Məhkəmə qərarları › İş №1(102)-1281/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1281/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1281/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum X5, məhkumun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1 nümayəndəsi Xırdalan şəhər Vəkil bürosunun vəkili X10 iştirakları ilə 13 oktyabr 1955-ci ildə Ağsu rayonu, Abasxanlı kəndində anadan olmuş, Azərbayc an Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, fərdi təsərrüfatla məşğul olan, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(107)-45/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(016)-56/2022 nömrəli hökmü ilə (hakim: B.N.Qasımov) X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətin ə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, həmçinin hökmlə məhkəmə məsrəfləri həll edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarından məhkum X5 müdafiəçisi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən X11 2020 -ci ildə torpaq sahəsində əkin işləri aparmaqla qazanc əldə etmək vahid niyyəti ilə əhatə olunan qəsdlə Ağsu rayonu Abasxanlı kəndi ərazisində birbirilə qonşuluqda yerləşən, Ağsu rayonu Kəndoba bələdiyyəsinin mülkiyyətində olan 0,65 ha kənd təsərrüfatı təyinatlı örüş, Ağsu rayonu Kəndoba bələdiyyəsinin mülkiyyətində olan 2,44 ha yaşayış məntəqələri təyinatlı və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 0,12 ha yaşayış məntəqələri təyinatlı, ümumilikdə 3,21 ha torpaq sahəsinin ətrafını, qeyd olunan bələdiyyəyə müraciət etmədən, icarə müqaviləsi bağlamadan, bələdiyyənin icazəsi olmadan, eləcə də Zərərçəkmiş şəxs1 razılığı alınmadan, qəsdən tikanlı məftillərlə hasarlayıb, qanuni sahiblərini həmin torpaq sahələrinə daxil olmaqdan və ya torpaq sahələrindən sair formada istifadə etməkdən məhrum edərə k, 2020-ci ilin aprel ayında sözü gedən ərazinin 1,64 ha hissəsini əkinə yararlı vəziyyətə gətirməklə, həmin ərazidə pambıq toxumları əkib, onlara qulluq edib yetişdirməklə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ağsu rayonu, Kəndoba bələdiyyəsinə məxsus 2,44 ha, Zərərçəkmiş şəxs1 məxsus 0,12 ha yaşayış məntəqəsi təyinatlı, Kəndoba bələdiyyəsinə məxsus 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini özbaşına hasarlamaqla becərmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum X5 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, X5 əməlində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətinin tərkib əlamətlərinin mövcud olması sübuta yetirilmədiyini halda, torpaq sahəsinə subyektiv hüquqları olmayan şəxslərin ona qarşı olan qərəzli münasibətinə görə verdiyi yalan məlumatlar və həmin məlumatları təsdiq edən X5-nın qohumlarının ifadələri əsasında sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinmiş, həmin hökmü dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Müdafiəçi iddia edir ki, X5 hərəkətləri mülki xarakterli olmuş, bələdiyyə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlardan istifadə edilməmiş, həmçinin ibtidai istintaq və məhkəmə araşdırması zamanı torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması lazımı qaydada və hüquq müəyyən edici sənədlərlə təsdiq olunmamışdır. Müdafiəçi2 kassasiya şikayətində kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 17 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, X11 barəsində ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə cinayət işinin apelyasiya məhkəməsinə yeni baxışa qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə c inayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum X5 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Əflakə Məmmədovanın əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayə t Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri ola raq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şə rh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliy i üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). X5 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin dispozisiyalarına görə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini becərmə və ya dəyişdirmə, yaxud torpaq sahəsini başqa üsullarla özbaş ına tutma kimi hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Özbaşına hasarlama dedikdə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan ərazinin ayrılmasını təmin edən hər hansı bir formada çəpər və ya hasarlama işlərinin aparılması nəzərdə tutulur. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, is tifadəsində) olan torpaq sahəsini başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsidir. Torpaq sahəsini başqa üsullarla özbaşına tutma dedikdə yuxarıda qeyd edilən əməllərdən (hasarlama, becərmə, dəyişmə) fərqli üsul və vasitəsi ilə (avtotexnika və digər texniki vasitələrin yerləşdirilməsi və s.) tutulması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair» 2015-ci il 30 mart tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sə rəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş X5 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ağsu rayonu, Kəndoba bələdiyyəsinə məxsus 2,44 ha, Zərərçəkmiş şəxs1 məxsus 0,12 ha yaşayış məntəqəsi təyinatlı, Kəndoba bələdiyyəsinə məxsus 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini özbaşı na hasarlamaqla becərməsindən ibarət hərəkətlərini yuxarıda qeyd olunan maddi hüquq normaları ilə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, müdafiəçinin X5-in əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddələr ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, məhkəmələrin işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndiri lməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən Zərərçəkmiş şəxs1, zərərçəkmiş Ağsu rayon Kəndoba bələdiyyəsinin nümayəndəsi X2, şahidlər X12, X13, X9 ifadələrinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə edilmiş çıxarışlara, verilmiş sorğulara alınmış cavablara, mütəxəssis rəylərinə, 02 mart 2020-ci il tarixli akta (təqsirləndirilən şəxs özü etiraf edir ki, ittihamda göstərilən ərazini heç bir sənəd olmadan, heç kimlə müqavilə bağlamadan təmizlətmiş, şumlatdırmış və pambıq əkmiş, sonradan pambığın qozasını heyvan yeməməsi üçün kənarlarını kol kosla çəpərləmişdir) və digər istintaq hər əkətlərinin protokollarına əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir). Həmçinin baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərar ı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X5 Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. X7 cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəl diyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə da ir X5 və məhkumun müdafiəçisi Müdafiəçi2, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun və zərərçəkmiş şəxsin nümayəndəsi X10 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət X1 barəsində olan 17 yanvar 2023-cü il tarixli, 1(107)-45/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum X5 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət X1 barəsində olan 17 yanvar 2023-cü il tarixli, 1(107)-45/2023 nö

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar