Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1281/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx.xx.1994-cü ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, X yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 1(106)-33/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(099)-351/2022 nömrəli hökmü ilə (hakimlər B.C.Əliyev (sədrlk edən) V.İ.Əhmədov və İ.Ə.Neymanov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müdd ətinin əvvəli 09 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin X6, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə, (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), K.S.Bəşirov və İ.Q.Abdullayevdən ibarət tərkibdə) məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyi şdirilmədən saxlanılmışdır. Həmin qərarından məhkum X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024cü il tarixli, 1(102)-91/2024 nömrəli qərarı ilə (hakimlər T.L.Kazımov (sədrlik edən), Ə.C.Seyidov və N.R.Mövsümov) kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs3 qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda -11010 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın külli miqdarda - 1320 qram çəkidə olan hissəsini qanunsuz olaraq satmaq məqsədi ilə 01 ədəd bağlamada qablaşdıraraq yaşadığı evin yataq otağındakı çarpayının altında qanunsuz olaraq saxlamış, digər külli miqdarda - 9690 qram çəkidə olan hissəsini isə aralarında olan razılaşamya əsasən qanunsuz olaraq satıb qazanc əldə etmək məqsədi ilə 2021-ci ilin dekabr ayının ortalarında qohumu Təqsirləndirilən şəxs2 qanunsuz olaraq vermiş, bundan sonra onun məlumatı olmadan Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin külli miqdarda - 2230 qram çəkidə olan hissəsini qanunsuz olaraq satmaq məqsədi ilə ayırıb 01 ədəd bağlamada qablaşdıraraq yaşadığı A stara rayonu Diqo kəndində yerləşən evinin zirzəmisində qanunsuz olaraq saxlamış, qalan külli miqdarda 7460 qram çəkidə olan hissəsini isə sonuncunun Təqsirləndirilən şəxs1 və Məhkum ilə aralarında olan razılaşmaya əsasən satıb qazanc əldə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində yaşadığı evin arxasında qohumu Təqsirləndirilən şəxs1 qanunsuz olaraq vermiş, sonuncu isə satış məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdikdən sonra aralarında olan razılaşmaya əsasən satması üçün Məhkum qanunsuz olaraq vermək məqsədi ilə Astara rayonu Pəlikəş kəndinə özü ilə daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Məhkum xx.xx.2022-ci il tar ixdə saat 10 radələrində Astara rayonunun Pəlikəş kəndində saxlanılaraq Astara RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli torbadan külli miqdarda, təmiz çəkisi - 7460 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Astara rayonu Diqo kəndində yerləşən evinin zirzəmisindən 01 ədəd göy rəngli sellofan torbanın içərisindən külli miqdarda, təmiz çəkisi - 2230 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində onun yaşadığı Astara rayonu Züngüləş kəndində yerləşən evinə keçirilən axtarış zamanı evin yataq ota ğındakı çarpayının altından 01 ədəd göy rəngli sellofan torbanın içərisindən külli miqdarda, təmiz çəkisi - 1320 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində iki az yaşlı xəstə uşağının olmasını, uşağının birinin əməliyyat edilməsinin ehtiyacı olmasını nəzərə alınmamış və ona həddindən artıq ağır və ədalətsiz cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunm uş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə yüngül cəza ilə əvəz edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə y oxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə CM-in 62ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq onun həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası m əhkəməsinin qərarını dəyişdirməklə təyin olunmuş cəzanın CM-in 62-ci maddəsinə əsasən dəyişdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkum tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirka rın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərə cədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını y üngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, məhkum ona təyin olunmuş cəzanın həddindən artıq ağır olması haqqında iddianı və birinci instansiya məh kəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(099)-351/2022 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə y axın (CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin etməklə, Məhkum cəzasını yüngülləşdirən hallar kimi himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (kassasiya şikayətində iddia olunan yüngülləşdirici hallar tam olaraq nəzərə alınmış), cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi zamanı müəyyən edilib nəzərə alınmış halları Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə bax ılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 1(106)-33/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumn barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 1(106)-33/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1281/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1281/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver