Məhkəmə qərarları › İş №1(102)-1280/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1280/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1280/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və müdafiəçi Canıyev Nizami Xudaqulu oğlunun iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(103)-349/2025 nömrəli qərarından məhkum və onun müdafiəçisi Canıyev Nizami Xudaqulu oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 1(010)408/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim N.H.Kərimov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə ə sasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), İ.A.İbrahimli və Ə.Q.Ələkbərovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyi n edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Məhkum ibtidai istintaq vaxtı tutularaq saxlanıldığı 02 (iki) gün azadlıqdan məhrum etmə növündə cəzanın 02 (iki) gününə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi N.X.Canıyev tərə findən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 01 ədəd şəffaf sellofan bükümdə 1,582 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxlamış və daşımış, 18 aprel 2024-cü il tarixdə saat 21:00 radələrində Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 bükümdə 1,532 qram çək idə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçi Canıyev Nizami Xudaqulu oğlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən, onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almamış, nəticədə onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulmasına baxmayaraq azadlıqdan məhrum etmə növündə həddindən artıq cəzaya məruz qalmışdır. Müdafiəçi N.X.Canıyev hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3 -cü maddələrinin tələbləri pozulmuşdur. Məhkum və müdafiəçi N.X.Canıyev kassasiya şikayətlərində göstərilənlərə (şikayətlərin məzmunundan çıxış edərək) əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum 1 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhk əməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi N.X.Canıyev və Məhkum kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə Məhkum həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkum və müdafiəçinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 y anvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq ed ilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyah ısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan iş ə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, hökmdən görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum əvvəllər məhk um olunmaması, ilk dəfə olaraq cinayət əməli törətməsi, yaşının gənc olması, əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsi, himayəsində yaşlı yataq xəstəsi olan nənəsinin olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmiş, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Məhkum 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Dövlət ittihamçısı Məhkum təyin olunmuş cəzanı yüngül hesab etdiyi üçün birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti vermiş və protestdə Məhkum cəzasını yüngülləşdirici hal kimi nəzərə aldı ğı sonuncunun əməlindən peşman olunmasını mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestində göstərilənlərdən çıxış edərək cəzanın təyin edilməsi məsələsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təhlil etmiş, araşdırma nəticəsində məhkəmə apellyasiya protestində göstərilən və hökmdə istinad edilmiş bir sıra cəzanı yüngülləşdirən halların əsassız və qanunsuz olaraq müəyyən edilməsi haqqında nəticəyə gəlməklə yanaşı, hər hansı bir halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirməmişdir. Məhkəmə hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının həddindən artıq yüngül, azadlıqdan məhrum etmə növündə cəzasının isə daha məqsədəuyğun olması haqqında qənaətini hökmdə göstərilən yüngülləşdirici halların dairəsini süni şəkildə artırılmas ı (ilk dəfə məhkum olması, himayəsində yaşlı yataq xəstəsi olan nənəsinin olması hallar münasibətdə), Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Məhkum aşkar edilmiş psixotrop maddənin növü (metamfetamin) və miqdarı (1,532 qram) kimi dəlillərlə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin Məhkum cəzasının artırılması ilə bağlı hasil etdiyi nəticəyə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o h alda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və ya lnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Öyrənilmiş apellyasiya məhkəməsinin qərarının təhlili göstərir ki, məhkəmə baxdığı iş üzrə qəbul etdiyi yekun məhkəmə aktında, daha çox təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəzanın təyin edilməsinin mümkünsüzlüyünü, məhz ağır cəzanın təyin etməklə sonuncunun islah edilməsinin mümkünlüyünü əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə apellyasiya instan siyası məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktından göründüyü kimi, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən qanunvericiliyin yuxarıda göstərilən tələblərindən, həm də CM-in 58.1-ci maddəsinə verilmiş təfsirdən çıxış etməmiş, Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında alternativ cəzaların müəyyən edilməsinə baxmayaraq kifayət qədər əsaslandırma aparmadan həmin cəzalardan ən ağırı – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmiş və bu zaman iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların imperativ olmamasına, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə əsaslanmışdır ki, məhkəmə kollegiyası da həmin cəzanın ədalətli və qanuni olmaması qənaətinə gəlir. Digər tərəfdən məhkəmə kol legiyası qeyd edir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun (və ya kifayət qədər nəzərə alınmasın), yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Apellyasiya məhkəməsinin qərarına diqqət etdikdə görünür ki, işə baxan məhkəmə kollegiyasının bu məsələlərlə bağlı bir tutarlı dəlil irəli sürmədən və hər hansı əsaslandırma aparmadan, Məhkum təyin edilmiş cəzanın növünün dəyişməsi (ağır cəzaya münasibətdə) ilə bağl ı nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsində təsbit edilən cinayətin obyektini və obyektiv cəhətini xarakterizə edən hallar istinad etməklə (o cümlədən narkotik vasitənin növünə və çəkisinə) Məhkum təyin edilmiş cəzanın müddətinin artırılmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən xüsusiyyətlər CM-in 234.1-ci maddəsinin sanksiyası müəyyən olunarkən qanunverici tərəfindən zatən nəzərə alınmış və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə azadlıqdan məhrum etmə cəzasına münasibətdə daha yüngül azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsi mümkün görülmüşdür. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cəza təyini məsələsinə verdiyi bu cür qiymətləndirmə ilə razılaşmır və belə qənaətə gəlir k i, apellyasiya protesti əsasında Məhkum təyin olunmuş cəzanın ağırlaşdıran məhkəmə kollegiyası işin obyektiv hallarından deyil daha çox özünün müəyyən etdiyi subyektiv baxışlarından çıxış etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırl ıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gələn nəticəni, həmçinin cəzanın tətbiq edilməsi məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ağırlaşdırdığı 01 il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 58.3, 59-cu maddələrinin tələblərinə cavab verən, ədalət prinsipi ilə (CM, maddə 8) uzlaşan cəza kimi qəbul edilə bilməz. Belə olan halda Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il azadlıqdan məhrum etmə cəzası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli və bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətlərinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiy ası kassasiya şikayətlərinin təmin edilməsinə dair müdafiəçinin, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum və müdafiəçinin kassasiya şikayətləri qismən təmin edilməli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 15 yanvar 2025-ci il tarixli, 1(103)-349/2025 nömrəli qərarı dəyişdirilərək sonuncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzası azadlığın məhdudlaşdırılması cəza növü ilə əvəz edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(103)-349/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 və 68.1.1-1-ci maddələrinə müvafiq olaraq, Məhkum ibtidai istintaq vaxtı tutularaq saxlanıldığı - 02 (iki) gün, həmçinin 15 yanvar 2025-ci il tarixdən çəkdiyi azadlıqdan məhrum etmə cəzası - 05 (beş) ay 09 (doqquz) gün, ümumilikdə isə 05 (beş) ay 11 (on bir) gün bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla – 10 (on) ay 22 (iyirmi iki) gün müddət Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzanın icrası müddətində Məhkum üzərinə yaşayış yerini saat 22.00-dan 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası onun yaşadığ ı yer üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar