Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1282/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İradə Həsənzadə (sədrlik edən), Əhməd Quliyev və Eynulla Vəliyev) 29 noyabr 2013-cü il tarixli, 1(101)-637/2013 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.2, 120.2.4, 120.2.7, 29.120.2.2 və 29,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona CM-in 120.2.2, 120.2.4 və 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası, CM-in 29.120.2.2 və 29,120.2.7-ci maddələri ilə 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası ömürlük azadlı qdan məhrum etmə cəzası ilə əhatə olunduğundan ona qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını həbsxanada çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2013-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Mirpaşa Hüseynov) 03 mart 2014-cü il tarixli, 1(103)-185/2014 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2013-cü il tarixli, 1(101)-637/2013 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 02 oktyabr 2023-cü il tarixdə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2014-cü il tarixli, 1(103)-185/2014 nömrəli qərarından kassasiya şi kayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və İlqar Murquzov) 19 oktyabr 2023-cü il tarixli 1(103)-185/2014 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli 1(103)-185/2014 nömrəli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, apellyasiya məhkəməsinin qərarından vaxtınd a kassasiya şikayəti versə də onun verdiyi şikayət əsasında işinə kassasiya qaydasında baxılmamış, hətta göndərdiyi sənədlərin Ali Məhkəməyə çatıb-çatması, daxil olub-olmaması barədə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də o, kassasiya şikayəti vermə müddətini ötürmüşdür. Həmçinin Məhkum 2013-cü ildən dəfələrlə xəstə olduğunu bu səbəbdən də vaxtında kassasiya şikayəti verə bilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2023-cü il tarixli 1(103)-185/2014 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələ lər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa ed ilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2014-cü il tarixli, 1(103)-185/2014 saylı qərarı Məhkum 06 mart 2014-cü il tarixdə göndərilmiş, kassasiya şikayəti isə 02 oktyabr 2023-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə hə min şəxsə verildiyi gündən 18 ay müddətində kassasiya şikayəti verilir. 12 iyun 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CPM-in əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2014-cü il tarixli, 1(103)185/2014 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 18 aylıq prosessual müddətin axımı məhkuma münasibətdə 03 mart 2014-cü il tarixdən başlamış 03 sentyabr 2015-ci il tarixdə başa çatmışdır. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2014-cü il tarixli qərarından kassasiya şikayəti 02 oktyabr 2023-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllə nin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vax tında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 18 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-185/2014 nömrəli 19 oktyabr 2023-cü il qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Həmçinin iş materiallarında məhkum tərəfindən öncələr verilmiş kassasiya şikayəti barədə iş materiallarında müəyyən edilməmiş və müdafiə tərəfi bu barədə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Bundan əlavə məhkumun ağır xəstəliyə düçar olması da iş materialları v ə ya hər hansı tibbi sənədlə təsdiq edilmir. Məhkəmə kollegiyası məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2014-cü il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-185/2014 nömrəli 19 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin C inayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-185/2014 nömrəli 19 oktyabr 2023-cü qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1282/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1282/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver