Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1281/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Məhkumlar – Məhkum1, Məhkum3, Müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarından məhkumlar və onların müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu ilə birlikdə verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi ilə) xx.xx.1972-ci ildə Qax rayonu, Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun tutularaq həbsdə saxlanıldığı 06 ay 16 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin bir günü bərabər tutulmaqla 01 (bir) il 01 (bir) ay 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayonu İcra və probasiya şöbəsinə həvalə olunmaqla yanaşı, cəza çəkməsinin əvv əli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. xx xxxxxx 1967-ci il tarixdə Ağsu rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Həzi Aslanov qəsəbəsi R.Hüseynov küçəsi dalan 01 ev 01-də yaşayan və qeydiyyatda olan Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun tutularaq həbsdə saxlanıldığı 06 ay 16 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin bir günü bərabər tutulmaqla 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddət təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayonu İcra və probasiya şöbəsinə həvalə olunaraq, cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. xx xxx 1973-cü il tarixdə Qax rayonunun Qaxingiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu Qaxingiloy kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi ev 31/23 mənzil 409-da yaşayan Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci m addəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun tutularaq həbsdə saxlanıldığı 06 ay 16 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin bir günü bərabər tutulmaqla 01 (bir) il 01 (bir) ay 02 (iki) gün müddət təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə olunmaqla, onun cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesabla nmışdır. Təqsirləndirilən şəxslərə məxsus, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 Avro, 10.433.050 rus rublu, 19.135 türk lirəsi, 6700 BƏƏ dirhəmi, 3150 Səudiyyə Ərəbistan realı, 175 Qətər realı və 2 Küveyt dinarından qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş yalnız 302.871,88 manat pul xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın, qalan məbləğ isə bu vəsaitin mülkiyyətçiləri olan təqsirləndirilən şəxslərə qaytarılması, Məhkum1, Məhkum3 və Məhkum2 oğluna məxsus cırılmış, zədələnmiş formada olan 626 (altı yüz iyirmi altı) ABŞ dolları Azərbaycan Respublikasının Mərkəzi Bankına təhvil verilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellya siya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimləri Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 26 may 2021-ci il tarixli qərarı ilə, apellyasiya protesti qismən təmin edilmiş, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə əlavə cəza növü kimi CM-nin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında (bank sektorunda) rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunma cəzası təyin edilmiş, Məhkum3 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə əlavə cəza növü kimi CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddə tinə dövlət və yerli özünü idarəetmə orqanlarında (bank sektorunda) rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunma cəzası təyin edilmiş, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə əlavə cəza növü kimi CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında (bank sektorunda) rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunma cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu törədilmiş cinayətin alət və va sitəsi olduğundan və həmin məbləğin bir qisminin qanunsuz sahibkarlıq nəticəsində əldə olunduğundan, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarından məhkumlar və onların müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu ilə birlikdə kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən, Məhkum1 tanışları Məhkum3, Məhkum2 və Şahid33 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan vahid niyyət ilə sahibkar lıq fəaliyyətini həyata keçirərək külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşlar. Belə ki, Məhkum1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 6-cı maddələrinə, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 13-1 və 13-2-ci maddələrinə əsasən, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan tanışları-Məhkum3, Məhkum2 Nəri- man oğlu və Şahid33 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 dekabr 2015-ci il tarixli 44/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təş kili və mübadilə əməliyyatlarının aparılması Qaydalar”nın 1.2, 1.4, 2.0.1 və 2.0.2-ci bəndlərinə əsasən nağd xarici valyuta alınması, satılması və dəyişdirilməsindən ibarət mübadilə əməliyyatının bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində yaradılmış mübadilə şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən icazə əsasında həyata keçirilməsinin müəyyən edilməsinə, habelə Qaydaların 8.5 və 8.7ci bəndlərinə əsasən, mübadilə şöbəsində aparılmış hər bir mübadilə əməliyyatı və ya digər xidmətin, şöbənin (bankın) əməliyyat sisteminə (kompüter proqramına) daxil edilib müştəriyə bank çıxarışı verilməsi və mübadilə şöbəsində nağd xarici valyuta və xarici valyutada yol çeklərinin bir müştəriyə 50 0 ABŞ dollarına ekvivalent məbləğindən artıq satılması, habelə bir müştəridən 10.000 ABŞ dollarına ekvivalent məbləğindən artıq alınmasının şəxsiyyəti təsdiq edən sənədlə aparılmasının müəyyən edilməsinə baxmayaraq, həmin tələblərə qəsdən əməl etmədən, icazəni almadan, bankdan kənar şəkildə mübadilə əməliyyatını hər hansı əməliyyat sisteminə daxil etmək- dən yayındırmaqla, müəyyən olunmuş limit həddindən yuxarı məbləğləri şəxsiyyəti təsdiq edən sənəd olmadan rəsmi olaraq müəyyən edilmiş məzənnə kursundan əlavə özləri üçün pul vəsaiti almaqla istənilən məbləğdə nağd yerli və xarici valyuta alınması, satılması və dəyişdirilməsindən ibarət sahibkarlıq, yəni faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə əlbir olduğu "xxxx" ASC-nin Müşahidə Şurasının problemli kred itlər üzrə müşaviri Şahid33 ilə razılaşmaqla, həmin Cəmiyyətin Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 753 ünvanında olan “Azadlıq” filialının 2-ci mərtəbəsində yerləşən bunun üçün xüsusi ləvazimatlarla təmin edilmiş otaqda cəmiyyətin mübadilə şöbəsinə heç bir aidiyyəti olmadan, özlərinin qanunsuz, yəni qeydiyyatsız və lisenziyasız fəaliyyətini pərdələmək məqsədi ilə yerləşməklə həmin ünvanda 2017-ci ilin yanvar ayından 14 mart 2020-ci il tarixədək müddətdə özünə və əlbir olduğu şəxslərə müraciət edən ayrı-ayrı şəxslərdən özü, həmçinin qabaqcadan əlbir olduğu Məhkum3 və Məhkum2 vasitəsi ilə yerli və xarici valyutada nağd pul vəsaitlərini qəbul edib rəsmi olaraq müəyyən edilmiş ayrı-ayrı dövrlər üzrə gündəlik məzənnə kursundan əlavə özlərinə pul vəsaitini üzərinə gəlməklə mübadilə əməli yyatlarını həyata keçirməklə ayrı-ayrı şəxslərə, o cümlədən Şahid6 2017-ci ilin yanvar ayından 22 fevral 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 30.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 90 manat, eyni niyyətlə Şahid11 2017-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayınadək müddətdə cəmi 3 dəfəyə 14000 türk lirəsini 100 türk lirəsi üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə sataraq, cəmi 14 manat; eyni niyyətlə Şahid32 2017-ci ilin yanvar ayından 13 fevral 2020- ci il tarixədək hər ay 30.000 ABŞ dolları olmaqla 38 ay üzrə ümumilikdə 1.140.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 3.420 manat; eyni niyyətlə Şahid35 2017-ci ilin y anvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay 20.000 ABŞ dolları olaraq cəmi 38 ay üzrə 760.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq 2.280 manat; eyni zamanda həmin müddətdə hər ay 15.000 avro olmaqla cəmi 38 ay üzrə ümumilikdə 570.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 1.710 manat; 2020-ci ilin mart ayında 02 dəfə ümumilikdə 80.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 1,3 manat baha qiymətə satıb cəmi 1.040 manat; eyni niyyətlə Şahid42 2017-ci ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək ərzində hər ay 30.000 ABŞ dolları olaraq cəmi 37 ay üzrə 1.110.000 ABŞ dolları 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb 3.330 manat; eyni niyyətlə Şahid38 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək müddətdə hər ay 15.000 ABŞ dolları olmaqla cəmi 39 ay üzrə ümumilikdə 585.000 ABŞ dolları 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 1.755 manat, həmin müddətdə hər ay 300.000 rus rublu olmaqla 39 ay üzrə ümumilikdə 11.700.000 rus rublunu 1.000 rus rubluna rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə sataraq cəmi 1.170 manat; həmin müddətdə hər ay 3.000 avro olmaqla 39 ay üzrə cəmi 117.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 351 manat; eyni niyyətlə Şahid37 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayı da daxil olaraq hər ay 40.000 ABŞ dolları olmaqla 25 ay üzrə ümumilikdə 1.000.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 3.000 manat, eyni müddətdə hər ay 400.000 rus rublu olmaqla 25 ay üzrə cəmi 10.000.000 rus rublunu 1.000 rus rubluna rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə satıb 1.000 manat; eyni niyyətlə Şahid36 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində bir ay ərzində 25.000 ABŞ dolları olmaqla 38 ay ərzində cəmi 950.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 2.850 manat, eyni müddətdə hər dəfə 15.000 avro olmaqla 38 ay ərzində ümumilikdə 570.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 1.710 manat; eyni niyyətl ə Şahid24 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək müddətdə 3-4 dəfə hər dəfəsində 200-300 ABŞ dolları olmaqla 1.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 3.000 manat; eyni niyyətlə Şahid26 Adil oğluna 2017-ci ilin yanvar ayından 2019-cu ilin mart ayınadək olan müddətdə hər ay 20.000 ABŞ dolları olmaqla cəmi 38 ay üzrə 760.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 2.280 manat, həmin müddətdə hər ay 3.000 avro olmaqla 38 ay üzrə 114.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 342 manat, 2020-ci ilin mart ayınının əvvəllərində 50.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutuland an 0,4 manat baha qiymətə satıb cəmi 340,8 manat, 06 mart 2020ci ildə 10.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 1,4 manat baha qiymətə sataraq cəmi 140 manat; eyni niyyətlə Şahid21 2017ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olaraq hər ay üçün cəmi 90.000 ABŞ dolları olmaqla 38 ay ərzində ümumilikdə 3.420.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 10.260 manat və hər ay 90.000 avro olmaqla 38 ay üzrə 3.420.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 10.260 manat, 2020-ci ilin mart ayında 56.500 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə satıb cəmi 1.130 manat; eyni niyyətlə Ş ahid3 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün 80.000 ABŞ dolları olmaqla 38 ay üzrə cəmi 3.040.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 9.120 manat və həmin müddətdə hər ay 70.000 avro olaraq 38 ay ərzində cəmi 2.660.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 7.980 manat; 2020-ci ilin mart ayında isə 37.100 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə satıb cəmi 742 manat və 26.186 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 78,55 manat; eyni niyyətlə Şahid23 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olaraq hər ay üçün ümumilik də 250.000 ABŞ dolları olaraq 38 ay ərzində 9.500.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 28.500 manat, həmin müddətdə hər ay 110.000 avro olmaqla 4.180.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 12.540 manat, 2020-ci ilin mart ayında 181.300 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə satıb cəmi 3.626 manat, 48.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 144 manat; eyni niyyətlə Şahid39 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayı da daxil olmaqla hər ay 20.000 ABŞ dolları olarvq 39 ay ərzində cəmi 780.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0, 3 manat baha qiymətə satıb cəmi 2.340 manat, həmin dövrdə hər ay 15.000 avro olmaqla 39 ay ərzində ümumilikdə 585.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 1.755 manat, həmin dövrdə hər ay 400.000 rus rublu olaraq 39 ay ərzində cəmi 15.600.000 rus rublunu 1.000 rus rublu üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə satıb cəmi 1.560 manat; eyni niyyətlə Şahid44 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün cəmi 90.000 ABŞ dolları olmaqla 38 ay ərzində ümumilikdə 3.420.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq 10.260 manat, 2020-ci ilin mart ayında 18.400 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə sataraq cəmi 368 manat; eyni niyyətlə Şahid7 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək müddətdə hər ay 170.000 ABŞ dollarını 38 ay üzrə cəmi 6.460.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 19.380 manat, həmin dövrdə hər ay 40.000 avro olmaqla 38 ay üzrə cəmi 1.520.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 4.560 manat, 2020-ci ilin mart ayında 330.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə sataraq cəmi 6.600 manat və 199.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb 597 manat; eyni niyyətlə Şahid13 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün ümumilikdə 150.000 ABŞ dolları olmaqla 38 ay ərzində cəmi 5.700.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 17.100 manat, həmin dövrdə hər ay 80.000 avro olmaqla 38 ay üzrə 3.040.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 9.120 manat, 2020-ci ilin mart ayında 200.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə sataraq cəmi 4.000 manat; eyni niyyətlə, Şahid14 2017-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək müddətdə hər ay 140.000 ABŞ dolları olmaqla 38 ay ərzində cəmi 5.320.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb 15.960 manat, həmin dövrdə hər ay 100.000 avro olaraq 38 ay ərzində 3.800.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 11.400 manat, 2020-ci ilin mart ayında isə 70.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 01 manat baha qiymətə sataraq cəmi 700 manat; eyni niyyətlə Şahid16 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay 70.000 ABŞ dolları olmaqla 38 ay ərzində 2.660.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 7.980 manat, həmin dövrdə hər ay 40.000 avro olmaqla 38 ay ərzində cəmi 1.520.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 4.560 manat, 2020-ci ilin mart ayında isə 3.000 ABŞ dollarını 100 ABŞ dolla rına rəsmi məzənnədə nəzərdə tutulandan 1,3 manat baha qiymətə sataraq 39 manat; eyni niyyətlə Şahid15 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı daxil olmaqla hər ay 20.000 ABŞ dolları olaraq 38 ay ərzində cəmi 760.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 2.280 manat; eyni niyyətlə Şahid19 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər aya 20.000 ABŞ dolları olmaqla 38 ay ərzində ümumilikdə 760.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 2.280 manat, 2020-ci ilin mart ayında isə 30.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 1,3 manat baha qiymətə sataraq cəmi 390 manat; eyni niyyətlə Şahid18 2017 -ci ilin yanvar ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün 30.000 ABŞ dolları olmaqla 38 ay ərzində 1.140.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 3.420 manat; eyni niyyətlə Şahid40 2017-ci ilin fevral ayından 2019cu ilin fevral ayınadək dövrdə hər ay 15.000 ABŞ dolları və 15.000 avro 25 ay üzrə ümumilikdə 375.000 ABŞ dollarını və 375.000 avronu 100 ABŞ dolları və 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb ümumilikdə 2.250 manat; eyni niyyətlə Şahid1 2017-ci ilin fevral ayından 2020-ci ilin mart ayınadək müddətdə hər ay 20.000 ABŞ dolları olmaqla 38 ay ərzində 760.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 2.280 manat, eyni müddətdə hər ay 3.000 avro olmaqla 38 ay üzrə cəmi 114.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 342 manat, eyni müddətdə hər ay 500.000 rus rublu olmaqla 38 ay üzrə cəmi 19.000.000 rus rublunu 1.000 rus rubluna rəsmi məzənnədə nəzərdə tutulandan 0,1 manat baha qiymətə satıb cəmi 1.900 manat, 2020-ci ilin mart ayında 40.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 01 manat baha qiymətə sataraq cəmi 400 manat, 28.500 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 1,5 manat baha qiymətə sataraq cəmi 427,5 manat; eyni niyyətlə Şahid22 2017-ci ilin fevral ayından 2020-ci ilin mart ayına kimi müddətdə hər ay 80.000 ABŞ dolları olmaqla 37 ay ərzində cəmi 2.960.000 ABŞ doll arı 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 8.880 manat, həmin müddət üzrə hər ay 30.000 avro olaraq 37 ay ərzində 1.110.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 3.330 manat, 2020-ci ilin mart ayında 54.224 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 2 manat baha qiymətə sataraq cəmi 1.084,48 manat, həmin ayda 3.230 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 96,9 manat; eyni niyyətlə Şahid41 2017-ci ilin aprel ayından 2020-ci ilin fevral ayınadək müddətdə hər ay 15.000 ABŞ dolları cəmi 35 ay üzrə ümumilikdə 525.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 1.575 manat, 2020-ci ilin mart ayında 14.620 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 01 manat baha qiymətə satıb cəmi 146,2 manat; eyni niyyətlə Şahid9 2017-ci ilin may ayından 2019-cu ilin iyul ayınadək müddətdə hər ay 30.000 ABŞ dolları olaraq 27 ay üzrə 810.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 2.430 manat; eyni niyyətlə Şahid34 2017-ci ilin may ayından 2019-cu ilin yanvar ayınadək dövrdə hər ay 25.000 ABŞ dollarını 21 ay üzrə ümumilikdə 525.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq 1.575 manat; eyni niyyətlə Şahid29 2017-ci ilin iyun ayından 2020-ci ilin fevral ayınadək müddətdə cəmi 25.000 avronu 100 avroya rəsmi məzənnədə nəzərdə tutul andan 0,3 manat baha qiymətə sataraq 75 manat, 06 mart 2020ci ildə 150 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb 0,45 manat; eyni niyyətlə Şahid17 2017-ci ilin iyun ayında 10.000 ABŞ dolları, 2017-ci ilin iyul ayında 8.000 ABŞ dolları, 2017-ci ilin sentyabr ayında 4.000 ABŞ dolları, 2018-ci ilin yanvar ayında 12.000 ABŞ dolları, 2018-ci ilin mayında 10.000 ABŞ dolları, 2018-ci lin avqust ayında 9.000 ABŞ dolları, 2018-ci ilin oktyabr ayında 13.000 ABŞ dolları, 2018-ci ilin noyabrında 4.000 ABŞ dolları, 2019-cu ilin fevral ayında 7.000 ABŞ dolları, 2019-cu ilin aprel ayında 11.000 ABŞ dollarını, 88.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 264 manat; eyni niyyətlə Şahid20 2017-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay 15.000 ABŞ dolları olaraq 28 ay üzrə cəmi 420.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 1.260 manat, eyni müddətdə hər ay 3.000 avro olmaqla 28 ay üzrə 84.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq 252 manat; eyni niyyətlə Şahid5 2017-ci ilin dekabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün cəmi 70.000 ABŞ dollarını 27 ay üzrə 1.890.000 ABŞ dolları və 70.000 avronu 27 ay üzrə cəmi 1.890.000 avronu 100 ABŞ dolları və 100 avroya rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 11.340 manat; eyni niyyətlə Şahid43 2017-ci ilin dekabr ayından 2020-ci ilin fevral ayı d a daxil olmaqla hər ay üçün cəmi 80.000 ABŞ dolları 27 ay üzrə ümumilikdə 2.160.000 ABŞ dollarını və eyni məbləğdə, yəni 80.000 avronu 26 ay üzrə cəmi 2.160.000 avronu 100 ABŞ dolları və 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb ümumilikdə 12.960 manat, 12 mart 2020-ci ildə 50.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 02 manat baha qiymətə sataraq 1.000 manat; Şahid12 2019-cu ilin aprel ayından 2020- ci ilin fevral ayı da daxil olmaqla hər ay 15.000 avro olmaqla 11 ay ərzində 165.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə sataraq cəmi 495 manat; eyni niyyətlə Şahid10 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayı da daxil olmaqla hər ay üçün cəmi 15.000 ABŞ dolları olmaqla 0 7 ay ərzində 105.000 ABŞ dollarını 100 ABŞ dollarına rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 315 manat, həmin dövrdə hər ay 15.000 avro olmaqla 7 ay ərzində 105.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 315 manat, 2020-ci ilin mart ayında 11.000 avronu 100 avro üçün rəsmi məzənnədə nəzərdə tutulandan 0,3 manat baha qiymətə satıb cəmi 33 manat; eyni niyyətlə, Şahid31 44.000 ABŞ dollarını 07 mart 2020-ci ildə 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 2 manat baha qiymətə sataraq 880 manat; eyni niyyətlə Şahid30 114.250 ABŞ dollarını 13 mart 2020-ci ildə 100 ABŞ dolları üçün rəsmi məzənnədə göstəriləndən 4 manat baha qiymətə sataraq 4.570 manat; eyni niyyətlə Şahid4 2020-ci ilin mart ayında 227.000 ABŞ dollarını 100 ABŞ dolları üçün rəsmi məzənnədə nəzərdə tutulandan 2 manat baha qiymətə satıb cəmi 4.540 manat olaraq ümumilikdə qeyd edilən qaydada vahid niyyətlə 38 nəfərə müxtəlif valyuta vəsaitlərini rəsmi məzənnədə nəzərdə tutulandan baha qiymətə satıb külli miqdar təşkil edən 302.871,88 manat məbləğində pulu gəlir kimi qanunsuz fəaliyyətləri nəticəsində əldə edərək öz aralarında bölüşdürməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumlar müdafiəçisi ilə birlikdə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, apellyasiya məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyasına, Beynəlxalq Konversiyalara və Avropa İnsan Hüquqlarının Məhkəməsinin bir sıra qərarlarına zidd ola raq onlara məxsus vəsaitin əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsinə dair əsassız qərar qəbul etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində göstərilənlərlə müəyyən edilir ki, hazırki halda təqsirləndirilən şəxslərdən götürülmüş pul vəsaitinin cinayət yolu ilə əldə edilməsinə dair ibtidai istintaq dövründə istintaq orqanı və məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin pul vəsaitinin cinayət yolu ilə əldə edilməsinə dair hər hansı bir şübhə doğurmayan və mötəbər sübut mövcud olmadığı halda məhkəmə tərəfindən xüsusi müsadirə tətbiq edilməsi əsassızdır. Eyni zamanda qeyd edilməsi zəruridir ki, ibtidai istintaq prosesində istintaq orqanı tərəfindən həmin pul vəsaitinin təqsirləndirilən şəxslərə qayt arılması barədə qərar qəbul edilmiş, həmin qərarda qeyd edilən pul vəsaitinin təqsirləndirilən şəxslərə aid olması təsbit edilmişdir. Sonradan həmin qərar prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilərək bu məsələnin, yəni götürülmüş və istintaq orqanında saxlanılan pulun təqsirləndirilən şəxslərə qaytarılmasının məhkəmənin səlahiyyətində olması qeyd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər olaraq ittiham olunduğları cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər” qrupuna aiddir və mahiyyətinə görə vergi ödəməkdən yayınma əməlinə yaxındır. Həmçinin qərarda dövlət nəfinə müsadirə edilmiş pul vəsaitlərinin cinayətin törədilməsində alət və vasitələri kimi qeyd olunmasına baxmayaraq bu iş üzrə pulun cinayətin alət və ya vasitəsi olmadığını, müsadirə olunan pullara qarşı isə ittihamın irəli sürülməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarı qismən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə məhkum olunmuş şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 məxsus Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depazit hesabına goyulmuş 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 Avro, 119.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu məbləğində pul vəsaitlərinin tam həcmdə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə ed ilməsi hissəsində ləğv edilməsini və həmin pul vəsaitindən qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş gəlir çıxılmaqla qalan vəsaitin məhkum olunmuş şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 qaytarılması barədə qərar çıxarılmasını xahiş edirlər. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi R.H.İbrahimov çıxış edərək, Cinayət Məcəlləsinin 8-ci, 9-cu, 58-ci, 59-cu, 60-cı və 99-1-ci maddələrinin tələblərinin pozulduğunu, xüsusi müsadirə haqqında Cinayət Məcəlləsinin müvafiq maddəsində cinayətin alət və vasitələri kimi qeyd olunmasına baxmayaraq bu iş üzrə pulun cinayətin alət və ya vasitəsi olmadığını, müsadirə olunan pullara qarşı isə ittihamın irəli sürülmədiyini, tam həcmdə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunan pul məbləğindən yalnız 302.871,88 manatının qanunsu z sahibkarlıqla əldə olunduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarının Məhkum1, Məhkum3 və Məhkum2 məxsus Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan pul vəsaitlərinin tam həcmdə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməsi hissəsində qismən ləğv edilməsini və həmin pul vəsaitlərinin qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş gəlir çıxılmaqda qalan vəsaitin məhkum olunmuş şəxslərə qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum1, müdafiəçisinin dedikləri ilə tam razı olduğunu, xüsusi müsadirə olunan pulun yalnız 302.000 manatını qazandıqlarını, qalan pulların isə özlərinin, ailəsinin və qohumlarının pulu olduğunu, hal-hazırda çət in vəziyyətdə qaldığını bildirib, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum3 çıxış edərək, müdafiəçinin mövqeyi ilə razı olduğunu və kassasiya şikayətini müdafiə etdiyini bildirib, məhkəmə kollegiyasından şikayətin təmin olunmasının xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətində göstərilmiş olan pul məbləğinin qanunsuz sahibkarlıqla əldə olunmasının tam sübuta yetirildiyini, şikayətin əsassız olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiya sı məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş gəlir çıxılmaqla qalan vəsaitin məhkumlara qaytarılmalı olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imt ina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143 -146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidi. İlkin olaraq məhkəmə kollegiyası məhkumların əməllərinə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 verilmiş külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma ilə bağlı ittiham birinci instansiya məhkəm əsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum1, Məhkum3 və Məhkum2 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CMnin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumlar kassasiya şikayətində onlardan ümumilikdə götürülmüş pul vəsaitlərinin bütün məbləğinin cinayət yolu ilə əldə edilməsinə dair ittiham tə rəfinin tutarlı və təkzibedilməz dəlillər məhkəməyə təqdim etməməsi iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Kassasiya məhkəmə kollegiyası məhkumlara məxsus vəsaitin əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi ilə bağlı məhkəmənin səhv nəticəyə gəlməsi barədə kassasiya şikayətində göstərilən dəlillərə qiymət verərək aşağıdakıları qeyd edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyə tdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cina yət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərar ı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensi yasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Konvensiyada məhkəmələr tərəfindən cinayət törətmiş şəxsin cinayətdən əldə olunması güman edilən gəlirlərinin və ya müsadirə edilməli digər əmlakının qanuni mənbəyinin araşdırılaraq müəyyən edilməsi xüsusilə vurğulanmışdır. Sadalanan normaların tələblərini, həmçinin müstəntiqin, ibtidai araşdırmaya prosessua l rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərarın qanuni və əsaslandırılmış olmasını zəruri edən qanunçuluq prinsipini nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, məhkəmə tərəfindən cinayət işi çərçivəsində qəbul edilən digər prosessual qərarlar kimi, əmlak üzərinə həbs qoyulması barədə qərar da yoxlanılmış və qiymətləndirilmiş sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənləri kassasiya şikayətinin dəlilləri və apellyasiya məhkəməsinin qərarı ilə birlikdə təhlil edərkən aydın olur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslər barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinin göstərişləri nəzərə alınmadan, xüsusi müsadirə edilməli olan pul vəsaitlərinin miqdarı na dair araşdırma aparmadan, həmin maddənin təsiri altına düşməyən vəsaitlər barəsində də xüsusi müsadirə tətbiq etmişdir. Verilmiş ittiham üzrə işə baxan birinci instansiya məhkəməsi şəxslərin ittiham olunan maddə üzrə təqsirli olmaları barədə qənaətə gələrək, ibtidai istintaqın təqsirləndirilən şəxslərdən ümumilikdə götürülmüş pul vəsaitlərinin bütün məbləğinin cinayət yolu ilə əldə edilməsinə dair ittiham tərəfindən tutarlı, təkzibedilməz, heç bir şübhə yeri qoymayan dəlillər məhkəməyə təqdim olunmadığının və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları, 257.643 manat, 77.582 Avro, 10.433.050 rus rublu, 19.135 türk lirəsi, 6700 BƏƏ dirhəmi, 3150 Səudiyyə Ərəbistan realı, 175 Qətər realı və 2 Küveyt dinarından qanunsuz sahibkarlıq nəticəsi ndə əldə edilmiş yalnız 302.871,88 manat pul xüsusi müsadirə edilərək dövlət nəfinə alınması, qalan məbləğ isə bu vəsaitin mülkiyyətçiləri olan təqsirləndirilən şəxslərə qaytarılması barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticə isə ondan ibarət olmuşdur ki, məhkumlarda aşkar olunmuş pul vəsaitləri onların törətdikləri cinayətdə istifadə olunan alət və vasitə kimi çıxış etmiş, nəticədə ittiham aktı ilə müəyyən edilmiş əldə edilmiş gəlir (520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519,649 ABŞ dolları), 257.643 (depozit hesabına qoyulan 257.443) manat.....) tam həcmdə müsadirə edilmişdir. Lakin, iş materiallarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin xüsusi müsadirə edilməli olan v əsaitlərə aid hissədə gəldiyi nəticə sübutların lazımınca CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə araşdırılmasına əsaslanmır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında, CPM-in 346.1.18, 346.1.19-cu maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə digər məsələlərlə yanaşı, həmçinin “cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığını”, habelə “hansı əmlakın xüsusi müsadirə edilməli olduğunu” müzakirə etməli, CPM-in 353.4.12-ci maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısını göstərməlidir. Xüsusi müsa dirənin tətbiq edilməsini nəzərdə tutan ittiham hökmünün, eləcə də bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində xüsusi müsadirənin zəruriliyi, o cümlədən əmlakın cinayətin törədilməsi zamanı alət və vasitə kimi istifadə olunması (başa çatmayan cinayətlər üzrə isə bu qisimdə istifadə olunmaq üçün nəzərdə tutulması), cinayət yolu ilə əldə edilməsi və yaxud həmin əmlak hesabına əldə edilmiş gəlir olması, cinayət yolu ilə əldə olunmuş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və yaxud hər hansı başqa üsulla tam və ya qismən çevrildiyi əmlak və yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayət birliklərin (cinayətkar təşkilatların) maliyyələ şdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak olması müvafiq, o cümlədən əmlakın ayrı-ayrılıqda və ümumi dəyərini əks etdirən sübutlar gətirilməklə əsaslandırılmalıdır. 2005-ci il Varşava Konvensiyasının 1-ci maddəsinin “c” bəndinin mənasına görə cinayətin alət və vasitələrinə cinayətin törədilməsi zamanı və yaxud ictimai təhlükəli nəticənin əldə edilməsi üçün istifadə olunmuş və yaxud istifadə edilməsi nəzərdə tutulmuş predmetlər aid edilməlidir (məsələn, qaçaqmalçılıq cinayətinin törədilməsi zamanı malların gömrük sərhədindən gizli keçirilməsi üçün xüsusi düzəldilmiş saxlanc yeri ilə təchiz olunmuş avtomobil, qanunsuz balıq ovu üçün istifadə edilmiş və yaxud nəzərdə tutulmuş avadanlıq, saxta pulun hazırlanması üçün istifadə olunmuş və yaxud nəzərdə tutulmuş texniki qurğular və s.). Həmin qərarın 80-ci bəndinə görə, xüsusi müsadirə üzrə məsələlər həll edilərkən cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunmuş, lakin qanuni sahibinə qaytarılmalı olan əmlakın, eləcə də cinayət yolu ilə əldə olunsa da (həmin əmlak hesabına əldə edilmiş gəlir olsa da), qanuni sahibinə qaytarılmalı olan əmlakın müsadirəsini istisna edən müvafiq olaraq CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinin müddəaları nəzərdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Göstərilənlərlə müəyyən edilir ki, m əhkum edilmiş şəxslərdən ümumilikdə götürülmüş pul vəsaitlərinin bütün məbləğinin cinayət yolu ilə əldə edilməsinə dair ittiham tərəfi tərəfindən tutarlı, təkzibedilməz, heç bir şühbə yeri qoymayan dəlillər məhkəməyə təqdim olunmamış, həmçinin həmin pul vəsaitlərindən də alət və ya vasitələr istifadə edilməsinə dair ittihamda hər hansı bir nəticə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin məhkumların qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş 302.871,88 manat gəlirin xüsusi müsadirə etməsinə baxmayaraq, vurulmuş ziyana müvafiq xüsusi müsadirə edilmiş vəsaitdən əlavə digər pul vəsaitlərinin də istifadə edilən alət və ya vasitələr kimi müsadirə olunması barədə gəldiyi nəticəni qərarında əsaslandıra bilməmi şdir. Bundan əlavə iş materiallarından görünür ki, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 CM-nin 192.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş, ibtidai istintaq dövründə aparılan araşdırma zamanı məhkumların qanunsuz sahibkarlıq nəticəsində əldə etmiş olduqları gəlirin məbləği 302.871,88 manat müəyyən edilmiş, 14 iyul 2020-ci il tarixli depozit hesabında saxlanılan pulun qaytarılması haqqında qərar ilə, həmin pul məbləği məhkumlardan tutulmuş və zərurət olmadığından məhkumlara məxsus və Azərbaycan Respublikası Baş Prokurorluğunun, "xxxx" ASC-dəki hesabında saxlanılan 519.649 (beş yüz on doqquz min altı yüz qırx doqquz) ABŞ dollar, 52.582 (əlli iki min beş yüz səksən iki) Avro, 10.433.050 (on million dörd yüz otuz üç min əlli) rus rublu, 19.135 (on doqquz min yüz otuz) Türk lirəsi, 6700 ( al tı min yeddi yüz) BƏƏ dirhəmi, 3150 (üç min yüz əlli) Saudiyyə Ərəbistan realı, 175 ( yüz yetmiş beş) Qətər realı və 2 (iki) Küveyt dinarı X2 qaytarılması qərara alınmışdır. Lakin, ibtidai istintaq orqanı bir gün sonra, 15 iyul 2020-ci il tarixli qərarı ilə yuxarıda qeyd edilən qərarı qalan pul vəsaitlərinin X2 qaytarılması hissəsində ləğv etmiş, 13 mart 2020-ci il qərarı ilə "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 753-cü məhəllədə yerləşən “Azadlıq” filialında əməliyyat-axtarış tədbiri keçirilərək, Məhkum3, Məhkum1 və Məhkum2 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519,649 ABŞ dolları), 257.643 (depozit hesabına qoyulan 257.443) manat, 77.582 avro, 10.433.050 rus rublu, 19.135 türk lirəsi, 6700 BƏƏ dirhəmi, 3150 Səudiyyə Ərəbistan realı, 175 Qətər realı və 2 Kü veyt dinarı ilə bağlı həmin vəsaitlərin əldə mənbəyi və müvafiq cinayət əməli üzrə alət və vasitə qismində çıxış ilə bağlı şübhələr mövcud olması, bu səbəbdən iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmənin yekun qərarı ilə həmin pul vəsaitlərinin aqibətinə hüquqi qiymət verilməli olduğu nəticəsinə gəlmişdir. Kassasiya məhkmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya məhkəmə kollegiyası məhkumlara məxsus Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu (qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş 302. 871,88 manat pul istisna olmaqla) qanunsuz sahibkarlıq nəticəsində əldə olunduğundan, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi barədə qərar qəbul edərək, sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmaqla ziddiyyətli nəticəyə gəlmişdir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə məhkumlara məxsus vəsaitin əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi barədə qərar çıxarmasını CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətinin dəlilləri ni əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu törədilmiş cinayətin alət və vasitəsi olduğundan və həmin məbləğin bir qisminin qanunsuz sahibkarlıq nəticəsində əldə olunduğundan, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 22 iyul 2021-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 və müdafiəçi İbrahimov Ramiz Hilal oğlu ilə birlikdə verdikləri kassasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-cı il tarixli hökmü ilə Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabında saxlanılan 520.275 ABŞ dolları (depozit hesabına qoyulan 519.649 ABŞ dolları), 257.643 manat, 77.582 avro, 19.135 türk lirəsi, 02 Küveyt dinarı, 6700 BƏƏ dirhəmi, 175 Qətər realı, 3150 Səudiyyə Ərəbistan realı və 10.433.050 rus rublu törədilmiş cinayətin alət və vasitəsi olduğundan və həmin məbləğin bir qisminin qanunsuz sahibkarlıq nəticəsində əldə olunduğundan, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməsi hissəsində kassasiya şikayətinə əsasən ləğv olunsun və cinayət işi apellyasiya məhkəməs
Məhkəmə qərarları › İş №1(102)-1281/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1281/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver