Məhkəmə qərarları › İş №1(102)-1281/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1281/2018

06.09.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1281/2018 06.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “06” sentyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Əziz Cəfər oğlu Seyidov (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkumun qanuni nümayəndəsi X2 və müdafiəçisi Q iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum müd afiəçisi Q tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (hakim R.A.Allahverdiyeva sədrliyi və məruzəsi ilə, hakimlər N.A.Kərimov, A.İ.Paşayev) xx xx 2001-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonunun Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu,ev-1 də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu 01 (bir) gün müddət müəyyən edilmiş cəzanın müddətindən çıxılmaqla, üzərində cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin başlanğıcı xx xx 2018-ci il tarixdən hesablanmaqla 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx xx 2017-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanda yerləşən “Bakcell” arenanın qarşısında qohumu X3 onun ünvanına nalayiq ifadə deməsi və əli ilə itələyib yerə yıxması nəticəsində yaranmış mübahisə zamanı X3 bıçaqla bir dəfə döş qəfəsinin yarı sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası, böyük piyliyin və mədənin yaralanması ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə, qəsdən sa ğlamlığa ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.E.Məmmədov, hakimlər Ə.İ.Qasımov və Ə.N.Bayramovdan ibarət məhkəmə tərkibi) məhkumun müdafiəçisi Qtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) ildən 02 (iki) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Qkassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi daxil olmuş, ərizədə o verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu ge ri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Q.Ə.Rzayev tərəfindən ve rilmiş kassasiya şikayəti geri qaytarılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: Tahir Kazımov İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar