Məhkəmə qərarları › İş №1(102)-1281/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1281/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1281/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayə t işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli, 1(103)-1126/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər X14 (sədrlik edən), X10 və X11 ibarət tərkibdə) 2024-cü il 21 fevral tarixli, 1(101)-885/2024 nömrəli hökmü ilə, xx xxxx 1993-cü il tarixdə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-i n 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən), X13 və X8 ibarət tərkibdə) 2024-cü il 29 oktyabr tarixli, 1(103)-1126/2024 nömrəli qərarı ilə hökm apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası C M-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o satış məqsədi olmadan “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən külli miqdarda 12.284 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini naməlum vaxtda, naməlum şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 21 dekabr 2022-ci il tarixdə saat 22:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3erləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin gün, saat 23:42-dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 7,361 qram və 5,523 qram olmaqla eyni tərkibli ümumi təmiz çəkisi 12.284 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, həmin qərar maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, cinayət tərkibinin əlamətləri olmadan çıxarılmış ittiham hökmünü qüvvəsində saxlamışdır. Məhkəmə kollegiyası ilk növbədə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi ilə bağlı CPM-in 28-ci maddəsinin tələblərinə riayət etməmiş, təqsirləndirilən şəxsə bəraət verən halları nəzərə almamış, onun təqsirsizliyi, yaxud az təqsirliliyi barədə özü və müdafiəçisi tərəfindən irəli sürülən vəsatətlərə baxmamış, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslanmaqla işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsində araşdırma zamanı müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş "xxxx" MMC-nin məlumatları ilə müəyyən olunmuşdur ki, Məhkum istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon 20 dekabr 2022-ci ildə saat 22:53 dəqiqədə və saat 23:14 dəqiqədə Bakı şəhərinin Ce yhun Hacıbəyli küçəsi və Təbriz küçələrinin (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yaxınlığında) antena dairəsində aktiv olmuş, 21 dekabr 2022-ci ildə isə fəaliyyət göstərməmişdir. Bu xüsusat Məhkum 20 dekabr 2022-ci ildə göstərilən vaxtlarda artıq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu, daha sonra əlindən alınaraq söndürüldüyü üçün telefonunun işləmədiyini birbaşa təsdiq etmişdir. Odur ki, məhkəmə kollegiyasının məhkəmə araşdırmaları zamanı Məhkum 20 dekabr 2022-ci ildə saxlanılmasının təsdiq olunmaması barədə gəldiyi nəticənin heç bir əsası yoxdur. Göründüyü kimi, polis əməkdaşları tərəfindən 20 dekabr 2022-ci ildə axşam saat 22 radələrində saxlanılaraq Baş Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə aparılaraq orada saxlanılan Məhkum üzə rindən bir gün sonra, 21 dekabr 2022-ci ildə saat 23:32 dəqiqədə 12,884 qram çəkidə psixotrop maddə olan metamfetaminin "aşkar olunması" şübhəlidir. Həmin şübhə isə təqsirsizlik prezumpsiyasma əsasən Məhkum xeyrinə həll olunmaqla yanaşı, onun məhkəmə araşdırması zamanı verdiyi ifadəsinin doğruluğunu, ibtidai istintaq zamanı ondan alınmış etirafedici ifadələrin, habelə digər ittiham sübutlarının həqiqəti əks etdirmədiyini və onların yolverilməz sübutlar olduğunu təsdiq edir. Şahid4 ifadəsi Məhkum ifadəsinin doğruluğunu və sonuncunun 21 dekabr 2022-ci ildə deyil, 20 dekabr 2022-ci ildə saat 21 radələrində saxlanıldığını təsdiq edir və Məhkum DİN-in BMCQMİ-də üstündən 12,884 qram psixotrop maddə olan metamfetamin aşkar olunmasının həqiqiliyini ciddi və əsaslı şübhə altına alır. Odur ki, həm in şübhənin aradan qaldırılması və ittihamın həlli üçün çox əhəmiyyətli olan bu xüsusatın hərtərəfli, tam və obyektiv yoxlanılması üçün müdafiə tərəfi Məhkum anası X3, Şahid4 anası X1, habelə Məhkum saxlanılmasını görmüş X17, X6 göstərilənlərlə bağlı şahid qismində dindirilmələri barədə vəsatət vermiş, lakin məhkəmə kollegiyası həmin şəxslərin Məhkumla yaxın münasibətdə olduqlarını əsas gətirməklə bu barədə vəsatəti təmin etməmişdir. Halbuki Məhkum saxlanıldığı vaxt barədə ən doğru məlumat onunla birlikdə yaşayan anası tərəfindən verilə bilərdi. Bununla yanaşı, məhkəmə kollegiyasının X4, X17, və X6 dindirilmələri barədə vəsatəti, həmin şəxslərin Məhkumla yaxın münasibətdə olmaları əsası ilə təmin etməməsinin də heç bir əsası yoxdur Bundan başqa, Məhkum saxlayan polis əməkdaşları özlərinin əldə etdikləri əməliyyat məlumatından fərqli ifadələr verməklə əməliyyat məlumatının həqiqiliyini şübhə altına qoymuşlar. Daha sonra cinayətin törədilmə vaxtı ilə əlaqədar Məhkumla onu saxlayan polis əməkdaşlarının ifadələri arasında bir gün fərqi ilə əhəmiyyətli ziddiyyət olduğu müəyyən edilmişdir. Əgər Məhkum həqiqətən polis əməkdaşları tərəfindən 20 dekabr 2022-ci ildə saat 22 radələrində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq orada saxlanılmışsa, bir gün sonra onun cibindən psixotrop maddənin "aşkar olunması" aşkar qanun pozuntusu olmaqla yanaşı, Məhkum istinad edilən cinayətin onun tərəfindən törədilmədiyini təsbit edir. Odur ki, ittihamın həllinə təsir edən göstərilən ziddiyyətin aradan qaldırılması və cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəf li, tam və obyektiv araşdırılması üçün 20-21 dekabr 2022-ci ildə Məhkum və onu saxlayan polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 istifadələrində olan mobil telefon nömrələrinin hansı anten dairəsində fəaliyyət göstərmələri müəyyən olunmalı idi. Məhkum telefonu 20 dekabr 2022ci ildə axşam DİN-nin BMCQMİ-nin yanında aktiv olmuş, 21 dekabr 2022-ci ildə fəaliyyət göstərməmişdir. Təəssüf ki, məhkəmə kollegiyası polis əməkdaşlarının istifadələrində olan telefon nömrələrinin 20 və 21 dekabr 2022-ci ildə hansı anten dairələrində fəaliyyət göstərmələrinin müəyyən olunması üçün müdafiə tərəfinin verdiyi tam əsaslı vəsatəti təmin etməmişdir. Müdafiəçi daha sonra qeyd etmişdir ki, telefon məlumatları ilə bağlı məhkəmə kollegiyası daha bir mühüm xüsusatı nəzərə almamışdır. Belə ki, Məhkum istifadəsin ə olan mobil telefona keçirilmiş baxış zamanı, habelə 2022-ci ilin yanvar ayının 1-dən dekabr ayının 21-nə kimi olan 1 il ərzində əldə edilmiş telefon məlumatlarında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat, yazışma, SMS mətni aşkar olunmamışdır. Bu xüsusat Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə hər hansı əlaqəsinin olmadığını təsbit edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı məhkəmə kollegiyasının diqqətinə çatdırılmışdır ki, birinci instansiyası məhkəməsində Məhkum üzərinə keçirilən şəxsi axtarış barədə videogörüntü nümayiş etdirilərkən onun sifətində aşkar şəkildə görünən qırmızı ləkələrin olması Məhkum fiziki zorakılığa məruz qaldığını və bu yolla etirafedici izahat və ifadələrinin alındığını t əsdiq etmişdir. Məhkum bununla bağlı ifadə verərkən üzündəki qırmızı ləkələrin sillə izləri olduğunu göstərmişdir. Bu mühüm xüsusatın araşdırılması üçün həmin video görüntülərin məhkəmə iclasında nümayiş olunması barədə müdafiə tərəfinin vəsatəti də məhkəmə kollegiyası tərəfindən əsassız olaraq təmin edilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 1(103)-1126/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya ş ikayətinin təmin edilməməsini və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən mə hkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nə ticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi, müdafiə tərəfinin kassasiya şikayətinin dəlilləri onların apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə geniş araşdırma aparılmış, sübutlar yenidən tədqiq edilərək hərtərəfli, ta m və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən əməllərin törədilməsi qənaətinə gəlinmiş, eyni zamanda, məhkuma qanuni, əsaslı və ədalətli cəza təyin edilməsi nəticəsinə gəlinməklə, onun cəzasının yüngülləşdirilməsi üçün əsasların mövcud olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Müdafiə tərəfinin mübahisələndiridiyi əsas dəlillərdən biri məhkumun ittihamda qeyd edilən tarixdə deyil, bir gün əvvəl polis əməkdaşları tərəfindən tutulmasından ibarətdir. Bu zaman müdafiə tərəfinin əsas dəlili məhkuma məxsus telefonun anten dairəsinin BMCMİin yerləşdiyi ərazidə olması və məhkumun anasının həmin tutulan gün Ombudsmana və 102 xidmətinə müraciət etməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, telefonun anten dairəsi geniş ərazini əhatə edir və məhkuma məxsus telefonun anten dairəsinin polis idarəsinin yaxınlığını göstərməsi, məhkumun polis idarəsində olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Müraciətlərlə bağlı qeyd edilməsi zəruridir ki, işdə olan sənədlərlə məhkumun anasının, ümumiyyətlə, 102 xidmətinə müraciət etməsini müəyyən etmək mümkün deyil. Ombudsmana müraciətlə bağlı isə qeyd edilməsi vacibdir ki, Ombudsman aparatının məhkəmənin sorğusuna cavabından görünür k i, məhkumun anası 26 dekabr 2022-ci il tarixdə Ombudsmanın çağrı mərkəzinə müraciət etmişdir. Göründüyü kimi, müdafiə tərəfinin guya məhkumun xx.xx.2022-ci il tarixdə tutulması və məhz həmin gün məhkumun anasının müxtəlif dövlət orqanlarına müraciət etməsi ilə bağlı iddiaları əsassızdır. Bundan əlavə, müdafiə tərəfinin dəlillərindən biri də ondan ibarətdir ki, ibtidai istintaq zamanı məhkuma işgəncə verilmiş və məhz bu səbəbdən məhkum etiraf idfadəsi vermişdir. Lakin cinayət işinin materiallarından olan Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, Məhkum təcridxanaya daxil olarkən tibbi müayinədən keçirilmiş, lakin onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkum bədəni üzərində heç bir xəsarətin olmaması Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli r əyi ilə də təsdiq edilmişdir. Bakı şəhər Nərimanov rayon Prokurorluğunun qərarı ilə Məhkum polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından, CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, müdafiə tərəfinin məhkuma tutularkən işgəncə verilməsi və ondan etiraf ifadəsi alınması ilə dağlı iddiaları öz təsdiqini tapmır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza, CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkumun cəzasını ağırlaşdıran hal kimi cinayətin təhlükəli residivinin olması nəzərə alınmaqla təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlər ə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 21 fevral tarixli, 1(101)-885/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli, 1(103)-1126/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar