Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1282/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi7 iştirakları i lə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 1(101)-752/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 1987-ci il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonunun Oxud kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1 və 120.2.4cü maddələri i lə təqsirli bilinərək, 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx.xx.2019-cu il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində onlara qonaq gəlmiş qaynı Təqsirləndirilən şəxs ilə birlikdə olarkən, qayınanası Şahid1 saat 23 radələrində rəsmi nikah bağlamadan ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs mübahisə yaratması və sonuncunun zorakılıq etməsi barədə Təqsirləndirilən şəxs telefonla məlumat verməsindən sonra, Zərərçəkmiş şəxs əvvəllər də onun arvadı Ş ahid2 və azyaşlı qız övladını nalayiq ifadələrlə təhqir etməsi, qayınanası Şahid1 zorakılıq etməsi, eləcə də qaynı Təqsirləndirilən şəxs mütəmadi təhqir edərək alçaltması səbəbindən hiddətlənərək sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən səbəblərdən qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək, həmin niyyətlərini həyata keçirmək üçün Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2019-cu il tarixdə saat 03 radələrində sonuncu ilə birlikdə Şahid1 yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi yeni yaşayış massivi ünvanında yerləşən ünvansız fərdi yaşayış evinə gəlmiş, Təqsirləndirilən şəxs orada lüt vəziyyətdə çarpayıda yatan Zərərçəkmiş şəxs oyadaraq, sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətlərini həyata keçirmək üçün evin mətbə x otağından bıçaq götürdükdə, sonuncu həmin bıçağı Təqsirləndirilən şəxs əlindən almağa nail olub evdən çıxaraq qəsəbə daxili yol istiqamətində qaçmış, həmin vaxt o, Təqsirləndirilən şəxsla həmrəy olduğunu nümayiş etdirib, Zərərçəkmiş şəxs təqib edərək evin qarşısında tutub saxlamış, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq bir necə dəfə yumruqla vurmuş, sonuncu əlindəki bıçaqla ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirib yenidən qaçmağa nail olaraq həmin evin qarşısından keçən yolun yuxarı hissəsinə tərəf hərəkət etsə də, o, qəsəbə daxili keçən əsas yol istiqamətində Zərərçəkmiş şəxs çataraq sonuncunu saxlayıb təpik və yumruqla zərbələr vurmaqla müqavimətini sındırmış, həmin vaxt Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs müqavimətini sındırmasından istifadə edib sonuncunun bədənin müxtəlif nahiyələrinə əli və ayağı, habelə daş parçaları ilə zərbələr vurduqdan sonra, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib, sonuncuya xüsusi ağrılar və iztirablar yetirdiklərini dərk və arzu edərək edərək yerdən mişar daşı götürüb Zərərçəkmiş şəxs üzərinə bir neçə dəfə ataraq sonuncuya onunla birlikdə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməyən alt dodağın sol yarısının dodaq haşiyəsinə və selikli qişasına qansızması, sol əlin İ barmağının tış səthinin, sağ əlin və İ,V barmaqlarının tış səthlərinin, sol ayağın İ barmağının arxa səthinin səthi əzilmiş yaralarısı, sağ qulaq seyvanı və sağ gicgah-çənə oynağı nahiyəsinin sıyrıqlı qançırı, sol dirsək oynağı nahiyəsinin sıyrıqlı qançır-şiş kinliyi, şənə nahiyəsinin, boyun nahiyəsinin, sol əlin ovuc səthinin, sağ əlin tış səthinin və sol baldır nahiyəsinin qançırları,alın nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ milbilək oynağı nahiyəsinin, sağ kürək nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, bel nahiyəsinin sol yarısının, sağ sağrı və bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin fasiləli sıyrıqları,sağ almacıq nahiyəsinin, alt dodağın, boyun nahiyəsinin, sağ çiyin qurşağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, sol kürək nahiyəsinin, bel nahiyəsinin, hər iki bud nahiyəsinin, hər iki baldır nahiyəsinin, hər iki ayaq pəncəsinin sıyrıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əla mətlərinə malik üst çənədə solda 2-ci dişin travmatik düşməsi ilə müşayiət olunan üst dodaq haşiyəsinə və selikli qişasına qansızma, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik burun sümüklərinin sınıqları ilə müşayiət olunan burun nahiyəsinin çoxsaylı sıyrıqları, sol Vİİ-Vİİİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sıyrıqları, sol baldır sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan sol baldır nahiyəsinin qançırı və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik baş beyinin qişaları altına, toxumasına qansızmalar və sol təpə sümüyünün kəllə əsasına keçən qəlpəli və xətti sınıqları ilə müşayiət olunan alın nahiyəsinin, hər iki təpə nahiyələrinin, ənsə nahiyəsinin əzilmiş -cırılmış yaralan, sol təpə nahiyəsinin dərialtı hematoması və həmin nahiyələrdə başın yumşaq toxumalarının iç səthinə qansızmalar, dalağa, mədəaltı vəziyə və sol tərəfdə böyrəkətrafı piy toxumasına qansızmalar, sağ baldır sümüklərinin açıq sınığı, sol baldır sümüklərinin qapalı sınığı kimi yetirdiyi çoxsaylı xəsarətlərdən burun sümüklərinin, sol Vİİ-Vİİİ qabırğaların, sağ baldır sümüklərinin açıq, sol baldır sümüklərinin qapalı sınıqları ilə əlaqədar inkişaf edən travma şoku Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş, o bu hərəkətləri ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və mər uzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 1(103)-124/2021 nömrəli 26 yanvar 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-752/2020 nömrəli 15 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin müvafiq hökm və qərarı əsassız və qanunsuzdur. Belə ki, məh kəmələr tərəfindən şahidlər Şahid6 və Şahid5 ifadələrini məqbul hesab edilmiş, Şahid3 və həyat yoldaşının həqiqi ifadələri təkzib edilmiş, bununla da ona qarşı qərəzli hökm və qərar çıxarılmışdır. Məhkum törədilən əməl üzrə özünü təqsirsiz hesab etdiyini, cinayətin Təqsirləndirilən şəxs Altay oğlu tərəfindən törədildiyini, onun cinayəti törətməsinə dair əsas və ya sübutedici hal olmadığından birinci və apellyasiya instansiya məhkəmələri, həmçinin ibtidai istintaq orqanı tərəfindən ədalətsizliyə məruz qaldığını, qanunların pozulması fonunda nəticə etibarilə məhkum olunması və ziddiyyətli, qərəzli mövqe ilə qarşılaşdığını qeyd etmişdir. Buna görə də ədalət mühakiməsi anlayışı üzrə qanuni əsaslarla, qanun normalarının tətbiq edilməsi üzrə qərar verilməsi, cinayət hadisəsi zamanı mobil telefon la aparılmış çəkilişlərin sübut qismində nəzərə alınmasını xahiş etmişdir. Məhkum təqsirini müəyyən edərkən onun sadəcə cinayət hadisəsindən xəbərdar olub həyəcanlı olduğundan bu barədə istintaq orqanlarına məlumat verməməsi halının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayı r. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları düzgün qiymətləndirməmiş, bunun nəticəsində məhkumun əməlini CM-in 120.2.1 və 120.2.4-cü maddəsi ilə tövsif edərkən hüquqi səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi ü zrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikd ir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə t əqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti CM-in 120.1-ci maddəsi ilə müəyyən olunur. Həmin cinayət əməlinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən xüsusi amansızlıqla və ya ümumi təhülkəli üsulla törədilməs i məsuliyyəti ağırlaşdırıcı tövsifedici hal kimi nəzərdə tutulur və əməlin CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə tövsif edilməsinə səbəb olur. Yuxarıda qeyd edilən qanun normalarına əsasən Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etmə ilə əlaqədar əməlinin Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə tövsif etmək üçün onun həmin əməli xüsusi amansızlıqla digər təqsirləndirilən şəxslə birgə törətməsi mötəbər və mümkün sübutlar əsasında müəyyən olunmalıdır. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara – digər təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, istintaq hərəkətlərinin protokollarına və işin digər materiallarına əsasən nəticəyə gəlmişdir ki, təqsirləndirilə n şəxs Məhkum qabaqcadan əlbir olan bir şəxs tərəfindən xüsusi amansızlıqla Zərərçəkmiş şəxs öldürülməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs öldürülməsində təqsirin olmamasına dair ifadəsi digər təqsirləndirilən şəxs və şahidlərin ifadələri təkzib olunduğundan və işin faktiki hallarına uyğun gəlmədiyindən məhkəmələr onun ifadəsinə tənqidi yanaşmışdır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutların məcmusu Məhkum Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olması barədə kassasiya şik ayətinin dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından görünür ki, məhkumun Azərbaycan Respubl ikası CM-in 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, başqa təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspertiza rəyləri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayəti və kassasiya protestinin bu dəlilin i əsassız sayır. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göründüyü kimi Məhkum Azərbay can Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinməsi əsaslı və cinayət qanununun normalarına tam uyğun olmuş, onun cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-in 307.3-cü maddəsinə tövsif edilməsi və ya barəsində olan cinayət işinin icraatına xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Məhkum himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəlləni n 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin şikayət və protest təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 yanvar 2021-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1282/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1282/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver