Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1283/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və Zərərçəkmiş şəxs Balagədə oğlunun iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum Azə rbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs Balagədə oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: C.İ.Səfiyeva) xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətin ə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Zeynallı Fərmayıl Gülmalı oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 06 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdirlər. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 02 noyabr 2016-cı i l tarixdə, saat 16:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən özünə məxsus ət dükanının giriş qapısı qarşısında aralarında borc münasibətləri zəminində yaranmış mübahisə zamanı ət dükanından götürdüyü bıçaqla tanışı Zərərçəkmiş şəxs Balagədə oğlunun qarın və sağ bud nahiyələrinə vuraraq ona qarın nahiyyəsinin ön səthinin periton boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun aşağı 1\3-nin ön səthinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül və sağ budun aşağı 1\3 hissəsinin bayır səthinin yuxarıdan aşağıya doğru üç ədəd çapıq toxumaları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan bədən xəəsarətləri yetirmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şi kayətini onunla əsaslandırmışdır ki, İbtidai istintaq zamanı ədalətsizliyə, qeyri obyektivliyə və prosessual qaydaların pozulmasına yol verilmişdir. Nəticədə məhkəmələr tərəfindən işin faktiki hallarına, iş üzrə toplanılmış sübutlara düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına riayət edilmədən qeyri-obyektiv və qərəzli qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərmişdir ki, Məhkum aralarında olmuş mübahisə zamanı ona ağır xəsarətlər yetirdikdən sonra əlindən və ayağından qan axmasını görmüş və onu öldürmək qərarına gəlmişdir. Bu məqsədlə Məhkum onu yol maşınları ilə şəhər istiqamətində həkimə gəlməyinə maneçilik törətmiş, daha sonra oğlunu telefonla hadisə yerinə çağıraraq Zərərçəkmiş şəxs onun maşınına zorla otuzdurub onun iki nəfər dostları ilə birlikdə şəhərin əks istiqamətinə öldürmək üçün aparmışılar. Lakin o, onların pis niyyətlərini başa düşərək maşında onlara müqavimət göstərməyə başlamiş, qışqırmış, xeyli getdikdən sonra yoldan təsadüfü keçən yol maşınlarının onun bu müqavimətimi hiss edərək onların diqqət mərkəzinə düşməsindən, habelə bəzi maşınların onlardan maşını saxlayıb zərərçəkmişi buraxmalarını tələb etməkdən qorxub onun maşından düşməyinə imkan yaratmışlar. Zərərçəkmiş şəxs maşından düşməyə nail ola bilmiş və başqa maşınla təcili yardıma getmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs qeyd etmişdir ki, ekspertlər tərəfindən ona vurulan xəsarətin dərəcəsi süni olaraq bilərəkdən aşağı salınmışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində ona ağır xəsarət yetirmiş Məhkum daha ağır cəza ilə cəzalanmasını və ona vurduğu maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Qeyd olunanları nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 06 dekabr 2018-cı il tarixli Qərarının ləğv edilib işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalar ının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif olunmadığını mübahisələndirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Balagədə oğlu ifadəsində göstərmişdir ki, Məhkumla 2015-ci ildən iribuynuzlu mal qara kəsib satmaqla məşqul olmuş və həmin vaxtdan münasibətləri normal olmuşdur. Həmişə ona kəsmiş olduğu iribuynuzlu mal qara ətini nisyə vermiş və sonuncu əti sataraq pulunu hissə-hissə ona ödəmişdir. Lakin, 2015-ci ilin aprel ayında yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsindəki fərdi evinin həyətində kəsib ona verdiyi ətlərin 3250 manat pulunu ona ödəməmiş və dəfələrlə onun əvvəl işlədiyi Müşfıqabad qəsəbəsindəki və sonra işlədiyi Aşağı Güzdək qəsəbəsindəki ət dükanına getsədə X2 ona kiçik miqdarda pul verərək onu yola salmış, növbəti dəfə qaytaracağına vəd versədə pulunu qaytarmaqdan imtina etmişdir. 30 oktyabr 2016-cı il tarixdə həmişəki kimi onun işlədiyi Aşağı Güzdək qəsəbəsinə getmiş və borcunu istədikdə ona üç gündən sonra qayıtmasını və borclarını ödəyəcəyinə vəd verərərək yola salmışdır. 02 noyabr 2016-cı il tarixdə, saat 16.00 radələrində yenidən X2in işlədiyi Aşağı Güzdək qəsəbəsindəki ət dükanına getmiş və onun ət dükanı ilə bitişik vəziyyətdə olan kafedə olduğunu görərək kafenin qapısını açaraq içəri bir addım atıb ona pulunun dalınca gəldiyini bildirmişdir. X2 onu gördükdə əsəbi vəziyyət alaraq yerindən qalxaraq ona tərəf gəlməklə onun bezdirildiyini deməklə kafedən çıxaraq 8-10 metrə kənarda k afe ilə bitişik sırada yerləşən özünə məxsus ət dükanına daxil olmuş, lakin bir neçə dəqiqə gec çıxdığını görərək ət dükanının qapısını açaraq qaranlıq düşdüyünü və pulunu verməklə yola salınmasını ona dedikdə sonuncu əsəbi halda ünvanına nalayiq ifadə işlədərək ət dükanındakı masa üzərindən ət bıçağını götürərək üzərinə hücum çəkmiş, qapının içəri hissəsində qarın nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Onun təkrar zərbələrinin qarşısını almaq üçün əlləri ilə zərbələrin qarşısını almağa çalışsada X2 daha bir neçə dəfə bıçaqla onun sağ ayağının baldır nahiyyəsinə bıçaq zərbələri vurmuşdur. İş materiallarında olan şahid X3 ifadəsindən görünür ki, 02 noyabr 2016-cı il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən evin yaxınlığındakı kafedə səs-küy eşidərək küçəyə çıxdıqda əvəllər tanıdığı Zərərçəkmiş şəxs atası Məhkum məxsus kafenin qarşısındakı avtomobil yolunda qarın və ayağındakı xəsarətləri göstərərək atasının sonuncunu bıçaqladığını dediyini eşitmişdir. Onun atası tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirildiyinə inanaraq ona tibbi yardım göstərilməsi üçün hadisə yerinə gəlmiş X1 və X2lə birlikdə özünün idarə etdiyi VAZ - 2107 markalı avtomobilə əyləşdirməklə Müşfıqabad qəsəbəsindəki təcili tibbi yardım məntəqəsinə doğru aparmışdır. Lakin Zərərçəkmiş şəxs yolda avtomobildən düşmək üçün özünü atmaq istədiyini görərək düşməsinə şərait yaratmış, sonuncu avtomobildən düşərək başqa yol avtomobili ilə oradan uzaqlaşmışdır. İş materiallarından görünür ki, şahid X5 və X9 şahid X3 eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan şahid X2 ifadəsindən görünür ki, 02 noyabr 2016-cı il tarixdə saat 20.20 radələrində həkim cərrah işlədiyi Mirqasımov adma Respublika Kliniki Xəstəxanasında növbədə olarkən Zərərçəkmiş şəxs adlı şəxsin bıçaq yaraları ilə daxil olması barədə ona məlumat verilmiş və dərhal xəstəni qarın nahiyyəsinin ön divarının, sağ bud nahiyəsinin 1/3-nin kəsilmiş deşilmiş yarası ilə qəbul edərək əməliyyat etmiş, ona tibbi yardım göstərdikdən sonra palataya yerləşdirərək müalicəsini davam etdirmişdir. 11 noyabr 2018-ci il tarixdə xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Balagədə oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - qarm nahiyəsinin ön səthinin periton boşluğuna nüfuz etməyən 1 (bir ) ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun aşağı 1/3-nin ön səthinin kəsilmiş y arası iti deçici- ‘ kəsici alətin (alətlərin) təsirindən törənmişdir.; qərarda qeyd qeyd olunan müddətə, yəni 02 noyabr 2016-cı il tarixlə uyğun gəlir; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər onun həmin xəsarətləri özü özünə yetirməsi üçün əl çatan nahiyələrdədir, lakin həmin xəsarətlər kənar şəxs tərəfindən də yetirilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun törətmiş olduğu əməlini qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirmişdir. Belə ki, zərərçəkmiş şəxsin göstərdiyi hallar iş materiallarında öz əksini tapmır. Məhkumun əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də, birinci instansiya məhkəməsində tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapmışdır. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməlini CM-in 128-ci maddəsi ilə düzgün tövsif etmişdir. Zərərçəkmiş şəxsin kassasiya şikayətində qeyd etdiyi digər dəlil məhkum barəsində daha ağır cəza təyin edilməsi barədədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ilk məhkumluğunu, yaşayış yerindən müsbət səciyyələnməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə almış, əməlində cəzanı ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Məhkəmə məhkumun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona qanunda nəzərdə tutulmuş hədlər daxilində cəza təyin etmişdir. Məhkum tə yin edilmiş qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, Məhkum şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxsin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarix li qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1283/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1283/2019
22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver