Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1282/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi), Azər Paşayev və İradə Həsənzadədən ibarət tərkibdə) 1(101)-360/2018 nömrəli 12 aprel 2018-ci il tarixli hökmü ilə xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən yeni tikilidə yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzas ına məhkum edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilərək, CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 200 (iki yüz) manat cərimə cəzası tam, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı üzrə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə və 200 (iki yüz) manat cərimə cəzaları təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2017-ci il tarixdən hesablanmışdır. İş in halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 02 dekabr 2017-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs yaxınlaşıb ondan xırda pul verməsini tələb etmiş, lakin sonuncu pulunun olmadığını bildirdikdən sonra, o, Zərərçəkmiş şəxs çiynindən tutaraq Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən binasının həyətinə gətirərək üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etməklə, ona məxsus olan hesabında danışıq vaxtı 3 manat dəyərində ***-***-**-** saylı abonent nömrəsi ilə istifadə olunan 500 manat dəyərində “Samsung J5” markalı mobil telefon aparatını ələ keçirib, zərərçəkmiş şəxsə ümumilikdə 5 03 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rizvan Səfərov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) 1(103)-1134/2018 nömrəli 17 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2018-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqi barədə müddəa xaric edilmiş, Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmənin müddəti artırılaraq 7 (yeddi) il 6 (altı) ay müəyyən olunmuş, CM-in 66.5-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş cəza ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qərarı ilə təy in edilmiş 200 manat cərimə cəzası tam toplanılmış, həmin cəzalara CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə onun üzərində qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə və 200 manat cərimə cəzaları saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasi ya şikayətinin dəlillərini məhkumun müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, Məhkum barəsində çıxarılmış qərar ədalətsizdir. Belə ki, Məhkum zərərçəkmişə qarşı bu əməli törədərkən yetkinlik yaşına çatmamış və o, törətdiyi əməlin mahiyyətini tam dərk etməmiş, kənar təsirlər altında hadisəni törətmişdir. Bundan başqa, Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirmiş və bağışlanmasını xahiş etmişdir. Həmçinin məhkumun ailəsi zərərçəkən şəxsə dəymiş ziyanı tam ödəmiş və barışıq əldə etmiş, zərərçəkmiş şəxs isə öz növbəsində Məhkum hər hansı bir şikayətinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yüngülləşdirici hallarını nəzərə almış, ağırlaşdırıcı hal olmadığı üçün ədalətli hökm çıxarmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi isə dövlət ittihamçısının apellyasiya protestini araşdırmadan formal xarakter daşıyan qərar qəbul etmiş, qərar sadəcə bir nəfərin uzun müddət azadlıqdan məhrum edilərək həbsxanada saxlanılmasına yox, hərəkətlərinin fərqində olmayaraq, bilmədən kimsəyə xətər yetirməyərək kiçik bir səhv etmiş gənc oğlanın illərlə həbsxanada qalaraq həyatının məhv olacağını nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya ş ikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X3 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən ittiham hökmü ilə məhkum barəsində tətbiq edilmiş CM-in 62-ci maddəsinin xaric edilməsinin və Məhkum ağır cəza təyin edilməsinin əsassiz və qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegi yası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, Məhkum üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla hücuma məruz qalmış Zərərçək miş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etməklə, zərərçəkmiş şəxsə ümumilikdə 503 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. İş materiallarından göründüyü kimi, Məhkum qeyd olunan törətdiyi cinayətdən öncə iki dəfə məhkum olunmuşdur. Lakin məhkəmələr tərəfindən ona yüngül cəzalar təyin edilməsinə baxmayaraq o, bundan düzgün nəticə çıxarmayaraq yenidən qəsdən ağır cinayət törətmişdir. İşdən isə görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan apellyasiya instansiya məhkəməsi cinayət qanunun bu normasını ittiham hökmündən xaric etməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 85.5-ci maddələrinin tələblərini nəzərə almışlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin e tdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin etmişdir. İşin materiallarında da Məhkum cəzasının daha da yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəl məlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxla nılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1282/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1282/2019
26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver