədi ilə gizlətmiş, səhəri gün, yəni xx.xx.2018-ci il tarixdə bir ədəd bağlamada olan 1005 (min beş) qram narkotik vasitə olan heroini Məhkum1 ilə birlikdə idarə etdiyi VAZ 21 06 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə daşıyıb gətirərkən Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 29 iyul 2018-ci il tarixdə gecə saat 04:30-da Sumqayıt şəhəri, 76-cı məhəllə, “Maşın bazarı”nın qarşısında saxlanılıb üzərlərində şəxsi axtarış keçirilən zaman Məhkum1 əlində olan bir ədəd bağlamanın içərisində külli miqdarda, 1005 (min beş) qr am narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bu barədə məlumat alan Məhkum4 06 (altı) ədəd bağlamada olan narkotik vasitəni daşıyıb qonşu evin zirzəmisində satış məqsədi ilə gizlətmiş, 16 avqust 2018-ci il tarixdə Məhkum4 ifadəsi yerində yoxlanılan zaman Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən Ünvan 2in zirzəmisində sandığın içərisində gizlədilmiş ümumi təmiz çəkisi 2585,6 (iki min beş yüz səksən beş) qram, ayrı-ayrılıqda təmiz çəkiləri- 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bağlamada 932,2 (doqquz yüz otuz iki) qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum2 və onun müdafiəçisi Müdafiəçi1, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi5, Məhkum3 və onuun müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı İsmayılov Rahil Əliş oğlu tərəfindən verilmiş kapellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakmilər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Zeynallı Fərmayıl Gülmalı oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 17 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü dəyişdirilməklə, Məhkum1 təqsirli bilindiyi CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş az adlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilədək endirilmiş, Məhkum2 əməli CM-nin 234.4.1, 234.4.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsif edilərək və o, həmin maddə ilə təqsirli bilinərək ona bu maddə əsasında 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum5 təqsirli bilindiyi CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) ilədək, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş həmin nqövdə cəzanın müddəti isə 10 (on) ilədək endirilmişdir və CM-nin 66.3-cü maddəsinə əsasən qeyd olunan qərarla ona təyin edilmiş cəzalar qismən toplanılmaqla, Məhkum5 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Məhkum3 əməli CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrindən CM-nin 234. 1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, apellyasiya protesti isə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qərarından narazı qalan dövlət ittihamçısı Sadıqov Siyavuş Köçəri oğlu kassasiya protesti həmin verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə) 30 sentyabr 2020-ci il tarixli qərar ilə kassasiya protesti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Mə hkəməsinin 17 oktyabr 2019-cu il tarixli qərarı Məhkum4 və Məhkum3 aid hissələrdə dəyişdirilmədən saxlanılmış və həmin qərar Məhkum2, Məhkum5 və Məhkum1 aid hissələrdə kassasiya protestinə əsasən ləğv edilərək cinayət işi məhkumlar Məhkum1, Məhkum2 və Məhkum5 aid hissədə yeni apellyasiya baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında məhkumlar Məhkum1, Məhkum2 və Məhkum5 aid hissələrdə yenidən baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 04 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilərək ona həmin hökmlə təqsirli bilindiyi CM-nin 234. 4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilədək endirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum2 29 iyul 2018-ci il tarixdən 29 iyul 2020-ci ilə qədər həbsdə saxlanıldığı müddət ona göstərilən qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, adı çəkilən məhkumu bu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və və cəzaçəkmə müddətinin başlanğıcının 25 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissəsi dəyişdirilmədən saxlanılmış, Məhkum2 apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum1, müdafiəçilər Müdafiəçi1 və Xin apellyasiya şikayətləri isə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarından Məhkum1 kassasiya şikayəti, Dövlət ittihamçısı2 isə kassasiya protesti verərək məhkum onun barəsində ədalətli qərar qəbul edilməsini, dövlət ittihamçısı isə - Məhkum2 təyin edilmiş cəzanın açıq-aşkar yüngül olması əsası ilə həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Məhkum1 kassasiya şikayətini belə əsaslandırmışdır ki, birinci dəfə işə apellyasiya qaydasında baxılarəkən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarla onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək ona hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il azaldılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarı ilə isə ona hökmlə təyin edilmiş cəza dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarını, o cümlədən öz təqsirliliyini mübahisələndirməyən məhkum onun cavanlığının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini, yəni ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. CM-nin bir sıra maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.21-ci maddəsinə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, “Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsin ə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 04 mart 2011-ci il və 25 iyun 2003-cü il tarixli Qərarlarına istinad edən, işin faktiki hallarını mübahisələndirməyən Dövlət ittihamçısı2 kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 ona hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini azaldarkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin predmeti olan narkotik vasitələrin miqdarını və işin digər hallarını kifayət qədər nəzərə almamış, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol vermişdir. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, məhkəmə mübahisələndirən qərarı qəbul edərkən Məhkum2 narkotik vasitənin əldə edilməsində hər hansı rolunun olmadığını, yalnız Məhkum1 təklifi ilə narkotik vasitə olan heroinin bir hissəsini şəxsi avtomobilində daşınmasında iştirak etməsini əsas götürdüyünü göstərmiş, lakin nəzərə almamışdır ki, Məhkum2 qarşı yalnız narkotik vasitələri daşımasına deyil, həmçinin əldə etməsinə və saxlamasına görə də ittiham irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi də, onun qəbul etdiyi qərardan göründüyü kimi, bu ittihamla razılaşmış, adı çəkilən məhkumun narkotik vasitənin yalnız daşınma sında iştirak etməsini qeyd etməklə ziddiyyətli nəticəyə gəlmiş, məhkumun narkotik vasitələri əldə etmə və saxlama hərəkətlərini qəbul etmədiyi halda buna dair müddəaları hökmdən (sonuncuya elan olunmuş ittihamdan) xaric etməmişdir. Eyni zamanda, məhkəmə Məhkum2 təyin edilmiş cəzanı yüngülləşdirərkən törədilmiş cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi cinayət əməlindən peşman olmamasını da diqqətdən kənarda saxlamışdır. Bütün qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı T.Ə.Hətəmov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə və kassasiya protestinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, məhkumlar Məhkum1 və Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPMnin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə və kassasiya protestinə məhkumlar Məhkum1 və Məhkum2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istis na etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin və kassasiya protestinin məzmunlarından göründüyü kimi, Məhkum1 apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində onun barəsində ədalətli qərarın qəbul edilməsini, yəni ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi, Dövlət ittihamçısı2 isə kassasiya protestində Ş.Məhkum2 açıq-aşkar yüngül cəzanın təyin edilməsi əsası ilə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarların qəbul edilməsi barədə tələblərini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətini və Dövlət ittihamçısı2 kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum1, Məhkum2 və digərlərinin barəsindəki cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddəyə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəm əsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onlar ın dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə ha qlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini döv lətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir vətəndaşın cinayətkar qəsdlərdən qorunmasını, cəmiyyətin maraqları naminə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsul iyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər ədalətli cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin və kassasiya protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Məhkum1 şikayətin məzmununa görə, adı çəkilən məhkum öz müraciətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun təqsirli bilindiyi cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və faktiki olaraq yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən barəsində cəza tədbirinin seçilməsi məsələsinin həll edilməsi hissədə qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası Məhkum1 təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və həm onun, həm də Məhkum2 barəsində cəza tədbirinin seçilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Belə tələb cinayət qanunvericiliyi nin aşağıdakı normalarının müddəlarından da irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunma sına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəz ərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməl idir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsrkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilmə sinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsus i əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılm alıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tət biq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti v ardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-c bəndində məhkəmələrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edilərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları, bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirmələri tövsiyə olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin is lah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. İlk növbədə məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mən subiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutlara əsasən həm Məhkum1, həm də Məhkum2 əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onların hər birisinin törətdiyi əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Bununla belə, cinayət işi üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən birinci instansiya məhəməsi Məhkum2 qarşı irəli sürülmüş ittihamla razılaşaraq belə qənaətə gəlmişdir ki, o, narkotik vasitələrin satışı məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edilməsi, saxlanması, daşınması, göndərməsi və satışı məqsədi ilə tanışları İran İslam Respublikasının vətəndaşı Məhkum5 (X 26) oğlu, Məhkum1, Məhkum3, Məhkum4, şəxsiyyəti istintaqa məlum olmayan “Aydın” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 27 iyul 2018-ci il tarixdə axşam saatlarında Məhkum1 Yardımlı rayonu Arus kəndi ərazisində Məhkum5 (X26) oğlundan 06 (altı) ədəd bağlamada ümumi təmiz çəkisi 3590,6 (üç min beş yüz doxsan) qram, ayrı-ayrılıqda təmiz çəkiləri- 1005 (min beş) qram, 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram narkotik vasitə olan heroini və bir ədəd bağlamada 932,2 (doqquz yüz otuz iki) qram narkotik vasitə olan tiryəki satış məqsədi ilə əldə edib, həmin narkotik vasitələrdən 1005 (min beş) qram heroini satış mə qsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Aydın” adlı şəxsə, 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram heroini satış məqsədi ilə Məhkum3, 932,2 (doqquz yüz otuz iki) qram tiryəki satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verməyi Məhkum5 tapşırıq aldığına görə 07 (yeddi) ədəd bağlamada olan narkotik vasitələri yaşadığı evə daşıyıb atası Məhkum4 ilə birlikdə ünvan 3 ünvanda yerləşən evdə satış məqsədi ilə gizlətmiş, səhəri gün, yəni 28 iyul 2018-ci il tarixdə bir ədəd bağlamada olan 1005 (min beş) qram narkotik vasitə olan heroini Məhkum1 ilə birlikdə idarə etdiyi “VAZ-2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə daşıyıb gətirərkən Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 iyul 2018-ci il tarixdə gecə saat 04:30-da Sumqayıt şəhəri, 76-cı məhəllə, “Maşın bazarı”nın qarşısında saxlanılıb üzərlərində şəxsi axtarış keçirilən zaman Məhkum1 əlində olan bir ədəd bağlamanın içərisində külli miqdarda, 1005 (min beş) qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bu barədə məlumat alan Məhkum4 06 (altı) ədəd bağlamada olan narkotik vasitəni daşıyıb qonşu evin zirzəmisində satış məqsədi ilə gizlətmiş, 16 avqust 2018-ci il tarixdə Məhkum4 ifadəsi yerində yoxlanılan zaman Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən Ünvan 2in zirzəmisində sandığın içərisində gizlədilmiş ümumi təmiz çəkisi 2585,6 (iki min beş yüz səksən beş) qram, ayrı-ayrılıqda təmiz çəkiləri - 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bağlamada 932,2 (doqquz yüz otuz iki) qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Lakin, araşdırılmış mötəbər sübutlardan görünür ki, Məhkum2 əvvəla hazırki iş üzrə məhkum olunmuş Məhkum5 (X26) oğlunu heç vaxt tanımamış və onunla və digər şəxslərlə əvvəlcədən narkotik vasitələrin satışı məqsədilə sovdələşməyərək Məhkum5 qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirdiyi külli miqdarda – ayrı-ayrılıqda bağlamalarda yerləşdrilmiş təmiz çəkiləri 10 05 (min beş) qram, 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, ümumi çəkisi isə 3590,6 (üç min beş yüz doxsan) qram olan narkotik vasitənin - heroinin və 932,2 (doqquz yüz otuz iki) qram çəkidə narkotik vasitə olan tiryəkin əldə edilməsində və saxlanmasında iştirak etməmiş, həmin narkotik vasitələri Məhkum5 Məhkum1 əldə edərək qonşu evin zirzəmisində gizlətmiş və yalnız bundan sonra, yəni 28 iyul 2018-c il tarixdə Məhkum2 Məhkum1la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək göstərilən narkotik vasitələrdən 1005 (min beş) qram çəkidə narkotik vasitə olan heroini sonuncu ilə brlikdə idarə etdiyi “VAZ-2106” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşında Sumqayıt şəhərinə daşımış və 29 iyul 2018-ci il tarixdə gecə saat 04.30 radələrində Sumqayıt Şəhər Polis İdarəsnin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, “Maşın bazarı”nın qarşısında saxlanılıb Məhkum2 və Məhkum1 üzərlərində şəxsi axtarış keçirilən zaman Məhkum1 əlində olan bir ədəd bağlamanın içərisindəki külli miqdarda - 1005 (min beş) qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Həmin sübutlara görə, Məhkum2 yuxarıda göstərilən narkotik vasitələrin qalan hissəsinin qanunsuz olaraq saxlanması üçün isə heç bir hərəkət etməmiş və həmin narkotik vasitələrin Məhkum1 tərəfindən gizlədilməsi barədə onun ümumiyyətlə məlumatı olmamışdır. Məhkəmə kollegiyası işin şərh olunan faktiki halları ilə bağlı araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bil ir. Belə ki, birnci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilərkən Məhkum1 özünü ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Məhkum5 hadisədən təxminən il yarım əvvəl olar ki, tanıyır. Onunla İran İslam Respublikasının Məşhəd şəhərində yerləşən ziyarətgahda tanış olmuşdur. O, bir neçə ay bundan qabaq sağalmaz xəstəliyə tutulmuş, azyaşlı əmisi oğlunu atası, əmisi və onun ailəsi ilə birlikdə ziyarətgaha aparmışdır. Orada əslən azərbaycanlı olan və azərbaycan dilində sərbəst danışa bilən X ilə tanış olmuş, hətta sonuncu onları yaşadığı Ərdəbil şəhərində yerləşən evlərinə aparmışdır. X ilə söhbət edərkən bilmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olur və buna görə də o, tutulandan bir neçə gün qabaq ona “Watsa pp” proqramı ilə zəng edib demişdir ki, əlində bir neçə bağlama narkotik vasitə olan tiryək var, həmin narkotik vasitəni Lənkəran şəhərində yaşayan bir nəfərə vermək lazımdır, əgər həmin bağlamaları ona çatdıra bilsə, ona 2500 manat pul verəcək. Bundan sonra, X ona “Watsapp” proqramı vasitəsi ilə zəng edib onu Yardımlı rayonunda “Şəlalə” deyilən yerin yanına çağırmış və o, yəni Məhkum1 bu təkliflə razılaşıb oraya gedərək həmin yerdə 5 bağlamada olan narkotik vasitələri Xdan götürüb evə aparmışdır. Həmin vaxtı atası həmin bağlamaları evdə görmüş və ondan nə olduğunu soruşduqda, o, məcbur olub ona bağlamaların içərisində narkotik vasitələr olduğunu, bu işi borc-xərcinin olduğu üçün etdiyini bildirmişdir. Atası həmin bağlamaları aparıb atmaq istəsə də o, ona bir daha belə iş tutmayacağını, hə min bağlamaları atsa onun pulunu narkotik vasitənin sahibinə onun ödəyəcəyini bildirmişdir. Bundan sonra, o, atasına həmin bağlamaları Lənkəran şəhərində olan adama aparıb verməyə qorxduğunu demiş və bunun üçün həmin narkotik vasitəni onun aparmasını xahiş etmişdir. Atası da əvvəl həmin bağlamaları Lənkəran şəhərinə aparmağa qorxduğunu desə də, sonra onun vəziyyətini başa düşüb onunla razılaşmış və Xnın ona göndərdiyi, hazırda yadında qalmayan mobil telefon nömrəsini atasına verib Lənkəran şəhərinə çatanda ona zəng etməsini bildirmişdir. Atası həmin bağlamaları onlara məxsus “Vaz-21 07” markalı avomobilin arxa saxlanc yerinə qoyub evdən yola düşmüş və bir neçə saatdan sonra geri qayıdıb həmin bağlamaları mobil nömrəsini verdiyi şəxsə verdiyini bildirmişdir. Həmin narkotik vasitənin pulunu Xdan istəsə də o, bildirmişdir ki, gətirdiyi narkotik vasitənin bir hissəsini Yardımlı rayonu “Şəlalə” deyilən yerin yaxınlığında gizlədib, onu da götürüb Lənkəranda narkotik vasitəni verdiyi şəxsə vermək, bir hissəsini isə Sumqayıt şəhərinə tərəf aparmaq lazımdır, bunu etdikdən sonra ona əlavə 1000 manat pul verəcəkdir. O, ona əvvəlki işinə görə pulunu verməsini tələb etsə də, X ona bildirmişdir ki, ancaq dediyi narkotiki götürüb ünvana çatdırdıqdan sonra pulunu verəcəkdir. Buna görə də o, məcbur olub təxminən 7 bağlamada olan həmin narkotik vasitələri Xnın dediyi Yardımlı rayonu “Şəlalə” deyilən yerin yaxınlığından gedib götürmüş və yaşadığı ünvan 3 ünvanda yerləşən evlərinə gətirmiş, hər şeyi atasına danışmış və ona demişdir ki, həmin narkotik vasitələri ona Məhkum5 vermişdir və bunları da sonuncunun dediyi ünvana çatdırmalıdır, əks təqdirdə əvvəlki işinə görə də pulunu verməyəcəkdir. Bundan sonra o, “Watsapp” proqramı vasitəsi ilə Məhkum5 ilə danışarkən o, qırmızı paketdə olan narkotik vasitə - heroini Sumqayıt şəhərinə gətirmək lazım olduğunu, qalan narkotik vasitəni Lənkəran şəhərində olan adama, digər hissəsini isə “50 manat” dediyi şəxsə vermək lazım olduğunu bildirmişdir. Bu tapşırığı icra etmək məqsədilə o, narkotik vasitələrin əsas hissəsini gizlətdikdən sonra qonşusu, taksi fəaliyyəti ilə məşğul olan və Bakı şəhərinə getməyə hazırlaşan Məhkum2 müraciət edərək onu da şəhərə aparmasını xahiş etmiş, sonuncu bu təkliflə razılaşmış və onlar birlikdə Əhmədin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Bakı şəhərinə gəlmişlər. Həmin vaxt o, özü ilə qırmızı rəngli bağ lamada olan narkotik vasitəni də götürmüş, lakin Məhkum2 əvvəlcədən bu haqda bilməmişdir. Onlar “Şamaxinka” deyilən yerə çatanda o, Əhməddən onu Sumqayıt şəhərinə aparmağı xahiş etmiş, sonuncu onun bu xahişini də yerinə yetirməyə razılaşdıqdan sonra onlar 28 iyul 2018-ci il tarixdə Sumqayıt şəhəri istiqamətində yola düşmüş və həmin vaxt o, Məhkum5 ilə telefonla danışarkən Məhkum2 məlum olmuşdur ki, onun Sumqayıt şəhərinə apardığı 1 ədəd bağlamanın içərisində olan əşya narkotik vasitədir. Bu barədə Məhkum2 ondan Bakı Avtovağzal Kompleksinin yaxınlığında soruşduqda ona bildirmişdir ki, iranlı tanışı bir ədəd paketdə ona narkotik vasitə vermiş və həmin narkotik vasitəni Sumqayıt şəhərində dediyi bir nəfərə çatdırmasını tapşırmışdır. Məhkum2 bundan sonra narkotik vasitənin daşınmasına etiraz e tməmiş və onlar yollarını davam etdirmiş, lakin İyul ayının 28-dən 29-na keçən gecə təxminən saat üç-dörd radələrində, Sumqayıt şəhərinə çatdıqda, avtomaşını maşın bazarının qarşısında yolun kənarında saxlayıb narkotik vasitənin çatdırılacağı adamı gözləyərkən tanımadığı şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olmalarını və onların narkotik vasitələrin qanunsuz əldə olunmasında, saxlanmasında və daşınmasında şübhəli olduqlarını bildirmişlər. Bundan sonra özünü Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı kimi təqdim edən polis əməkdaşı onların şübhəli şəxs qismində tutulduqlarını elan edib hüquqlarını onlara izah etmiş, onlar müdafiəçi ilə təmin olunduqdan sonra onların üzərində şəxsi axtarış keçirilmiş və o, da Məhkum5dan götürdüyü, içərisində narkotik v asitə heroin olan polietilen paketi polis əməkdaşlarına təqdim edərək paketin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkum2 üzərində axtarış aparılarkən onda dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Məhkum1 həmçinin göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda göstərlən miqdarlarda narkotik vasitələrin əldə edilməsində və gizlədilməsində, Məhkum5 ilə həmin narkotik vasitələrin əldə ədilməsi və müxtəlif adamlara çatdırılması ilə bağlı sövdələşmənin aparılmasında Məhkum2 heç bir iştirakı olmamış, sonuncu yalnız Bakı-Sumqayıt yolunda bilmişdir k, onun Sumqayıt şəhərinə apardığı bağlamanın içərisində narkotik vasitə var. Məhkum2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrinddən görünür ki, o, özünü ona CM-nin 234.4.1 və 234.4. 3-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirl blərək göstərmişdir ki, o, özünə məxsus “VAZ-2106” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur, Məhkum1 isə özünün qonşusu kimi tanıyır. 28 iyul 2018-ci il tarixdə axşam tərəfi Şahlar onunla yaşadığı küçədə görüşüb Bakı şəhərinə getmək lazım olduğunu bildirərək onu şəhərə aparmasını xahş etmiş, o, da onunla razılaşdıqdan sonra onlar birlikdə ona məxsus “VAZ-2106” markalı avtomobillə yola düşmüş, Bakı şəhərində “20 yanvar” dairəsnə çatdıqda isə Məhkum1 onu Sumqayıt şəhərinə aparmağı xahiş etmişdir. O, bu xahişi də yerinə yetirməyə razılaşaraq Şahlarla birlikdə Sumqayıt şəhəri istiqamətində yola düşmüşlər. Yolda, Yeni Avtovağzal Komleksinin yanında Şahların telefonla kiminləsə danışığın dan ona məlum olmuşdur ki, o, Sumqayıt şəhərində kiməsə narkotik vasitə verməlidir. Həmin vaxt o, Məhkum1ın əlində bir ədəd bağlamanın olmasını da görmüş, lakin sonuncu qonşu olduğundan və onu uzun illər ərzində tanıdığı üçün Məhkum1ı narkotik vasitə ilə birlikdə Sumqayıt şəhərinə aparmaqdan imtina etməmiş və onlar iyul ayının 28-dən 29-na keçən gecə saat təxminən 01:00 radələrində Sumqayıt şəhərinin girişində “Maşın bazarı”nın qarşısına gəlib çataraq yolun kənarında dayanarkən onlara bir neçə şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olmalarını və onların narkotik vasitələrin qanunsuz əldə olunmasında, saxlanmasında və daşınmasında şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşlarından biri onların şübhəli şəxs qismində tutulduqlarını elan edib hüqu qlarını onlara izah etmiş, onlar müdafiəçi ilə təmin olunduqdan sonra onların üzərində şəxsi axtarış keçirilmiş, bu vaxt Məhkum1 əlindəki polietilen paketi polis əməkdaşlarına təqdim edərək paketin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Onun, yəni Məhkum2 üzərində isə axtarış aparılarkən onda dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Məhkum2 əlavə olaraq göstərmişdir ki, o, hazırki iş üzrə məhkum olunmuş şaxslərdən yalnız Məhkum1 tanımış, onun narkotik vasitələri kimdən, nə vaxt və harada əldə etməsini bilməmiş, bununla bağlı heç kimlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməmiş, yalnız Məhkum1 əvvəl Bakı şəhərinə, sonra isə Sumqayıta aparmış və məhz həmin vaxt sonuncunun dediklərindən ona məlum olmuşdur ki, o, Sumqayıt şəhərində kiməsə çatdırmaq üçün narkotik vasitə aparır. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmü ilə məhkum olunmuş Məhkum5, Məhkum4, Məhkum3, şahidlər Şahid1, Şahid2, Şahid7, Şahid3, Şahid4, Şahid5, Şahid6 və digər şahidlərin, bir sıra əməlyyat-axtarış tədbirlərinin keçirilməsi və istintaq hərəkətlərinin aparılması haqqında prosessual sənədlərlə və iş üzrə toplanmış başqa sübutlarla da Məhkum2 ona elan olunmuş ittihamda göstərlən miqdarlarda narkotik vasitəlri əldə etməsi, saxlaması, bu hərəkətlərin edilməsi ilə bağlı onun istər Məhkum1la, istərsə də digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi müəyyən edilmir və onun yalnız külli miqdarda – 1005 qram çəkidə narkotik vasitə olan heroini Məhkum1la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə idarə etdiyi “ “VAZ-2106” markalı **-BL -*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad şəhərndən Sumqayıt şəhərinə daşıması sübuta yeirilmişdir. Araşdırılmış sübutlarla Məhkum2 yalnız bu əməli törətməsinin təsdiq olunmasına baxmayaraq həm brinci, həm də işə qismən məhkəmə istintaqı aparmaqla baxan apellyasiya instansiyası Məhkum2 qarşı irəli sürülmüş ittihamın tam həcmdə sübuta yetirlməsi qənaətinə gələrək onun qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən külli miqdarda - 1005 qram çəkidə narkotik vasitə olan heroni satış məqsədilə daşıma ilə yanaşı, adı çəkilən məhkumun həm bu miqdarda, həm də yenə də qabaqcadan əlibir olub cinayət əlaqəsinə girməklə hazırki işin predmeti olan qalan miqdarlarda da narkotik vasitələri qanunsuz olaraq satiış məqsədlə əldə etməkdə və saxlamaqda təqsirli bilinməsi haqqında düzgün nəticəyə gəlməyərək bu haqda yekun məhkəmə aktları qəbul etmişlər. Məhkəmə kollegiyası isə həm hazırki qərarda, həm də birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarında ətraflı şərh edilmiş sübutlardan çıxış edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 hazırki iş üzrə məhkum olunmuş Məhkum5, Məhkum1 və şəxsiyyəti məlum olmayan “Aydın” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə çəkisi 3590,6 qram çəkidə narkotik vasitə olan heroini və 932,2 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edərək saxlamasına və göndərməsinə, habelə 2485,6 qram çəkidə heroini və 932.2 qram çəkidə tiryəki daşımasına dair epizodları Məhkum2 qarşı irəli sürülmüş ittihamdan xaric etməli idi, bu haqda müvafiq qərarın qəbul edilməsi mümkünlüyü isə CPM-nin 318.1-ci maddəsində və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qrarının 37 və 38-ci bəndlərində də nəzərdə tutulmuşdur. Belə ki, CPM-nin 318.1-ci maddəsinin ikinci cümləsnə əsasən, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qrarının 37-ci bəndinin 1-ci abzasında məhkəmələrə izah edilmişdir ki, CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməli ni ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmin Qərarın 38-ci bəndin 2-ci abzasında göstərilmişdr ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsvi ri-əsaslandırıcı hissəsində göstərir. Bu baxımdan, məhkəmə kollegyası Məhkum2 təqsirli bilindiyi cinayət əməlinin həcminin azaldılmalı, yəni onun törətmədiyi əməllərə dair epizodların adı çəkilən şəxsə qarşı irəli sürülmüş ittihamdan xaric edilməli olması barədə dövlət itthamçısının kassasiya protestinin dəlili ilə razılaşaraq protestin bu hissədə təmin edilməsini mümkün bilir və hesab edir ki, Məhkum2 hazırki iş üzrə məhkum olunmuş Məhkum5, Məhkum1 və şəxsiyyəti məlum olmayan “Aydın” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə çəkisi 3590,6 qram çəkidə narkotik vasitə olan heroini və 932,2 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edərək saxlaması və göndərməsi, habelə 2485,6 qram çəkidə heroini və 932.2 qram çəkidə tiryəki daşıması ara şdırılmış sübutlarla təsdiq edilmədiyindən bu əməlləri törətməsinə görə təqsirli bilinməsi haqda müddəalar hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cnayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmündən xaric edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu halda Məhkum2 hazırki iş üzrə məhkum olunmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ictimai təhlükəliliyinə görə daha ağır cinayət əməlləri törətmiş və eynilə həmin əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş Məhkum1la və Məhkum5 ilə eyni cəzaya – 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məruz qalması qanunvericiliyin tələbləri və cəza təyin etmənin şərtləri, prinsipi və qaydalar ı baxımından ədalətsiz olmuş, həmin cəza isə Məhkum2 törətdiyi cinayəti əməlinin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin müəyyən olunmuş digər hallarına uyğun olmamışdır. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən haqlı olaraq onun narkotik vasitələrin yalnız bir hissəsini daşımaqda iştirak etməsini, bu əməli 100 manat gəlir əldə etmək məqsədi ilə törətməsini, həmin gəlirin digər məhkum olunmuş şəxslərə münasibətdə əhəmiyyətli dərəcədə az olmasını, ilk dəfə cinayət törətdiyinə görə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Lənkəran Rayonlararası Psixatriya Xəstəxanasının 07 sentyabr 2018-ci il tarixli, 531 nömrəli məktubuna əsasən 29 oktyabr 1994-cü ildən “emosional-davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə həmin xəstəxanada qeydiyyatda olmasını, onun davranışını və adı çəkilən məhkumun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bütün bu hallara uyğun olaraq ona hökmlə təyin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini onun təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş cəzanın (həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) aşağı həddinə yaxın həddə qədər – 6 (altı) ilədək azaltmışdır. Məhkəmə kollegiyası bu cəzanın açıq-aşkar yüngül hesab edilməsi üçün heç bir əsas görməyərək kassasiya protestinin təhlil edilən məsələ ilə bağlı dəlillərini qəbul edilməz sayır və həmin protestin bu hissədə təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarının Məhkum2 təyin edilmiş cəzanın yüngül olması əsası ilə ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını mümkün bilmir. Eyni zamanda, məhkəmə kollegiyası Məhkum1 da kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq ona apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar tapmır və qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi adı çəkilən məhkuma cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictmai təhlükəlilik dərəcəsi ilə yanaşı qanunsuz olaraq əldə edərək saxlayıb daşıdığı n arkotk vasitələrin növlərini və miqdarlarını, CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymtləndirdiyi himayəsində bir azyaşlı uşağının olmasını, habelə ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsni kfayət qədər nəzərə almışdır. Məhkum1 kassasiya şikayətində də məhkəmələr tərəfindən onun cəzasının yüngülləşdirilməsinə əsas ola bilən hər hansı hala istinad etməmişdir, halbuki, yuxarıda göstərildiyi kimi, CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə əsasən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız müvafiq sübutlara əsasən müəyyən edilir və qanunvericiliyin həm bu, həm də digər tələbləri baxımından şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması məsələsi o halda nəzərdən keçirilə bilər ki, araşdırılmış sübutl ara əsasən müəyyən olunmuş hər hansı cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hal məhkəmə tərəfindən cəzanın təyin edilməsi zamanı nəzərə alınmamış olsun. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasya protestinin və kassasiya şikayətinin dəlillərini müqayisəli şəkildə təhlil edərək və kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, Məhkum1 kassasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı2 kassasiya protesti isə qismən təmin edilməklə Məhkum2 hazırki iş üzrə məhkum olunmuş Məhkum5, Məhkum1 və şəxsiyyəti məlum olmayan “Aydın” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə çəkisi 3590,6 qram çəkidə narkotik v asitə olan heroini və 932,2 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edərək saxlamasına və göndərməsinə, habelə 2485,6 qram çəkidə heroini və 932.2 qram çəkidə tiryəki daşımasına görə təqsirli bilinməsi haqda müddəalar hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmündən xaric edilməli, bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum2 aid hissədə dəyişdirilməli, həmin qərar qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Kassasiy a protesti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarı Məhkum2 aid hissədə dəyişdirilsin. Məhkum2 hazırki iş üzrə məhkum olunmuş Məhkum5, Məhkum1 və şəxsiyyəti məlum olmayan “Aydın” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə çəkisi 3590,6 qram çəkidə narkotik vasitə olan heroini və 932,2 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edərək saxlamasına və göndərməsinə, habelə 2485,6 qram çəkidə heroini və 932.2 qram çəkidə tiryəki daşımasına görə təqsirli bilinməsinə dair müddəalar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmündən xaric edilsi n. Qərar kassasiya protestinə münasibətdə Məhkum2 aid qalan hissələrdə və kassasiya şikayətinə münasibətdə Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar